Məhkəmə qərarları › İş №e-2(010)-54/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-54/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-54/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi” barədə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı telefon üçün 528.4 manat ödənilməmiş hissə, 52.6 manat cərimə olmaqla, ümumilikdə 581 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci tarixli müqaviləyə əsasən, İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı telefon almış və nəticədə 581 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 578.4 manat olan, İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı telefon üçün ümumilikdə 581 manat olmaqla, ondan 528.4 manat ödənilməmiş hissə, 52.6 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 50 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdehin arasında bağlanmış xx.xx.2021-ci tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təhsil aktında qeyd olunduğu kimi, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmuş və bildirmişdir ki, iddiaçı "xxxx" MMC-dən aldığı mobil telefonu geri qaytarmış və bu əsasla mülki işin iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir.

4. Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-5081/2023 saylı qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

Tərəflərin izahatları

5. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2021-ci tarixdə müqavilə bağlamış və həmin müqaviləyə əsasən, İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı telefon cavabdehə satmışdır. Əşyaların təhvil-təslim aktında qeyd olunduğu kimi, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Həmin telefona cavabdeh 50 manat ödəmiş və telefon cavabdehə təhvil verilmişdir. Bununla bağlı cavabdehlə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən alınmış əşyaya 1 (bir) illik zəmanət verilmişdir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixdə aldığı telefonda qüsurların olması ilə bağlı mağazaya müraciət etmiş və onu ixtisaslaşmış servis mərkəzi olan "xxxx" MMC-yə yönləndirilmişdir. Belə ki, "xxxx" MMC Azərbaycan Respublikasında XİAOMİ markalı telefonların rəsmi distribyutorudur, yəni həmin telefonların Azərbaycan Respublikasına rəsmi gətirilməsini, satışını, təmirini və s. həyata keçirir. "xxxx" MMC-nin ixtisaslaşmış servis mərkəzi tərəfindən həmin cihaza texniki baxış keçirilmiş və telefonda hər hansı qüsur aşkar olunmamış və cihazın texniki parametrlərə uyğun işlədiyi bildirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, xx.xx.2021-ci tarixdə "xxxx" MMC ilə müqavilə bağlayaraq İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı telefon və notebook götürmüşdür. Lakin müqavilə bağladığı gündən 14 gün keçməmiş həmin telefonda qüsurların olduğunu müəyyən etmiş və bununla bağlı telefonu aldığı mağazaya təhvil vermiş və bununla bağlı olaraq ona çek vermişlər, lakin üstündən 4 il keçdiyindən həmin çeki o itirmişdir. Bundan əlavə telefonu ona yenidən qaytarmışlar və heç bir qüsurun olmadığını qeyd etmişlər, lakin o telefonu götürsə də, işlətdiyi zaman qüsurların olduğunu görmüş və bununla bağlı olaraq onların qaynar xəttinə zəng edərək telefonda problemlər olduğunu bildirmişdir. X3 nümayəndələri onu servis xidmətinə yönəltmişlər. O, həmin telefonu xx.xx.2021-ci il tarixdə təhvil vermiş və hazırda telefon onda deyildir. Həmin müddətdən artıq uzun müddət keçməsinə baxmayaraq "xxxx" MMC tərəfindən ona hər hansı bildiriş və xəbərdarlıq edilməmişdir. Lakin telefonun təhvil verildiyi gündən iki il keçdikdən sonra "xxxx" MMC tərəfindən ona qarşı iddia qaldırılmışdır. Onunla "xxxx" MMC arasında bağlanmış müqavilənin şərtlərinə əsasən alınan əşyada nöqsan aşkar olunarsa, həmin əşya yenisi ilə əvəz olunmalıdır. Lakin iddiaçı tərəfindən telefon yenisi ilə əvəz olunmamış, iş üzrə rəsmi distribyutor olan servis xidmətindən rəy alınmış, təyin olunmuş ekspertiza rəylərinə əsasən telefon üzərində hər hansı əzik və cızıq izləri aşkar olunmamışdır. Hazırda iddia ərizəsində qeyd olunan müqavilə üzrə tələb olunan məbləğ əsassızdır və bu əsasla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

İş materialları

7. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli 23223853 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 12 ay müddətinə hər ay 48.2 manat olmaqla, cəmi qiyməti 578.4 manat olan telefon satmış, Cavabdeh isə onu qəbul edib, telefonun qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.

8. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 528.4 manat ödənilməmiş hissə, 52.6 manat cərimə olmaqla, ümumilikdə 581 manat məbləğində borcu vardır.

9. Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.

10. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır.

11. xx.xx.2021-ci il tarixdə Texniki Xidmət Mərkəzinə təhvil verilmiş cihaz barədə aparılan işlər barədə məlumatdan müəyyən olunur ki, cihaza texniki baxış rəsmi Mixtech servisdə keçirilmiş, Maye, zərbə, kənar müdaxilə yoxdur və qüsur aşkar edilməmişdir.

12. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3/116 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı mobil telefonun üzərində zədə izləri yoxdur.

13. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5/547-3/755 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı mobil telefonun üzərində trasoloji zədə izləri yoxdur.

14. xx.xx.2021-ci il tarixdə Texniki Xidmət Mərkəzinə təhvil verilmiş cihaz barədə Aparılan işlər barədə məlumatdan müəyyən olunur ki, cihaza texniki baxış rəsmi Mixtech servisdə keçirilmiş, diaqnostikanın nəticələrinə görə iddia edilən qüsurlar təsdiqlənməyib, cihaz yaxşı vəziyyətdədir və elan edilmiş texniki xüsusiyyətlərə tam uyğun gəlir.

15. “X2” MMC tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, “X2” MMC ixtisaslaşmış servis mərkəzi olmadığına görə mütəxəssis rəyi vermək səlahiyyətində deyildir. “X2” MMC mobil telefonların texniki baxışınının, təmirinin və s. keçirilməsi üçün xidmətlərin göstərilməsi müqaviləsi əsasında "xxxx" MMC-yə müraciət edir. “X2” MMC ixtisaslaşmış servis mərkəzi olmadığına görə qərardadın icra edilməsi mümkün olmamış, "xxxx" MMC tərəfindən təqdim olunmuş mübahisə predmeti olan İMEİ kodu **********06024 X4 10 markalı mobil telefonu "xxxx" MMC-yə geri qaytarılmışdır.

16. xx.xx.2024-cü il tarixdə Texniki Xidmət Mərkəzinə təhvil verilmiş cihaz barədə aparılan işlər barədə məlumatdan müəyyən olunur ki, cihaza texniki baxış rəsmi Mixtech servisdə keçirilmiş, cihaz diaqnostika olunmuş, heç bir qüsur aşkar olunmamışdır. Cihaz işlək vəziyyətdədir və göstərilən spesifikasiyaya tam uyğundur.

17. xx.xx.2021-ci il tarixli zəmanət talonundan müəyyən olunur ki, alıcı Cavabdeh tərəfindən alınmış XİAOMİ REDMİ NOTE 10 markalı telefonun zəmanət müddəti 1 ildir.

İşin faktiki halları

18. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 578.4 manat olan İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı telefon almışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən alınmış əşyaya 1 (bir) illik zəmanət verilmişdir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixdə aldığı telefonda qüsurların olması ilə bağlı mağazaya müraciət etmiş və mağaza tərəfindən telefonda qüsurların olmasının müəyyən edilməsi məqsədilə ixtisaslaşmış servis mərkəzi olan "xxxx" MMC-yə yönləndirilmişdir. xx.xx.2021-ci il tarixdə Texniki Xidmət Mərkəzinə təhvil verilmiş cihaz barədə aparılan işlər barədə məlumatdan müəyyən olunur ki, cihaza texniki baxış rəsmi Mixtech servisdə keçirilmiş, maye, zərbə, kənar müdaxilə yoxdur və qüsur aşkar edilməmişdir. İş üzrə məhkəmə tərəfindən kompüter-texniki və məhkəmə trasoloji ekspertizası təyin olunmuşdur. Hər iki ekspertiza rəyinə əsasən tədqiqata təqdim edilən İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı mobil telefonun üzərində zədə və trasoloji zədə izləri mövcud olmamış, telefonda mövcud olan qüsurlar, onun işlək vəziyyətdə olub-olmaması ilə bağlı suallara cavab verilməmişdir. Bundan əlavə mütəxxəsis rəyin alınması üçün qərardad qəbul olunaraq “X2” MMC-yə göndərilmiş, lakin “X2” MMC-nin ixtisaslaşmış servis mərkəzi olmadığına görə mütəxəssis rəyi vermək səlahiyyətində olmadığını və “X2” MMC mobil telefonların texniki baxışınının, təmirinin və s. keçirilməsi üçün xidmətlərin göstərilməsi müqaviləsi əsasında "xxxx" MMC-yə müraciət etdiyini qeyd etmişdir. Mütəxxəsis rəyinin alınması üçün qərardad qəbul olunaraq ixtisaslaşmış servis mərkəzi olan "xxxx" MMC-yə göndərilmiş və verilmiş rəyə əsasən cihaza texniki baxış rəsmi Mixtech servisdə keçirilmiş, cihaz diaqnostika olunmuş, heç bir qüsur aşkar olunmamış, cihazın işlək vəziyyətdə olması və göstərilən spesifikasiyaya tam uyğun olması barədə rəy verilmişdir.

Tətbiq edilən hüquq.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 582. Malın keyfiyyəti üçün qarantiya 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Maddə 583. Qarantiya müddətinin hesablanması 583.1. Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Maddə 584. Əşyanın yararlıq müddəti 584.2. Satıcı yararlıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edilə bilsin. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 588. Satıcının cavabdeh olduğu qüsurlar 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.

20. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat

Məhkəmənin mövqeyi.

23. İşin faktiki hallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 578.4 manat olan İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı telefon almışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən alınmış əşyaya 1 (bir) illik zəmanət verilmişdir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixdə aldığı telefonda qüsurların olması ilə bağlı mağazaya müraciət etmiş və mağaza tərəfindən telefonda qüsurların olmasının müəyyən edilməsi məqsədilə ixtisaslaşmış servis mərkəzi olan "xxxx" MMC-yə yönləndirilmişdir. xx.xx.2021-ci il tarixdə Texniki Xidmət Mərkəzinə təhvil verilmiş cihaz barədə aparılan işlər barədə məlumatdan müəyyən olunur ki, cihaza texniki baxış rəsmi Mixtech servisdə keçirilmiş, maye, zərbə, kənar müdaxilə yoxdur və qüsur aşkar edilməmişdir. İş üzrə məhkəmə tərəfindən kompüter-texniki və məhkəmə trasoloji ekspertizası təyin olunmuşdur. Hər iki ekspertiza rəyinə əsasən tədqiqata təqdim edilən İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı mobil telefonun üzərində zədə və trasoloji zədə izləri mövcud olmamış, telefonda mövcud olan qüsurlar, onun işlək vəziyyətdə olub-olmaması ilə bağlı suallara cavab verilməmişdir. Bundan əlavə mütəxxəsis rəyin alınması üçün qərardad qəbul olunaraq “X2” MMC-yə göndərilmiş və lakin “X2” MMC-nin ixtisaslaşmış servis mərkəzi olmadığına görə mütəxəssis rəyi vermək səlahiyyətində olmadığını və “X2” MMC mobil telefonların texniki baxışınının, təmirinin və s. keçirilməsi üçün xidmətlərin göstərilməsi müqaviləsi əsasında "xxxx" MMC-yə müraciət etdiyini qeyd etmişdir. Mütəxxəsis rəyinin alınması üçün qərardad qəbul olunaraq ixtisaslaşmış servis mərkəzi olan "xxxx" MMC-yə göndərilmiş və verilmiş rəyə əsasən cihaza texniki baxış rəsmi Mixtech servisdə keçirilmiş, cihaz diaqnostika olunmuş, heç bir qüsur aşkar olunmamış, cihazın işlək vəziyyətdə olması və göstərilən spesifikasiyaya tam uyğun olması barədə rəy verilmişdir.

24. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

25. Məhkəmə hesab edir ki, hazırkı halda həmin əşyanın qüsursuz olması barədə sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur və lakin əşya cavabdehin verdiyi izahata görə qüsurlu olması səbəbindən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə servis mərkəzinə təhvil verilmişdir. İddiaçı tərəf həmin əşyanın təhvil götürüldüyünü, onun ixtisaslaşmış servis mərkəzində diaqnostikasının aparılmasını qeyd etsə də, sonradan cavabdehə hansı səbəbdən qaytarılmadığı və iki il ərzində bununla bağlı olaraq hər hansı tədbir görülməsi barədə məhkəməyə sübut təqdim etməmişdir.

26. Məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi bağlayaraq telefonu xx.xx.2021-ci il tarixdə iddiaçıdan təhvil götürmüş, lakin sonradan həmin telefonda olan qüsurlar barədə iddiaçıya məlumat vermişdir. İddiaçı tərəfindən həmin telefonun yoxlanılması ilə bağlı cavabdeh ixtisaslaşmış servis mərkəzi olan "xxxx" MMC-yə yönləndirilmişdir. Cavabdeh həmin telefonu xx.xx.2021-ci il tarixdə təhvil vermiş və sonradan həmin telefonu təhvil almamışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən alınmış əşyaya 1 (bir) illik zəmanət verilmişdir.

27. Hazırda iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə istinad edərək müqavilə üzrə nəzərdə tutulmuş əmlakın cavabdehə təhvil verildiyini və cavabdehin müqavilə üzrə öhdəliyini icra etmədiyini qeyd edərək cavabdehdən əmlakın dəyərini tələb edir. Cavabdeh tərəf isə qarantiya müddəti ərzində əşyada qüsurların olması ilə bağlı iddiaçı tərəfə məlumat verildiyini, lakin iddiaçı tərəfindən həmin əmlakın texniki göstəricilərinin yoxlanılması üçün ona təqdim olunan Texniki Xidmət Mərkəzinə müraciət etdiyini və həmin telefonu təhvil verdiyini qeyd etmişdir. İddiaçı tərəf cavabdeh tərəfə həmin əmlakda qüsurların mövcud olub-olmaması ilə bağlı olaraq cavab verməmiş, əmlakda qüsurların mövcud olub-olmaması ilə bağlı olaraq cavabın verilməsini üçüncü şəxs kimi "xxxx" MMC-dən asılı etmiş və əşya sonradan cavabdehə qaytarılmamış və bununla bağlı olaraq cavabdeh haqlı olaraq hesab etmişdir ki, artıq əşya qaytarılmış, müqavilə münasibətlərinə xitam verilmiş və müqavilə öhdəliyindən azaddır.

28. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəylərinə əsasən tədqiqata təqdim edilən İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı mobil telefonun üzərində zədə və trasoloji zədə izləri mövcud olmamış, telefonda mövcud olan qüsurlar, onun işlək vəziyyətdə olub-olmaması ilə bağlı suallara cavab verilməmişdir. Mütəxxəsis rəyinin alınması üçün qərardad qəbul olunaraq ixtisaslaşmış servis mərkəzi olan "xxxx" MMC-yə göndərilmiş və verilmiş rəyə əsasən cihaza texniki baxış rəsmi Mixtech servisdə keçirilmiş, cihaz diaqnostika olunmuş, heç bir qüsur aşkar olunmamış, cihazın işlək vəziyyətdə olması və göstərilən spesifikasiyaya tam uyğun olması barədə rəy verilmişdir.

29. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin verdiyi izahata görə "xxxx" MMC Azərbaycan Respublikasında XİAOMİ markalı telefonların rəsmi distribyutorudur, onun ölkəyə idxal etdiyi əmlaka dair özü tərəfindən verdiyi mütəxəssis rəyində maraqlıdır.

30. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

31. Beləliklə məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, tərəflərin hərəkətləri müqavilə öhdəliyindən yaransa da, sonradan müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İşin faktiki hallarından da görünür ki, iddiaçı tərəf əmlakı təhviltəslim aktına əsasən xx.xx.2021-ci ildə cavabdehə təhvil versə də, xx.xx.2021-ci il tarixdə əşya cavabdeh tərəfindən servis xidmətinə təhvil verilmiş, cavabdeh əşyadan təyinatı üzrə istifadə edə bilməmiş və həmin əşya 2021-ci ilin sentyabr ayından iddiaçıda qalmış və cavabdeh alğı-satqı müqaviləsinin icrasından imtina etmişdir.

32. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısına çevrilmiş, lakin əşyanın qüsurlu olması səbəbindən iddiaçıya təhvil verilməsi nəticəsində əşyadan təyinatı üzrə istifadə edə bilməmiş, həmin əşya iddiaçı tərəfindən yenisi ilə əvəz olunmamış və beləliklə cavabdeh əşyanı təhvil verməklə müqavilə öhdəliyindən azad olunmasını zənn etmiş, iddiaçı tərəf isə həmin əşyanı 2021-ci ildən özündə saxlamaqla müqavilənin tələblərinə zidd hərəkət etmişdir. Odur ki, mövcud iddia əsassızdır və təmin edilməməlidir.

Məhkəmə xərcləri.

33. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

34. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

35. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməli, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin.

36. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 180 (bir yüz səksən) manat məbləğində vəsait iddia təmin edilmədiyindən iddiaçı "xxxx" MMC tərəfindən dövlət nəfinə tutulmalıdır.

37. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi:

İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə aid olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul iddiaçı "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** X5 41 NABZ******************** SFİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar