Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-611/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, X1 14 Laptop üçün 4916.02 (dörd min doqquz yüz on altı manat iki qəpik) manat ödənilməmiş hissə, 1408.98 (min dörd yüz səkkiz manat doxsan səkkiz qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei Kod **********33857 İphone 13 üçün 2349.46 (iki min üç yüz qırx doqquz manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 678.54 (altı yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X2 6 Qol Saat üçün 224.8 (iki yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 74.2 (yetmiş dörd manat iyirmi qəpik) manat dəbbə, ümumilikdə 9652 manat borc və 116.52 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC TELECOM’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 14 Laptop, İmei Kod **********33857 İphone 13, X2 6 Qol Saat almış və nəticədə 9652 (doqquz min altı yüz əlli iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5857.62 (beş min səkkiz yüz əlli yeddi manat altmış iki qəpik) manat (18 ay x 313.59 manat + 213 manat ilkin ödəniş) olan, X1 14 Laptop üçün ümumilikdə, 6325 (altı min üç yüz iyirmi beş) manat olmaqla ondan, 4916.02 (dörd min doqquz yüz on altı manat iki qəpik) manat ödənilməmiş hissə, 1408.98 (min dörd yüz səkkiz manat doxsan səkkiz qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 3287.46 (üç min iki yüz səksən yeddi manat qırx altı qəpik) manat (18 ay x 174.97 manat + 138 manat ilkin ödəniş) olan İmei kodu **********33857 İphone 13 üçün ümumilikdə 3028 (üç min iyirmi səkkiz) manat olmaqla ondan, 2349.46 (iki min üç yüz qırx doqquz manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 678.54 (altı yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1501.2 (min beş yüz bir manat iyirmi qəpik) manat (18 ay x 83.4 manat + 0 manat ilkin ödəniş) olan X2 6 Qol Saat üçün ümumilikdə 299 (iki yüz doxsan doqquz) manat olmaqla ondan 224.8 (iki yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 74.2 (yetmiş dörd manat iyirmi qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3156 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.
Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
İş materialları
5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 5857.62 manat məbləğində X1 14 Laptop əldə etmiş və həmin məbləği ilkin ödəniş 213 manat, aylıq 313.59 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.
6. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 3287.46 manat məbləğində İmei Kod **********33857 İphone 13 əldə etmiş və həmin məbləği ilkin ödəniş 138 manat, aylıq 174.97 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.
7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 1501.2 manat məbləğində X2 6 Qol Saat əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 83.4 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.
8. xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4916.02 manat ödənilməmiş hissə və 1408.98 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2349.46 manat ödənilməmiş hissə və 678.54 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 224.8 manat ödənilməmiş hissə və 74.2 manat cərimə olmaqla cəmi 9652 manat borcu vardır.
9. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğinin ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
10. İşin hallarından görünür ki, tərfələr arasında müqavilə münasibətləri mövcuddur. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə X1 14 Laptop, İmei Kod **********33857 İphone 13 və X2 6 Qol saatı təqdim edilmiş və o, həmin məhsulların dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh ödəniş qrafikinə əməl etməyib, müqavilə üzrə ödəməli olduğu pulu ödəməyib. Cavabdeh iddia tələbinə qarşı hər hansı fikir bildirməmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Məhkəmənin mövqeyi
12. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
13. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan məhsulları cavabdehə vermişdir. Cavabdeh isə hər üç müqavilə üzrə borclu olduğu məbləği ödəniş qrafikinə uyğun 18 ay müddəti ərzində ödəməyi öhdəsinə götürsə də, lakin həmin öhdəlikləri icra etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırki üç müqavilə üzrə borc məbləğini tələb etməkdə haqlıdır.
14. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb edilən 1408.98 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb edilən 678.54 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə tələb edilən 74.2 manat cərimə borclarına münasibətdə qismən əsaslıdır.
15. Məhkəmə cavabdehin üzərində hər üç nisyə alqı-satqı müqavilələri üzrə əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə əsas borca münasibətdə yüksək olmasını nəzərə alaraq hesab edir ki, dəbbə pulu (penya) azaldılmalı və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 490 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 234 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 22 manat həddində müəyyən edilməlidir. Məhkəmə hər üç müqavilə üzrə yaranan əsas borca münasibətdə dəbbə pulunun əsas borcun 10% civarında müəyyən edilməsini həm kreditorun əmlak mənafeləri baxımından ədalətli heab edir, həm də cavabdehin üzərinə həddən artıq maliyyə yükünün qoyulmaması baxımından bu həddi ağılabatan hesab edir.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 116.52 manat dövlət rüsumunun 102.36 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4916.02 manat əsas borc və 490 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2349.46 manat əsas borc və 234 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 224.8 manat əsas borc və 22 manat cərimə borcu olmaqla cəmi 8236.28 (səkkiz min iki yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməli və iş üzrə ödənilmiş 116.52 manat dövlət rüsumunun 102.36 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Ağayev İlkı̇ n Rəfael oğlundan xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4916.02 manat əsas borc və 490 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2349.46 manat əsas borc və 234 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 224.8 manat əsas borc və 22 manat cərimə borcu olmaqla cəmi 8236.28 (səkkiz min iki yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. İş üzrə ödənilmiş 116.52 manat dövlət rüsumunun 102.36 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.