Məhkəmə qərarları › İş №e-2(010)-5848/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5848/2025

10.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5848/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X12 qızının katibliyi, İddiaçı nümayəndəsi X9 iştirakı ilə, İddiaçı “Аzəriqаz” İB-nin cavabdehlər X7 və Cavabdeh1nа qarşı “dəymiş maddi zərərin əvəzi və debitоr bоrcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı “Аzəriqаz” İB cavabdehlər X7 və Cavabdeh1nа qarşı “dəymiş maddi zərərin əvəzi və debitоr bоrcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və Cavabdeh1 tərəfindən iddiaçı “Аzəriqаz” İB-yə vurulmuş 9667.03 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3682.77 manatın və 130.05 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 13479.85 manat pulun cavabdehlərdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent X7 arasında xx.xx.2020-ci il tarixində 12-99 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı B abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə ZENNER markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X8”nın tələblərinə əməl etmək) və “X8”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X8nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 344 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 777,60 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 432 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 48 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2163,19 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 444,49 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 302,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1909,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 233,28 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 349,92 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 824,4 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 513.4 manat, (energetika nazirliyinin MN № ******* saylı qərarı ilə təsdiq edilmişdir.) cəmi 9548.84 (doqquz min beş yüz qırx səkkiz manat səksən dörd qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. 2015-ci ilin dekabr ayında ötən aylardan qalıq və aktlara görə 129,60 manat borcu qalmışdır. Qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3682,77 (üç min altı yüz səksən iki manat yetmiş yeddi qəpik) manat debitor borcu qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği (dəymiş ziyan və debitor borc üzrə ) hazırda Abonentin SALDO və Gasrep üzrə ümumi 13349,80 (on üç min üç yüz qırx doqquz manat səksən qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin iştirakı və izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Feyzi Günаy Rаsim qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları. Azərbaycan Respublikasının Energetika Nazirliyi X4 Agentliyinin Bakı Filialı tərəfindən Azəriqaz İB Bakı Regional Qazın Satışı Departamentinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3- 15-2-1/2-3043/2024 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh1 (abonent kodu **********00000) barəsində AR Energetika Nazirliyinin tabeliyində X4 Agentliyinin Bakı filialının xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı məlumat üçün göndərilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi X4 Agentliyinin Bakı filialının rəisi X2 xx.xx.2024-cü il tarixli MN seriyаlı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh1 tərəfindən sayğacdan kənar qeyri-qanuni küçə qaz xəttinə qoşularaq təbii qazdan 513.95 manat məbləğində talanmasının xx.xx.2024cü il tarixdə aşkar olunması müəyyən edilmiş və onun barəsində Azərbаycаn Respublikаsı İXM-in 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. AR Energetika Nazirliyinin tabeliyində X4 Agentliyinin Bakı filialının aparıcı müfəttişi X11 tərəfindən xx.xx.2024-cü ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli X14 protokolla müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən, ünvan 3 ünvanında yaşayan Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixində sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşularaq təbii qazın az miqdarda (4995.6 m³, 1027.9 manat) talanması aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli “İstehlakçının qaz təsərrüfatının inventar aktı”ndan görünür ki, X5 (abonent kodu **********00000) yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman məlum olmuşdur ki, o, kənar xəttən istifadə edir. Həmin aktdan görünür ki, kənar xətt ləğv edilmiş, sayğac bərpa olunaraq möhürlənmişdir. Cavabdeh2 nümayəndəsi olan Cavabdeh1 həmin aktı imzalamaqdan imtina etmişdir. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli 12-99 nömrəli Müqavilədən görünür ki, Paylayıcı (İddiaçı) bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (X7) keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. xx.xx.2025-ci il tarixli abonentin saldosundan görünür ki, **********00000 abonent kodlu X5 yaşadığı Bakı şəhəri, Suraxanı rаyоnu, İ.Süleymanov küçəsi ünvanında yerləşən 54 saylı evə xx.xx.2024-cü il tarixdə GCZ-G-4 Diafraqma tipli sayğac quraşdırılmış, həmin abonentə münаsibətdə hesаbаtlılıqdа şəffаflığın təmin оlunmаsı üçün müvаfiq dövrlər üzrə аyın əvvəlinə bоrc, təbii qаzın sərfi (həcmi m3-lə ifаdə оlunmаqlа), sərfin məbləği (mаnаtlа ifаdə оlunmаqlа), qаlıq və аktlаr, yeni tаrifə keçid, ödəniş, о cümlədən qeyri-ödənişlər, qаçqın limiti, аyın sоnunа bоrc, sаyğаc göstəricisi (müvаfiq оlаrаq meхаniki və elektоr) dəqiqliklə qeyd оlunmuşdur. Ünvаndа istifadə olunan cihazlar bölməsində qeyd edilmişdir ki, аbоnent sаmоvаrdаn (1/1) və 3 gözlü qаz plitələrindən (PQ-3) (1/1) istifаdə edir. Аbоnentin аilə tərkibi 5 nəfərdən ibаrətdir. Sаyğаc üzrə sərf оlunmuş qаz həcminə görə 2025-ci il tarixə yаrаnmış bоrc 13349.80 manat təşkil edir. İddiaçı İB tərəfindən tərtib edilmiş ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı qəbulu haqqında aktdan görünür ki, **********00000 abonent kodlu X5 yaşadığı ünvan 4 ünvanında yerləşən PQ-4 Zenner tipli sayğaca müdaxilə olunduğu üçün İddiaçı İB-nin əməkdaşları tərəfindən yeni sayğacla əvəz olunmuşdur. İddiaçı İB –nin Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli № MSK - 29/1710-04571-1 nömrəli aktdan görünür ki, **********128 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın giriş plastmas borusunun deşildiyi, süzgəcin kənar təsir nəticəsində zədələndiyi və sayğacın mənfiyə işlədiyi qeyd olunmuş, sayğacın istismara yararsız olduğu aşkarlanmışdır. Təqdim edilmiş müаyinə nəticələrinə dаir аktlаrdаn, fоtоşəkillərdən, təbii qаzdаn istifаdə qаydаlаrının pоzulmаsınа dаir аktlаrdаn, dəymiş ziyаnın bərpаsınа dаir tələbnаmələrdən göründüyü kimi, İddiaçı əməkdаşlаrı tərəfindən аbоnentin yаşаdığı ünvаndа istifаdə edilən təbii qаzın həcmini ölçən sаyğаcа və təbii qаz verilişi хətlərinə bахış keçirilmiş, аbоnentin müхtəlif tаriхlərdə təbii qаzdаn sаyğаcdаn kənаr хətt vаsitəsi ilə istifаdə etməsi müəyyən edilmiş, bununlа bаğlı rəsmiləşdirmə işləri аpаrılmış, sаyğаcdаn kənаr qаz хətti ləğv edilmiş, qаnunvericiliklə müəyyən edilmiş qаydаdа itirilmiş qаzın bərpаsı üçün hesаbаt аpаrılmış, nəticədə аbоnent tərəfindən xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 344 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 777,60 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 432 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 48 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2163,19 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 444,49 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 302,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1909,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 233,28 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 349,92 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 824,4 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 513.4 manat оlmаqlа, cəmi 9548.84 (doqquz min beş yüz qırx səkkiz manat səksən dörd qəpik) manat zərər vurulduğu qeyd edilmişdir. xx.xx.2025-ci il tаriхli **********00 sаylı ödəniş qəbzindən görünür ki, iddiаçı tərəfindən iddiа ərizəsi ilə məhkəməyə mürаciət оlunmаsı üçün 130.05 mаnаt dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan diskdən görünür ki, Azəriqaz” İB-nin əməkdaşları tərəfindən fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və qaz sayğacından kənar qaz xətti kəsilərək qaynaq işləri görülmüşdür. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2 iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu. qazın paylanması – qaz paylayıcısı tərəfindən qazpaylayıcı şəbəkə vasitəsilə qazın istehlakçılara paylanması və satılması üzrə fəaliyyət istehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr

1. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab edilir.

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), X15 şərtləri və digər məsələlər X8 ilə tənzimlənir. X8 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanunu Maddə 6-1. Müayinə və texniki xidmət məlumatları reyestri

1. Qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

2. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir. Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə X14 iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X8 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X8”.

5. X15 Şərtləri 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə X14 iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28 noyabr 2016-cı il 18 saylı Qərarı. Təbii qazın ölkədaxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 4.1. Əhali 4.1.1. illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün 100,0 4.1.2. illik istehlak həcminin 2200 m3 -dən çox olan hissəsi üçün 200,0 Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il 13 saylı Qərarı. Təbii qazın ölkə daxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 - dək (1200 m3 daxil) olan hissəsi üçün 120,0 6.1.2. illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 200,0 6.1.3. illik istehlak həcminin 2500 m3 - dən çox olan hissəsi üçün 250,0 Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiаçının nümаyəndəsinin izahatını dinləyib, yuxarıda qeyd olunanlara müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2024cü il tarixli ******* saylı; xx.xx.2024-cü il tarixli ******* saylı aktlar tərtib оlunmuş, həmin aktlar üzrə qanunsuz qoşulmalara görə cəmi 9667.03 manat borc hesablanmışdır. Eyni zamanda, iş materiallarına əlavə edilmiş abonent saldosuna əsasən, cavabdeh X1 vasitəsi ilə qazdan istifadə etmiş və onun debitor borcu yaranmış, iddiaçı debitor borcu kimi 3682.77 manat tələb etmişdir. Məhkəmə qeyd edir ki, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" 25 fevral 2022-ci il tarixli Qanunu ilə "Qaz təchizatı haqqında" Qanuna edilmiş dəyişikliyə görə, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin maddənin məzmununa görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə X14 iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu dəyişikliklərlə bağlı Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə mindikdən, cavabdehdən qanunsuz qoşulma ilə bağlı borcun tutulmasına dair iddia tələbi həmin tarixdən əvvəl və sonra olmaqla təsnifat aparılmalıdır. İddia tələbinin xx.xx.2022-ci il tarixdən əvvəl qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı aktlara əsasən hesablanmış borcun tutulması hissəsində məhkəmə qeyd edir ki, cavabdehin ünvanında qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilmişdir. Tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda da sübutetmə yükü təchizatçının üzərinə düşür. Bu halda, məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan qanunsuz qoşulma ilə bağlı foto-şəkillər, həmçinin iddiaçı tərəfindən qazın talanması məqsədilə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı nəzərə alınmalı olan qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilmiş aktlar üzrə hesablanmış borc məbləği aktlarda adı qeyd edilmiş Cavabdeh X6 münasibətdə əsaslıdır. İddia tələbinin xx.xx.2022-ci il tarixdən sonra qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2022-ci il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2024-cü il tarixli ******* saylı aktlara əsasən hesablanmış borcun tutulması hissəsində məhkəmə qeyd edir ki, qanuna edilmiş dəyişikliklərin tələblərinə əsasən, bu aktların bir nüsxəsi X14 iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, (cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına) təqdim edilməmişdir. Yalnız həmin orqanların qərarı olduqdan sonra iddiaçı həmin aktlara əsasən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilərdi. Lakin, iddiaçı Qanunun bu tələbini icra etməmiş və sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla, xx.xx.2022-ci il tarixdən sonra tərtib edilmiş göstərilən aktlarla bağlı zərərin ödənilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən hesablanmış borcun tutulması hissəsində isə məhkəmə qeyd edir ki, iddiaçı qanunun tələblərinə əməl edərək, inzibati xətanın törədilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və xx.xx.2024-cü il tarixli MN seriyаlı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən Cavabdeh1 100 manat cərimə tətbiq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə Cavabdeh1 münasibətdə əsaslıdır. Qeyd edilən аkt üzrə hesаblаnmış zərərin məbləği 513.4 manat təşkil edir. Tələbin 3682.77 manat debitor borcun cavabdehlərdən tutulması hissəsində məhkəmə qeyd edir ki, cavabdeh X5 abonent saldosuna əsasən, sayğac vasitəsi ilə qazdan istifadə edildiyindən və yаrаnmış bоrcu tаm şəkildə ödənilmədiyindən, iddiaçı debitor borcun cavabdeh X3 tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən, iddia tələbi qeyd оlunаn hissədə cavabdeh X6 münasibətdə təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3682.77 manat və İddiaçı İB-yə vurulmuş 1745.6 manat məbləğində zərər, Cavabdeh1 tərəfindən İddiaçı İB-yə vurulmuş 513.4 manat məbləğində zərər İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu dövlət rüsumundan iddianın təmin edilən hissəsinə mütənasib olan 79.42 manat cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh X3 debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3682.77 manat və İddiaçı İByə vurulmuş 1745.6 manat məbləğində zərər, Cavabdeh1 tərəfindən İddiaçı İB-yə vurulmuş 513.4 manat məbləğində zərər tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Ödənilmiş 79.42 manat məbləğində dövlət rüsumu cavabdehlər X3 və Cavabdeh1ndаn İddiaçı İB-nin xeyrinə müştərək qaydada tutulsun. İddiа qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar