Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-623/2024 09.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 896 manat borc məbləği, 89 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rüsumunun-cəmi 1015 manat tutularaq tələbkara ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "X5" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında 16 yanvar 2020ci il tarixli WTCN-000726, 19 mart 2020-ci il tarixli WTCN-003657 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 725 manat olan Samsung A307 32 DS (İMEİ: **********99302), 640 (altı yüz qırx) manat olan X8 8 (İMEİ: **********00567) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 16-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 58 (əlli səkkiz) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 896 (səkkiz yüz doxsan altı) manatı mağazaya ödəməmişdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli WTCN-000726 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Vorld Telekom MMC-nin direktoru X1 A307 32 DS (R) İMEİ: **********99302 İMEİ2: **********99300; Al-dəyiş Plus 401-500; Proqramçı xidməti; HAVİT İX503 BLUETOOTH HEADSET BLACK; Ml BAND 4 BLACK; GLASS 3D SAMSUNG A30/A50 BLACK; OUCASE LOVELY FRUİT SAMSUNG A50 Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə, 11 ay ərzində hər ay 58 manat, 12-ci ayında 62 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli WTCN-003657 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Vorld Telekom MMC-nin direktoru X2 Redmi Note 8 4/64 İMEİ: **********00567 İMEİ2: **********00567; Al-dəyiş Plus 401-500; Proqramçı xidməti; ROCK HYDROGEL SCREEN PROTECTOR UNİVERSAL Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 10 ay müddətinə, 9 ay ərzində hər ay 53 manat, 10-cu ayında 57 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli WTCN-000726 saylı girov müqaviləsindən görünür ki, Girov saxlayanla Girov qoyan arasında bağlanmış xx.xx.2020-ci il tarixli VVTCN-00072& №li hissə-hissə şərtləri ilə mal alqı-satqısı haqqında müqaviləyə əsasən bundan sonra ''Əmlak” adlandırılan Samsung A307 32 DS (R) İMEİ: **********99302 İMEİ2: **********99300; Al- dəyiş Plus 401-500; Proqramçı xidməti; HAVİT İX503 BLUETOOTH HEADSET BLACK; Ml BAND 4 BLACK; GLASS 3D SAMSUNG A30/A50 BLACK; OUCASE LOVELY FRUİT SAMSUNG A50 modeli. 725 AZN məbləğində avadanlığının dəyərinin ödənilməsini təmin etmək məqsədilə Girov qoyan ona təhvil verilmiş həmin əmlakı, özündə saxlamaq şərtilə girov qoymuşdur. xx.xx.2020-ci il tarixli WTCN-003657 saylı girov müqaviləsindən görünür ki, Girov saxlayanla Girov qoyan arasında bağlanmış xx.xx.2020 tarixli WTCN-003657 №li hissəhissə şərtləri ilə mal alqı-satqısı haqqında müqaviləyə əsasən bundan sonra "Əmlak" adlandırılan X8 8 4/64 İMEİ: **********00567 İMEİ2: **********00567; Al- dəyiş Plus 401- 500; Proqramçı xidməti; ROCK HYDROGEL SCREEN PROTECTOR UNİVERSAL modeli, 640 AZN məbləğində avadanlığının dəyərinin ödənilməsini təmin etmək məqsədilə Girov qoyan ona təhvil verilmiş həmin əmlakı, özündə saxlamaq şərtilə girov qoymuşdur. İddiaçı MMC ilə Vorld Telekom” MMC-nin direktoru X3 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Vorld Telekom” MMC-nin direktoru X3 -nun Cavabdeh qarşı olan pul tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli WTCN-003657 saylı və xx.xx.2020-ci il tarixli WTCN-000726 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 896 manat əsas, 89 manat cərimə olmaqla, ümumilikdə 985 manat məbləğində borcu vardır. "X5" MMC-nin bildirişindən görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli WTCN-000726 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 725 manat olan özünə məxsus Samsung A307 32 DS (R) İMEİ: **********99302 İMEİ2: **********99300; Al-dəyiş Plus 401-500; Proqramçı xidməti; HAVİT İX503 BLUETOOTH HEADSET BLACK; Ml BAND 4 BLACK; GLASS 3D SAMSUNG A30/A50 BLACK; OUCASE LOVELY FRUİT SAMSUNG A50 Cavabdeh vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və bunun müqabilində 12 ay müddətinə, 11 ay ərzində hər ay 58 manat, 12-ci ayında 62 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli WTCN-003657 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 640 manat olan özünə məxsus X8 8 4/64 İMEİ: **********00567 İMEİ2: **********00567; Al-dəyiş Plus 401-500; Proqramçı xidməti; ROCK HYDROGEL SCREEN PROTECTOR UNİVERSAL Cavabdeh vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və bunun müqabilində 10 ay müddətinə, 9 ay ərzində hər ay 53 manat, 10-cu ayında 57 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli WTCN-003657 saylı və xx.xx.2020-ci il tarixli WTCN-000726 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 896 manat əsas, 89 manat cərimə olmaqla, ümumilikdə 985 manat məbləğində borcu vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq xx.xx.2020-ci il tarixli WTCN-000726 və xx.xx.2020-ci il tarixli WTCN- 003657 nömrəli müqavilə üzrə cərimə borcunun 45 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli WTCN-000726 və xx.xx.2020-ci il tarixli WTCN-003657 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 896 manat əsas, 45 manat cərimə olmaqla, ümumilikdə 941 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli WTCN-000726 və xx.xx.2020-ci il tarixli WTCN- 003657 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 896 (səkkiz yüz doxsan altı) manat əsas, 45 (qırx beş) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 971 (doqquz yüz yetmiş bir) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rübabə Qafarova