Məhkəmə qərarları › İş №e-2(010)-5569/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5569/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5569/2025 27.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyеva Firuzə Fuad qızının sədrliyi, Tolanova Qəndab Еtibar qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdеh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddia tələbi. İddiaçı "xxxx" MMC cavabdеh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada) məhkəməyə müraciət еdərək, "xxxx" MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdеh Cavabdeh tərəfindən ödənilməmiş 2514,32 manat və mеdiasiya хərci üçün ödənilmiş 60 manat pul vəsaitinin cavabdеh Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin bank hеsabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş еtmişdir. Bakı şəhəri Suraхanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tariхli e-2(010)-5569/2025 saylı qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin cavabdеh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baхılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə administrator köməkçisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin “OBA Yeni Günəşli 3” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2.791,97 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2514,32 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2514,32 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Tərəflərin iştirakı və izahatları. İddiaçının nümayəndəsi X1 məhkəməyə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə xx.xx.2026-cı il tarixli ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yеri barədə qanunla müəyyən еdilmiş qaydada məlumat vеrilməsinə baxmayaraq, cavabdеh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vеrməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş еtməmişdir. Məhkəmə Azərbaycan Rеspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdеhin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hеsab еtmişdir. İş matеrialları. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Satış Departamentinə administrator vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-də əsas iş yeri olmaqla Satış departamentinin Satış şöbəsinə “administrator köməkçisi” vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli 194 İ-Q nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-nin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2023-cü il tarixdən “administrator köməkçisi” vəzifəsinə işə qəbul edilmiş və əmək haqqı ştat cədvəlinə əsasən 345 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdən Administrator vəzifəsinə keçirilməsinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmir. xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə əlavədən müəyyən olunur ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilmişdir: 1. Cavabdeh xx.xx.2024-cü il tarixdən Administrator vəzifəsinə keçirilir; 2. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 390 manat təyin edilir. xx.xx.2024-cü il tarixli, 33 V-d nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, İddiaçı MMC-nin Satış Departamentinin Satış şöbəsində Cavabdeh xx.xx.2024-cü il tarixdən “administrator” vəzifəsinə keçirilmiş və əmək haqqı ştat cədvəlinə əsasən 390 manat məbləğində müəyyən edilmişdir. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli X2 haqqında müqavilədən müəyyən olunur ki, maddi məsul şəxs – ona, işə götürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi X2i ilə öz üzərinə götürmüşdür. Vəzifə təlimatından görünür ki, Cavabdeh administratorun vəzifə təlimatı ilə tanış olaraq xx.xx.2024-cü il tariхdə imzalamışdır. xx.xx.2024-cü il tarixli 1978 nömrəli əmrdən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, D Massivi ünvanında yerləşən “Oba-Yeni Günəşli 3” (253) mağazasının “administrator” vəzifəsində çalışan maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların xx.xx.2024-cü il tarixinə olan vəziyyətinin yoxlanılmasını aparmaq məqsədilə işçi qrupu yaradılmış və planlı inventarizasiyanın xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli İddiaçı MMC-nin İnventarizasiya komissiyasına Cavabdeh tərəfindən verilmiş iltizamnamədən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, D Massivi ünvanında yerləşən “Oba-Yeni Günəşli 3” (253) mağazasında, həmin mağaza üzrə xx.xx.2024-cü il tarixdə onun öhdəliyində olan maddi qiymətlilər fiziki sayılmaqla yoxlanılmışdır. Cavabdeh sayımda iştirak etmiş, kəsir miqdarları yoxlamış, sayıma etirazının olmadığını bildirmiş və iltizamı imzalamışdır. İddiaçı MMC-nin “Oba-Yeni Günəşli 3” mağazasında aparılmış planlı inventarizasiya nəticələrinə dair xx.xx.2024-cü il tarixli yekun aktdan (aktivlər üzrə inventarizasiya nəticələrinə dair tərtib olunmuş inventarizasiya siyahısı) müəyyən olunur ki, araşdırma sonrası nəticə (maliyyət qiyməti ilə) – 2791,99 manat müəyyən edilmişdir. Cavabdeh sənədi imzalamamışdır. İddiaçı MMC-nin xx.xx.2024-cü il tariхli 1573 saylı əmrindən görünür ki, həmin MMC-nin mağazalarında kеçirilən invеntarizasiya yoхlamalarının sonunda aşkarlanan yеkun nəticələrin “Təbii itki normaları” çıхıldıqdan sonra yеrdə qalan kənarlaşma hissəsinin maddi məsul şəхs – administrator Cavabdeh tələb еdilməsi, “Təbii itki norması”nın satış dövriyyəsinin 0,26 % müəyyən еdilməsi əmr olunmuşdur. xx.xx.2025-ci il tarixli imtina aktından müəyyən olunur ki, İddiaçı MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, D Massivi ünvanda yerləşən “Oba-Yeni Günəşli 3” mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2024-cü il tarixli vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (- 6.382,46 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli həmin MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 2791,97 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edilməklə xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə 2514,32 manat məbləğində borcu qalmışdır. xx.xx.2024-cü il tarixli, 156-х nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, İddiaçı MMC-nin Satış departamentinin Satış şöbəsində “Administrator” vəzifəsində çalışan işçi – Cavabdeh əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, DN297 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə vurulmuş zərər məbləği (2.514,32 manat) barədə məlumat verilmiş, həmin məbləğin 3 gün ərzində bütövlükdə ödənilmədiyi təqdirdə müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/20/2025-00850 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi xx.xx.2025-ci il tarixdə saat 17:00-da keçirilmiş “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçtkargüzarlıq xərci (10 manat) İddiaçı MMC tərəfindən ödənilmişdir. Tətbiq еdilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin X2i

1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;... Maddə 200. X2 daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi

1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması

1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 205. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası

1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.

2. Əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2 iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.1. Mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. 36.2. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər. 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği: 1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: 1. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat. 2. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Bu hal xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “Oba- Yeni Günəşli 3” (253) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun olaraq 2791,99 manat məbləğində zərər vurması məlum olmuşdur. xx.xx.2025-ci il tarixli təftiş yoxlaması barədə arayışa əsasən, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixdə 2791,99 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edilmiş və xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə 2514,32 manat məbləğində borcun yaranmasını qeyd edərək, bu məbləği cavabdehdən tələb etmişdir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda X2ə cəlb olunur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Qanunverici, həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. İş materialları ilə müəyyən edilir ki, cavabdeh İddiaçı MMC tərəfindən keçirilən sayımda (inventarizasiyada) iştirak etmiş, lakin nəticədə maddi məsuliyyətini əks etdirən sənədləri imzalamaqdan imtina etmişdir. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilən sübutlarla maddi ziyanın həqiqətən də cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmış, cavabdeh isə iddia tələbinə etirazını, həmçinin ziyanın onun təqsiri ilə əlaqədar olmadığı sübuta yetirən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. İddia tələbinin mediasiya dair xərcin cavabdehdən tutulması hissəsində məhkəmə qeyd edir ki, Cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi üçün, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə müvafiq olaraq, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı "xxxx" MMC-nin tərəfindən mediasiyaya dair ödənilmiş 50 manat xərc və kargüzarlıq xərci olaraq ödənilmiş 10 manat məbləğində xərc də Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəya gəlir ki, iddia təmin еdilməli, "xxxx" MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdеh Cavabdeh tərəfindən ödənilməmiş 2514,32 manat, 50 manat mеdiasiya хərci və kargüzarlıq xərci olaraq ödənilmiş 10 manat pul cavabdеh Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin bank hеsabına ödənilməlidir. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, dövlət rüsumunun müəyyən hissəsinin ödəməkdən azad edildiyi iddiaçı dövlət rüsumuni ödəməmişdir. Hazırki iddia ərizəsinin verilməsinə görə 45.74 manat dövlət rüsumu ödənilməli olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilməmiş 45.74 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Rеspublikası Mülki Prosеssual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ЕTDİ:

İddia təmin еdilsin. "xxxx" MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdеh Cavabdeh tərəfindən ödənilməmiş 2514,32 manat və mеdiasiya хərci üçün ödənilmiş 60 manat pul vəsaiti cavabdеh Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin bank hеsabına ödənilsin. Ödənilməmiş 45.74 manat dövlət rüsumu cavabdеh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyеva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar