Məhkəmə qərarları › İş №e-2(010)-5260/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5260/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5260/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehdən iddiaçının xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 51.77 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları Tərəflər arasında xx.xx.2024-cü il tarixli, “Tam kart” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən cavabdehə istifadə müddəti 5 il olan plastik kart təqdim edilmişdir. Hazırda iddiaçı cavabdehin texniki overdrafta yol verdiyini, nəticədə hesabında qalıqdan artıq məbləğdə əməliyyat aparmaqla əsassız varlandığını əsas gətirərək, əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Kart mərkəzi ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CO0518917 saylı “Tam kart” müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft - müştəriyə Overdraftın təqdim edilməsi barədə müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri banka ödəməyi öhdəsinə götürür. Kart Mərkəzi filialının müştərisi olan cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 51.77 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2025-ci il tarixində hesabında 0.35 manat olmasına baxmayaraq, 51.05 manat məxaric edərək hesabından 50.70 manat artıq istifadə etmişdir. Cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 51.77 manat borcu mövcuddur. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin banka hazırkı dövr üçün qalıq borc üzrə 51.77 manat borcu olmuşdur. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. “Tam kart” müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2-36291/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər "xxxx" ASC (Bank) və Cavabdeh (Müştəri) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış CO0518917 nömrəli “Tam kart” müqaviləsindən müəyyən olunur ki, müqavilə tərəflər arasında “Müştəri”nin adına “Bank” tərəfindən ikitərəfli ödəniş kartının buraxılmasına, “Müştəri”nin adına bank hesablarının, kredit xəttinin açılmasına, “Müştəri” tərəfindən “Tam kart” vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən “Tam kart”dan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, “Bank” tərəfindən ayrılmış kreditdən şəxsi ehtiyacların ödənilməsi (istehlak) məqsədilə istifadə edilməsinə, o cümlədən müqavilədən nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin “Bank”a ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. Tam kartın istifadə müddəti – 5 il; Müştərinin CİF nömrəsi – 3344572. ******************** nömrəli (cavabdehə məxsus) bank hesabından çıxarış məlumatlarından müəyyən olunur ki, cavabdeh ona məxsus plastik kart vasitəsilə xx.xx.2025-ci il tarixdə hesabında 0.35 manat vəsait olmasına baxmayaraq, 51.05 manat, daha sonra həmin tarixdə 0.20 manat məxaric etmiş və 50.9 manat texniki overdraft borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışdan müəyyən olunur ki, cavabdehin xx.xx.2024-cü il tarixli, CO0518917 nömrəli müqavilə üzrə iddiaçıya xx.xx.2025-ci il tarixə 50.90 manat əsassız varlanmaya səbəb olan qalıq məbləğ və 0.87 manat gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 51.77 manat məbləğində borcu qalmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə əsassız varlanmaya səbəb olan borc məbləği barədə məlumat verilmiş və həmin borcun 3 (üç) gün ərzində qaytarılmadığı təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024cü il tarixli, CO0518917 nömrəli tam kart müqaviləsi bağlanmış, müvafiq müqavilə üzrə iddiaçı cavabdehin adına CİF nömrəsi ******* olan ikitərəfli ödəniş kartı (ön tərəfi debet və ya əmək haqqı kartı, arxa tərəfi kredit kartı – “Tam kart”) buraxmağı, həmçinin cavabdehin adına bank hesabı açmağı öz öhdəsinə götürmüş, cavabdeh isə texniki overdraft – “müştəriyə overdraftın təqdim edilməsi barədə müştərinin müraciəti olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kar hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması” baş verdiyi təqdirdə yaranmış borcu və faizləri banka ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş ******************** nömrəli (cavabdehə məxsus) bank hesabından çıxarış məlumatlarından görünür ki, cavabdeh ona məxsus plastik kart vasitəsilə xx.xx.2025-ci il tarixdə hesabında 0.35 manat vəsait olmasına baxmayaraq, 51.25 manat məxaric etmiş, yəni iddiaçı ilə aralarında yaranmış öhdəlik hüquq münasibətlərinə uyğun olaraq öz üzərinə müəyyən olunmuş öhdəliyi lazımınca icra etməmiş, öhdəliklərin icrası zamanı vicdanlılığın tələblərini pozmuşdur. Bununla da, cavabdeh texniki overdrafta yol verərək iddiaçıya 50.90 qəpik məbləğində borcu yaranmışdır. İddiaçı bu barədə yazılı xəbərdarlıq etməklə pul vəsaitinin geri qaytarılmasını cavabdehdən tələb etmiş, lakin cavabdeh tərəfindən hər hansı hərəkət həyata keçirilməmişdir. Eləcə də, cavabdeh tərəfindən məhkəmə icraatı gedişində iddia ərizəsində qeyd edilənlərə dair etiraz və ya mülahizə məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçı aralarında yaranmış müvafiq öhdəlik hüquq münasibətlərinə əsasən, kredit müqaviləsi üzrə kredit limitini müəyyən edərək və bu barədə kart hesabını açaraq müvafiq plastik kartı cavabdehə verməklə şərtlənən öhdəliyini vaxtında və lazımı qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə müəyyən olunmuş və kredit müqaviləsi üzrə öhdəliklərin pozulmasına yol verməməkdən ibarət öhdəliyini yerinə yetirməmiş, bununla da öhdəliklərin icrası zamanı vicdanlılığa riayət etməmişdir. İddiaçı öhdəlik hüquq münasibətlərinin pozulması nəticəsində vurulmuş zərərin əvəzi kimi 50.90 manat məbləğində pul vəsaitindən əlavə, özünəməxsus pul vəsaitinin cavabdeh tərəfindən vaxtında geri qaytarılmaması halı üçün gecikdirilmiş vaxta görə gecikdirilmiş məbləğə illik 5%-lə hesablanmış 0.87 manat məbləğində faiz borcunun da tutulmasını məhkəmədən xahiş etmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Odur ki, iddia tələbi gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan faiz borcunun tutulması hissəsində də əsaslı olmaqla təmin edilməlidir. Beləliklə, təqdim edilmiş sübutların mümkünlük, mötəbərlik və aidiyyət nöqteyinəzərindən tədqiqi nəticəsində cavabdehin müvafiq kredit müqaviləsi üzrə iddiaçıya 50.90 manat əsas və 0.87 manat gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan faiz olmaqla, cəmi 51.77 manat məbləğində borcunun olması öz təsdiqini tapmış, cavabdeh tərəfindən qeyd edilənlərin əksini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehlə aralarında yaranmış hüquq münasibətlərini məhz əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması kimi təsbit etsə də, bu hissədə məhkəmə iddiaçının mövqeyi ilə razılaşmır. İşi mahiyyəti üzrə həll edən müvafiq məhkəmə aktında məhkəmə tərəfindən tərəflərin hansı hüquq münasibətlərində olmasının müəyyən edilməsi və həmin məhkəmə aktının məhz iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olması (həmin məhkəmə aktının tədqiq edilmiş sübutlara uyğun əsaslandırılmalı olması da nəzərə alınmaqla) kimi tələblər nəzərə alınmalı, məhkəmə tərəfindən tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri dəqiq şəkildə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Müvafiq maddi hüquq normasının dispozisiya şərtlərinin yaranması və tərəflər arasında yaranan mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsi üçün üç şərt eyni anda mövcud olmalıdır – 1) bir şəxs (varlanmış şəxs) müəyyən əmlak əldə etməklə varlanmalı, 2) bu varlanma heç bir hüquqi və ya müqavilə əsasına söykənməməli, 3) bu varlanma (məhrum olanın) əmlakı hesabına baş verməlidir. Yalnız hər üç şərtin vəhdəti təmin edildikdə mübahisəli hüquq münasibətinin məhz əsassız varlanma nəticəsində yaranması təsbit oluna bilər. Göründüyü kimi, müvafiq maddi hüquq normasının dispozisiya şərtləri hazırkı mübahisə baxımından mövcud deyil, yəni cavabdeh müəyyən əmlak əldə etməklə varlansa da, bu varlanma məhz iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında baş vermiş və müvafiq hüquqi əsasa söykənmişdir. Tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsi də məhz texniki overdraftın baş verməsi zamanı yaranmış münasibətlərin hansı qaydada tənzimlənməli olmasını nəzərdə tutmuş və mübahisəli hüquq münasibətlərinin əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması kimi şərh edilməsi imkanını istisna etmişdir. Odur ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin məhz əsassız varlanma kimi şərh edilməsi bu istiqamətdə formalaşmış vahid məhkəmə təcrübəsi baxımından zidd olmaqla yolverilməzdir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 50.90 (əlli manat doxsan qəpik) manat əsas və 0.87 (səksən yeddi qəpik) manat faiz olmaqla, cəmi 51.77 (əlli bir manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar