Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-528/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Merkulov Yevgenı̇ y Aleksandrovı̇ ç və qeyrilərinə qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Merkulov Yevgenı̇ y Aleksandrovı̇ ç, Cavabdeh2 Aleksandrovı̇ ç və Merkulova İ̇rı̇ na Vı̇ ktorovnaya qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir.
Tərəflərin izahatları
2. İş üzrə növbəti məhkəmə hazırlıq iclası 08 yanvar 2024-cü il tarixə, saat 12:30-a təyin edilmişdir.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə rəsmi bildirişvasitəsi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər.
4. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərərək, idda ərizəsinin baxılmamış saxlanılmasını və Suraxanı Rayon Məhkəməsinə ödənilmiş ********** nömrəli qəbz üzrə 30 AZN məbləğində dövlət rüsumunun və 0,40 AZN xidmət haqqının geri qaytarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
Məhkəmənin mövqeyi
6. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Merkulov Yevgenı̇ y Aleksandrovı̇ ç, Cavabdeh2 Aleksandrovı̇ ç və Merkulova İ̇rı̇ na Vı̇ ktorovnaya qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılmalıdır.
7. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
8. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmadan geri qaytarıldığı üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya tam olaraq qaytarılmalıdır.
9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Merkulov Yevgenı̇ y Aleksandrovı̇ ç, Cavabdeh2 Aleksandrovı̇ ç və Merkulova İ̇rı̇ na Vı̇ ktorovnaya qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçı "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyəti ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ona tam qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.