Məhkəmə qərarları › İş №e-2(010)-5805/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5805/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5805/2025 03.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbaba qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "kredit borcunun qaytarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 02 oktyabr 2019-cu il tarixli, 204 №-li kredit (restrukturrzasiyə) müqaviləsi üzrə 28 oktyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 903,63 (doqquz yüz üç manat altmış üç qəpik) manat, faiz borcu üzrə 22,59 (iyirmi iki manat əlli doqquz qəpik) manat olmaqla, ümumilikdə 926,22 (doqquz yüz iyirmi altı manat iyirmi iki qəpik) manat tam kredit borcu və ödənilmiş 30,00 (otuz manat sıfır qəpik) manat dövlət rüsumu tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulması. İddia tələbinin dəlilləri İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2013-cü il tarixli, 24-131Fİ saylı qrup kredit müqaviləsinə əsasən, təşkilat tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə, illik 36% ödəmək şərti ilə 2000 (iki min) manat aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasrnda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-ti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 204 №-lı Restrukturizasiya kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2019-cu il tarixinə olan 903.63 (doqquz yüz üç manat altmış üç qəpik) manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir.Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X2 arasında 02 oktyabr 2019-cu il tarixli, 204 №-li restrukturizasiya müqaviləsi üzrə sonuncu tərəfindən 25,10.2019-cü il tarixində cəmi 05.00 (beş) manat ödəniş edilmişdir. Cavabdeh ilə BOKT "xxxx" MMC-ti arasında bağləmimış 02 oktyabr 2019-cu il tarixliL 204 №-li restrukturizasiya müqaviləsi ilə onun üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. BOKT "xxxx" MMC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 204№-li kredit (restrukturizasiya) müqaviləsinin 2.2-ci bəndinə əsasən, Restrukturizasiya müqaviləsi iizrə aylıq kredit ödənişləri " Sordu" ilə razılaşdırılmış ödəniş cədvəli iizrə icra oluıımadıqda, "Kreditor" bu Müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini Borcludan tələb etmək hüququna malikdir. Hal-hazırda Cavabdeh BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanılmış 02 oktyabr 2019-cu il tarixli, 204№-li kredit (restrukturizasiya) müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 903,63 (doqquz yüz üç manat altmış üç qəpik) manat, faiz borcu üzrə 22,59 (iyirmi iki manat əlli doqquz qəpik) manat olmaqla, ümumilikdə 926.22 (doqquz yüz iyirmi altı manat iyirmi iki qəpik) manat məbləğində kredit borcu mövcuddur. Tərəflərin izahatları İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 204№-lı kredit (Restrukturizasiya) müqaviləsindən görünür ki, bu Müqaviləyə əsasən Kreditor Borclunun vaxtı keçmiş əsas kredit burcunun bu Müqavilə imzalanan tarixə 903,65 (doqquz yüz üç manat altmış üç qəpik) manat qalıq məbləğini ödəməsi məqsədi ilə 903,63 (doqquz yüz üç manat altmış üç qəpik) manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (Kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit illik faiz dərəcəsi 1 olmaqla 5 il (İ il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X1 arasında 02 oktyabr 2019-cu il tarixli, 204№-li kredit (Restrukturizasiya) müqaviləsi bağlanılmışdır. Bank Olmayan Kredit Təşkilatı “Finans invest" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında 02 oktyabr 2019-cu il tarixli, 204№-li kredit (Restrukturizasiya) müqaviləsi üzrə 28 oktyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 903.63 (doqquz yüz üç manat altmış üç qəpik) manat, faiz borcu üzrə 22,59 (iyirmi İki manat əlli doqquz qəpik) manat olmaqla, ümumilikdə 926,22 (doqquz yüz iyirmi altı manat iyirmi iki qəpik) manat məbləğində kredit borcu mövcuddur, sonuncu ödəniş xx.xx.2019-cu il tarixində 5.00 (beş) manat məbləğində olmuşdur, bağlanılmış 02 oktyabr 2019-cu il tarixli, 204 №-li kredit (Restrukturizasiya) müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və bütün ödənişlər Kreditora tam olaraq ödənilənədək qüvvədə qalır, 28 oktyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 903,63 (doqquz yüz üç manat altmış üç qəpik) manat, faiz borcu üzrə 22,59 (iyirmi iki manat əlli doqquz qəpik) manat olmaqla, ümumilikdə 926,22 (doqquz yüz iyirmi altı manat iyirmi iki qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli Cavabdeh ünvanladığı məktubundan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 204 saylı restrukturizasiya kredit müqaviləsi üzrə 11 iyun 2025-ci il tarixinə gecikdirilmiş əsas məbləğ üzrə 903 63 (doqquz yuz üç manat altmış üç qəpik) manat, faiz üzrə 22 59 (iyirmi İki manat, əlli doqquz qəpik) manat, olmaqla, cəmi 926.22 (doqquz yüz iyirmi altı manat, iyirmi iki qəpik) manat məbləğində mövcud olan kredit borcunu tam şəkildə 5 iş günü müddətində bağlanması tələb olunur. Əks təqdirdə, BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 204 saylı restrukturizasiya kredit müqaviləsini 84-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının mövcud qanunverciliyinə uyğun məhkəməyə müraciət oluncaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 204 №-lı kredit (restrukturizasiya) müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə 903,63 (doqquz yüz üç manat altmış üç qəpik) manat məbləğində pulu cavabdehin sərəncamına vermiş, cavabdeh isə həmin vəsaitdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Bank ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, Bank aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və banka ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 204№-lı kredit müqaviləsinə əsasən əsas borc üzrə 903,63 (doqquz yüz üç manat altmış üç qəpik) manat, faiz borcu üzrə 22,59 (iyirmi iki manat əlli doqquz qəpik) manat olmaqla, ümumilikdə 926,22 (doqquz yüz iyirmi altı manat iyirmi iki qəpik) manat məbləğində vəsait tutulmasını tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 204 №-lı kredit müqaviləsinə əsasən əsas borc üzrə 903,63 (doqquz yüz üç manat altmış üç qəpik) manat, faiz borcu üzrə 22,59 (iyirmi iki manat əlli doqquz qəpik) manat olmaqla, ümumilikdə 926,22 (doqquz yüz iyirmi altı manat iyirmi iki qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 204№-lı kredit müqaviləsinə əsasən əsas borc üzrə 903,63 (doqquz yüz üç manat altmış üç qəpik) manat, faiz borcu üzrə 22,59 (iyirmi iki manat əlli doqquz qəpik) manat olmaqla, ümumilikdə 926,22 (doqquz yüz iyirmi altı manat iyirmi iki qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar