Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5605/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 818,46 manat olan imei kod **********80862 Samsung Galaxy A23 markalı telefon hər ay 45,47 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.
2. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 500,04 manat olan imei kod **********28518 Samsung Galaxy A12 markalı telefon hər ay 27,78 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.
3. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 818,46 manat ödənilməmiş hissə, 81,54 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 194,04 manat ödənilməmiş hissə, 19,96 manat cərimə olmaqla – cəmi 1114 manat məbləğində borcu vardır.
4. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
5. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 31,14 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İddiaçının tələbi.
6. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, imei kod **********80862 Samsung Galaxy A23 markalı telefon üçün 818,46 manat ödənilməmiş hissə, 81,54 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, imei kod **********28518 Samsung Galaxy A12 markalı telefon üçün 194,04 manat ödənilməmiş hissə, 19,96 manat cərimə olmaqla, cəmi 1114 manat borc və 31,14 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, imei kod **********80862 Samsung Galaxy A23 markalı telefon, imei kod **********28518 Samsung Galaxy A12 markalı telefon almış və nəticədə 1114 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 818,46 manat (18 ay x 45,47 manat + 0 manat ilkin ödəniş) imei kod **********80862 Samsung Galaxy A23 markalı telefon üçün ümumilikdə, 900 manat olmaqla ondan 818,46 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81,54 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 500,04 manat (18 ay x 27,78 manat + 0 manat ilkin ödəniş) imei kod **********28518 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə, 214 manat olmaqla ondan, 194,04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19,96 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 306 manat təşkil edir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri.
8. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 385.1. Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
12. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
13. Məhkəmə hesab edir ki, iddianın cərimənin tutulması hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə məbləği azaldılaraq, cavabdehdən həmin müqavilə üzrə 30 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
14. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 818,46 manat ödənilməmiş əsas məbləğ, 30 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 194,04 manat ödənilməmiş hissə, 19,96 manat cərimə məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. İddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,14 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 818,46 manat ödənilməmiş hissə və 30 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 194,04 manat ödənilməmiş hissə, 19,96 manat cərimə olmaqla, cəmi 1062,46 (min altmış iki manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti və 31,14 (otuz bir manat on dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.