Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-525/2024 17.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 324157-1-29933 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 9913.46 AZN məbləğində əsas borc, 541.71 AZN məbləğində faiz borcu, 148.25 AZN manat məbləğində cərimə borcu, ümumilikdə 10603.42 AZN pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 121.81 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bank ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 324157-1-29933 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” bağlanılmış və illik 22,90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 12256 AZN məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 9913.46 AZN məbləğində əsas borc, 541.71 məbləğində faiz borcu, 148.25 AZN manat məbləğində cərimə borcu, ümumilikdə 10603.42 AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirdi. Qeyd etdi ki, maddi çətinliyi olduğu üçün bank ödənişlərinin ödənilməsinə gecikmələr olmuşdur. Hazırda evini satışa çıxardığını və ev satıldıqdan sonra banka olan borcunu ödəyəcəyini bildirmişdir.
İş materialları
5. xx.xx.2021-ci il tarixli, 324157-1-29933 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə” kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədləri üçün illik 22,90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 12256 manat məbləğində kredit verilmişdir.
6. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə müəyyən ödənişlər etmişdir.
7. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 324157-1-29933 saylı Kredit müqaviləsi üzrə 9913.46 manat əsas, 541.71 manat faiz və 148.25 manat cərimə borcu olmaqla cəmi 10603.42 manat kredit borcu vardır.
8. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh borc məbləğini 3 iş günü ərzində qaytarması barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
9. Tərəflər arasında kredit müqaviləsinin bağlanması və həmin müqavilədə qeyd olunan pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işin hallarını təşkil edir. Hazırki iddia tələbində iddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbi ilə razı olduğunu bildirir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Məhkəmənin mövqeyi
11. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
12. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank cavabdehdən borcun ödənilməsini tələb edir. Cavabdeh də eyni zamanda iddia tələbini qəbul etdiyini və tələbdə qeyd olunan miqdarda borcunun olduğunu bildirir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 121.81 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
15. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Bədı̇ rli Şı̇ rı̇ nbala Elçı̇ n oğlundan iddiaçı "BANK VTB (AZƏRBAYCAN)" ASC-nin xeyrinə 9913.46 manat əsas borc, 541.71 manat faiz borcu və 148.25 manat cərimə borcu olmaqla cəmi 10603.42 (on min altı yüz üç manat qırx iki qəpik) manat pul və iş üzrə ödənilmiş 121.81 manat dövlət rüsumu tutularaq tutularaq iddiaçı "BANK VTB (AZƏRBAYCAN)" ASC-nin xeyrinə ödənilməlidir.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Bədı̇ rli Şı̇ rı̇ nbala Elçı̇ n oğlundan iddiaçı "BANK VTB (AZƏRBAYCAN)" ASC-nin xeyrinə 9913.46 manat əsas borc, 541.71 manat faiz borcu və 148.25 manat cərimə borcu olmaqla cəmi 10603.42 (on min altı yüz üç manat qırx iki qəpik) manat pul və iş üzrə ödənilmiş 121.81 manat dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.