Məhkəmə qərarları › İş №e-2(010)-6280/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-6280/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-6280/2025 07.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei Kodu **********04138 Samsung Galaxy A05S markalı telefon, İmei Kodu **********75089 Samsung Galaxy A05S markalı telefon, 2 X2, 2 X3 Ultra3 İl Xidməti, 2 X1 Xidməti, 2 Ədəd Paket L Xidmət üçün 794,43 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 47,20 manat, 79,44 manat cərimə ümumilikdə 921,07 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddiaya dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, Suraxanı rayon məhkəməsinin e-2(010)-6280/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını nəzərə alıb hesab edirəm ki, məhkəmə qərardadı qanuni qüvvəsini almadan ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" MMC-yə büdcədən geri qaytarılması mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İM: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddiaya dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" MMC-yə geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, **********-li qəbz, Hesab № AZ78PAHA40060AZNHC**********) dövlət büdcəsindən iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar