Məhkəmə qərarları › İş №e-2(010)-609/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-609/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-609/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsı üzrə mülki işə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 sentyabr 2022-ci il tarixli, DKM-BİRJBF-526-2022 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 49 522,84 manat əsas borc, 2002.82 manat faiz borcu, 13.68 manat cərimə borcu olmaqla ümumilikdə 51539.30 manat borcun, 244,01 manat dövlət rüsumunun, 45 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 17 sentyabr 2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********88-10301 olan çıxarışa əsasən məxsus olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,014430 ha olan torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 157,40 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi, əmlak satıldıqdan sonra həmin ünvanda qeydiyyatda olan xx.xx.1957-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.1988-ci il təvəllüdlü X7 və xx.xx.1980-ci il təvəllüdlü X4 qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Aynur Şıxıyeva ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, Suraxanı rayon məhkəməsinin e-2(010)-609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını nəzərə alıb, məhkəmə hesab edir ki, məhkəmə qərardadı qanuni qüvvəsini almadan ödənilmiş 244.01 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə büdcədən geri qaytarılması mümkündür. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bundan əlavə məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq ümumilikdə 100 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** X14 41 NABZ******************** SFİFT BİK CTREAZ 22) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 244.01(iki yüz qırx dörd manat, bir qəpik) manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli, **********-li qəbz) dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq ümumilikdə 100(yüz) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** X14 41 NABZ******************** SFİFT BİK CTREAZ 22) köçürülsün. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar