Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5365/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “X7” Bakı Filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı “X7” Bakı Filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 30 sentyabr 2025-ci il tarixinə olan 1.510.38 manat əsas borc və 92,68 manat faiz borcu, cəmi 1.603,06 manat məbləğində kredit borcunun və ödənilmiş 36.03 manat dövlət rüsumunun tutularaq «X7» Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bank Melli lran” Bakı filialı ilə X4 arasında imzalanmış “04” avqust 2022-ci il tarixli 718 nömrəli Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 17% ödəmək şərti ilə 36 ay müddətinə 6.000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi “X7” Bakı filialı ilə Cavabdeh3 arasında 812 saylı və Cavabdeh2 arasında 813 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən “Borcalan” ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 213.92 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə “Borcalan” tərəfindən “Kredit müqaviləsi”nin hər hansı bir şərti pozulduqda “Bank” verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq “Borcalan” 30 sentyabr 2025-ci il tarixə “Bank”a kredit borcu üzrə 8.145,06 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2025-ci il tarixə kimi “Borcalan” tərəfindən “Bank”a 6.542.00 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, “Borcalan” “Bank”a illik 27% ödəməlidir. 30 sentyabr 2025-ci il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 1.603,06 manat təşkil edir. Bundan 1.510.38 manat əsas borc və 92,68 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış 04 Avqust 2022-ci il tarixli, 718 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 arasında 812 saylı və Cavabdeh2 arasında 813 saylı zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə “Borcalan” zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. İddia tələbi həcminin azaldılması İddiaçı “X7” Bakı Filialı iddia tələbi həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi verildikdən sonra xx.xx.2025-ci il tarixdə 196 manat və xx.xx.2025-ci il tarixdə 200 manat ödəniş edilmişdir. Odur ki, qeyd olunanlara əsasən, cavabdehlərdən 1283.94 manat – bundan 1275.40 manat əsas və 8.54 manat faiz borcu, eyni zamanda 36.03 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlar əsasında təsdiq edilən faktlar Kreditor “X7” Bakı Filialı və Borcalan Cavabdeh1 arasında bağlanmış 04 avqust 2022-ci il tarixli, 718 nömrəli Kredit müqaviləsindən və ödəniş qrafikindən görünür ki, Bank borcalana illik kreditdən istifadə haqqı 17% ödəmək şərti ilə 36 ay müddətinə 6.000 manat məbləğində kredit verir. Verilmiş ssuda vəsaitlərinin təminatı 4 avqust 2022-ci il tarixli 812 nömrəli Cavabdeh3 tərəfindən və 4 avqust 2022-ci il tarixli 813 nömrəli Cavabdeh2 tərəfindən verilmiş zaminlik müqavilələri olur. “X7” Bakı Filialı və Cavabdeh3 arasında bağlanmış 04 avqust 2022-ci il tarixli 812 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 04 avqust 2022-ci il tarixli, 718 nömrəli Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin icrası ilə əlaqədar onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. “X7” Bakı Filialı və Cavabdeh2 arasında bağlanmış 04 avqust 2022-ci il tarixli 813 nömrəli zaminlik müqaviləsindən görünür ki, Vəliyev X1 Rəşad Altay oğlunun 04 avqust 2022-ci il tarixli, 718 nömrəli Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin icrası ilə əlaqədar onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. “X7” Bakı Filialı tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, 04 avqust 2022-ci il tarixli, 718 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış qalıq 1601.93 manat borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. “X7” Bakı Filialı tərəfindən Cavabdeh3 və Cavabdeh2 (zaminlərə) ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, 04 avqust 2022-ci il tarixli, 718 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2025-ci il tarixə yaranmış qalıq 1601.93 manat təşkil edir. Qeyd olunan müqavilənin təminatı olaraq bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlərə borc məbləği ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 04 avqust 2022-ci il tarixli, 718 nömrəli Kredit müqaviləsi üzrə qalıq borcu 1510.38 manat əsas borc və 92.68 manat faiz borcu olmaqla cəmi 1603.06 manat təşkil edir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 04 avqust 2022-ci il tarixli, 718 nömrəli Kredit müqaviləsi üzrə qalıq borcu 1275.40 manat əsas borc və 8.54 manat faiz borcu olmaqla cəmi 1283.94 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 36.03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) verməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.2. Borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl (xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir) yaranmışdır. Belə olan halda həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh1 iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Ona görə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Həmçinin borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında öhdəliyin icrasının təmini üsulu kimi qanunvericinin tələb etdiyi formada zaminlik müqavilələri bağlanmış və zaminlər Cavabdeh1 Bank qarşısında öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət götürmüşdür. Bu isə öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımı şəkildə icra edilməməsi halında kreditora bu öhdəliyin icrasını birbaşa zaminlərə yönləndirmək hüququ verir. Tutulmalı olan məbləğə münasibətdə isə məhkəmə qeyd edir ki iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlərdən 1283.94 manat – bundan 1275.40 manat əsas və 8.54 manat faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 04 avqust 2022-ci il tarixli, 718 nömrəli Kredit müqaviləsi üzrə qalıq borcu 1275.40 manat əsas borc və 8.54 manat faiz borcu olmaqla cəmi 1283.94 manat təşkil edir. Həmçinin, ərizəyə əlavə edilmiş hesabdan çıxarış məlumatlarında iddia ərizəsi verildikdən sonra xx.xx.2025-ci il tarixdə 196 manat və xx.xx.2025-ci il tarixdə 200 manat ödənişlərin edilməsi müəyyən olunur. Belə olan halda məhkəmə iddiaçı tərəfin iddia tələbi həcminin azaldılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, borc məbləği sonuncu maliyyə arayışında (xx.xx.2025-ci il tarixli) qeyd olunan məbləğdə cavandehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 36.03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən (iddiaçının iddia tələbi həcminin azaldılması barədə ərizəsinə uyğun olaraq) ödənilmiş dövlət rüsumunun 32.83 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 04 avqust 2022-ci il tarixli, 718 nömrəli kredit müqaviləsi 1275.40 manat əsas borc və 8.54 manat faiz borcu olmaqla cəmi 1283.94 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X7” Bakı Filialının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 04 avqust 2022-ci il tarixli, 718 nömrəli kredit müqaviləsi 1275.40 (bir min iki yüz yetmiş beş manat qırx qəpik) manat əsas borc və 8.54 (səkkiz manat əlli dörd qəpik) manat faiz borcu olmaqla cəmi 1283.94 (bir min iki yüz səksən üç manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X7” Bakı Filialının xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 32.83 (otuz iki manat səksən üç qəpik) manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-5365/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5365/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver