Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5748/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əhəmiyyətsiz əqd üzrə alınmış 6000 manat məbləğində pul vəsaitinin, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində xidmət haqqının və ödənilmiş 82 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixində X2 **-MF- *** dövlət qeydiyyat nişanlı, “BMW 320İ” minik markalı nəqliyyat vasitəsini almışdır. Tərəflər arasında real alğı-satqı müqaviləsi olmasa da, formalaşmış alğı-satqı adətinə görə Hüseynli Elvin iddiaçıya sözügedən nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə vermişdir. İddiaçı həmin etibarnaməyə əsasən qeyd olunan nəqliyyat vasitəsini öz oğlunun adına rəsmiləşdirməli olsa da, etinadsızılq edərək bunu vaxtında etməmişdir. Bundan sonra, cavabdeh ilə X6 arasında pul tələbi mübahisəsi yaranmış və cavabdeh tərəfindən Elvin Hüseynliyə qarşı Qax Rayon Məhkəməsində iddia qaldırılmışdır. Bununla yanaşı, cavabdeh müvəqqəti təminat tədbiri çərçivəsində Elvin Hüseyinlinin adında qalmış, lakin faktiki olaraq iddiaçıya məxsus **-MF-*** dövlət qeydiyyat nişanlı, “BMW 320İ” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barəsində ərizə ünvanlanmış və Qax Rayon Məhkəməsi tərəfindən e-16(024)-10/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardad qəbul edilərək həmin avtomobilin özgənikləşdirilməsi hüququ qadağan edilmişdir. Qax Rayon Məhkəməsi tərəfindən qəbul edilən qərardad nəticəsində nəqliyyat vasitəsinə həbs tətbiq edildiyi üçün iddiaçı öz nəqliyyat vasitəsindən faktiki olaraq məhrum edilmiş və həmin nəqliyyat vasitəsini öz oğlunun adına keçirdə bilməmişdir. İddiaçı bununla bağlı cavabdeh ilə əlaqə saxlamış, avtomobilin faktiki olaraq ona məxsus olduğunu bildirmiş və cavabdehdən MTT-nin ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsini xahiş etsə də, cavabdeh bunu yalnız iddiaçıdan pul almaq şərti ilə edəcəyini bildirmişdir. Cavabdeh iddiaçının onunla razılaşmadığı halda Hüseynli Elvinin ona olan 20000 manat pul borcunu tam olaraq iddiaçının əmlakına yönəldəcəyini və avomobili ondan alcağını bildirmişdir. Buna görə də, iddiaçı məcburiyət qarşısında nəqliyyat vasitəsini öz adına keçirilməsi istiqamətində qanun çərçivəsindən kənar olan təklif ilə razılaşmış və cavabdehə 6000 manat pul vermişdir. Bu fakt tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli sənəddə öz əksini tapmışdır. Tərəflər arasında bağlanan əqd əhəmiyyətsiz əqd olduğu səbəbindən etibarsızdır. Tərəflər arasında əldə edilmiş razılaşma əhəmiyyətsiz əqddir buna görə ki, ilk növbədə qanunvericiliydə bu cür əqd mövcud deyil, yəni heç bir hüquqi əsası yoxdur. Həmçinin, iddiaçı 6000 manat məbləği cavabdehə məcburiyyət qarşısında vermişdir. Əks halda o, əmlakından tam olaraq məhrum qala bilərdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmçinin həmin məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmçinin həmin məcəllənin 351.1-ci maddəsinə əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Göründüyü kimi tərəflər arasında bağlanılmış əqd tamamilə etibarsızdır və cavabdeh etibarsız əqdin nəticəsində iddiaçının xeyrinə əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci madddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmçinin həmin məcəllənin 1091.2-ci madddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Xatırladım ki, həmin məcəllənin 1092.1-ci madddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən o nəticəyə gəlmək olur ki, iddiaçı və cavabdeh arasında bağlanılan əqd etibarsızdır (əhəmiyyətsiz) və etibarsız əqd nəticəsində cavabdeh əsassız varlanmışdır. Buna əsasən isə iltizam əsasında cavabdehə təqdim edilmiş pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır Tərəflərin izahatları Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə hazırlıq iclasında şəxsən iştirak etməklə, iddia tələbinin əsassızlığına dair bütün zəruri sübutlar məhkəməyə təqdim edilmiş, izahatda isə bütün məqamlara aydınlıq gətirilmişdir. Əlavə olaraq, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırlıq iclasında da qeyd etdiyi kimi, iddiaçının tələbinin heç bir hüquqi və faktiki əsası yoxdur. Belə ki, tərəflər arasında müvafiq razılaşma əldə edilmiş, razılaşmaya əsasən, o, öz öhdəliyimi yerinə tam yetirmişdir. O cümlədən, iddiaçı iltizamda bütün bəndləri, tərəflər arasındakı razılaşmanın şərtlərini oxumuş və bundan sonra imzalamışdır, habelə həmin sənədi heç bir hədə, qorxu, təzyiq altında imzalamadığını və gələcəkdə heç bir şikayət, iddia və tələbinin olmayacağını xüsusilə bəyan etmişdir, buna görə də iddia ərizəsində bununla bağlı qeyd edilən məqamlar tamamilə əsassızdır. İddia tələbində qeyd olunan 6000 manat məbləğin isə yalnız və yalnız (iltizamda həmin hissə xüsusi qeyd edilmişdir) ona olan 20000 manat ziyan qaytarıldığı halda, iddiaçıya veriləcəyi qeyd edilmişdir. İddiaçı isə ona həmin ziyanın qaytarıldığını təsdiq edən heç bir sübutu sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli, 7E-3578 reyestr nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair notarial qaydada təsdiq edilmiş etibarnamədən (hazırda qüvvədən düşmüş) müəyyən olunur ki, X6 (etibar edən) tərəfindən buraxılış ili 2015-ci il olan, “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam vermək, sürücülük hüququ olduqda idarə etmək, ipotekaya qoymaq, bağışlamaq və s. hüquqlar 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək İddiaçı etibar edilmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(010)-10/2025 nömrəli qərardadından müəyyən olunur ki, ərizəçi Cavabdeh tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, X3 mülkiyyətində olan “BMW 320i” minik markalı, **- MF-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2015-ci il olan, qara rəngli), B1351100 mühərrik nömrəli, WBA3B1C53FK139747 ban nömrəli nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin X4 və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmış və qərardadın xx.xx.2025-ci il tarixədək qüvvədə olduğu qeyd edilmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(024)-10/2025 nömrəli qərardadından müəyyən olunur ki, ərizəçi Cavabdeh tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə vəsatət təmin edilmiş, Qax Rayon Məhkəməsinin icraatında olan e-2(024)- 613/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək X3 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2015-ci il olan, qara rəngli), B1351100 mühərrik nömrəli, WBA3B1C53FK139747 ban nömrəli nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin X4 və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli iltizamdan müəyyən olunur ki, Cavabdeh Qax Rayon Məhkəməsinin icraatında olan e-2(024)-613/2025 nömrəli mülki iş üzrə 20000 manat pul tələbinin geri qaytarılması ilə bağlı iddia tələbi ilə əlaqədar, yekun məhkəmə aktı çıxarılanadək, e-16(024)-10/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardad ilə X3 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2015-ci il olan, qara rəngli), B1351100 mühərrik nömrəli, WBA3B1C53FK139747 ban nömrəli nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair MTT barədə qərardadın ləğv edilməsinə dair ərizə ilə xx.xx.2025-ci il tarixdə həmin məhkəməyə müraciət edir, İddiaçı isə öz istəyinə və sərbəst iradəsinə əsasən, MTT barədə qərardadın ləğv edilməsinə dair ərizə verilməsi müqabilində Cavabdeh 6000 manat məbləğində pul vəsaitini xx.xx.2025-ci il tarixdə verir, Cavabdeh və İddiaçı razılaşırlar ki, Cavabdeh aldığı 6000 manat pul vəsaitini yalnız və yalnız Qax Rayon Məhkəməsinin icraatında olan e-2(024)-613/2025 nömrəli mülki işlə bağlı qəbul ediləcək yekun məhkəmə aktının icrası ilə əlaqədar həmin iş üzrə cavabdeh tərəfindən ona 20000 manat pul vəsaiti qaytarılacağı təqdirdə həmin pul vəsaitini İddiaçı hesabına geri qaytaracaqdır, həmçinin İddiaçı isə 6000 manat pul vəsaitini yalnız və yalnız Qax Rayon Məhkəməsinin icraatında olan e-2(024)-613/2025 nömrəli mülki işlə bağlı qəbul ediləcək yekun məhkəmə aktının icrası ilə əlaqədar həmin iş üzrə cavabdeh tərəfindən Cavabdeh 20000 manat pul vəsaiti qaytarılacağı təqdirdə həmin pul vəsaitini Cavabdeh tələb edəcək, qalan heç bir halda, yəni həmin iş üzrə veriləcək icra sənədi üzrə Cavabdeh 20000 manat pul vəsaiti cavabdeh tərəfindən ödənilməyəcəyi təqdirdə Cavabdeh qarşı pul tələbi, iddiası, şikayəti və hər hansı formada digər icraatlar qaydasında müraciəti olmayacaqdır. Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(024)-10/2025 nömrəli qərardadından müəyyən olunur ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 tərəfindən verilmiş ərizə təmin edilmiş, Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 16(024)-10/2025 nömrəli qərardadı və həmin qərardad əsasında seçilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi, Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 16(024)-10/2025 nömrəli qərardadı ilə X3 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağaların aradan qaldırılması və qərardadın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə və Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qax Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş e-16(024)-10/2025 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(024)-10/2025 nömrəli qərardadı və həmin qərardad əsasında seçilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi, Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(024)-10/2025 nömrəli qərardadı ilə X3 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağaların aradan qaldırılması və qərardadın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə və Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(024)-613/2025 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh X6 və "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı ilə "xxxx" MMC-nin direktoru X6 arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 20000 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 82.20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları Tərəflər arasında xx.xx.2025-ci il müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh Qax Rayon Məhkəməsinin icraatında olan e-2(024)-613/2025 nömrəli mülki iş üzrə 20000 manat pul tələbinin geri qaytarılması ilə bağlı iddia tələbi ilə əlaqədar, yekun məhkəmə aktı çıxarılanadək, e-16(024)-10/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardad ilə X3 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2015-ci il olan, qara rəngli), B1351100 mühərrik nömrəli, WBA3B1C53FK139747 ban nömrəli nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair MTT barədə qərardadın ləğv edilməsinə dair ərizə ilə xx.xx.2025-ci il tarixdə həmin məhkəməyə müraciət edir, İddiaçı isə öz istəyinə və sərbəst iradəsinə əsasən, MTT barədə qərardadın ləğv edilməsinə dair ərizə verilməsi müqabilində Cavabdeh 6000 manat məbləğində pul vəsaitini xx.xx.2025-ci il tarixdə verir, Cavabdeh və İddiaçı razılaşırlar ki, Cavabdeh aldığı 6000 manat pul vəsaitini yalnız və yalnız Qax Rayon Məhkəməsinin icraatında olan e- 2(024)-613/2025 nömrəli mülki işlə bağlı qəbul ediləcək yekun məhkəmə aktının icrası ilə əlaqədar həmin iş üzrə cavabdeh tərəfindən ona 20000 manat pul vəsaiti qaytarılacağı təqdirdə həmin pul vəsaitini İddiaçı hesabına geri qaytaracaqdır, həmçinin İddiaçı isə 6000 manat pul vəsaitini yalnız və yalnız Qax Rayon Məhkəməsinin icraatında olan e-2(024)- 613/2025 nömrəli mülki işlə bağlı qəbul ediləcək yekun məhkəmə aktının icrası ilə əlaqədar həmin iş üzrə cavabdeh tərəfindən Cavabdeh 20000 manat pul vəsaiti qaytarılacağı təqdirdə həmin pul vəsaitini Cavabdeh tələb edəcək, qalan heç bir halda, yəni həmin iş üzrə veriləcək icra sənədi üzrə Cavabdeh 20000 manat pul vəsaiti cavabdeh tərəfindən ödənilməyəcəyi təqdirdə Cavabdeh qarşı pul tələbi, iddiası, şikayəti və hər hansı formada digər icraatlar qaydasında müraciəti olmayacaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324. Əqd anlayışı və onun növləri. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 328. Şərtlə bağlanmış əqdlər. 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 328.2. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. 328.6. Əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331. Yazılı əqd. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, tərəflər arasında xx.xx.2025-ci il müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh Qax Rayon Məhkəməsinin icraatında olan e-2(024)- 613/2025 nömrəli mülki iş üzrə 20000 manat pul tələbinin geri qaytarılması ilə bağlı iddia tələbi ilə əlaqədar, yekun məhkəmə aktı çıxarılanadək, e-16(024)-10/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardad ilə X3 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF- *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2015-ci il olan, qara rəngli), B1351100 mühərrik nömrəli, WBA3B1C53FK139747 ban nömrəli nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair MTT barədə qərardadın ləğv edilməsinə dair ərizə ilə xx.xx.2025-ci il tarixdə həmin məhkəməyə müraciət edir, İddiaçı isə öz istəyinə və sərbəst iradəsinə əsasən, MTT barədə qərardadın ləğv edilməsinə dair ərizə verilməsi müqabilində Cavabdeh 6000 manat məbləğində pul vəsaitini xx.xx.2025-ci il tarixdə verir, Cavabdeh və İddiaçı razılaşırlar ki, Cavabdeh aldığı 6000 manat pul vəsaitini yalnız və yalnız Qax Rayon Məhkəməsinin icraatında olan e-2(024)-613/2025 nömrəli mülki işlə bağlı qəbul ediləcək yekun məhkəmə aktının icrası ilə əlaqədar həmin iş üzrə cavabdeh tərəfindən ona 20000 manat pul vəsaiti qaytarılacağı təqdirdə həmin pul vəsaitini İddiaçı hesabına geri qaytaracaqdır, həmçinin İddiaçı isə 6000 manat pul vəsaitini yalnız və yalnız Qax Rayon Məhkəməsinin icraatında olan e-2(024)-613/2025 nömrəli mülki işlə bağlı qəbul ediləcək yekun məhkəmə aktının icrası ilə əlaqədar həmin iş üzrə cavabdeh tərəfindən Cavabdeh 20000 manat pul vəsaiti qaytarılacağı təqdirdə həmin pul vəsaitini Cavabdeh tələb edəcək, qalan heç bir halda, yəni həmin iş üzrə veriləcək icra sənədi üzrə Cavabdeh 20000 manat pul vəsaiti cavabdeh tərəfindən ödənilməyəcəyi təqdirdə Cavabdeh qarşı pul tələbi, iddiası, şikayəti və hər hansı formada digər icraatlar qaydasında müraciəti olmayacaqdır. Tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas təşkil edən xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, hazırkı iş üzrə iddiaçı faktiki olaraq sahibliyində olan, lakin digər şəxsin – X3 mülkiyyətində olan nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə məhkəmə qərardadının (müvəqqəti təminat tədbirinin tətbiqi barədə) ləğvinə dair ərizə verilməsi üçün hazırkı iş üzrə cavabdehə 6000 manat məbləğində pul vəsaitini verməyi, cavabdeh isə həmin pul vəsaitini qəbul edərək müvafiq məhkəməyə müvəqqəti təminat tədbiri barədə qərardadın ləğvinə dair ərizə verməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, cavabdeh həmin müqavilə üzrə əldə etdiyi 6000 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılmasını, yeganə şərtdən – Qax Rayon Məhkəməsinin e-2(024)-613/2025 nömrəli qətnaməsinin tam şəkildə icrasından asılı etmişdir. Qarşılıqlı hüquq və vəzifələrin tənzimləndiyi müvafiq müqavilə münasibətlərindən görünür ki, hazırkı iş iddiaçı 6000 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, cavabdeh də öz növbəsində həmin pul vəsaitini qəbul edərək, Qax Rayon Məhkəməsinə müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizə ilə müraciət etmiş və Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(024)-10/2025 nömrəli qərardadına əsasən, ərizə təmin edilmiş, Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(024)-10/2025 nömrəli qərardadı və həmin qərardad əsasında seçilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi, Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(024)-10/2025 nömrəli qərardadı ilə X3 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağaların aradan qaldırılması və qərardadın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə və Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Yəni, müqavilə tərəfləri müvafiq müqavilə ilə öz üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmişlər. Həmçinin, işin qeyd edilən halları tərəflər arasında mübahisəsizdir. Sözügedən müqavilə üzrə iddiaçının əldə etdiyi geriyə tələb hüququ isə Qax Rayon Məhkəməsinin e-2(024)-613/2025 nömrəli qətnaməsinin tam şəkildə icrasından asılı edilmiş, lakin müvafiq qətnamənin tam şəkildə icrası barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, həmin qətnamə əsasında verilmiş icra sənədi və açılmış icra işi ilə tanış olmaq, icra sənədi üzrə icraatın yekunlaşıb-yekunlaşmaması barədə məlumat almaq üçün aidiyyəti icra şöbəsinə müraciət etmək, bu müraciətə qanunla müəyyən edilmiş müddət ərzində cavab verilmədikdə və ya müraciətin təmin edilməsindən imtina edildikdə müvafiq sübutların təmin edilməsini məhkəmədən xahiş etmək iddiaçının qanunla müəyyən edilmiş hüquqlarıdır. Hər bir halda, iddiaçı həmin icra sənədinin tam şəkildə icra edildiyini iddia etməsə belə, iddianın uğurluluğu baxımından işin qeyd edilən halına da mütləq qiymət verilməlidir. İddiaçının cavabdehə qarşı qaldırdığı iddia tələbinin əsasını isə yuxarıda şərtləri sadalanan müqavilənin məcburetmə nəticəsində bağlanıldığına görə etibarsız hesab edilməsi təşkil edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İddiaçı tərəf həm müvafiq müqavilənin etibarlılıq şərtlərindən biri olan iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğuna dair şərti, həm də ümumiyyətlə belə bir müqavilənin bağlanmasının məcburi hüquq qaydalarının tələblərinə zidd olduğunu mübahisələndirmişdir. Belə ki, etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. İddiaçı tərəf eyni əqdə dair həm mübahisələndirilən, həm də əhəmiyyətsizlik kontekstindən çıxış edərək, bir növ iddia tələbində qeyri-müəyyənlik yaratmışdır. Bununla belə, əqdə əsaslanan tələblərlə baxılması zamanı əqdin etibarlılıq şərtlərinin yoxlanılması iddia tələbinin hansı formada əsaslandırılmasından və iddia tələbinin hansı formada qoyuluşundan asılı olmayaraq, məhkəmə icraatının prioritet məsələlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. İstinad edilən maddi hüquq normalarının məcburi göstərişlərindən aydın olur ki, tərəflər arasında qarşılıqlı hüquq və öhdəliklər müəyyən edən bu və ya digər müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş müqavilə növlərinə uyğun gəlməsə belə, həmin Məcəllənin məcburi qaydalarına zidd olmadığı təqdirdə bağlana bilər. Həmçinin, tərəflərin iştirakı ilə “iltizam” başlığı altında tərtib edilən sənədin, qarşılıqlı hüquq və öhdəliklər müəyyən etməklə, tərəflərin mülki hüquq və vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olan razılaşdırılmış iradə ifadələrini özündə əks etdirməsi kifayətdir ki, həmin sənəd hüquqi müstəvidə müqavilə kimi qəbul edilsin. Odur ki, tərəflər arasında “iltizam” başlığı altında tərtib edilmiş sənəd qanunvericiliyin məcburi göstərişlərinə zidd olmayan müqavilə kimi qəbul edilməli və məhkəmə araşdırması həmin müqavilənin etibarlılıq şərtləri ətrafında davam etdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Göründüyü kimi, müqavilənin formasına dair hər hansı pozuntu aşkar edilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 328.6-cı maddəsinə əsasən, əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır. Göründüyü kimi, səlahiyyətli subyektlərin iştirakı ilə bağlanmış müqavilə məhz təxirəsalıcı şərtlə, yəni müvafiq məhkəmə qətnaməsinin tam şəkildə icrasından asılı edilməklə bağlanmış, hazırkı iş üzrə iddiaçının 6000 manat məbləğində pul vəsaitini geriyə tələb etmək hüququ həmin şərtin gələcəkdə baş verməsindən asılı edilmişdir. Odur ki, müvafiq müqavilə (əqd) qanunvericiliyin tələblərinə zidd olmadığına, tərəflərdən hər hansısa birinin müstəsna iradəsindən və ya icrası mümkün olmayan şərtdən asılı edilmədiyinə görə həmin müqavilənin məzmuna dair şərtlərin də hər hansı pozuntusu aşkar edilmir. Əqdlərin etibarlılıq şərtlərindən biri olan və əqdin bağlanması üçün ən vacib element sayılan şərtin – iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinin hər hansı pozuntusunun mövcud olub-olmamasının müəyyənləşdirilməsi zamanı tərəflərin müvafiq əqdin bağlanmasına yönələn iradə ifadələrinin təfsirinə formal yanaşılmamalı və iradə ifadələri hərtərəfli təfsir edilməlidir. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılması zamanı yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Tərəflər arasında bağlanmış müvafiq müqavilənin əhəmiyyətsiz, yəni məcburi hüquq qaydalarına zidd olan müqavilə olmadığı artıq müəyyən edildiyindən, əqdin mübahisə edilən, yəni iddiaçının iradə ifadəsinin zədələnməsi nəticəsində bağlanan əqd olubolmaması müəyyən edilməlidir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. İşin faktiki hallarından görünür ki, xx.xx.2025-ci il tarixli əqdin bağlanmasından yalnız cavabdeh deyil, həmçinin iddiaçı da müəyyən hüquqi nəticələrə çatmaq üçün istifadə etmişdir. Belə ki, həmin əqdin bağlanması nəticəsində cavabdeh nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə məhkəmə qərardadı əsasında qoyulmuş qadağanı aradan götürməklə, iddiaçıya həmin nəqliyyat vasitəsi üzərində faktiki sahibliyi qanuniləşdirmək, yəni nəqliyyat vasitəsi üzərində “həqiqi” sərəncam əqdi bağlamaq imkanı yaratmışdır. Həmçinin, cavabdeh bu hərəkəti etməklə Qax Rayon Məhkəməsinin e-2(024)-613/2025 nömrəli qətnaməsinin icrasını öz xeyrinə “risk”ə atmaqla, həmin qətnamənin icrasından əldə edəcəyi gəlirdən qat-qat aşağı məbləğ əldə etmişdir. Halbuki, həmin qətnamənin icrasının nə qədər müddət davam edəcəyi, qətnamənin icrasının qanunla müəyyən edilmiş müddət ərzində mümkünlüyü, habelə qətnamənin icrasında bu və ya digər çətinliklərin yaranıb-yaranmayacağı belə şübhə doğurur. Həmçinin, qeyd edilən qaydada “əldəetmənin” müvəqqəti xarakter daşıması, yəni gələcəkdə qətnamənin icrası nəticəsində verilmiş 6000 manat pul vəsaitinin iddiaçıya qaytarılması da nəzərdə tutulmuşdur ki, bu halda da hər hansı “ağır şərtdən” söhbət gedə bilməz. İddiaçının istinad etdiyi bir digər əsas olan əqdin məcburetmə nəticəsində bağlanmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Lakin, iddiaçı tərəfindən müvafiq əqdin bağlanmasına məcburetmə xarakteri daşıyan bu və ya digər hərəkətin cavabdeh tərəfindən törədilməsi barədə mötəbər və kifayətedici sübutlar təqdim edilməmiş, iddiaçının istinad etdiyi hallar formal mülahizələrdən ibarət olmuşdur. Odur ki, əhəmiyyətsiz və mübahisələndirilən əqdlər kateqoriyasına daxil olmayan hazırkı əqd əsasında restitusiya qaydasının, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın tətbiq edilməsi qanunla istisna edilir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 82.20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 82.20 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birinin aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-5748/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5748/2025
08.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver