Məhkəmə qərarları › İş №e-2(010)-5556/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5556/2025

10.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5556/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi və borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya vurulmuş zərərin əvəzi kimi 16094.18 manat məbləğində pul vəsaiti və ödənilmiş 138.50 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və X6 arasında sonuncu dəfə xx.xx.2017-cı il tarixində 12/29210 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış, həmin müqavilə əsasında iddiaçı abonent X2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana iddiaçının Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01360 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı, 1402AZ**********74 nömrəli qaz sayğacı quraşdırılmışdır. Səmədov Cavad yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçının əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması, həmçinin sayğaca müdaxilə faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Bir çox hallarda isə istehlakçı qaz sayğacını ümumiyyətlə xəttən ayıraraq götürmüş, bir kənara atmış, sayğaca giriş və çıxış borularını rezin şlanqla birləşdirmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış, qanunvericiliyin tələbinə əsasən, qeyri-qanuni birləşmə aradan qaldırılmış, yeni sayğac quraşdırılmışdır. Lakin, istehlakçı qanunsuz əməllərindən əl çəkməmiş, bu hallar dəfələrlə təkrarlanmışdır. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 16094.18 manat təşkil etməkdədir. Bu məbləğin 5614.30 manat hissəsi aktlar üzrə hesablanmış məbləğdən, 10794.85 manat hissəsi sərfiyyat (sayğac göstəriciləri üzrə ödənilməmiş debitor borc) borcundan, 793.83 manat hissəsi illər üzrə limitdən artıq qaz sərfiyyatına görə hesablanmış borcdan 3.20 manat hissəsi uçotu pozulmuş qaz sərfiyyatına görə yaranmış borcdan ibarətdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, mərhum atası vəfat etdikdən sonra sözügedən ünvanda yaşamamış və həmin ünvanda təbii qazdan istifadə etməmişdir. Ona görə də, hazırda tələb olunan borc ondan tutula bilməz. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı İB (Paylayıcı) və Cavabdeh (İstehlakçı) arasında xx.xx.2025-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı haqqında 12/9160 nömrəli müqavilədən müəyyən olunur ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsəsən ödəyir. xx.xx.2018-ci il tarixli, QSN - 29/1710-00894/4-2 nömrəli aktdan müəyyən olunur ki, İddiaçı İB-nin SOCAR**********00040020A00371 nömrəli, xx.xx.2018-ci il tarixli məktubuna əsasən, qaz sayğaclarına nəzarət komissiyası tərəfindən Bakı RQÖQX departamentinin xidməti ərazisində əhali sektorunda istismarda olan qaz sayğaclarına xx.xx.2018-ci il tarixləri ərzində aparılmış təftiş işləri nəticəsində aşağıda nömrəsi qeyd olunan “Smartkart” tipli qaz sayğacı xx.xx.2018-ci il tarixli yoxlama aktı nəticəsində yararsız hesab olunur: ... G4 markalı, 1402AZ**********74 zavod nömrəli qaz sayğacı – sayğacın çıxış plastmas borusu deşilmişdir... . “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı abonentin sayğacı açaraq rezin boru ilə sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat, hesabat müddəti 65 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 115 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat, hesabat müddəti 65 gün, qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 115 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 115 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 0.6 x 4 x 65 = 156 m3, 06 x 6 x 115 = 414 m3, 1.5 x 4 x 65 = 390 m3, 1.5 x 8 x 115 = 1380 m3, 0.8 x 18 x 115 = 1656 m3 kimi hesablanmışdır. “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı abonentin sayğacı açaraq sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 32 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat, hesabat müddəti 32 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 32 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 0.6 x 6 x 32 = 115 m3, 1.5 x 8 x 384 = 384 m3, 0.8 x 18 x 32 = 461 m3 kimi hesablanmışdır. “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı xx.xx.2018-ci il tarixli laboratoriyanın 29/1710-00894/4-2 MSK-ya əsasən, G4 1402AZ**********74 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 6 x 180 = 1296 m3, 2.6 x 18 x 180 = 8424 m3 kimi hesablanmışdır. “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 60 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 6 x 60 = 432 m3, 1.5 x 8 x 60 = 720 m3, 0.8 x 18 x 60 = 864 m3 kimi hesablanmışdır. “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 6 x 30 = 216 m3, 1.5 x 10 x 30 = 450 m3, 0.8 x 18 x 30 = 432 m3 kimi hesablanmışdır. “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 6 x 30 = 216 m3, 1.5 x 10 x 30 = 450 m3, 1.4 x 18 x 30 = 756 m3 kimi hesablanmışdır. “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 0.8 x 6 x 30 = 144 m3, 2.6 x 18 x 30 = 1404 m3 kimi hesablanmışdır. “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 6 x 30 = 216 m3, 2.6 x 18 x 30 = 1404 m3 kimi hesablanmışdır. “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 6 x 30 = 216 m3, 2.6 x 18 x 30 = 1404 m3 kimi hesablanmışdır. “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 4 x 30 = 144 m3, 2.6 x 4 x 30 = 312 m3 kimi hesablanmışdır. “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 4 x 30 = 144 m3, 2.6 x 4 x 30 = 312 m3 kimi hesablanmışdır. xx.xx.2019-cu il tarixli, AZ-İ seriyalı, 991364 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2019-cu il tarixdə “ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi Cavabdeh tərəfindən İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevə xx.xx.2025-ci il tarixdə ünvanlanmış ərizədən müəyyən olunur ki, cavabdeh borc ilə tanış olmuş, hesabda 5215.28 manat məbləğində vurulmuş zərərin məbləği, sayğac göstəricisi əsasında 10639.49 manat dəyərində istehlak olunmuş təbii qazın sərfiyyat məbləği ilə tanış olmuş, ona bu haqda “bildiriş-xəbərdarlıq” təqdim edilmiş, hesablanmış 15908.77 manat borcu qəbul etmiş, kommunal ödəyicisi kimi maddi durumu nəzərə alınaraq, borcun müəyyən müddət ərzində hissə-hissə (ödənilməsi) tutulması üçün karta keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüş, gələcəkdə hər hansı bir əsaslı şikayət olunarsa, abonent məlumatlarında dəyişiklik edilməsi üçün əsas verilmiş qazın alğı-satqısına dair müqaviləyə birtərəfli qaydada xitam verilməsinə etiraz etmədiyini, yazdıqlarını və həmin ünvanda yaşadığı nəzərə alınaraq, ona məxsus ünvana quraşdırılmış “Smart” tipli sayğac kartının verilməsi və qaz hesab kodunun onun adına keçirilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı İB-nin Bakı Regional Qazın İstismar İdarəsi Departamentinin rəisi Zamin Mehrəliyevə həmin idarənin rəis müavini Səbuhi Qasımov tərəfindən xx.xx.2025-ci il tarixdə ünvanlanmış bazada düzəliş olunması barədə ərizədən müəyyən olunur ki, ünvan 2 ünvanında yaşayan Cavad Səmədov vəfat etdiyindən, həmin ünvanda yaşayan Cavabdeh hesabda olan debitor borcu qəbul etdiyindən, istehlakçı kodunun onun adına dəyişdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli, **********70 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 138.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları İddiaçı və cavabdehin mərhum atası X6 arasında xx.xx.2017-ci il tarixli, 12/29210 nömrəli qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehin mərhum atasının yaşadığı ünvanı təbii qazla təchiz etmiş, qaz xəttinin üzərinə qaz sayğacı yerləşdirməklə **********01360 nömrəli abonent kodu vermişdir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma və sayğaca müdaxilə nəticəsində iddiaçının əməkdaşları tərəfindən ümumilikdə 23 akt tərtib edilmişdir. Həmin aktlardan ümumilikdə 11 ədədi məhkəməyə təqdim edilmiş, təqdim edilmiş 9 akt qanunsuz qoşulma faktını, 2 akt isə sayğaca müdaxilə faktını təsdiq edir. Cavabdehin atası X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh atasından miras qalmış əmlakı qeyri-formal üsulla qəbul etmişdir. **********01360 nömrəli abonent kodu xx.xx.2025-ci il tarixdən cavabdehin adına keçmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 372. İddia müddəti anlayışı. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 374. İddia müddətlərinin müəyyənləşdirilməsi. 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375. İddia müddətinin tətbiqi. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377. İddia müddətinin başlanması. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Maddə 13.8. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13.9. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndi. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.

“Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 18 nömrəli qərarı

Təbii qazın ölkədaxili tarifləri 4.1. Əhali 4.1.1. illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün- 100.0 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarı Təbii qazın ölkədaxili tarifləri 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün- 120.0 29 dekabr 2024-cü il tarixli 18 nömrəli qərarı 4.1. Əhali 4.1.1. illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün- 125.0

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə

Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi 2 hissədən – 1) qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və 2) təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun tutulmasından ibarətdir. Məhkəmə tərəfindən təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin mərhum atası X6 arasında xx.xx.2017-ci il tarixli, 12/29210 nömrəli qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehin mərhum atasının yaşadığı ünvanı təbii qazla təchiz etmiş, qaz xəttinin üzərinə qaz sayğacı yerləşdirməklə **********01360 nömrəli abonent kodu vermişdir. İddiaçı cavabdeh tərəfindən mütəmadi olaraq qaz xəttinə qanunsuz qoşulmaqla və sayğaca müdaxilə edilməklə təbii qazın talanması nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmişdir. Qanunsuz qoşulma və sayğaca müdaxilə nəticəsində iddiaçının əməkdaşları tərəfindən ümumilikdə 23 akt tərtib edilmişdir. İddia ərizəsində qeyd edilən qanunazidd hərəkətlərlə əlaqədar ümumilikdə 23 akt tərtib edildiyi göstərilsə də, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində məhkəməyə ümumilikdə 11 akt təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər ümumilikdə 11 ədəd təbii X4nın pozulması barədə akt və həmin aktlar əsasında tərtib edilmiş tələbnamələr təqdim edilmiş, qalıq 12 akt məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, mövcud olmayan və ya mövcudluğu prosessual qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə təqdim edilməyən hər hansı akt mötəbər sübut kimi nəzərə alına və sübutların hüquqi dəyərləndirilməsi prosesinə cəlb edilə bilməz. Məhkəməyə təqdim edilən ümumilikdə 11 aktdan 2-si - xx.xx.2018-ci il tarixli, ******* nömrəli və xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktlar sayğaca müdaxilə, qalan 9-u isə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində tərtib edilmişdir. Məhkəmə ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu iddiaçının əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almalıdır. Məhkəmə nəzərə çatdırır ki, sayğaca müdaxilə, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının abonent saldosuna daxil edilməsini istisna edir. Həmin prosedura əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd edilən əlavələr “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixdən əlavə edilmiş və müvafiq normaların həmin dövrdən əvvəl paylayıcı və istehlakçı arasında yaranan mübahisəli hüquq münasibətlərinə tətbiq edilmə imkanı istisna edilmişdir. İş materiallarına əlavə edilmiş təbii X4nın pozulması haqqında aktların tərtib edilmə müddətinin qanuna edilmiş əlavələrdən əvvələ təsadüf etməsi nəzərə alındığı təqdirdə, həmin aktların doğruluğunu sübuetmə vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdeh iddia tələbində göstərilən qanunazidd hərəkətlərə - qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma və qaz sayğacına müdaxilə yol vermədiyini qeyd etsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər, təbii X4nın pozulması barədə aktlar və məhkəmə tərəfindən cavabdehin mərhum atasının yaşadığı fərdi yaşayış evinə keçirilmiş baxış nəticəsində qeyd edilən faktlar öz təsdiqini tapmışdır. Məhkəmə təbii X4nın pozulması barədə qaz paylayıcısı tərəfindən tərtib edilmiş hər bir akt üzrə onun tərtib edildiyi illərə uyğun vurulmuş zərərin həcminin müəyyən edilməsini zəruri hesab edir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlarda istehlakçının istifadə etdiyi qaz işlədiciləri (qaz qurğuları) qismində PQ4, PQ2, PQ3, QSSQ, QSQ, dəmir soba, kombi və radiator qeyd edilmiş və dəymiş zərər hər bir qaz işlədicisi üzrə ayrı-ayrılıqda hesablanmışdır. Halbuki, məhkəmə iclasında iştirak edən cavabdeh yalnız kombi və samovar (QSSQ – qeyri-standart su qızdırıcı) kimi qaz işlədicilərindən istifadə etdiyini bildirmiş, iddiaçı tərəfindən digər qaz işlədiciləri barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yalnız təbii X4nın pozulması haqqında tərtib edilmiş akt və ona əsaslanan tələbnamələrdə bu barədə qeydlər aparılmışdır. Cavabdeh tərəfindən bu barədə məhkəmə iclasında izahat verilməsə belə, iş materiallarına əlavə edilmiş abonentin saldosunda istehlakçı tərəfindən yaşadığı ünvanda PQ4 (4 gözlü qaz plitəsi) tipli qaz işlədicisindən də istifadə edilməsi barədə məlumat qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunsuz qoşulma və sayğaca müdaxilə nəticəsində itirilmiş qazın dəyərinin hesablanması zamanı qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi də nəzərə alınmaqla PQ4 (4 gözlü qaz plitəsi), kombi və QSSQ (qeydistandart su qızdırıcı) üzrə hesablama aparılmalılıdır. İ. 2018-ci il üzrə tərtib edilmiş aktlar. xx.xx.2018 – xx.xx.2018-ci il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 5 akta (2 akt üzrə qeyd edilən qaz qurğularından istifadənin sübuta yetirilməməsi nəzərə alınmaqla) münasibətdə məhkəmə qeyd edir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma və sayğaca müdaxilə nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2018-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 120) x 0.10 = 86.4 manat, xx.xx.2018-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 60) x 0.10 = 43.2 manat; xx.xx.2018-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) 0.10 = 21.6 manat; QSSQ tipli qaz işlədicisinə görə - (1.5 x 10 x 30) x 0.10 = 45 manat olmaqla, ümumilikdə 196.2 manat. İİ. 2019-cu il üzrə tərtib edilmiş aktlar. xx.xx.2019 – xx.xx.2019-cu il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 6 akta münasibətdə məhkəmə qeyd edir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2019-cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.10 = 21.6 manat, QSSQ tipli qaz işlədicisinə görə - (1.5 x 10 x 30) x 0.10 = 45 manat; xx.xx.2019-cu il tarixli akt üzrə Kombi tipli qaz işlədicisinə görə - (2.6 x 18 x 30) x 0.10 = 140.4 manat; xx.xx.2019-cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.10 = 21.6 manat, Kombi tipli qaz işlədicisinə görə - (2.6 x 18 x 30) x 0.10 = 140.4 manat; xx.xx.2019-cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.10 = 21.6 manat, Kombi tipli qaz işlədicisinə görə - (2.6 x 18 x 30) x 0.10 = 140.4 manat; xx.xx.2019-cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 4 x 30) x 0.10 = 14.4 manat; xx.xx.2019-cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 4 x 30) x 0.10 = 25.92 manat olmaqla, ümumilikdə 571.32 manat. Məhkəmə iddiaçı tərəfindən tərtib edilmiş təbii X4nın pozulması barədə aktlarda və dəymiş ziyanın bərpasına dair tələbnamələrdə cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin məbləğinin hesablanmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təbii inhisar subyekti olan iddiaçı tərəfindən qeyd edilən qaydada hesabalama aparılması zamanı bəzi qaz qurğularına münasibətdə həmin qurğunun istehlak təyinatına və adətən istifadə olunduğu ilin mövsümünə münasibətdə qeyri-mütənasib dərəcədə yanlışlıqlara yol verilmişdir. Belə ki, PQ4 kimi qaz plitələrinin təyinatı nəzərə alınmaqla, həmin qəbildən olan qaz qurğularının günün bütün saatları daxilində, yəni 24 saat müddətində istismar edilməsi qeyri-mümkündür. Belə ki, istehlakçı və onun ailə üzvləri tərəfindən təqvim ayının bəzi günlərində fərdi yaşayış evindən kənarda olma, günün müəyyən saatları daxilində, məsələn gecə vaxtı yuxu rejimi ilə əlaqədar həmin qaz qurğularının söndürülməsi və ya zəruri tələbat olmadığı təqdirdə həmin qurğulardan istifadə edilməməsi və s. kimi hallar nəzərə alındığı təqdirdə, iddiaçının iddia etdiyi kimi həmin qəbildən olan qaz işlədicilərinin 7/24 istismar edilməsini düşünmək qeyri-mümkündür. Məhz bu səbəbdən, PQ4 tipli qaz qurğularına münasibətdə həmin qurğuların orta günlük iş rejiminin 6 saat (təbii X4nı pozulması barədə aktlarda bu iş rejiminin 6 saatdan az qeyd edildiyi hallar istisna edilməklə) qəbul edilməsi ağlabatan mühakimə əsasında məqbul hesab edilir. Digər tərəfdən, ilin müəyyən aylarında, məsələn isti aylarda kombi tipli qaz qurğularından (əsas təyinatı fərdi yaşayış evinin və ya otaqların isidilməsi olan qurğular) istifadəyə hər hansı zərurətin mövcud olmaması səbəbindən, həmin qurğuların müvafiq isti aylarda istifadəsi, həmçinin bu istifadənin davamlı olması qənaətinə gəlmək mümkün deyil. Odur ki, məhkəmə tərəfindən cavabdehin istifadə etmə faktı öz təsdiqini tapan qaz qurğularının orta günlük iş rejimi yuxarıda qeyd edilən qaydada əsas götürülməklə hesablama aparılmalıdır. Bundan əlavə, bir ünvanda təbii qazdan eyni təyinatlı iki qurğu vasitəsilə eyni vaxtda istifadə edilməsi, məsələn yaşayış otaqlarının və ya ümumilikdə fərdi yaşayış evinin isidilməsi məqsədilə həm mərkəzləşdirilmiş kombi sistemindən, həm də dəmir sobadan istifadə edilməsi ağlabatan hesab edilmir. Həmçinin, həmin qurğu (dəmir soba) vasitəsilə təbii qazdan qeyri-qanuni şəkildə, yəni sayğaca müdaxilə və ya qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində istifadə edilməsini sübutetmə vəzifəsi mülki mühakimə icraatı haqqında qanunvericiliklə məhz tələb edən tərəfin – iddiaçının üzərinə qoyulmuşdur. Lakin, iddiaçı tərəfindən bu barədə mötəbər və təkzibedilməz sübutlar təqdim edilməmişdir. Beləliklə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma və sayğaca müdaxilə nəticəsində istifadə edilmiş qaza görə vurulmuş zərərin əvəzi 767.52 manat məbləğində təşkil edir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin ümumilikdə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, cavabdehin müvafiq xahişi qismən əsaslıdır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 554.4-cü maddəsinə görə, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunverici həm Məcəllənin 27ci fəslinin 5-ci paraqrafında, həm də 18-ci fəslində nəzərdə tutulan müddətlərin, tərəflərin razılaşması ilə dəyişdirilməsinin mümkünlüyünü təsbit etmişdir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmçinin, həmin məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunla iddia müddətinin axımının başlanmalı olduğu tarixlə bağlı müəyyən istisnalar nəzərdə tutulmuşdur ki, həmin ümumi qaydadan istisnalar AR MM-nin 377.2 – 377.4-cü maddələrində təsbit edilmişdir. Belə ki, həmin məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri müqavilədən irəli gələn münasibətlər kimi qiymətləndirməlidir. İddiaçının əməkdaşları tərəfindən sayğaca müdaxilə və qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində aktlar tərtib edilsə də, həmin aktlar əsasında vurulmuş zərərin əvəzinin məhkəmə qaydasında tələb edilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik müddət ötürülmüşdür. Belə ki, idda ərizəsindən görünür ki, tərtib edilmiş sonuncu aktın xx.xx.2020ci il tarixli akt olması güman edilir. Həmin akt iş materiallarına əlavə edilmiş olsaydı belə, yenə qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüş olacaqdı. İş materiallarına əlavə edilən sonuncu akt isə xx.xx.2019-cu il tarixdə tərtib edilmiş və həmin akt əsasında vurulmuş zərərin əvəzinin məhkəmə müstəvisində tələb edilməsi imkanı 3 il sonra xx.xx.2022-ci il tarixdə itirilmişdir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma və sayğaca müdaxilə faktları, həmin qanunazidd hərəkətlər nəticəsində iddiaçıya maddi zərər vurulması məhkəmə tərəfindən müəyyən edilsə də, həmin zərərin məbləği qanunauyğun formada məhkəmə tərəfindən hesablansa da, qanunla müəyyən edilmiş müddət ötürüldüyündən iddia müddəti tətbiq edilməklə, həmin hissədə iddia tələbi rədd edilməlidir. Nəzərə alınmalıdır ki, iddia müddəti yalnız qanuni və əsaslı iddia tələbləri üzrə tətbiq edilə bilər. Yəni, iddia müddəti tətbiq edilməklə qanuni və ya hüquqi əsası olmayan bu və ya digər tələbin təmin edilməməsi hüquqi baxımdan qeyri-mümkündür. İddia müddəti o halda tətbiq edilə bilər ki, iddia tələbi özü-özlüyündə mümkün və məcburi hüquq qaydalarına zidd olmasın, lakin iddia müddəti ötürüldüyündən hüquqların müdafiəsi imkanı istisna edilsin. İddia tələbinin əsaslılığı ilə bağlı araşdırma da məhz bu konteksdən aparılmışdır. İddiaçı və cavabdehin mərhum atası arasında yaranmış mübahisəli hüquq münasibətlərinin xarakteri ilə bağlı qeyd edilməlidir ki, sonuncular arasında vaxtaşırı icra edilməli öhdəlik hüquq münasibətləri yaranmış və öhdəliklərin vaxtaşırı, yəni hər ayın sonunda ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə edilmişdir. Bu razılığa əsasən, istehlakçı istifadə etdiyi təbii qazın dəyərini hər ayın sonunda sərfiyyat göstəricilərini qeydə alan qaz sayğacında müəyyən edilmiş məbləğlərə uyğun həcmdə qazpaylayıcıya ödəməyi öhdəsinə götürür. Belə olan halda, hər təqvim ayı üzrə ödənilməli olan borcun məhkəmə qaydasında tələb edilməsi ilə şərtlənən iddia müddətinin axımı həmin ayın sonundan etibarən başlanır və 3 il müddətində davam edir. Hazırkı iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olması nəzərə alınmaqla, iddiaçı xx.xx.2022-ci il tarixdən əvvələ yaranmış debitor borcu məhkəmə qaydasında tələb edə bilməz. xx.xx.2022-ci il tarixdən sonra istifadə edilmiş, lakin dəyəri ödənilməmiş debitor borcun məbləği isə ümumilikdə 6450.3 manat təşkil edir (2022-ci il üzrə 409 manat, 2023-cü il üzrə 954.47 manat, 2024-cü il üzrə 1408 manat, 2025-ci il üzrə 3678.83 manat). İddia tələbinin limitdən artıq sərfiyyata görə borcun və uçotu pozulmuş qazın sərfiyyatına görə borcun tutulması ilə bağlı hissədə məhkəmə qeyd edir ki, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qaz xəttinə qanunsuz qoşulma və sayğaca müdaxilə nəticəsində vurulmuş zərər, eləcə də debitor borc abonent kodunun cavabdehin mərhum atasının adına qüvvədə olduğu dövrdə yarandığından, cavabdeh mərhumun ölümündən sonra ondan miras qalmış əmlakı qeyri-formal qaydada qəbul etdiyindən, miras qoyanın əmlak xarakterli öhdəliklərini də qəbul etmiş hesab edilir. Vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın əmlak hüquqları (mirasın aktivi) ilə yanaşı əmlak vəzifələrini (mirasın passivi) də qəbul edir və buna müvafiq olaraq miras qoyanın kreditorları qarşısında qəbul etdiyi miras aktivi həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsəlik hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin məcəllənin 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddələrdə təsbit edilən davranış qaydaları isə məhz miras əmlakdan imtinanın hüquqi nəticələri ilə bağlıdır. Yəni, həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyə əsasən, vərəsə miras qoyanın ölümü ilə açılan mirası qanunla müəyyən edilmiş müddət daxilində notariat orqanına yazılı ərizə verməklə qəbul etmədikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamadıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmədikdə miras əmlak vərəsə tərəfindən qəbul edilməmiş hesab olunur. Belə olan halda, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinin tələbləri baxımından qanunla müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etməyən və ya ondan imtina etməyən vərəsə susmuş vərəsə hesab edilir və onun vərəsəlik hüququna xitam verilmiş hesab olunur. Xüsusilə nəzərə alınmalıdır ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. “Mirasdan imtina” anlayışı da hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Odur ki, miras əmlakla bağlı iradə ifadəsini formal və ya qeyri-formal üsullarla bildirməyən vərəsənin vərəsəlik hüququna xitam verilməsi həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələbləri baxımından məcburidir. Qanunvericilik miras əmlakın qəbul edilməsinin iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı). Beləliklə, cavabdeh mərhum atasından miras qalmış əmlakı qeyri-formal üsulla (miras əmlaka faktiki sahiblik etməklə) qəbul etdiyindən, miras qoyanın əmlak hüquqları ilə yanaşı, əmlak vəzifələrini də qəbul etmiş hesab edilməli və miras qoyanın əmlak öhdəlikləri üzrə cavabdehlik daşımaqla vurulmuş zərərin əvəzini ödəməlidir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 138.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (6450.3 manat) mütənasib olan 84.50 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 6450.3 (altı min dörd yüz əlli manat otuz qəpik) manat məbləğində debitor borc və 84.50 (səksən dörd manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı İB-yə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar