Məhkəmə qərarları › İş №e-2(010)-566/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-566/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-566/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Qulı̇ yev Qurban Mübarı̇ z oğlu, Orucəlı̇ yev Kərı̇ m Əbı̇ lfəsovı̇ ç və Qulı̇ yeva Aysel Mahmud qızına qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" ASC cavabdehlər Qulı̇ yev Qurban Mübarı̇ z oğlu, Orucəlı̇ yev Kərı̇ m Əbı̇ lfəsovı̇ ç və Qulı̇ yeva Aysel Mahmud qızına qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Qulı̇ yev Qurban Mübarı̇ z oğlu, Orucəlı̇ yev Kərı̇ m Əbı̇ lfəsovı̇ ç və Qulı̇ yeva Aysel Mahmud qızından müştərək qaydada 3855.38 manat məbləğində əsas kredit borcunun, 166.40 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 30.54 manat məbləğində cərimə borcu olmaqla cəmi 4052.32 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 60.53 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 10060***-*******1 L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə, illik faiz dərəcəsi 29 %-dən artıq olmamaq şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə bağlanmış xx.xx.2022 -ci il tarixli 10060***-*******1L saylı əsas Kredit limit razılaşmasının şərtlərinə, 1.1, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 36 ay müddətinə illik 15 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 AZN məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi 10FlZAM140395401saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh3 və 10FİZAM140395401 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdirlər.

Tərəflərin izahatları

3. Cavabdehlər Qulı̇ yev Qurban Mübarı̇ z oğlu, Orucəlı̇ yev Kərı̇ m Əbı̇ lfəsovı̇ ç və Qulı̇ yeva Aysel Mahmud qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

4. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları

5.xx.xx.2022-ci il tarixli 10060***-*******01L saylı əsas kredit limiti razılaşmasından görünür ki, Bu əsas kredit limiti razılaşmasına əsasən Kreditverən Borcalana 50 000 (əlli min ) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində Borcalan ona kredit verilməsi barədə Kreditverənə müraciət (Kreditverənin mobil tətbiqetməsi və ya www.bankrespublika.az internet səhifəsi vasitəsilə, həmçinin Kreditverənin 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə “şəxsiyyət vəsiqəsinin FİN kodu”nu yazaraq göndərmək) etmək hüququna malikdir. Bu əsas kredit limiti razılaşmasına əsasən kredit Borcalana istehlak tələbatlarının ödənilməsi məqsədlə verilir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) min. 10 (on) % - max. 29 (iyirmi doqquz) %-dır. Əsas borc və faizlər, kredit məbləğinin borcalanın cari hesabına köçürüldüyü gündən hesablanmağa başlanacaq və Borcalana göndərilən SMS-də qeyd edilmiş müddətədək hər ay bərabər hissələrlə “Kreditverənə geri qaytarılacaqdır. Bu əsas kredit limiti razılaşması çərçivəsində veriləcək kreditlərə dair illik faiz dərəcəsi 29 (iyirmi doqquz) faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2032-ci il tarixdən artıq olmayacaqdır.

6. Sms bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən Qulı̇ yev Qurban Mübarı̇ z oğluna 36 ay müddətinə illik 15 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir.

7. xx.xx.2022-ci il tarixli, 10FİZAM135920501 saylı Zaminlik müqaviləsindən görünür ki, Orucəlı̇ yev Kərı̇ m Əbı̇ lfəsovı̇ ç Qulı̇ yev Qurban Mübarı̇ z oğlunun xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması əsasında 50.000 manat məbləğində, illik faiz dərəcəsi 29%-dən çox olmamaq şərtilə, 120 ay müddətində kredit ayrılması barədə götürdüyü öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar bank qarşısında zamin durmuşdur.

7. xx.xx.2022-ci il tarixli, 10FİZAM140395401 saylı Zaminlik müqaviləsindən görünür ki, Qulı̇ yeva Aysel Mahmud qızı Qulı̇ yev Qurban Mübarı̇ z oğlunun xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması əsasında 50.000 manat məbləğində, illik faiz dərəcəsi 29%-dən çox olmamaq şərtilə, 120 ay müddətində kredit ayrılması barədə götürdüyü öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar bank qarşısında zamin durmuşdur.

8. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Qulı̇ yev Qurban Mübarı̇ z oğlunun kredit müqaviləsi üzrə banka 3855.38 manat əsas borc, 166.40 manat faiz borcu və 30.54 cərimə borcu olmaqla 4052.32 manat borcu vardır.

9. İş matariallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, cavabdehlərə borc məbləğinin 3 gün müddəti ərzində ödənilməsi, əks təqdirdə isə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

10. İddiaçı ASC ilə cavabdeh Qulı̇ yev Qurban Mübarı̇ z oğlu arasında kredit limiti razılaşmasının imzalanması, həmin raılaşma çərçivəsində qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən Cavabdeh1 təqdim edilməsi və digər cavabdehlər Orucəlı̇ yev Kərı̇ m Əbı̇ lfəsovı̇ ç və Qulı̇ yeva Aysel Mahmud qızı ilə bank arasında cavabdeh Qulı̇ yev Qurban Mübarı̇ z oğlunun kredit limiti razılaşması üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zaminlik müqavilələrinin imzalanması işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdehlər tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

13. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

14. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı kredit və zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin etibarsızlığına (əhəmiyyətsizliyinə) dəlalət edən hər hansı bir hal mövcud deyildir. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit limiti razılaşması çərçivəsində borcalan Cavabdeh1 10.000 manat pul vəsaitini qeyd edilən şərtlər əsasında verməklə öz öhdəliyini icra etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtı-vaxtında ödəniş etməmişdir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, iş üzrə digər cavabdehlər Orucəlı̇ yev Kərı̇ m Əbı̇ lfəsovı̇ ç və Qulı̇ yeva Aysel Mahmud qızı ilə bank arasında zaminlik müqavilələri mülki qanunvericilik normalarına uyğun şəkildə bağlanmış və hazırda iddiaçının borcalan cavabdehlə yanaşı həmin borc məbləğini zaminlərdən də tələb etməsi qanuni və əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi, zaminlər əsas kredit limiti razılaşması çərçivəsində borclunun öhdəliklərinə zamin durmuşlar, sonradan borcluya həmin saziş əsasında verilən kredit məbləği və şərtləri saziş çərçivəsində olmuş, başqa sözlə zaminlərin üzərilərinə götürdükləri öhdəliklər həddində olmuşdur. Eyni zamanda, öhdəliyin icrasının zaminlərdən tələb edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddət ötürülməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini zaminlərə qarşı da irəli sürməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

Məhkəmə xərcləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60.53 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə

17. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Qulı̇ yev Qurban Mübarı̇ z oğlu, Orucəlı̇ yev Kərı̇ m Əbı̇ lfəsovı̇ ç və Qulı̇ yeva Aysel Mahmud qızından müştərək qaydada 3855.38 manat əsas borc, 166.40 manat faiz borcu, 30.54 manat cərimə borcu olmaqla cəmi 4052.32 manat və iş üzrə ödənilmiş 60.53 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Qulı̇ yev Qurban Mübarı̇ z oğlu, Orucəlı̇ yev Kərı̇ m Əbı̇ lfəsovı̇ ç və Qulı̇ yeva Aysel Mahmud qızından müştərək qaydada 3855.38 manat əsas borc, 166.40 manat faiz borcu, 30.54 manat cərimə borcu olmaqla cəmi 4052.32 manat və iş üzrə ödənilmiş 60.53 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar