Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5435/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMCnin xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 6.011.137,44 (altı milyon on bir min yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 3.795,57 (üç min yeddi yüz doxsan beş manat əlli yeddi qəpik) manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “xx.xx.2008-xx.xx.2020-ci il tarixlərdə İddiaçı MMC-nin Baş direktoru olmuşdur. Cavabdehin Baş direktor olduğu dövrdə İddiaçı (“Alıcı” qismində) və “X5 Co Limited” (“Satıcı” qismində, bundan sonra “Soluxe” adlanacaq) arasında xx.xx.2019-cu il tarixli, 101/19/SA saylı “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin “Müqavilə”yə əsasən “Soluxe” “İddiaçı”ya mallar təchiz etməyi, “İddiaçı” isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. “İddiaçı” Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə “Soluxe” tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2413/2022 saylı Qətnaməsi ilə İddiaçı MMC-dən “X5 Co Limited” şirkətinin xeyrinə 3.260.393.00 (üç milyon iki yüz altmış min üç yüz doxsan üç) ABŞ dolları əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 275.570,20 (iki yüz yetmiş beş min beş yüz yetmiş ABŞ dolları. 20 sent) ABŞ Dolları faiz borcunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-119/2023 saylı Qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin adıçəkilən qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmış və əlavə olaraq İddiaçı MMC-dən 130 manat ekspertiza xərcinin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-187/2024 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının adıçəkilən qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçının adından “Müqavilə”ni Baş direktor qismində Cavabdeh bağlamışdır. Cavabdeh “Müqavilə” üzrə malları şişirdilmiş qiymətlərlə almışdır. Belə ki, cavabdeh barium sulfat məhsulunu daha aşağı qiymətlə əldə etmək imkanı olduğu halda, “Soluxe”dan şişirdilmiş yuxarı qiymətlə - 1 tonu 297 ABŞ dolları olmaqla əldə etmişdir. Məhsulun şişirdilmiş qiymətlə alınmasını təsdiq edən sübutlar: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7739 saylı rəyində QOST 468284 standartına uyğun təbii barium sulfat məhsulunun (chemical barite) 1 tonunun 2019-cu ildə dünya bazarında olan bazar dəyərinin 155 ABŞ dolları olduğu müəyyən edilmişdir. Cavabdehin həyata keçirdiyi biznes əməliyyatlarının araşdırılması üçün iddiaçı tərəfindən audit yoxlanışının aparılması təşkil edilmişdir. Belə ki, “PwC” şirkəti tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli “Araşdırma Hesabatı” Dünyanın dörd ən böyük və mötəbər audit şirkətlərindən biri olan “PwC şirkəti” tərəfindən cavabdehin keçmiş Baş direktorunun həyata keçirmiş olduğu biznes əməliyyatlarının auditinin aparılması nəticəsində təsbit edilmişdir ki, İddiaçı MMC-nin keçmiş Baş Direktoru olan Cavabdeh “Soluxe” şirkəti də daxil olmaqla, bir sıra şirkətlərdən bazar qiymətlərindən dəfələrlə yüksək qiymətlərlə mallar və xidmətlər satın alınması barədə müqavilələr imzalamışdır. “Araşdırma Hesabatın”dan aydın olur ki, satın alınan malların və xidmətlərin alış dəyəri 5.418.908,00 AZN olmuşdur ki, eyni mal və xidmətlərin müqayisəli bazar dəyəri 2.789.687,00 AZN təşkil edirdi. Beləliklə, alış dəyəri ilə müqayisəli dəyər arasındakı fərq 2.629.221,00 AZN təşkil edir (“PwC” şirkəti tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli “Araşdırma Hesabatı”nın 10-cu səhifəsi) və bu “X5 Co., Limited” şirkəti ilə razılaşma üzrə qiymətlərin 2 qat şişirdildiyinin göstəricisidir. "xxxx" MMC tərəfindən hazırlanmış “Malların və Xidmətlərin daha yüksək qiymətə satın alınması nəticəsində şirkətə dəymiş maddi ziyanın araşdırılmasına dair” xx.xx.2021-ci il tarixli “Audit Rəyi”nə əsasən (rəyin 5-ci səhifəsi) də yuxarıda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. Göstərilən sübutlar əsasında Müqavilə üzrə malların qiymətinin ən azı 2.629.221,00 manat məbləğində şişirdilmiş olması öz təsdiqini tapır. Malların qiymətinin şişirdilmiş olması ilə yanaşı, qeyd olunan mallar keyfiyyətsiz mallar olduğu üçün onların quyularda baş verən fontanların qarşısının alınmasında istifadə edilməsi mümkünsüz idi və bununla iddiaçı bütün platformanı və platforma heyətinin həyatını riskə atmış olardı, hansı ki, bunu doğru olaraq etməmiş və öz fəaliyyətində həmin malların istifadəsindən doğru olaraq imtina etmişdir. Əks təqdirdə, İddiaçı MMC işlənməsini həyata keçirdiyi neft-qaz yataqlarında olan quyularda baş verəcək açıq neft, qaz və su fontanları nəticəsində platformada dəhşətli hadisələr baş verəcək, hazırda platformada minimum 100 nəfər sayda işləyən işçilər həlak olar, digər ciddi ekoloji fəlakətlər baş verəcək (neftin və qazın açıq dənizə axıdılması, dənizdə flora və faunanın məhv olması və s.). bir neçə milyard dollarlıq dəyəri olan platforma suyun altına batar və nəticədə baş verəcək itkilərə görə Azərbaycan Respublikası öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri icra etmək qabiliyyətində olmayacaqdır. Hesab edilir ki, cavabdeh öz şəxsi maraqlarının təmin edilməsi üçün aldığı həmin barium sulfat mallarının necə xüsusi bir əhəmiyyətə malik olduğunu anlamaq istəməmiş və öz şəxsi maraqlarının təmin edilməsi üçün “İddiaçı” İddiaçı MMC-nin qeyd olunan həyati təhlükəli və qarşısı alınmayan dəhşətli hadisələrlə üz-üzə qoymaq istəmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı MMC ölkədə APİ (X1/X8) Q2 sertifikatına sahib olan yeganə yerli qazma şirkəti olduğundan İddiaçı MMC həmin sertifikatın tələblərinə uyğun qaydada fəaliyyət göstərməlidir və həmin sertifikat yalnız İddiaçı MMC-də olduğu üçün Azərbaycan Respublikası tərəfindən xüsusi dövlət əhəmiyyətli və mürəkkəb quyuların qazılması məhz İddiaçı MMC-yə həvalə edilir. Hesab edilir ki, 04 dekabr 2015-ci il tarixdə Günəşli neft yatağında baş vermiş faciəvi hadisələrin təkrarlanmaması üçün ədalət mühakiməsini həyata keçirən məhkəmənin hazırkı mülki mübahisəyə obyektivlik və ədalətlilik prinsipləri çərçivəsində baxması mütləqdir. Göründüyü kimi, “Müqavilə” üzrə həm iddiaçıya satılmış malların qiyməti şişirdilmiş, həm də bu mallar keyfiyyət tələblərinə uyğun olmayaraq yararsız olmuşdur. Bunun nəticəsində iddiaçının həmin mallar istifadəsi qeyrimümkün olmuşdur. Qeyd olunmalıdır ki, İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli, İR 505/20 saylı “Əmri”nə əsasən cavabdehlə bağlanılmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Daha sonra “Cavabdeh”in fəaliyyəti zamanı yol verdiyi kobud pozuntularla əlaqədar onun barəsində iddiaçının ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 308.2ci maddələri ilə cinayət işi başlanılmış və daha sonra isə toplanmış dəlillərlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 308.2, 313, 32.4,308.2 və 32.4,313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi kifayət qədər sübuta yetirildiyindən o, həmin maddələrlə məhkəmə məsuliyyətinə verilmişdir. Cavabdeh barəsində həbs qətimkan tədbiri seçilmiş və onun barəsində göstərilən cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-439/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 308.2, 32.4,308.2, 313 və 32.4,313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Cavabdeh təyin edilmiş əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları isə əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh qəti olaraq 4 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Müqavilə üzrə verilmiş ilk sifariş əsasında 1.559.250,00 (bir milyon beş yüz əlli doqquz min iki yüz əlli) ABŞ dolları məbləğində mallar sifariş edilmiş və həmin sifariş üzrə yük gömrük bəyannamələrinin dövrü 2020-ci ilin mart-may aylarını əhatə edir. Hər bir sifariş Müqavilənin 2.3-cü bəndinə əsasən “Başqa qayda Tərəflər arasında SS-də razılaşdırmayıbsa, təchiz edilmiş malların dəyəri Satıcı tərəfindən təqdim edilmiş hesab əsasında 60 gün ərzində Satıcının bank hesabına ödənilir”. İlk sifariş üzrə invoys tarixlərinin əsasən 2020-ci ilin fevralaprel tarixləri və təchizat tarixlərinin əsasən 2020-ci ilin mart-may ayları olmasına və həmin sifarişlər üzrə ödənişlərin edilmədiyinə baxmayaraq, “Soluxe” şirkətinin sonrakı sifarişləri heç bir ödəniş və ən azı bank təminatı almadan icra etməsi və malları göndərməsi həmin şəxslər arasında şəxsi maraqların mövcudluğuna əsaslı və real şübhələr yaradır. Bununla yanaşı, həmin dövrə iddiaçının maliyyə vəziyyəti ona bu sifarişlərin dəyərini ödəmək imkanı verməmişdir. Belə ki, “PwC” şirkəti tərəfindən hazırlanmış xx.xx.2020-ci il tarixli “Audit Hesabatı”na əsasən, "xxxx" MMC 2.806.842.00 manat zərərlə (“PwC” şirkətinin xx.xx.2020-ci il tarixli “Audit Hesabatı”nın 6-cı səhifəsi) fəalivvət göstərmişdir. Belə olan halda, iddiaçının maliyyə vəziyyəti buna imkan vermədiyi halda cavabdeh sifarişləri təsdiq etmişdir. Bu danılmaz fakt isə bir daha yuxarıdakı qeydi təsdiqləmiş olur. Digər mühüm bir məqam da qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan cinayət işi üzrə İttiham aktında da qeyd olunmuşdur ki: “Dövlət Təhlükəsizliyi Xidmətinə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 2-2-02/3/**********/2023 saylı məktub əsasında əməliyyat tapşırığının icrası ilə əlaqədar 2008-ci il 29 mart tarixindən 2020-ci il 16 oktyabr tarixinədək İddiaçı MMCnin baş direktoru vəzifəsində çalışmış - xx.xx.1972-ci il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuş, AR vətəndaşı, azərbaycanlı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh məxsus mobil telefonlarda saxlanılan məlumatlar təhlil edilmişdir. Təhlil zamanı, R.X11 Respublikasında qeydiyyatdan keçmiş “X6 CO. LİMİTED” "X5 CO. LİMİTED” adlı şirkətlərlə bağlı Tan TMg EE5141314, istifadəsində Çin Xalq Respublikasının mobil operatoruna məxsus +**********473 saylı mobil telefon nömrəsi vardır, Cavabdeh ona “Kostya”, o isə öz növbəsində Cavabdeh "Boss” deyə müraciət edir) "xxxx" MMC-də məhkəmələr vasitəsi ilə pul vəsaitlərinin tələb edilməsi, eləcə də bu məsələlərdə SOCAR AQŞ-yə təzyiqlər göstərmək üçün beynəlxalq və yerli informasiya agentlikləri vasitəsilə məlumatın işıqlandırılmasına dair tapşırıqlar verməsi müəyyən edilmişdir. Belə ki, Cavabdeh tərəfindən Tan Ting adlı şəxsə “Xural TV”-nin baş redaktoru Əvəz Zeynallının nömrəsi göndərilmiş və həmin şirkətlərlə İddiaçı MMC arasındakı mübahisəyə dair məsələnin mediada işıqlandırılması tapşırığı verilmiş, o isə öz növbəsində “X6 Co Ltd”və “X5 Co Ltd” şirkətini məhkəmə prosesində vəkil qismində müdafiə edən X3 tərəfindən göndərilmiş mətni müvafiq düzəlişlərin edilməsi məqsədilə Cavabdeh göndərmişdir. Həmçinin, sözügedən mübahisəli məsələlərin işıqlandırılması məqsədilə Cavabdeh tərəfindən Tan Ting adlı şəxsə SOCAR-ın rəhbər heyətinin elektron poçt ünvanlarının göndərilməsi, bu məqsədlə beynəlxalq jurnalistlərlə danışıqların aparılmasına, eləcə də məktubların yazılmasına dair sonuncuya müvafiq tapşırıqların verilməsi müəyyən edilmişdir. Bundan başqa, təhlil zamanı tərəflər arasında 2022-ci ilin avqust ayında baş tutmuş məhkəmə prosesində “X5 Co Ltd” şirkətinin müxtəlif sənədlərdə fərqli möhürlərdən istifadə etməsinin aşkar edilməsi, bununla bağlı prosesin təxirə salınması, A.Canməmmədovun tövsiyəsinə uyğun olaraq Tan Ting adlı şəxsin möhürlərin birinin Çin şirkətləri ilə sənədləşmədə, digərinin isə digər xarici şirkətlər üçün istifadə edilməsinə dair məhkəməyə rəsmi məktub hazırlaması, “X5 Co Ltd” şirkəti tərəfindən müqavilənin əslinin təqdim olunmaması səbəbindən məhkəmə ekspertizasının keçirilməsinin mümkün olmaması, Cavabdeh baş verən proseslərdən narahatlıq hissi keçirməsi və məhkəmədən müqavilənin guya hər iki nüsxəsinin İddiaçı MMC-də olmasının səsləndirilməsinə dair tövsiyə verməsi, hətta xaricdən məhkəmə qarşısında məlumatı təsdiq etməyə də razılıq verməsi məlum olmuşdur. Tərəflər arasında baş tutmuş yazışmaların təhlili zamanı, Tan Ting adlı şəxsin məhkəmə prosesindəki bütün məqamlara dair R. İsayevə məlumat verməsi müəyyən edilmişdir. Həmçinin, əldə olunan X2 Bürosu Minhang şöbəsinə məxsus“İşin açılması barədə Bildiriş”də qeyd olunur ki, “Şanxayın şəhəri Minhang əyalətindən olan Tan Tinq, vəzifəsindən su-istifadə etməkdə şübhəli bilinir. Bu iş tərəflərindən nəzərdən keçirildikdən sonra, “Çin Xalq Respublikasının Cinayət Prosessual Qanunu”nun 112-ci maddəsinə uyğun olaraq cinayət işi açılma şərtlərinə cavab verir. Eyni zamanda Duhang Polis İdarəsinin 06 sentyabr 2023-cü il tarixli protokolun “Sübut/Şəhadətnamə” adlı sənədinə əsasən, “Cinayətdə şübhəli bilinən Tan Tinq (cinsiyyəti kişi; doğum tarixi: 2 noyabr 1981; şəxsiyyət vəsiqəsi nömrəsi: ******************) vəzifəsindən sui-istifadə etmək şübhəsi ilə büromuz tərəfindən onlayn təqib edilir.” qeydi əks olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-439/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə də iddia ərizəsində sadalanan faktlar bir daha öz təsdiqini tapmışdır. Qeyd olunan faktlar bir daha İddiaçı MMC-nin keçmiş Baş direktorunun, hazırkı iş üzrə Cavabdeh iddia ərizəsində göstərilən qanunsuz əməllərini realizə edə bilməsi üçün onun “X5 Co Ltd” şirkətinin rəhbəri olan Tan Tinglə necə əlbir olduğunu açıqaşkar sübut edir. Qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehin təqsiri ucbatından iddiaçının üzərinə öhdəlik kimi qoyulmuş və icrası məcburi olan Bakı Kommersiya Məhkəməsinin yuxarıda adı çəkilən qətnaməsi ilə qət edilmiş 5.542.668,10 (beş milyon beş yüz qırx iki min altı yüz altmış səkkiz manat on qəpik) manat məbləğində əsas borc və 468.469,34 (dörd yüz altmış səkkiz min dörd yüz altmış doqquz manat otuz dörd qəpik) manat məbləğində faiz borcu iddiaçıya dəymiş faktiki zərərdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatəti. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixdə vəsatət göndərərək, mülki işə qapalı məhkəmə iclasında baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixdə vəsatət göndərərək, mülki iş üzrə işin faktiki hallarında cinayət əlamətlərinin mövcudluğu nəzərə alınmaqla, xüsusi qərardad çıxarılmasını və X5 Co Ltd” ilə Cavabdeh arasında mümkün qanunsuz sövdələşmələrin araşdırılması məqsədilə müvafiq materialların prokurorluğa göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 187/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 dekabr 2-2(103)-119/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərara əsasən, əvvəlki direktorun fəaliyyətinin cavabdehin mənafeyinə uyğun olmaması və nəticədə hüquqi şəxsə ziyan dəyməsi cavabdehə əvvəlki direktora qarşı ziyanın ödənilməsi üçün iddia qaldırmaq hüququ versə də, əqdin etibarsızlığını şərtləndirən əsasların mövcudluğu təsdiq edilmədiyi halda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 2(103)-119/2023 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2-2(113)-2413/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmış və əlavə olaraq cavabdeh İddiaçı MMC-dən 130 manat ekspertiza xərcinin tutulması qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2413/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-dən “X5 Co Limited” şirkətinin xeyrinə 3.260.393,00 (üç milyon iki yüz altmış min üç yüz doxsan üç) ABŞ dolları əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 275.570,20 (iki yüz yetmiş beş min beş yüz yetmiş ABŞ dolları, 20 sent) ABŞ Dolları faiz borcunun tutulması qət edilmişdir. Baş direktoru Cavabdeh şəxsində İddiaçı MMC ilə “X5 Co Limited” şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 101/19/SA saylı “Alqı-satqı” müqaviləsindən görünür ki, təchiz ediləcək malların miqdarı, təchiz edilməsi müddəti və şərtləri, qiyməti və ödəniş şərtləri Satınalma Sifarişində (müqavilənin mətnində SS) göstəriləcək, ödəniş ABŞ dolları ilə həyata keçiriləcəkdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, SS-də göstərilmiş malların qiyməti heç bir halda dəyişdirilə bilməz. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, başqa qayda tərəflərlə razılaşdırılmayıbsa, təchiz edilmiş malların dəyəri satıcı tərəfindən təqdim edilmiş hesab əsasında 60 gün ərzində satıcının bank hesabına ödənilir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, əgər tərəflər razılığa gələ bilməzlərsə, mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində həll olunacaq. Müqavilə İddiaçı MMC-nin baş direktoru Cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli 9/7739 saylı rəyindən görünür ki, QOST 4682-84 standartına uyğun təbii barium sulfat məhsulunun (chemical barite) 1 tonunun 2019-cu ildə dünya bazarında olan bazar dəyərinin 155,00 ABŞ dolları olduğu müəyyən edilmişdir. “PWC" audit şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Seçilmiş təchizatçılarla satınalma əməliyyatlarının məhdudlaşdırılmış araşdırma hesabatı”-ndan, xüsusilə hesabatın 9, 10 və 16-cı səhifələrindən görünür ki, “X5 Co., Limited” şirkəti ilə bağlanmış müqavilələr üzrə barium sulfat (barit) məhsulunun satın alınması zamanı qiymətlər şişirdilmişdir. Hesabatda göstərilən hesablamalara əsasən, İddiaçı MMC tərəfindən barium sulfatın alınması üzrə faktiki ödənişlər 5 418 908 manat təşkil etmiş, PwC tərəfindən aparılmış müqayisəli bazar qiymətləri əsasında həmin məhsulun real bazar dəyəri isə 2 789 687 manat olaraq müəyyən edilmişdir. Nəticədə, barium sulfat məhsulu üzrə faktiki ödənişlə real bazar dəyəri arasında 2 629 221 manat məbləğində fərq yaranmışdır ki, bu da sözügedən məhsulun satınalma qiymətinin əhəmiyyətli dərəcədə şişirdildiyini təsdiq edir. HLB Azerbaijan LLC tərəfindən hazırlanmış “Malların və xidmətlərin daha yüksək qiymətə satın alınması nəticəsində şirkətə dəymiş maddi zərərin araşdırılmasına dair” xx.xx.2021-ci il tarixli Audit rəyinə əsasən, (rəyin 5-ci səhifəsi) aparılan araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, reallıqda barium sulfat məhsulları 1 tonunun qiyməti 155 ABŞ dolları (263 manata) olmaqla Qazaxıstanda fəaliyyət göstərən TOO "MİNİNG TECHNOLOGY" şirkətindən alınaraq sonradan İddiaçı MMC-ə satılmışdır. Eyni zamanda barium sulfatın real qiymətini müəyyənləşdirmək üçün İddiaçı MMC tərəfindən Qazaxıstanda fəaliyyət göstərən barium sulfatın digər istehsalçısı olan TOO "DOSTAU-LİTOS" şirkətinə qiymət sorğusu göndərilmiş və həmin sorğuya rəsmi cavab məktubunda şirkət barium sulfatın 1 tonunu 160 ABŞ dollarına (272 manata) satdığını qeyd etmişdir. Nəticədə 47.92% dəyərində və ya ******* manat məbləğində fərqin olması aydın olur. “X5 Co., Limited” şirkətinin təqdim etdiyi hesab fakturalar ödənildiyi halda, İddiaçı MMC-yə dəyən maddi zərərin cəmi 2,656,090 manat məbləğində olması ehtimal olunur. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli, İR 505/20 saylı “Əmri”nə əsasən, Cavabdeh ilə bağlanılmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. İddiaçı MMC-nin nizamnaməsinin 11.3.5-ci maddəsindən görünür ki, baş direktor öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr bağlayır, etibarnamələr verir (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verir.Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-439/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən (qanuni qüvvəyə minməyib) görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 308.2, 32.4, 308.2, 313 və 32.4,313cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Həmin hökmə əsasən, şahid Y.Q.Adıgözəlov ifadəsinə davam edərək qeyd etmişdir ki, “Buna baxmayaraq, Cavabdeh tonu 505 manata “X5 Co. Ltd” şirkətindən barium sulfat aldı. Sonradan müəyyən etdim ki, barium sulfat əslində “X5 Co. Ltd” şirkəti tərəfindən Qazaxıstanın “Mining Technology” şirkətindən tonu 263 manata alınmaqla İddiaçı MMC-yə tonu 505 manata satılmışdır.” Həmçinin, şahid X4 ifadəsində qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən “X6 Co.LTD” və “X5 Co.Ltd” şirkətlərindən malların yuxarı qiymətə alınması ilə bağlı Cavabdehlə söhbəti olmuş, sonuncu ona “X5 Co.Ltd” və “X6 Co.LTD” şirkətlərinin İddiaçı MMC-yə satdığı malların pulunu əvvəlcədən tələb etmədiyinə görə həmin şirkətlərlə əməkdaşlığa razılıq verdiyini bildirmişdir. “X5 Co.Ltd” və “X6 Co.LTD” şirkətlərinin adından danışıqları “Kostya” adlandırdıqları şəxs aparmış və danışıqlar şəxsən Cavabdehlə aparılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-5435/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil “işə qapalı məhkəmə iclasında baxılmasına” dair vəsatətinin təmin edilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-5435/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” barədə iddiasına dair e-2(010)-5435/2025 saylı mülki işə məhkəmə baxışı zamanı mənimsəmə və ya israf etmə (Azərbaycan Respublikası CM-nin 179-cu maddəsində nəzərdə tutulan) və vəzifə səlahiyyətlərindən sui-istifadə (Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutulan) cinayətinin əlamətlərinin aşkara çıxarılması barədə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı
2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda - 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla). Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı MMC-nin baş direktoru olduğu dövrdə iddiaçı ilə “X5 Co Limited” arasında xx.xx.2019-cu il tarixli 101/19/SA saylı alqı-satqı müqaviləsi bağlanmışdır və bu müqavilə iddiaçı adından baş direktor qismində cavabdeh tərəfindən imzalanmışdır. Sözügedən müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə əlaqədar olaraq “X5 Co., Limited” şirkəti tərəfindən iddiaçıya qarşı kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-dən “X5 Co Limited” şirkətinin xeyrinə 3.260.393 ABŞ dolları əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 275.570,20 ABŞ Dolları faiz borcunun tutulması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmış, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, aşağı instansiya məhkəmələrinin qətnamələri qüvvədə saxlanılmışdır. Hazırda İddiaçı MMC Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən iddiaçıya dəymiş zərərin əvəzi kimi 6.011.137,44 manat məbləğinin, habelə ödənilmiş 3.795,57 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə, iddia tələbinin 6.011.137,44 manat məbləğdə formalaşdırılmasına dair iddiaçının mövqeyini də nəzərə alır. Belə ki, İddiaçı MMC tərəfindən cavabdehdən tələb edilən 6.011.137,44 manat məbləği, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə “X5 Co., Limited” şirkətinin xeyrinə tutulması qət edilmiş 3.260.393,00 ABŞ dolları əsas borcun və gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 275.570,20 ABŞ dolları faiz borcunun cəmini təşkil edir və iddiaçı həmin məbləğin cavabdehdən manat ekvivalentdə reqres qaydasında tutulmasını xahiş edir. Lakin məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə cavabdehdən tutulmalı olan zərərin həcmi müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız real zərər və bu zərər ilə cavabdehin hüquqa zidd və təqsirli davranışı arasında birbaşa səbəbli əlaqə olan hissə əsas götürülməlidir. İş materiallarından və təqdim edilmiş sübutlardan göründüyü kimi, “X5 Co., Limited” şirkəti tərəfindən təchiz edilmiş mallar İddiaçı MMC tərəfindən qəbul edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı həmin malları qəbul etməklə onların bazar dəyəri həddində əmlak əldə etmiş, yəni bu hissədə varlanmışdır. Buna görə də, cavabdehdən malların tam dəyərinin tutulması iddiaçının əsassız varlanmasına gətirib çıxarardı ki, bu da mülki hüququn əsas prinsipləri ilə uzlaşmır. Bu baxımdan, məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan real zərər yalnız malların faktiki satınalma dəyəri ilə onların bazar dəyəri arasında yaranmış fərq, yəni şişirdilmiş qiymət həddində müəyyən edilməlidir. İş materiallarında olan həm "xxxx" MMC-nin audit rəyində, həm də “PwC” şirkətinin hesabatında malların bazar qiymətindən şişirdilmiş qiymətlərlə alındığı faktı öz təsdiqini tapmışdır və bu sənədlər cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya zərər dəydiyini sübut edir. Bununla belə, məhkəmə real zərərin həcmini müəyyən edərkən əsas olaraq "xxxx" MMC-nin audit rəyində göstərilən məbləği rəhbər tutur. Belə ki, "xxxx" MMC-nin audit rəyi “PwC” şirkətinin hesabatından daha əvvəl tarixdə – xx.xx.2021-ci ildə tərtib edilmiş, hadisələrə zaman baxımından daha yaxın dövrü əhatə etmişdir. Bundan əlavə, hər iki audit sənədində göstərilən şişirdilmiş məbləğlər arasında əhəmiyyətli fərq mövcud olmadığından, məhkəmə "xxxx" MMC-nin audit rəyində göstərilmiş 2.656.090 manat məbləğini iddiaçıya vurulmuş real zərərin əsaslandırılmış və etibarlı həcmi kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddiaçıdan tutulmuş 275.570,20 ABŞ dolları məbləğində 5 faiz gecikmə faizi cavabdehin mülki məsuliyyətindən kənarda qala bilməz. İş materiallarından göründüyü kimi, sözügedən faiz məbləği cavabdehin İddiaçı MMC-nin baş direktoru olduğu dövrdə, onun tərəfindən bağlanmış müqavilə üzrə ödənişlərin vaxtında həyata keçirilməməsi nəticəsində yaranmışdır. Beləliklə, qeyd olunmuş qanunvericiliyin tələblərinə uyğun olaraq, gecikdirilmiş vaxt üçün yaranmış illik 5 faiz borcu məbləği - 275.570,20 ABŞ dolları məbləği iddiaçı üçün dəymiş zərər təşkil etdiyindən, məhkəmə həmin məbləğin də tam həcmdə cavabdehdən tutulmasını əsaslı hesab edir. Eyni zamanda iş materiallarında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-439/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü də mövcuddur ki, həmin hökmdən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 308.2, 32.4,308.2, 313 və 32.4,313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilindiyi görünür. Məhkəmə bununla bağlı onu da qeyd edir ki, göstərilən hökm qanuni qüvvəyə minməmişdir, bu səbəbdən Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən həmin hökmün mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məhkəmə üçün məcburiliyi yaranmır. Bununla belə, hökmün məzmununda əks olunmuş hallar, o cümlədən şahid ifadələrində barium sulfatın faktiki olaraq daha aşağı qiymətlə alınaraq iddiaçıya daha yüksək qiymətlə satılması barədə qeydlər, habelə cavabdehin təchizat proseslərinə birbaşa təsir imkanlarının olması məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilir. Beləliklə, məhkəmə müəyyən edir ki, cavabdehin baş direktor kimi səlahiyyət və vəzifələri (Cəmiyyətin adından müqavilə bağlamaq, maliyyə-təsərrüfat fəaliyyətinə sərəncam vermək), həmin səlahiyyətlər çərçivəsində “Soluxe” ilə müqavilənin bağlanması, malların bazar qiymətlərindən yuxarı qiymətlərlə satın alınması və bunun nəticəsində iddiaçı üçün bazar dəyəri ilə faktiki alış dəyəri arasında 2.656.090 manat məbləğində fərqin yaranması iş materialları və auditor rəylərləri ilə tam təsdiq olunur. Eyni zamanda, məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə “X5 Co. Limited” şirkətinin xeyrinə tutulmuş 275.570,20 ABŞ Dolları (468.469,34 manat) məbləğində 5 faiz gecikmə faizi də cavabdehin hüquqa zidd davranışının birbaşa nəticəsi olaraq iddiaçıya dəymiş zərər kimi qiymətləndirilməlidir. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 3.124.559,34 (üç milyon yüz iyirmi dörd min beş yüz əlli doqquz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 2352,28 manat məbləğində pul cavabdehdən tutularaq bu ödənişi tam olaraq həyata keçirmiş İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 3.124.559,34 (üç milyon yüz iyirmi dörd min beş yüz əlli doqquz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Dövlət rüsumu olaraq ödənilmiş 2352,28 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva