Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6254/2025 05.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********45747 İphone 16 Pro Max markalı telefon, paket Apple xidməti üçün 3960,9 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 396,09 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu **********02116 İphone 15 Pro markalı telefon, Apple adapter, paket xxxl xidməti, plyonka istehsalı xidməti üçün 2674,38 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 267,44 manat dəbbə ümumilikdə 7346,01 manat borc, 93,47 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi. İddia tələbinin dəlilləri Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei Kodu **********45747 İphone 16 Pro Max markalı telefon, paket apple xidməti, İmei Kodu **********02116 İphone 15 Pro markalı telefon, Apple adapter, paket xxxl xidməti, plyonka istehsalı xidməti almış və nəticədə 7346,01 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3960,9 manat (18 ay x 220,05 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********45747 İphone 16 Pro Max markalı telefon, paket Apple xidməti üçün ümumilikdə 4380,59 manat olmaqla, ondan 3960,9 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, güzəşt olunaraq 396,09 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3703,14 manat (18 ay x 205,73 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********02116 İphone 15 Pro markalı telefon, Apple adapter, paket xxxl xidməti, plyonka istehsalı xidməti üçün ümumilikdə 2965,42 manat olmaqla, ondan 2674,38 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, güzəşt olunaraq 267,44 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1028,76 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa. müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçıdan alınmış əşyaları qardaşı üçün götürmüşdür, Ödənişləri qardaşı edirdi, hazırda maddi sıxıntıları olduğu üçün ödənişdə gecikmələr olmuşdur. İddiaçının tələb etdiyi məbləği birdəfəyə deyil, yalnız hissə-hissə ödəyə bilər. O, maddi vəziyyəti ağır olduğu üçün iddiaçının xeyrinə ödənişləri edə bilməmişdir. İş materialları "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli 52377 saylı müqaviləyə əsasən, "xxxx" MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. xx.xx.2025-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. xx.xx.2025-ci il tarixli 52377 saylı fakturadan görünür ki, həmin fakturaya əsasən Cavabdeh ümumi məbləği 3960,96 manat olan məhsulu 0 manat ilkin ödəniş etməklə almış, qalan məbləği 18 ay müddət ərzində hər ayın 18-də aylıq 220.05 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. xx.xx.2024-cü il tarixli 52377 saylı fakturadan görünür ki, həmin fakturaya əsasən Cavabdeh ümumi məbləği 3703,06 manat olan məhsulu 0 manat ilkin ödəniş etməklə almış, qalan məbləği 18 ay müddət ərzində hər ayın 18-də aylıq 205,73 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında İphone 16 Pro Max markalı telefonun və İphone 15 Pro markalı mobil telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat olmaqla, cəmi 47,20 manat məbləğində pul ödənilmişdir. "xxxx" MMC maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3960,9 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat məbləğində rüsum, 396,09 manat cərimə və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2674,38 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat məbləğində rüsum, 267,44 manat cərimə olmaqla, ümumilikdə 7346,01 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin xx.xx.2025 /2 tarixli bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh-in müqavilələrin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 3960,9 manat olan özünə məxsus İphone 16 Pro Max markalı mobil telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və 0 manat məbləğində ilkin ödəniş etməklə, qalan dəyərini 18 ay müddətinə ayda 220,05 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 3703,14 manat olan özünə məxsus İphone 15 Pro markalı mobil telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və 0 manat məbləğində ilkin ödəniş etməklə, qalan dəyərini 18 ay müddətinə ayda 205,73 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3960,9 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat məbləğində rüsum, 396,09 manat cərimə və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2674,38 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat məbləğində rüsum, 267,44 manat cərimə olmaqla, ümumilikdə 7346,01 manat məbləğində borcu vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq, xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 100 manat və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 100 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 88,82 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcun ödənilməmiş hissəsinə görə 3960,9 (üç min doqquz yüz altmış manat doxsan qəpik) manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 100 (bir yüz) manat cərimə və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcun ödənilməmiş hissəsinə görə 2674,38 (iki min altı yüz yetmiş dörd manat otuz səkkiz qəpik) manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 100 (bir yüz) manat cərimə olmaqla, ümumilikdə 6882,48 (altı min səkkiz yüz səksən iki manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 88,82 (səksən səkkiz manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcun ödənilməmiş hissəsinə görə 3960,9 (üç min doqquz yüz altmış manat doxsan qəpik) manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 100 (bir yüz) manat cərimə və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcun ödənilməmiş hissəsinə görə 2674,38 (iki min altı yüz yetmiş dörd manat otuz səkkiz qəpik) manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 100 (bir yüz) manat cərimə olmaqla, ümumilikdə 6882,48 (altı min səkkiz yüz səksən iki manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 88,82 (səksən səkkiz manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova