Məhkəmə qərarları › İş №e-2(010)-5674/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5674/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5674/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbaba qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 yanvar 2024-cü il tarixli, 81 811 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1435 manat əsas borc, 30 yanvar 2024-cü il tarixli, 81 828 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 3236 manat əsas borc, 30 yanvar 2024- cü il tarixli, 81 832 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1326 manat əsas borc, ümumilikdə 5997 manat borcun və 80 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5674/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin dəlilləri İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2024-cü il tarixli, 81 811 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 4150 manat dəyərində “Zara yataq dəsti” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün 700 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 29 yanvar 2024-cü il tarixli, 81 811 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 29 yanvar 2024-cü il tarixli, 81 811 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 1435 manat təşkil edir. Həmçinin 30 yanvar 2024-cü il tarixli, 81 828 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 4364 manat dəyərində "Gold masa, Versace sandaliye, Gucci köşə takımı, Düzbucağ, Təkərli Sehpa” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 30 yanvar 2024-cü il tarixli, 81 828 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 30 yanvar 2024-cü il tarixli, 81 828 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 3236 manat təşkil edir. Həmçinin 30 yanvar 2024-cü il tarixli, 81 832 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 2326 manat dəyərində “Soy.Sam.RB53K6651BS/WR” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün 100 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 30 yanvar 2024-cü il tarixli, 81 832 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 30 yanvar 2024-cü il tarixli, 81 832 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 1326 manat təşkil edir. Qeyd olunanlara əsasən, nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 29 yanvar 2024-cü il tarixli, 81 811 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1435 manat əsas borc, 30 yanvar 2024-cü il tarixli, 81 828 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 3236 manat əsas borc, 30 yanvar 2024-cü il tarixli, 81 832 nömrəli nisyə alqı- satqı müqaviləsi üzrə isə yaranmış 1326 manat əsas borc olmaqla ümumilikdə 5997 manat pul tutulmalıdır. Tərəflərin izahatları İddiaçı "xxxx" MMC xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməyəcək, o, iddianı tam müdafiə edir. Odur ki, mülki işə onun iştirakı olmadan baxmaqla, iddianın təmin edilməsinə dair qətnamə qəbul etməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanan 29 yanvar 2024-cü il tarixli, 81 811 nömrəli müqaviləyə əsasən, Satıcı müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 287 manat (ilk ay 293 manat) olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 29 yanvar 2024-cü il tarixli, 81 811 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə olan qalıq borcu 1436 manat təşkil edir. İddiaçı ilə Cavabdeh arasında bağlanan 30 yanvar 2024-cü il tarixli, 81 828 nömrəli müqaviləyə əsasən, Satıcı müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 364 manat (ilk ay 360 manat) olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 30 yanvar 2024-cü il tarixli, 81 828 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə olan qalıq borcu 3236 manat təşkil edir. İddiaçı ilə Cavabdeh arasında bağlanan 30 yanvar 2024- cü il tarixli, 81 832 nömrəli müqaviləyə əsasən, Satıcı müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 124 manat (ilk ay 118 manat) olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 30 yanvar 2024- cü il tarixli, 81 832 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə olan qalıq borcu 1326 manat təşkil edir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh iddiaçıya olan borcun ödənilməsi və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış nisyə alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malı borcluya vermişdir. Borclu isə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən 29 yanvar 2024-cü il tarixli, 81 811 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1435 manat; 30 yanvar 2024-cü il tarixli, 81 828 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 3236 manat və 30 yanvar 2024- cü il tarixli, 81 832 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1326 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. İş materiallarından müəyyən edilir ki, Cavabdehnın iddiaçıya 29 yanvar 2024-cü il tarixli, 81 811 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 1435 manat; 30 yanvar 2024-cü il tarixli, 81 828 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 3236 manat və 30 yanvar 2024- cü il tarixli, 81 832 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 1326 manat məbləğindədir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da o, müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan borcu müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 80 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 29 yanvar 2024-cü il tarixli, 81 811 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1435 (bir min dörd yüz otuz beş) manat ödənilməmiş hissə; 30 yanvar 2024-cü il tarixli, 81 828 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 3236 (üç min iki yüz otuz altı) manat ödənilməmiş hissə və 30 yanvar 2024-cü il tarixli, 81 832 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1326 (bir min üç yüz iyirmi altı) manat məbləğində ödənilməmiş hissə olmaqla, hər 3 müqavilə üzrə ümumilikdə 5997 (beş min doqquz yüz doxsan yeddi) manat məbləğində ödənilməmiş hissə və 80 (səksən) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 29 yanvar 2024-cü il tarixli, 81 811 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1435 (bir min dörd yüz otuz beş) manat ödənilməmiş hissə; 30 yanvar 2024-cü il tarixli, 81 828 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 3236 (üç min iki yüz otuz altı) manat ödənilməmiş hissə və 30 yanvar 2024-cü il tarixli, 81 832 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1326 (bir min üç yüz iyirmi altı) manat məbləğində ödənilməmiş hissə olmaqla, hər 3 müqavilə üzrə ümumilikdə 5997 (beş min doqquz yüz doxsan yeddi) manat məbləğində ödənilməmiş hissə və 80 (səksən) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar