Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(010)-5872/2025 24.02.2026 BAKI ŞƏHƏRI SURAXANI RAYON MƏHKƏMƏSI Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3,288.88 manat əsas borcun və 52.89 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı İddiaçı ASC-nin iddia ərizəsini onun əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan X1 arasında bağlanmış ## ####### 2019-cu il tariхli, ******-******/* nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 25% dərəcəsi ilə 4,000.00 manat məbləğində krеdit vеrilmişdir. X1 ## ##### 2020-ci il tarixdə vəfat etmişdir. X1 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, Bakı şəhəri 35 Saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra həmin Notariat Ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, borclunun vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən vərəsə 1,405.94 manat məbləğində pul vəsaitinə tam hissədə pay almışdır. Bundan sonra borclunun vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. ## ####### 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3,288.88 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
Tərəflərin izahatları.
4. İddiaçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə İlqar oğlu ərizə ilə məhkəməyə müraciət edərək, işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı ASC ilə X1 arasında 2019-cu ildə müqavilə bağlanıb. X1 2020-ci ildə vəfat etmişdir. Bankın nümayəndəsi tərəfindən ona zəng edilərək, mövcud borc barədə ona məlumat verilmiş və o, X1 ölüm haqqında şəhadətnaməsini Banka təqdim etmişdir. Vərəsəlik qaydasında aldığı 1405,94 manat pulla bağlı isə bildirir ki, həmin pul vəsaiti X1 əmək haqqı olmuş, lakin onun bank kartı yandığından o məbləği başqa qaydada ala bilməmiş, bank tərəfindən yalnız vərəsəlik qaydasında ala biləcəyini ona bildirmişlər. Bundan əlavə bankla X1 arasında müqavilə 2019-cu ildə bağlanmış və müqavilənin müddəti aprel 2022-ci ildə bitmişdir. Qeyd olunanlara əsasən ərizə təqdim edərək mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
İş materialları.
6. ##.##.2019-cu il tariхli, ******-******/* nömrəli istehlak krediti müqaviləsindən görünür ki, cavabdehə istehlak məqsədləri üçün 30 ay müddətinə, illik 25% ödəmək şərtilə ilə 4000 manat məbləğində kredit xətti ayrılmışdır.
7. ##.##.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, X1 ## ####### 2019-cu il tariхli, ******-******/* nömrəli kredit müqaviləsi üzrə 3288,88 manat məbləğində əsas borcu vardır.
8. ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh ## ####### 2019-cu il tariхli, ******-******/* nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcun məbləği (3288,88 manat əsas borc) barədə məlumat verilmiş, həmin borcun 5 (beş) gün ərzində ödənilməsi tələb edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
9. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Ölüm haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 ##.##.2020-ci ildə ölmüşdür.
10. ##.##.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, ##.##.2020-ci il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh - Hövsan Qəs, O.Şabanov küç, ev 60T əmlakdan 1/1 hissədə pay almalıdır. Miras əmlak: "ASB" Azərbaycan Sənaye Bankı" tərəfindən ##.##.2020-ci il məktubuna əsasən mərhum X1 varislərinə verilməli 1405,94 manat məbləğində puldan ibarətdir.
11. Cavabdeh tərəfindən Notariat Ofisinə ünvanlanmış ərizənin surətindən müəyyən olunru ki, ##.##.2020-ci il tarixdə ünvan 1 ünvanında yaşamış əri-X1 vəfat etmişdir. Ondan qalan miras əmlak: "PULDAN" ibarətdir. Ondan başqa vərəsələri imtina ediblər. Azərbaycan Respublikası MM-in 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsələri yoxdur.
İşin faktiki halları.
12. İddiaçı İddiaçı ASC ilə cavabdeh X1 arasında ## ####### 2019-cu il tariхli, ******- ******/* nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 25% dərəcəsi ilə 4,000.00 manat məbləğində krеdit vеrilmişdir. X1 ## ##### 2020-ci il tarixdə vəfat etmişdir. ##.##.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, ##.##.2020-ci il tarixdə ölmüş X1 vərəsəsi Cavabdehdır.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 373. İddia müddətləri. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377. İddia müddətinin başlanması. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 378. Öhdəlikdə şəxslər dəyişilərkən iddia müddəti Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarı
Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il ## ####### tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarı).
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
17. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC – “Kreditor” və X1– “Borcalan” olmaqla bağlanmış kredit müqaviləsi əsasında cavabdeh kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra edə bilməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, ödəyə bilməmiş və nəticədə onun 3288,88 manat əsas borc məbləğində kredit borcu ödənilməmişdir.
18. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixinədək bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında mövcüd münasibətlərin bitmə tarixindən 3 ildən çox vaxt keçdikdən sonra müraciət etmiş, cavabdeh isə iddia müddətinin ötürülməsini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
19. Məhkəmə hesab edir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslanır və tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin son icra müddəti əvvəlcədən tərəflərə bəlli olmuşdur. Lakin müqaviləni icra etmək öhdəliyi götürən şəxs öldüyündən və bu hal barədə iddiaçı məlumatlı olsa da, öz hüquqlarını vaxtında müdafiə etməyə və müqavilənin müddətinin bitməsindən məlumatlı olmasına baxmayaraq, məhkəməyə müraciət etmək hüququndan istifadə etməmişdir. Halbuki iş materiallarından müəyyən olunur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ##.##.2020-ci il tarixdə verilmiş və iddiaçı tərəfin borclunun vərəsəsi barədə məlumat toplamaq üçün kifayət qədər zamanı olmuşdur. İddiaçı tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcüd münasibətlərin bitmə tarixindən 3 ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. Lakin mülki Məcəllənin tələbinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklər ##.##.2022-ci il tarixədək icra edilməli idi.
20. Beləliklə də, son nəticədə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malik olsa da, cavabdeh tərəf müddətin tətbiqinə dair ərizə təqdim edərək üç illik iddia müddətinin ötürülməsini əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir.
Məhkəmə xərcləri.
21. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 52,89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
22. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiаçı İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.
24. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ :
İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiаçı İddiaçı ASC-yə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova