Məhkəmə qərarları › İş №e-2(010)-5554/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5554/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5554/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi barədə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 976.86 manat əsas və 75.83 manat faiz olmaqla, cəmi 1052.69 manat məbləğində borc və ödənilmiş 30.53 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları İddiaçı və X1 arasında xx.xx.2021-ci il tarixli, 100804-982024/1 nömrəli kredit müqaviləsindən bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, bank borcalana 5000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 20% dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, kredit 24 ay müddətinə və şəxsi istehlak məqsədləri üçün verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, mərhum miras qoyanın ölümü ilə əlaqədar sonuncunun adına notariat ofisində vərəsəlik işi açılmış, hazırkı iş üzrə cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi qismində müəyyən edilmiş və cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əldə etməklə miras əmlakın formal qəbulu (notariat orqanına ərizə verməklə) üsulunu realizə edərək mərhumdan qalmış miras əmlakı qəbul etmişdir. Cavabdehə miras qalmış əmlaklar DTXK Tərtər rayon şöbəsi tərəfindən xx.xx.2006cı il tarixdə X4 verilmiş JN:739A seriya nömrəli, 61101004 kodlu şəhadətnaməyə əsasən, Tərtər şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ümumi birgə mülkiyyət üzrə mərhuma məxsus hissəsindən və DTXK Tərtər rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X4 verilmiş JN:739B seriya nömrəli, 61101004 kodlu şəhadətnaməyə əsasən, Tərtər şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ümumi birgə mülkiyyət üzrə mərhuma məxsus hissəsindən ibarətdir. İddia tələbinin əsaslandırıldığı hallar a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X1 arasında bağlanmış 10 fevral 2021-ci il tarixli, 100804-982024/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən, borcluya 24 ay müddətinə, illik 20% dərəcəsi ilə 5000 manat məbləğində krеdit vеrilmişdir. X5 19 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. X3 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X4 dair Bakı Şəhəri 24 Saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Bakı Şəhəri 24 Saylı Notariat Ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X3 vərəsəsi kimi cavabdeh tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən, cavabdeh pay almışdır. Bundan sonra X3 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə cavabdehə xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmişdir. 07 oktyabr 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 976.86 manat məbləğində əsas bоrcu və 75.83 manat faiz borcu оlmaqla, cəmi 1052.69 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən, borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən, ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə olunan sənədlər İddiaçı ASC (Bank) və X5 (Borcalan) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 100804-982024/1 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, “Bank” “Borcalan”a 5000 manat məbləğində kredit verməyi, “Borcalan” isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 20% dərəcəsi ilə hesablanmış faizləri “Bank”a ödəməyi öhdəsinə götürür. Kredit 24 ay müddətinə və şəxsi istehlak məqsədləri üçün verilir. xx.xx.2021-ci il tarixli, 100804-982024/1 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2021 – xx.xx.2023-cü il tarixləri arasında hər ay 254.48 manat (sonuncu ay 254.45 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2021-ci il tarixli, TT21041Z9S2M nömrəli kassa məxaric orderindən müəyyən olunur ki, X1na iddiaçı bankın kassasından 5000 manat məbləğində pul vəsaiti verilmiş və bu barədə orderə imza edilmişdir. xx.xx.2023-cü il tarixli, 2V-59 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi – ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – DTXK Tərtər rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X4 verilmiş JN:739A seriya nömrəli, 61101004 kodlu şəhadətnaməyə əsasən, Tərtər şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ümumi birgə mülkiyyət üzrə mərhuma məxsus hissədən ibarətdir. xx.xx.2023-cü il tarixli, 2V-60 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi – ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – DTXK Tərtər rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X4 verilmiş JN:739B seriya nömrəli, 61101004 kodlu şəhadətnaməyə əsasən, Tərtər şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ümumi birgə mülkiyyət üzrə mərhuma məxsus hissədən ibarətdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı tərəfindən borcalanın qanun üzrə vərəsəsi cavabdehə xx.xx.2021-ci il tarixli, 100804-982024/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği (976.86 manat əsas və 75.83 manat faiz olmaqla, cəmi 1052.69 manat) məlumat verilmiş, həmin borcun tam şəkildə 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, X1nun xx.xx.2021-ci il tarixli, 100804-982024/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə iddiaçıya 976.86 manat əsas və 75.83 manat faiz olmaqla, cəmi 1052.69 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli, **********04 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30.53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində məlum olur ki, mərhum X5 ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixli, 100804-982024/1 nömrəli kredit müqaviləsi bağlanmış, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda isə X3 xx.xx.2021-ci il tarixli, 100804-982024/1 nömrəli kredit müqaviləsinə görə iddiaçıya xx.xx.2025-ci il tarixə 976.86 manat əsas və 75.83 manat faiz olmaqla, ümumilikdə 1052.69 manat məbləğində borcu vardır. Borclu vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Cavabdeh onun vərəsəsi olaraq mərhum X2 qalmış mirası notarial qaydada qəbul etmiş, lakin ona xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişdir, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə mərhumun vərəsəsi olan cavabdehə şəhadətnamə verilən miras əmlakların DTXK Tərtər rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X4 verilmiş JN:739A seriya nömrəli, 61101004 kodlu şəhadətnaməyə əsasən, Tərtər şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ümumi birgə mülkiyyət üzrə mərhuma məxsus hissəsindən və DTXK Tərtər rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X4 verilmiş JN:739B seriya nömrəli, 61101004 kodlu şəhadətnaməyə əsasən, Tərtər şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ümumi birgə mülkiyyət üzrə mərhuma məxsus hissəsindən ibarət olması müəyyən edilir. İşdə olan materiallar əsasında məhkəmə mərhum X2 vərəsəsinə miras qalmış əmlakın kreditor qarşısında öhdəliyin icrası üçün kifayət hesab edilməsi qənaətinə gəlir. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiklərindən, onlar, miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30.53 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X3 qanun üzrə vərəsəsi cavabdehdən xx.xx.2021-ci il tarixli, 100804-982024/1 nömrəli kredit müqaviləsi üzrə 976.86 manat əsas və 75.83 manat faiz olmaqla, ümumilikdə 1052.69 manat məbləğində borc və ödənilmiş 30.53 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi: İddia təmin edilsin. X3 qanun üzrə vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli, 100804-982024/1 nömrəli kredit müqaviləsi üzrə 976.86 (doqquz yüz yetmiş altı manat səksən altı qəpik) manat əsas və 75.83 (yetmiş beş manat səksən üç qəpik) manat faiz olmaqla, cəmi 1052.69 (min əlli iki manat altmış doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30.53 (otuz manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar