Məhkəmə qərarları › İş №e-2(010)-5558/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-5558/2025

21.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5558/2025 21.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2995.37 manat və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir.

3. Suraxanı rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

4. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə İddiaçı MMC- nin “OBA Hövsan 12” və “OBA Hövsan 16” mağazalarında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh 3297.82 manat və 1994.49 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlamaları şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2995.37 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2995.37 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları

5. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları

7. xx.xx.2025-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə) xx.xx.2025-ci il tarixində saat 12:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı MMC mediasiya sessiyasının keçirilməsi üçün 50 manat və 10 manat poçt-kargüzarlıq xərci ödəmişdir.

8. xx.xx.2025-ci il tarixli “Oba Market" MMC-də çalışmış Cavabdehnın maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh Məzahir oğlu ilə bağlı təftiş yoxlaması və təhviltəslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 3297.82 manat və xx.xx.2025-ci il tarixində 1994.49 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 2995.37 manat borcu qalmışdır. Beləliklə Cavabdeh Məzahir oğlunun 21 İyul 2025-ci il tarixinə "xxxx" MMC-ə olan ümumi borcu 2995.37 manat təşkil edir.

9. xx.xx.2025-ci il tarixli 2150 nömrəli Əmrdən görünür ki, “OBA MARKET" MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin "Təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh Məzahir oğlundan tələb olunması, "Təbii itki norması" satış dövriyyəsinin 0.59 % faizi müəyyən edilməsi, Daxili Nəzarət Departamenti və Ümumi işlər şöbəsi bu əmrdən irəli gələn məsələlərin həll edilməsini təmin edilməsi müəyyən olunmuşdur.

10. xx.xx.2024-cü il tarixdə Oba-Hovsan 16 filialında aparılmış növbədən kənar inventarizasiya nəticələrinə dair yekun Aktdan müəyyən olunur ki, yoxlama dövrünün ümumi nəticəsi -3297.83 manat təşkil edir.

11. xx.xx.2025-ci il tarixdə Oba-Hovsan 12 filialında aparılmış növbədən kənar inventarizasiya nəticələrinə dair yekun Aktdan müəyyən olunur ki, yoxlama dövrünün ümumi nəticəsi -1994,49 manat təşkil edir.

12. İmtina aktının surətindən müəyyən olunur ki, Maddi məsul şəxs - Cavabdeh Məzahir oğlu inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan, əksikgəlmələrin (-3297.82AZN) yaranmasının səbəbləri barədə izahat verməkdən imtina etmişdir.

13. xx.xx.2025-ci il tarixli imtina aktından müəyyən olunur ki, Maddi məsul şəxs, Cavabdeh Məzahir oğlu inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-1994.49AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.

14. xx.xx.2025-ci il tarixli Xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

15. xx.xx.2019-cu il tarixli 522 İ-Q saylı işə qəbul etmə haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2019-cu il tarixindən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir.

16. xx.xx.2020-ci il tarixli 557 V-d saylı vəzifə dəyişikliyi haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2020-ci il tarixindən Administrator vəzifəsinə keçirilmişdir.

17. xx.xx.2025-ci il tarixli 57-x saylı İşdən azad haqqında əmrdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68.2 “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir.

18. X1 haqqında xx.xx.2020-ci il tarixli müqavilədən müəyyən olunur ki, Cavabdeh (administrator vəzifəsinə) tam maddi məsul vəzifəyə qəbul olunur və maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi X1i ilə üzərinə götürür və müqavilədə nəzərdə tutulan vəzifələri icra etməyə borcludur.

İşin faktiki halları

19. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixli əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il tarixli əmrlə işdən azad edilmişdir. Belə ki, xx.xx.2024-ci il və xx.xx.2025-ci il tarixlərdə İddiaçı MMC- nin “OBA Hövsan 12” və “OBA Hövsan 16” mağazalarında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh 3297.82 manat və 1994.49 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlamaları şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. xx.xx.2025-ci il tarixli “Oba Market" MMC-də çalışmış Cavabdehnın maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışa əsasən Cavabdeh Məzahir oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024 - cü il tarixində 3297.82 manat və xx.xx.2025 - ci il tarixində 1994.49 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2995.37 manat borcu qalmışdır. Beləliklə Cavabdeh Məzahir oğlunun 21 İyul 2025-ci il tarixinə "xxxx" MMC-yə olan ümumi borcu 2995.37 manat təşkil edir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

22. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi 1 .İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Maddə 199. İşçinin X1i

1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200. X1 daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində i şəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması

1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

23. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 24. Mediasiya prosesinin həyata keçirilməsi qaydaları 24.1. Mediasiya prosesi bu Qanuna, mediasiya prosesinin həyata keçirilməsi qaydasına və bu qaydaya uyğun olaraq hazırlanmış mediasiya təşkilatının daxili qaydasına (olduğu halda), mediatorların peşəkar etik davranış qaydasına uyğun olaraq həyata keçirilir. 24.2. Mediasiya prosesində mediator bütün tərəflərlə birlikdə və ya ayrı-ayrılıqda görüşlər keçirə, əməkdaşlıq edə, şifahi və yazılı tövsiyələr verə bilər. Bu zaman mediator tərəflərdən birini üstün mövqeyə qoyan və ya hüquq və vəzifələrini məhdudlaşdıran hərəkətlərə yol verməməlidir. 24.7. Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. Maddə 35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

Məhkəmənin mövqeyi.

25. İşin faktiki hallarından müəyyən olunur ki, Oba Market” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixli əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il tarixli əmrlə işdən azad edilmişdir. Belə ki, xx.xx.2024-ci il və xx.xx.2025-ci il tarixlərdə İddiaçı MMC-nin “OBA Hövsan 12” və “OBA Hövsan 16” mağazalarında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh 3297.82 manat və 1994.49 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlamaları şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. xx.xx.2025-ci il tarixli “Oba Market" MMC-də çalışmış Cavabdehnın maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışa əsasən Cavabdeh Məzahir oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024 - cü il tarixində 3297.82 manat və xx.xx.2025 - ci il tarixində 1994.49 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2995.37 manat borcu qalmışdır. Beləliklə Cavabdeh Məzahir oğlunun 21 İyul 2025-ci il tarixinə "xxxx" MMC-yə olan ümumi borcu 2995.37 manat təşkil edir.

26. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən vurulan zərəri İddiaçı MMC xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə aşkar etmişdir.

27. Tərəflər arasında X1 haqqında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və Cavabdeh (administrator vəzifəsinə) tam maddi məsul vəzifəyə qəbul olunur və maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi X1i üzərinə götürməsi və müqavilədə nəzərdə tutulan vəzifələri icra etməyə borclu olması müəyyən edilmişdir.

28. Beləliklə məhkəmə hesab edir ki, işəgötürən ona maddi ziyan vurulması halını xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixdə aşkar etmiş, ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı təklifini tərəfə xx.xx.2025-ci il tarixdə göndərmişdir.

29. İş materiallarından müəyyən olunduğu kimi işəgötürən ona maddi ziyan vurulması halını aşkar etmiş, tərəfə bununla bağlı təklifini göndərmiş və dəymiş zərərə güzəşt tətbiq etməklə vurulmuş zərəri cavabdehdən tələb etmişdir.

Məhkəmə xərcləri

30. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən mediasiya xərci kimi 60 manat ödənilmişdir.

31. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən mediasiya xərci kimi ödənilmiş 60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

32. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2995,37 manat əsas borc, 60 manat mediasiya xərci, tutularaq İddiaçınə ödənilməlidir.

33. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 2995,37 (iki min doqquz yüz doxsan beş manat, otuz yeddi qəpik) manat əsas borc və 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İş üzrə ödənilməmiş – 49.95 (qırx doqquz manat, doxsan beş qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar