Məhkəmə qərarları › İş №e-2(010)-5781/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5781/2021

14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5781/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehından “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən “AG Telekom" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 282 manat abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 (yüz əlli) manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 452 manat məbləğində vurulmuş ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə «iddia tələbinin həcminin azaldılması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehından “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 89.70 manat abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 (yüz əlli) manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun ümumilikdə 259,70 manat məbləğində vurulmuş ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22.08. 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin, Suraxanı rayonu ərazisində son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011 -ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 105 saylı MTK tərəfindən verilən arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil cavabdehə məxsusdur. Həmin ünvanda Azər Əkbərov adlı şəxs əvvəllər İddiaçı MMC-nin abunəçisi olmuş və onunla şirkət arasında 05.11.2007-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin ünvan tərəfindən son abunə haqqının ödənilməsi 01.04.2012-ci il tarixdə ödəmiş və bağlanmış müqavilə münasibətlərinə 18.06.2012-ci ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. Kabel şəbəkəsindən ayrılan zaman 23.40 manat borc qalmışdır. Bundan sonra 26.01.2015-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 2188 N saylı, 26.01.2015-ci il tarixli akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, cavabdehə məxsus olan mənzildən “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulma həyata keçirilmiş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 (doqquz) manat və 01.09.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Bunun nəticəsində də qanunsuz qoşulma nəticəsində vurulmuş maddi zərər səhv olaraq 282 manat qeyd edilmişdir. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, qeyd edilən ünvana sonuncu dəfə 30.01.2014-cü il tarixində baxış keçirilmiş və həmin baxışın nəticəsində 0756 KA saylı akt tərtib edilmiş qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmış və həmin akt 2014-cü ildə Suraxanı rayon Məhkəməsinin icraatında baxılması davam etdirilən iş materillarına əlavə edilmişdir. Bundan sonra yəni 24.02.2014-cü il tarixdə cavabdehə məxsus mənzilin yerləşdiyi binaya baxış keçirilən zaman cavabdehə məxsus mənzilin təkrarən qanunsuz olaraq şəbəkəyə qoşulması faktı müəyyən edilmiş və 24.02.2014-cüil tarixli, 0936 L saylı akt tərtib edilmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra yəni 26.01.2015-ci ildə cavabdehə məxsus mənzilin yerləşdiyi binaya baxış keçirilən zaman cavabdehə məxsus mənzilin yenidən təkrarən qanunsuz olaraq şəbəkəyə qoşulması faktı müəyyən edilmiş və 26.01.2015-ci il tarixli, 2188 N saylı AKT tərtib edilərək qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Cavabdehə məxsus mənzilin qanunsuz qoşulmasına dair 0756 KA saylı, 30.01.2014-cü il tarixli akt tərtib edilən tarixdən 24.02.2014-cü il tarixli 0936 L saylı akt tərtib edilən tarixədək olan müddət 25 gün, 24.02.2014-cü il tarixli 0936 L saylı akt tərtib edilən tarixdən sonuncu yəni 26.01.2015-ci il tarixli 2188 N saylı akt tərtib edilən tarixədək olan müddət 274 gün olmaqla hər iki akt üzrə ümumilikdə 299 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 89.70 manat maddi ziyan təşkil edir. Tərəflərin izahatları İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 105 saylı MKİS-nin 07.02.2015-ci il tarixli arayışından aydın olur ki, Cavabdeh Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış sahəsi, 17 saylı evin 28 saylı mənzilində yaşayır və qeydiyyatdadır. Mənzilin sahibidir. 07.07.2021-ci il tarixli qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına Cavabdeh iddiası üzrə hüquqi xidmətə görə 150 manat məbləğində pul ödənilmişdir. "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş İddiaçı MMC-nin “KATV 1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 26.01.2015-ci il tarixli 2188 N saylı aktın surətindən aydın olur ki, 26.01.2015-ci il tarixdə Suraxanı rayonu, massiv Q 17 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 28 saylı mənzilinin “KATV1” Kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin edərək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döymüş və nəticədə qapını açan olmamışdır. "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş İddiaçı MMC-nin “KATV 1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 24.02.2014-cü il tarixli 0936 L saylı aktın surətindən aydın olur ki, 24.02.2014-cü il tarixdə Suraxanı rayonu, massiv Q 17 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 28 saylı mənzilinin “KATV1” Kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin edərək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döymüş və nəticədə qapını açan olmamışdır. İddiaçı MMC tərəfindən təqdim edilmiş 07.06.2021-ci il tarixli arayışın məzmunundan aydın olur ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan Əkbərov Azər arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 05.11.2007-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub 01.04.2012-ci il tarixinədək isə son ödəməsini edib. 18.06.2012 -ci il tarixində 23,40 AZN borc ilə şəbəkədən ayrılıb. İşdə olan 02.04.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, İ.Əhlimanov 8 mənzil 56 0068 KA saylı akt tərtib olunana qədər sonuncu dəfə 25.05.2012 -ci il tarixində həmin binaya baxışı keçirilmişdir. Suraxanı rayon məhkəməsinin 21.04.2014-cü il tarixli 2(010)-1561/2014 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı MMC-nin cavabdehlər X3 və Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmuş, X2 23,40 manat pul tutularaq İddiaçı MMC-nə verilməsi, Cavabdeh və X1 şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulmaya görə müştərək qaydada 0,90 (doxsan qəpik) manat, nümayəndəyə çəkilən xərclərə dörə 100 (bir \üx) manat və dövlət rüsumuna görə 1,60 (bir manat 60 qəpik) manat, cəmi 102.50 (bir yüz iki manat 50 qəpik) pul tutularaq İddiaçı MMC-yə verilməsi, iddia tələbinin qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı onun kabel şəbəkəsinə qanunsuz qoşulma hallarını müəyyən etmək məqsədilə binalara baxış keçirərkən hazırki iş üzrə cavabdehin mənzilindən iddiaçının kabel şəbəkəsinə qanunsuz qoşulma faktını aşkar etmiş və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin kabel şəbəkəsinə qanunsuz qoşulması sonuncu dəfə 30.01.2014-cü il tarixində baxış keçirilmiş və həmin baxışın nəticəsində 0756 KA saylı akt tərtib edilmiş qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmış və həmin akt 2014-cü ildə Suraxanı rayon Məhkəməsinin icraatında baxılması davam etdirilən iş materillarına əlavə edilmişdir. Bundan sonra, yəni 24.02.2014-cü il tarixdə cavabdehə məxsus mənzilin yerləşdiyi binaya baxış keçirilən zaman cavabdehə məxsus mənzilin təkrarən qanunsuz olaraq şəbəkəyə qoşulması faktı müəyyən edilmiş və 24.02.2014-cüil tarixli, 0936 L saylı akt tərtib edilmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra, yəni 26.01.2015-ci ildə cavabdehə məxsus mənzilin yerləşdiyi binaya baxış keçirilən zaman cavabdehə məxsus mənzilin yenidən təkrarən qanunsuz olaraq şəbəkəyə qoşulması faktı müəyyən edilmiş və 26.01.2015-ci il tarixli, 2188 N saylı AKT tərtib edilərək qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Cavabdehə məxsus mənzilin qanunsuz qoşulmasına dair 0756 KA saylı, 30.01.2014cü il tarixli akt tərtib edilən tarixdən 24.02.2014-cü il tarixli 0936 L saylı akt tərtib edilən tarixədək olan müddət 25 gün, 24.02.2014-cü il tarixli 0936 L saylı akt tərtib edilən tarixdən sonuncu, yəni 26.01.2015-ci il tarixli 2188 N saylı akt tərtib edilən tarixədək olan müddət 274 gün olmaqla hər iki akt üzrə ümumilikdə 299 gün təşkil edir, bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 89.70 manat maddi ziyan təşkil edir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının bu tələbi əsaslıdır və təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı pul tələbinə dair iddiasını mənzil sahibi olan Cavabdeh qarşı yönəltməkdə haqlıdır və tələb olunan pul məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilən hallar işin faktiki halları və hüquqi əsaslarla tam təsdiqini tapdığına görə iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 89.70 manat məbləğində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün əsas iddia məbləğinə uyğun olaraq ağlabatan məbləğ kimi 50 (əlli) manat tutulmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğdə vəsait cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 89.70 (səksən doqquz manat yetmiş qəpik) manat abunə haqqı qismində vurulmuş maddi zərər, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 50 (əlli) manat pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu olmaqla ümumilikdə 169,7 (bir yüz altmış doqquz manat yetmiş qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar