Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-558/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqavilələrinin ləğv edilməsi və pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqavilələrinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2381.35 manat əsas, 30.65 manat faiz, cəmi 2412 manat; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 933.32 manat əsas, 11.18 manat faiz, cəmi 944.5 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 53.97 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 60 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3442.35 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borcu 2381.35 manat, faiz borcu 30.65 manat təşkil edir. Həmçinin Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 60 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 1349.71 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borcu 933.32 manat, faiz borcu 11.18 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixli, ******* saylı və xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqavilələri üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdeh kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən kredit müqavilələri üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 2412 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 944.5 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
5. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
6. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar Kreditor Borcalanın xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin Müştəri Xidmətləri Mərkəzi qarşısında olan əsas borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə ona borc verir, “Borcalan” isə krediti və kreditdən istifadəyə görə hesablanılmış faizləri bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və vaxtda ödəməyi öz öhdəsinə götürür. Kreditin məbləği: 1349.71 manat; kreditin verilmə müddəti – 5 il; güzəşt müddəti 1 il.
7. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin xx.xx.2019 – xx.xx.2024-cü il tarixlər arasında hər ay 73.19 manat (ilk 12 ay güzəştlə 2.87 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.
8. xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, ******* saylı saylı kredit müqaviləsi üzrə 933.32 manat əsas, 11.18 manat faiz olmaqla, cəmi 944.5 manat məbləğində borcu vardır.
9. xx.xx.2022-ci il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun məbləği barədə məlumat verilmiş, borcun ödənilməyəcəyi təqdirdə müqavilənin vaxtından əvvəl ləğv edilməsi və borcun tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
10. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar Kreditor Borcalanın xx.xx.2013-cü il tarixli, 2042 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin Müştəri Xidmətləri Mərkəzi qarşısında olan əsas borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə ona borc verir, “Borcalan” isə krediti və kreditdən istifadəyə görə hesablanılmış faizləri bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və vaxtda ödəməyi öz öhdəsinə götürür. Kreditin məbləği: 3442.35 manat; kreditin verilmə müddəti – 5 il; güzəşt müddəti 1 il.
11. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin xx.xx.2019 – xx.xx.2024-cü il tarixlər arasında hər ay 28.7 manat (ilk 12 ay güzəştlə 1.12 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.
12. xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 2381.35 manat əsas, 30.65 manat faiz olmaqla, cəmi 2412 manat məbləğində borcu vardır.
13. xx.xx.2022-ci il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun məbləği barədə məlumat verilmiş, borcun ödənilməyəcəyi təqdirdə müqavilənin vaxtından əvvəl ləğv edilməsi və borcun tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
İşin faktiki halları.
14. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli iki kredit müqaviləsinə əsasən, Bank Borcalan Cavabdeh digər kredit müqavilələri üzrə əsas borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə 60 ay müddətinə, illik 1 % dərəcəsi ilə 1349.71 manat və 3442.35 manat məbləğində kreditlər verməyi, Borcalan isə götürdüyü bu kreditləri 60 ay müddətində illik 1 % dərəcəsi ilə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilələrə uyğun olaraq müvafiq məbləğdə kreditlər Bank tərəfindən Borcalana verilsə də, Borcalan kredit müqavilələrinin şərtlərini pozaraq müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən hər iki müqavilə üzrə borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
18. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından hazırkı iş üzrə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
19. Belə ki, Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqavilələrinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü hər iki kredit müqaviləsi üzrə borc tələbi əsaslıdır. Belə ki, iddiaçı cavabdehlə aralarında bağlanmış kredit müqavilələrinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirərək, bu müqavilələrdə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən bu kredit müqavilələri üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
20. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış kredit müqavilələrinin ləğv edilməsini də tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Eyni zamanda, cavabdehə öhdəliklərin lazımınca icra edilməyəcəyi təqdirdə müqavilələrin ləğv ediləcəyi barədə bildiriş göndərilmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank cavabdehlə aralarında bağlanmış kredit müqavilələrinin ləğvini tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
21. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 53.57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
22. Odur ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı və xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqavilələri ləğv edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 933.32 manat əsas borc, 11.18 manat faiz borcu olmaqla, cəmi 944.5 manat məbləğində pul; xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 2381.35 manat əsas borc, 30.65 manat faiz borcu olmaqla, cəmi 2412 manat məbləğində pul və 53.57 manat məbləğində dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
24. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı və xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 933.32 manat (doqquz yüz otuz üç manat otuz iki qəpik) əsas borc, 11.18 manat (on bir manat on səkkiz qəpik) faiz borcu olmaqla, cəmi 944.5 manat (doqquz yüz qırx dörd manat əlli qəpik) məbləğində pul; xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 2381.35 manat (iki min üç yüz səksən bir manat otuz beş qəpik) əsas borc, 30.65 manat (otuz manat altmış beş qəpik) faiz borcu olmaqla, cəmi 2412 (iki min dörd yüz on iki) manat məbləğində pul və 53.57 manat (əlli üç manat əlli yeddi qəpik) məbləğində dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva