Məhkəmə qərarları › İş №e-2(010)-5527/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5527/2025

19.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5527/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı İB-yə vurulmuş 11591,32 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3028,92 manat və 133,86 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 14754,10 manat pulun cavabdehlərdən müştərək qaydada məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixində 12/496 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdelərin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1944 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1253,97 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1658,88 manat; - xx.xx.2022ci il tarixli ******* saylı akt əsasında 356,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1555,20 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 466,56 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 349,92 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 816,48 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 116,64 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 145,91 manat; Cəmi 11.591,32 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunmuşdur). Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyi Bakı filialı tərəfindən cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulması təsdiqini tapmış və Cavabdeh1 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirilmişdir ki, cavabdehlərin ödənilməmiş 2012-ci ilin üzrə qalıq 667,50 manat sərfiyyat borcu, 2020-ci ilin mart-aprel ayları üzrə 6,10 manat sərfiyyat borcu, 2021-ci ilin fevral-dekabr ayları üzrə 946,90 manat sərfiyyat borcu və limitdən əlavə 17 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-mart ayları üzrə 258,36 manat sərfiyyat borcu və limitdən əlavə 42,64 manat sərfiyyat borcu, 2024-cü ilin noyabr-dekabr ayları üzrə 58,20 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-iyul ayları üzrə 499,68 manat sərfiyyat borcu və limitdən əlavə 46 manat sərfiyyat borcu, cəmi 2542,38 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 01631 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 06.012017-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 163,10 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Cavabdehlərin 2017-ci il iyun ayından sayğac dəyişikliyindən sonra isə abonentin 0,10 manat və 2018-ci il iyun ayından sayğac dəyişikliyindən sonra isə abonentin 385 manat, cəmi 385,10 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu qalmışdır (aktlar əlavə olunub) (2542,38+163,10+385,10=3090,58) 2012-ci ilin oktyabr ayından 2025-ci ilin iyul ayına qədər cavabdeh 61,66 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3028,92 (üç min iyirmi səkkiz manat 98 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehlərin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gasrep üzrə ümumi 4.620,24 (on dörd min altı yüz iyirmi manat 24 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli 12/496 nömrəli Müqavilədən görünür ki, Paylayıcı (İddiaçı) bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (Cavabdeh2) keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. **********00000 kodlu xx.xx.2025-ci il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh2 məxsus ünvan 4 41 ünvanda yerləşən mənzilə xx.xx.2024-cü il tarixdə sayğac quraşdırılmış, həmin abonentə 2010-cu ildə cəmi 310 m3 sərfiyyata görə “sərfin məbləği” adlı sütunda 31 manat məbləği; 2011-ci ildə cəmi 365 m3 sərfiyyata görə “sərfin məbləği” adlı sütunda 36.50 manat məbləği; 2012-ci ildə cəmi 335 m3 sərfiyyata görə “sərfin məbləği” adlı sütunda 33.50 manat məbləği; 2018-ci ildə cəmi 9720 m3 sərfiyyata görə “qalıq və aktlar” adlı sütunda 1.944 manat məbləği; 2020-ci ildə cəmi 9853 m3 sərfiyyata görə “sərfin məbləği” adlı sütunda 6.10 manat məbləği, “qalıq və aktlar” adlı sütunda 979.20 manat; 2021-ci ildə cəmi 14118 m3 sərfiyyata görə “sərfin məbləği” adlı sütunda 946.90 manat məbləği, “qalıq və aktlar” adlı sütunda 885.60 manat; 2022-ci ildə cəmi 28392 m3 sərfiyyata görə “sərfin məbləği” adlı sütunda 258.36 manat məbləği, “qalıq və aktlar” adlı sütunda 3.269,09 manat; 2023-cü ildə cəmi 28620 m3 sərfiyyata görə “sərfin məbləği” adlı sütunda 3.434,40 manat məbləği; 2024-cü ildə cəmi 8261 m3 sərfiyyata görə “sərfin məbləği” adlı sütunda 58.20 manat məbləği, “qalıq və aktlar” adlı sütunda 933,12 manat; 2025-ci ildə avqust ayınadək cəmi 4075,60 m3 sərfiyyata görə “sərfin məbləği” adlı sütunda 499.68 manat məbləği, “qalıq və aktlar” adlı sütunda 145,91 manat məbləği göstərilmişdir. İstifadə olunan cihazlar: 3 gözlü qaz plitələri (PQ-3) (1/1), dəmir peçi (2/2). xx.xx.2025-ci il tarixli **********00000 nömrəli abonent kodlu “GASREP” çıxarışdan görünür ki, Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən mənzil ünvanda həmin abonentin sentyabr 2012 – may 2020-ci il tarixləri əhatə edən dövrdə 3160.6 manat borcu yaranmış, cəmi 1437 m3 sərfiyyata görə 205.20 manat ödəniş etmişdir. Təbii X4nın pozulması haqqında aktlardan (xx.xx.2018-ci il tarixli ******* saylı akt - 1944 manat; xx.xx.2020-ci il tarixli ******* saylı – 583.2 manat; xx.xx.2020-ci il tarixli ******* saylı – 252 manat; xx.xx.2020-ci il tarixli ******* saylı – 144 manat; xx.xx.2021-ci il tarixli ******* saylı – 885.6 manat; xx.xx.2022-ci il tarixli ******* saylı – 1253.97; xx.xx.2022-ci il tarixli ******* saylı – 1658.88; xx.xx.2022-ci il tarixli ******* saylı – 356.4; xx.xx.2023-cü il tarixli ******* saylı – 354.24 manat; xx.xx.2023-cü il tarixli ******* saylı – 1555.2; xx.xx.2023-cü il tarixli ******* saylı – 354.2 manat; xx.xx.2023-cü il tarixli ******* saylı – 354.24 manat; xx.xx.2023-cü il tarixli ******* saylı – 466.56 manat; xx.xx.2023-cü il tarixli ******* saylı – 349.92 manat; xx.xx.2024-cü il tarixli ******* saylı – 816.48 manat; xx.xx.2024-cü il tarixli ******* saylı – 116.64 manat; xx.xx.2024-cü il tarixli ******* saylı – 145.91 manat), aktlara əlavə edilmiş fofoşəkillərdən, eləcə də dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, **********00000 kodlu abonent Cavabdeh2 ünvan 4 41 ünvanda yerləşən qaz sayğacına müxtəlif tarixlərdə (aktlarda qeyd edilən tarixlərdə) baxış keçirilmiş, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmiş, qaz sayğacının, qaz borularının və s. foto şəkilləri çəkilmiş, həmin şəkillərdən qaz xəttinə qoşulma olduğu məlum olmuş, dəymiş ziyan hesablanmış, itirilmiş qazın həcmi və həmin həcmə uyğun dəymiş ziyan məbləğinin hesablanması qaydası göstərilmiş, həmin məbləğlərin ödənilməsi istehlakçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialının müfəttişi X2 tərəfindən xx.xx.2024-cü ildə tərtib edilmiş MN saylı ******* nömrəli X8 protokolla müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən, ünvan 4 41 küçəsi ünvanda yaşayan Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə sayğacdan kənar qeyriqanuni qaz xəttinə qoşularaq təbii qazın talanması aşkar olunmuşdur. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı filialının rəisi vəzifəsini icra edən X3 xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli **********08 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 133.86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2 iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu. qazın paylanması – qaz paylayıcısı tərəfindən qazpaylayıcı şəbəkə vasitəsilə qazın istehlakçılara paylanması və satılması üzrə fəaliyyət istehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr

1. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab edilir.

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), X10 şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanunu Maddə 6-1. Müayinə və texniki xidmət məlumatları reyestri

1. Qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

2. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir. Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə X8 iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”.

5. X10 Şərtləri 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə X8 iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28 noyabr 2016-cı il 18 saylı Qərarı. Təbii qazın ölkədaxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 4.1. Əhali 4.1.1. illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün 100,0 4.1.2. illik istehlak həcminin 2200 m3 -dən çox olan hissəsi üçün 200,0 Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il 13 saylı Qərarı. Təbii qazın ölkə daxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 - dək (1200 m3 daxil) olan hissəsi üçün 120,0 6.1.2. illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 200,0 6.1.3. illik istehlak həcminin 2500 m3 - dən çox olan hissəsi üçün 250,0 Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, yuxarıda qeyd olunanlara müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2024cü il tarixli ******* saylı; xx.xx.2024-cü il tarixli ******* saylı; xx.xx.2024-cü il tarixli ******* saylı aktlar tərtib edilərək, həmin aktlar üzrə qanunsuz qoşulmalara görə borc hesablanmışdır. Eyni zamanda, iş materiallarına əlavə edilmiş abonent saldosuna əsasən, Cavabdeh2 sayğac vasitəsi ilə qazdan istifadə etmiş və onun 3.028,92 manat debitor borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" 25 fevral 2022-ci il tarixli Qanunu ilə "Qaz təchizatı haqqında" Qanuna edilmiş dəyişikliyə görə, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin maddənin məzmununa görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə X8 iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu dəyişikliklərlə bağlı Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, cavabdehdən qanunsuz qoşulma ilə bağlı borcun tutulmasına dair iddia tələbi həmin tarixdən əvvəl və sonra olmaqla təsnifat aparılmalıdır. İddia tələbinin xx.xx.2022-ci il tarixdən əvvəl qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş - xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı aktlara əsasən hesablanmış borcun tutulması hissəsində məhkəmə qeyd edir ki, cavabdehin ünvanında qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilmişdir. Tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda da sübutetmə yükü təchizatçının üzərinə düşür. Bu halda, məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan qanunsuz qoşulma ilə bağlı fotoşəkillərin bir çoxunda tarix qeyd edilməmişdir. Həmçinin iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdehin qəbul və imza etməkdən imtina etmişdir. İddiaçı tərəfindən qazın talanması məqsədilə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı nəzərə alınmalı olan qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmamışdır. Həmçinin istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanmalı idi. İddiaçı tərəfindən tərtib edilmiş aktlar üzrə hesablanmış borc ağlabatan deyildir. Belə ki, məhkəmə qeyd edir ki, həmin müddətdə müqavilə tərəfi Cavabdeh2 olmuş və ona qarşı aşağıda sadalanmış aktlar üzrə ziyanın vurulması ilə bağlı hesablaşmalar növbəti kimi olmalıdır: xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə “laboratoriya aktına” əsasən hesablama qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m³/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 18 gün qəbul edilməklə aparılmışdır. Həmin laboratoriya aktı təqdim edilmədikdən və hesablanmış borcun hesablanmasının əsaslığını müəyyən etmək mümkün olmadığından, məhkəmə hesab edir ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşma qaydası aşağıdaki kimi olmalı idi: PQ4 istifadəsi – 1,2 m³/saat x 6 saat x 30 gün = 216 m³, kombinin istifadəsi – 2.6 m³/saat x 24 saat x 30 gün = 1872 m³. 216 m³ + 1872 m³ = 2088 m³ x 0,10 manat = 208.8 manat. xx.xx.2020-ci il tarixli akt üzrə hesablama qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə aparılmışdır. Məhkəmə hesab edir ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşma qaydası aşağıdaki kimi olmalı idi: PQ4 istifadəsi – 1,2 m³/saat x 6 saat x 30 gün = 216 m³, QSQ istifadəsi – 1.5 m³/saat x 6 saat x 30 gün = 270 m³. 216 m³ + 270 m³ = 480 m³ x 0,10 manat = 48.6 manat. xx.xx.2020-ci il tarixli akt üzrə hesablama qaz işlədicilərindən PQ2-in maksimal saatlıq qaz sərfi 0,6 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün,qəbul edilməklə aparılmışdır. Məhkəmə hesab edir ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşma qaydası aşağıdaki kimi olmalı idi: PQ2 istifadəsi – 0,6 m³/saat x 6 saat x 30 gün = 108 m³, QSSQ istifadəsi – 1.5 m³/saat x 6 saat x 30 gün = 270 m³, dəmir sobanın istifadəsi - 1.4 m³/saat x 6 saat x 30 gün = 252 m³. 108 m³ + 270 m³ + 252 m³ = 630 m³ x 0,10 manat = 63 manat. xx.xx.2020-ci il tarixli akt üzrə hesablama qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə aparılmışdır. Məhkəmə hesab edir ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşma qaydası aşağıdaki kimi olmalı idi: PQ4 istifadəsi – 1,2 m³/saat x 6 saat x 30 gün = 216 m³, radiatorun istifadəsi – 0,8 m³/saat x 12 saat x 30 gün = 288 m³. 216 m³ + 288 m³ = 504 m³ x 0,10 manat = 50.4 manat. xx.xx.2021-ci il tarixli akt üzrə hesablama qaz işlədicilərindən PQ4-in maksimal saatlıq qaz sərfi 1.2 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə aparılmışdır. Məhkəmə hesab edir ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşma qaydası aşağıdaki kimi olmalı idi: PQ2 istifadəsi – 1.2 m³/saat x 6 saat x 30 gün = 216 m³, QSSQ istifadəsi – 1.5 m³/saat x 6 saat x 30 gün = 270 m³, dəmir sobanın istifadəsi - 1.4 m³/saat x 6 saat x 30 gün = 252 m³. 216 m³ + 270 m³ + 252 m³ = 738 m³ x 0,10 manat = 73.8 manat. İddia tələbinin xx.xx.2022-ci il tarixdən sonra qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2024-cü il tarixli ******* saylı; xx.xx.2024cü il tarixli ******* saylı aktlara əsasən hesablanmış borcun tutulması hissəsində məhkəmə qeyd edir ki, qanuna edilmiş dəyişikliklərin tələblərinə əsasən, bu aktların bir nüsxəsi X8 iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, (cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına) təqdim edilməmişdir. Yalnız həmin orqanların qərarı olduqdan sonra iddiaçı həmin aktlara əsasən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilərdi. Lakin, iddiaçı Qanunun bu tələbini icra etməmiş və sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla, xx.xx.2022-ci il tarixdən sonra tərtib edilmiş göstərilən aktlarla bağlı zərərin ödənilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən hesablanmış borcun tutulması hissəsində isə məhkəmə qeyd edir ki, həmin аkt üzrə аşkаr edilmiş qаnunsuz qоşulmа hаlı ilə bаğlı Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinə mürаciət оlunmuş və həmin Аgentliyin Bakı filialının rəisi vəzifəsini icra edən X3 xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh1 barəsində Azərbаycаn Respublikаsı İXM-in 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Yuхаrıdа qeyd edilən аkt üzrə hesаblаnmış zərərin məbləği 145.91 mаnаt təşkil edir. Göründüyü kimi, iddiaçı qanunun tələblərinə əməl edərək, xx.xx.2024-cü il tarixli ******* sаylı аktlа əlаqədаr inzibati xətanın törədilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, müvаfiq icrа hаkimiyyəti оrqаnı inzibati tənbeh vermə haqqında qərarla həmin аktа əsasən Cavabdeh1 cərimə tətbiq etmişdir. Bu səbəbdən, iddiа tələbi həmin hissədə Cavabdeh1 münasibətdə əsaslıdır. Tələbin 3028,92 manat debitor borcun cavabdehlərdən tutulması hissəsində məhkəmə qeyd edir ki, Cavabdeh2 abonent saldosuna əsasən sayğac vasitəsi ilə qazdan istifadə edildiyindən və yаrаnmış bоrcu tаm şəkildə ödənilmədiyindən, iddiaçı debitor borcun müvafiq hissəsini Cavabdeh2 tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən, iddia tələbi qeyd оlunаn hissədə Cavabdeh2 münasibətdə təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 tərəfindən İddiaçı İB-yə vurulmuş 444.6 manat məbləğində zərər, Cavabdeh2 debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3028,92 manat, Cavabdeh1 tərəfindən İddiaçı İB-yə vurulmuş 145.1 manat məbləğində zərər tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu dövlət rüsumundan iddianın təmin edilən hissəsinə mütənasib olan 56.2 manat cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3028,92 manat, Cavabdeh1 tərəfindən İddiaçı İB-yə vurulmuş 145.1 manat məbləğində zərər, Cavabdeh2 tərəfindən İddiaçı İB-yə vurulmuş 444.6 manat məbləğində zərər və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dövlət rüsumu olaraq ödənilmiş 56.2 manat müştərək qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar