Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5956/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılmasına aid ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3465.18 manat əsas borc və ödənilmiş 73.76 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-845/2025 nömrəli qərardadı ilə işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Materiallara əlavə olunmuş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iş üzrə Cavabdeh şəxsiyyəti barədə məlumatlar xx.xx.2024-cü il tarixində həmin məhkəmədə sorğulanmış, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. Mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olduqdan sonra müvafiq məlumatlar yenidən sorğulanmış, cavabdehin hazırda ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi də məhz bu əsasla sözügedən işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Halbuki müvafiq mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına daxil olduğu vaxt Cavabdeh rəsmi yaşayış ünvanı məhz Sabunçu rayonu ərazisində yerləşirdi. Məhkəmənin sorğusuna aidiyyəti orqan tərəfindən verilmiş cavabdan da görünür ki, cavabdeh bu işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına daxil olmasından altı aydan çox müddət keçməsindən sonra – xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Bu vəziyyətdə işə ərazi aidiyyəti üzrə baxmalı olan məhkəmə elə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi, mülki işə ərazi aidiyyəti qaydasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olduğu halda iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, işin ərazi aidiyyəti ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi arasında fikir ayrılığı yarandığından aidiyyət məsələsinin həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikasının MPM-in 45, 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(010)-5956/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-5956/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver