Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5934/2022 23.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı cavabdeh X2 qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X2 qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərə görə 15963,0 manat, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 500.0 manat, Tayota Bakı Mərkəzi MMC-yə ödənilmiş ekspertiza xərcləri 350 manat, Bakı Ekspertiza Mərkəzinə ödənilmiş ekspertiza xərci 200,0 manat və ödənilmiş dövlət rüsumu 138,0 manat olmaqla ümumilikdə 17052,0 manat (on yeddi min əlli iki) manat məbləğində vəsaitin cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan, hazırki iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, məhkəmə müəyyən edir ki, Suraxanı rayon məhkəməsinin icraatında e- 2(010)-5924/2022 saylı mülki iş üzrə İddiaçı cavabdeh X2 qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərə görə 15963,0 manat, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 500,0 manat, Tayota Bakı Mərkəzi MMC-yə dənilmiş ekspertiza xərcləri 350 manat, Bakı Ekspertiza Mərkəzinə ödənilmiş ekspertiza xərci 200,0 manat və ödənilmiş dövlət rüsumu 138,0 manat olmaqla ümumilikdə 7052,0 manat (on yeddi min əlli iki) manat məbləğində vəsaitin cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, hazırki iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X2 qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-5934/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-5934/2022
23.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver