Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-53/2025 20.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Sadıqova- EkenAygün Şöhrət qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-216/14 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 278.222,30 (iki yüz yetmiş səkkiz min iki yüz iyirmi iki manat 30 qəpik) manat-bundan 127.051,07 (bir yüz iyirmi yeddi min əlli bir manat 07 qəpik) manat əsas, 52.673,59 (əlli iki min altı yüz yetmiş üç manat 59 qəpik) manat faiz və 98.497,64 (doxsan səkkiz min dörd yüz doxsan yeddi manat 64 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 568,22 (beş yüz altmış səkkiz manat 22 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun Cavabdeh2 Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 10, mənzil 12, (Yeni qaydalarla: ünvan 1 ünvanında 7-ci mərtəbədə 96.6 kv.m. ümumi, 60.6 kv.m. yaşayış, 36 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı mənzilə yönəlməsi, - əmlakın likvid satış qiyməti müəyyən edilərək açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin həcminin artırılması
2. Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-216/14 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 287.429,78 (iki yüz səksən yeddi min dörd yüz iyirmi doqquz manat 78 qəpik) manatbundan 127.051,07 (bir yüz iyirmi yeddi min əlli bir manat 07 qəpik) manat əsas, 51.438,19 (əlli bir min dörd yüz otuz səkkiz manat 19 qəpik) manat faiz və 98.497,64 (doxsan səkkiz min dörd yüz doxsan yeddi manat 64 qəpik) manat cərimə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 10.442,88 (on min dörd yüz qırx iki manat 88 qəpik) manat borcu və və iş üzrə ödənilmiş 578 (beş yüz yetmiş səkkiz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun Cavabdeh2 Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 10, mənzil 12, (Yeni qaydalarla: ünvan 1 ünvanında 7-ci mərtəbədə 96.6 kv.m. ümumi, 60.6 kv.m. yaşayış, 36 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı mənzilə yönəlməsi, - əmlakın likvid satış qiyməti müəyyən edilərək açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iş 2023-cü ildən məhkəmənin icraatındadır, bu dövr ərzində kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən tələb yaranmışdır.
İddia tələbinin dəlilləri
4. "xxxx" ASC ilə "xxxx" MTK arasında ünvan 2 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixində müqavilə imzalanmışdır. Bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yeni Həyat filialı (Borcverən) ilə Cavabdeh2 (İ Borcalan) və "xxxx" MTK (İİ Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-216/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2"xxxx" kompleksində mənzil alınması məqsədi ilə 120 (yüz iyirmi) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 161.820 (bir yüz altmış bir min səkkiz yüz iyirmi) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən, kredit üçün faizlər İ Borcalan tərəfindən illik 10 %-lə, İİ Borcalan tərəfindən illik 2 %-lə Borcverənə ödənilir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilməklə, iflas prosesinə başlanılmış, həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadına əsasən ləğv prosesində olan "xxxx" ASC-nin "xxxx" layihəsinə aid kredit portfeli banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi qərara alınmışdır. Bank müflis olduqdan sonra kredit üzrə faiz dərəcəsi Kredit müqaviləsi üzrə İ Borcalanın üzərinə düşən faiz dərəcəsinə (10 %) uyğunlaşmışdır. Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ADİF-173/17 saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********63-05301-093201 olan arayışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 10, mənzil 12, (Yeni qaydalarla: ünvan 1 ünvanında 7-ci mərtəbədə 96.6 kv.m. ümumi, 60.6 kv.m. yaşayış, 36 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı mənzil ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi bağlanarkən X8 notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək həmin mənzilin ipoteka qoyulmasına etiraz etməmişdir. İpoteka müqaviləsi 06 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Fonda olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 10-cu maddəsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini, həmçinin Borcverənə dəymiş zərərin ödənilməsini öhdəliklərini götürmüşdür. Fond tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********979 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlığın və **********085 saylı xx.xx.2023-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh kredit borcunun qaytarılmasını təmin etməmişdir. xx.xx.2023-cü il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 278.222,30 (iki yüz yetmiş səkkiz min iki yüz iyirmi iki manat 30 qəpik) manat təşkil edir. Bundan 127.051,07 (bir yüz iyirmi yeddi min əlli bir manat 07 qəpik) manat əsas, 52.673,59 (əlli iki min altı yüz yetmiş üç manat 59 qəpik) manat faiz və 98.497,64 (doxsan səkkiz min dörd yüz doxsan yeddi manat 64 qəpik) manat cərimə borcu təşkil edir.
Tərəflərin izahatları
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Cavabdeh tərəf dəfələrlə məhkəmə iclasları barədə məlumatlandırılmasına baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə iclasında iddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq, qeyd etdi ki, nə qədər ki, ipoteka predmetinin likvid qiyməti ekspertiza tərəfindən müəyyən edilə bilmədi, onlar ipoteka müqaviləsindəki likvid qiymətin əsas götürülməsinə etiraz etmirlər.
İş materialları
7. xx.xx.2014-cü il tarixli, YH-216/14 nömrəli kredit müqaviləsindən görünür ki, bir tərəfdən, Bakı şəhəri, Bakı şəh, Hövsan qəs, İ.Əhlimanov k-si, ev.10, m.83 ünvanında yaşayan X6, irəlidə "İ Borcalan" adlanacaq və "xxxx" MTK, irəlidə "İİ Borcalan" adlanacaq, nizamnamə əsasında hərəkət edən X1 şəxsində, irəlidə birlikdə "Birgə borcalanlar" adlanacaq, digər tərəfdən "xxxx" ASC, irəlidə Borcverən adlanacaq, Əsasnamə və etibarnamə əsasında çıxış edən Yeni Həyat filialın müdiri A.S.Əliyev şəxsində aşağıdakı şərtlərlə 11 Mart 2014-cü il tarixində Bakı şəhərində bu Müqaviləni bağlayırlar. Bu Müqavilənin predmeti Azərbaycan manatı ilə ifadə edilən pul öhdəliyidir. Borcverən İİ Borcalan tərəfindən ünvan 2 ünvanında tikintisi aparılan "Azure Parking" kompleksində mənzil alınması məqsədi ilə İ Borcalana 161820 (yüz altmış bir min səkkiz yüz iyirmi) manat məbləğində imtiyazlı kredit, verməyi öhdəsinə götürür. Birgə borcalanlar bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 12 %-lə hesablanır. Müqavilənin 5.4-cü bəndinə görə, borcalana verilən kredit vəsaitindən istifadə müddəti 120 ay müəyyən edilmişdir.
8. X8 tərəfindən Bakı şəhəri Notariat Kontoruna ünvanlanan ərizədən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 5 ünvan: ünvan 6v) qoyulmasına etiraz etmir. İpotekaya (girova) qoyulmuş əmlaka tələb yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir.
9. xx.xx.2017-ci il tarixli, ADİF-173/17 saylı İpoteka müqaviləsindən görünür ki, müqavilə üzrə birlikdə "Tərəflər” adlanacaq, ayrılıqda bir tərəfdən ünvan 7 ünvanında yaşayan Cavabdeh1 şəxsində irəlidə "İpoteka qoyan" adlanacaq, (xx.xx.2017-ci tarixli, 7E-16085 reyestr nömrəli etibarnamə əsasında X7) Cavabdeh2 şəxsində, irəlidə “Borcalan" adlanacaq, (xx.xx.2017-ci il tarixli, 7E-16113 reyestr nömrəli etibarnamə əsasında X7) digər tərəfdən, X2, icraçı direktoru X12 şəxsində, irəlidə "İpoteka saxlayan" adlanacaq, Etibarnamə əsasında X11 ləğv prosesində olan "xxxx" ASC, ləğvedici Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru X12 şəxsində, irəlidə "Bank" adlanacaq, Etibarnamə əsasında X11 bu şərtlərlə müqaviləni bağlayırlar. Tərəflər anlayır və qəbul edirlər ki, Azərbaycan Respublikasi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1541/2016 nömrəli, 03 noyabr 2016-cı il tarixli qərardadı və "Bank"la "İpoteka axlayan" arasında imzalanmış 21 dekabr 2016-cı il tarixli Müqaviləyə uyğun olaraq, Bankla "Borcalan" arasında bağlanmış “11" Mart 2014-cü il tarixli YH-216/14 №-li Təminatlı Kredit Müqaviləsi üzrə istənilən növ tələb hüquqları "İpoteka saxlayana" ötürülmüşdür. Bankla "Borcalan" arasında bağlanmış "11" Mart 2014-cü il tarixli YH-216/14 nömrəli Təminatlı Kredit Müqaviləsinə əsasən 161820 (bir yüz altımış nir min səkkiz yüz iyirmi) AZN məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın "İpotekasaxlayan"ın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka ilə yüklü edilmiş mənzil Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 27A, m 12-dir. (yeni qayalarla: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69,M7,m2). İpoteka ilə yüklü edilmiş mənzilin bazar dəyəri – 177744 manat (AZN), likvid dəyəri – 159970 manat (AZN) məbləğində qiymətləndirilir.
10. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh2 ünvan 8 ünvanında qeydiyyatdadır
11. Əmanətlərin Sığortalanması Fondu tərəfindən borclu Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, onların 18 avqust 2023-cü il tarixinə 276986.90 manat məbləğində borcları mövcuddur. Bundan 127051.07 manat əsas borc, 51438.19 manat faiz, 98497.64 manat borcun gecikdirdiyinə görə cərimə borcudur Bununla əlaqədar onlara bildirilmişdir ki, 5 gün müddətində qeyd olunan borc, müqavilə şərtlərinə uyğun olaraq ödənilməzsə, onlarla bank arasında bağlanmış kredit müqaviləsi ləğv ediləcək və borcun, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlərin, həmçinin dəbbə pulunun məcburi qaydada onlardan tutulması, tələbin ipoteka predmetinə yönəldilmə tələbi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyatı üzrə məhkəməyə müraciət ediləcək.
12. Əmanətlərin Sığortalanması Fondun 28 sentyabr 2023-cü il tarixli, **********115 nömrəli məktubundan görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış 11 mart 2014-cü il tarixli, YH-216/14 saylı kredit müqaviləsi üzrə 25 sentyabr 2023-cü il tarixinə yaranmış tələb əsas borc üzrə 127051.07 manat, faiz borcu üzrə 52673.59 manat, cərimə borcu 98497.64 manat, ümümi 278222.30 manat olmuşdur.
13. Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı ərizədən görünür ki, "xxxx" ("xxxx") ASC (bundan sonra-Bank) ilə X6 (İ Borcalan), "xxxx" MTK (İİ Borcalan) (bundan sonra-Borcalan) arasında 11 mart 2014-cü il tarixli YH-216/14 saylı Kredit müqaviləsi (bundan sonra-Kredit müqaviləsi) bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan ünvan 10 ünvanında yerləşən 12 saylı mənzili (Yeni qaydalarla: ünvan 11 31 may 2017-ci il tarixli ADİF-173/17 sayli İpoteka müqaviləsi əsasında Əmanətlərin Sığortalanması Fondu qarşısında ipoteka ilə yüklü edilib. Lakin Kredit müqaviləsinin tələbləri Borcalan tərəfindən pozulmuş, kredit ödənişləri Kredit müqaviləsində nəzərdə tutulan qrafikə uyğun olaraq həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunları nəzərə alaraq 21 sentyabr 2023-cü il tarixində Cavabdeh1 20 sentyabr 2023-cü il tarixli **********089 saylı "Kredit borcunun ödənilməsinə və İpoteka predmetinə tutma yönəldilməsinə dair" Bildiriş göndərilmişdir.
14. Əmanətlərin Sığortalanması Fondundan borclu-X6 və ipoteka qoyan- Cavabdeh1 ünvanlanan bildirişdə görünür ki, onun 15 sentyabr 2023-cü il tarixinə 277939.92 manat məbləğində borcu mövcuddur, bundan 127.051.07 manat əsas borc, 52391.21 manat faiz, 98497.64 manat borcun gecikdirdiyinə görə cərimə borcudur. Eyni zamanda ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə də xəbərdar edilir. Tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə 277939.92 manat məbləğində borcun 3 gün müddətində banka ödənilməsinin təmin edilməsi, əks təqdirdə Fond tərəfindən kredit müqaviləsi üzrə ümumi kredit borcunun və faizlərin gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlərin, həmçinin dəbbə pulunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəlməsi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin mənzildən çıxarılması və mənzilin açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət ediləcəkdir
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, ünvan 10, mənzil 12 (Yeni qaydalarla: ünvan 11 Cavabdeh1 tərəfindən Əmanətlərin Sığortalanması Fondunun xeyrinə yüklü edilmişdir.
16. AZ-İİ seriyalı, 187534 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X10 arasında xx.xx.2011-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 137 nömrə ilə qeyd edilmişdir. Nikaha daxil olduqdan sonra arvada Quliyeva soyadı verilmişdir.
17. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 11 mart 2014-cü il tarixdə bağlanmış, YH-216/14 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdeh X3 iddiaçı "xxxx" ASC-yə olan borcu xx.xx.2023-cü il (xəbərdarlıq məktubunun tarixinə) borcu 207.724.94 (əsas borc üzrə 127.346.95 manat, faiz borcu üzrə 80.377.99 manat), xx.xx.2023-cü il (maliyyə arayışı tarixinə) borcu 209.210.65 (əsas borcu 127.346.95 manat, faiz borcu 81.863.70 manat), təşkil edir. Qeyd edilir ki, iddia olunan faiz borcları ilə ekspertiza tədqiqatının gəldiyi nəticə arasındakı fərqə səbəb iş materiallarında xx.xx.2014-cü il tarixli, YH-216/14 saylı kredit müqaviləsi üzrə faizlərin hesablanmasının hansı tarixdə dayandırılmasına dair heç bir məlumatın olmamasıdır.
İşin faktiki halları
18. İş mayteriallarından görünür ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Sadıqova-EkenAygün Şöhrət qızı arasında xx.xx.2014-cü il tarixli YH-216/14 saylı kredit müqaviləsinin bağlanmış, sonradan bankın adından "xxxx" ASC-nin ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondunun çıxış etmiş, eyni zamanda xx.xx.2017-ci il tarixli İpoteka Müqaviləsi əsasında Cavabdeh1 qıznın mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən 12 saylı mənzili (Yeni qaydalarla: ünvan 11 ünvanında yerləşən mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəf cavabdehlərlə imzalanan kredit və onun təminatı kimi ipoteka müqaviləsinə əsaslanaraq, tələbdə qeyd edilən borc məbləğinin cavabdehdən tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş edir. Tələb müqavilə və öhdəlik münasibətlərini tənzimləyən maddi hüquq normaları ilə əsaslandırılıb. Cavabdeh tərəf iddia tələbinə hər hansı etiraz və ya mülahizə bildirməmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 29. Mülkiyyət hüququ. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 307. İpoteka müqaviləsi 307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək qiymətləndiricilər, qiymətləndirmə haqqında müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda, habelə qiymətləndirici təşkilat haqqında məlumatlar, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir Maddə 309. İpotekanın dövlət qeydiyyatı 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. M a d d ə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; M a d d ə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası
36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; M a d d ə 41. İpoteka predmetinin satış üsulları
41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.[
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 №-li 20 iyul 2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadı. Qərardadda qeyd edilmişdir ki, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmalıdır.
23. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarı.
Həmin Qərarın 1-ci bəndində qeyd edilmişdir ki, AR Mülki Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Eyni zamanda Qərarın 3-cü bəndinə əsasən, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarı. Həmin Qərarda qeyd edilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
25. Mülki-Prosessual Məcəllə: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
Məhkəmənin mövqeyi
26. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
27. Məhkəmə qeyd edir ki, ilk növbədə tələbin hüquqi əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin etibarlı (əhəmiyyətli) olub-olmamasına hüquqi qiymət verilməlidir. Yuxarıda istinad edilmiş maddi hüquq normalarına əsasən, tərəflər arasında etibarlı kredit, ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələr tərəflərin iradə ifadəsini əks etdirir və yuxarıda qeyd edilmiş maddi hüquq normaları baxımından etibarlıdır. Beləliklə, müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, Cavabdeh2 isə borcalan kimi üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı müqavilə münasibətlərinə əsaslanmaqla, Cavabdeh2 kredit məbləğini və ona hesablanmış faizləri, eyni zamanda dəbbə pulunu tələb etməkdə haqlıdır. Tutulmalı olan məbləğlərə gəldikdə isə, tələb edilən məbləğlər məhkəmə tərəfindən eksper tədqiqatına təqdim edilmiş və alınmış ekspert rəyinə görə xx.xx.2023-cü il tarixinə (xəbərdarlıq məktubunun tarixinə) ümumi borc 207.724.94, manat, o cümlədən əsas borc üzrə 127.346,95 manat, faiz borcu üzrə 80.377.99 manat olmuş, xx.xx.2023-cü il tarixinə (maliyyə arayının tarixinə) ümumi borc 209.210,65, manat, o cümlədən əsas borc üzrə 127.346,95 manat, faiz borcu üzrə 81.863,70 manat olmuşdur. Məhkəmə ekspert rəyinə tənqidi yanaşılması üçün əsas görmür. Belə olduğu halda, iddiaçının tələbinin 127.051,07 manat əsas borc, 51.438,19 manat faiz borcu hissəsi tam əsaslıdır və təmin edilməlidir. Tələbin cərimə məbləği ilə bağlı hissəsini məhkəmə qismən əsaslı sayır. Belə ki, iddiaçı 98.497,64 manat cərimə tələb etsə də, məhkəmə cavabdehin üzərində əsas borc olaraq ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb edilən dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu azaldılaraq 5000 manat həddində müəyyən edilməlidir. Bu nəticəyə gələrkən, məhkəmə, eyni zamanda həm əsas və faiz borcun məbləğini, həm də cavabdehin öhdəliyini gecikdirdiyi müddəti nəzərə alır. Tələbin Mülki Məcəllənin 445.7.ci maddəsinə əsasən 10.442.88 manatın cavabdehdən tutulması hissəsini də, məhkəmə əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə və Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı 24 dekabr 2014-cü il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, kreditor borclu tərəfindən gecikdirilmiş müddət üçün əldən çıxmış fayda tələb edə bilər. Normanın tələbinə görə kreditorun daha böyük məbləğ tələb etmək əsasları yoxdursa, minmal olaraq illik beş faiz əsas götürülməlidir. Hazırkı işdə kreditor tələb etdiyi məbləği illik 5 (beş)% olmaqla, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hesablamaqla tələb edir. Kreditor əldən çıxmış faydanın hesablanma qaydasını 127051.07 manat əsas borc/100*5/360 formasında aparmışdır. Məhkəmə hesab edir ki, tələbin bu hissəsi maddi hüquq normalarına uyğundur, ona görə də, təmin edilməlidir.
28. Məhkəmə, qeyd edir ki, iddia tələbi tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi hissəsində də əsaslıdır. Belə ki, iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsindən aydın olur ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 10, mənzil 12, ( Yeni Qaydalarla: ünvan 1 mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və tərəflər kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilmədiyi təqdirdə borcun ipoteka predmetinə yönəldilməsi barədə razılaşmışdırlar. Eyni zamanda, iş materiallarından göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında kreditorun bildirişi qeydə alınmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə hissəi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.
29. İpoteka predmetinin ilkin satış qiymətini müəyyən edilməsinə gəldikdə isə, işin hallarından görünür ki, ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən üç dəfə ekspertiza təyin edilmiş, lakin cavabdeh tərəf ekspertiza keçirilməsinə şərait yaratmamışdır. Məhkəmə bu halı cavabdehin ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsinə maneə yaratması kimi qiymətləndirir. Ona görə də, nə qədər ki, cavabdeh ekspertizanın keçirilməsinə şərait yaratmamış, eyni zamanda ipoteka predmetinin likvid dəyəri ilə bağlı etiraz, mülahizə və yaxud alternativ təklif irəli sürməmiş, məhkəmə hesab edir ki, ipoteka predmetinin likvid dəyəri ilə bağlı tərəflərin ipoteka müqaviləsində razılaşdırdıqları likvid dəyər əsas götürülməlidir. iş materiallarında olan xx.xx.2017-ci il tarixli, ADİF-173/17 saylı ipoteka müqaviləsindən görünür ki, ünvan 10, mənzil 12, ( Yeni Qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 159970 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə təmin edilməli, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 10, mənzil 12, ( Yeni Qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 159970 manat müəyyən edilməklə açıq hərracda satılmalı, eyni zamanda ipoteka predmeti olan mənzilin satışından əldə edilən vəsait kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsinə kifayət etmədikdə, qalıq borc məbləği Cavabdeh2 tutularaq iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
31. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 483.93 manat hissəsi Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
33. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 iddiaçı “Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 127.051.07 ( bir yüz iyirmi yeddi min əlli bir manat 07 qəpik) manat əsas borc, 51.438.19 (əlli bir min dörd yüz otuz səkkiz manat 19 qəpik) manat faiz borcu, 5000 (beş min) manat cərimə borcu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 10.442.88 ( on min dörd yüz qırx iki manat 88 qəpik) manat olmaqla, cəmi 193932.14 (bir yüz doxsan üç min doqquz yüz otuz iki manat 14 qəpik) manat məbləğində pul tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 10, mənzil 12, ( Yeni Qaydalarla: ünvan 1 ünvanında 7-ci mərtəbədə 96.6 kv.m, ümumi 60.6 kv.m yaşayış, 36 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilə yönəldilməli, ipoteka ilə yüklü edilmiş əmlakın likvid satış dəyəri 159970 manat məbləğində müəyyən edilməli və əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh2 iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ümumi qaydada tutulmalı, iş üzrə ödənilmiş manat dövlət rüsumunun 483.93 manat hissəsi Cavabdeh2 tutularaq iddiaçı Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı “Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 127.051.07 ( bir yüz iyirmi yeddi min əlli bir manat 07 qəpik) manat əsas borc, 51.438.19 (əlli bir min dörd yüz otuz səkkiz manat 19 qəpik) manat faiz borcu, 5000 (beş min) manat cərimə borcu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 10.442.88 ( on min dörd yüz qırx iki manat 88 qəpik) manat olmaqla, cəmi 193932.14 (bir yüz doxsan üç min doqquz yüz otuz iki manat 14 qəpik) manat məbləğində pul tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 10, mənzil 12, ( Yeni Qaydalarla: ünvan 1 ünvanında 7-ci mərtəbədə 96.6 kv.m, ümumi 60.6 kv.m yaşayış, 36 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilə yönəldilsin. İpoteka ilə yüklü edilmiş əmlakın likvid satış dəyəri 159970 manat məbləğində müəyyən edilsin və əmlak açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh2 iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ümumi qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 483.93 manat hissəsi Cavabdeh2 tutularaq iddiaçı Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov