Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6315/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun vərəsələrdən tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı ölmüş şəxsin kredit borcunun vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2023-cü il tarixli, SHNPU-13337 saylı kartmane xidməti üzrə müqaviləsi üzrə 31170,36 manat əsas borc, 597,54 manat faiz borcu olmaqla, cəmi 31767,9 manat məbləğində pulun və 185 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə borclu X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SHNPU-13337 saylı kredit müqaviləsi üzrə əsasən illik faiz dərəcəsi 15 % olmaqla 48 ay müddətinə 45000 manat məbləğində borcluya kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SHNPU- 13337 saylı kartmane xidməti üzrə müqaviləyə görə, borclu öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli, SHNPU-13337 saylı kartmane xidməti üzrə müqaviləsi üzrə borcun məbləği əsas borca görə 31170,36 manat, faiz borcuna görə 597,54 manat olmaqla, cəmi 31767,9 manat təşkil edir. Xətai rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən, X5 xx.xx.2025-ci ildə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu X2 xx.xx.2025-ci ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən xx.xx.2023- cü il tarixli, SHNPU-13337 saylı kartmane xidməti üzrə müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsələrindən tələb edir. Bakı şəhəri 4 saylı “ASAN xidmət” mərkəzində notariat ofisinin sorğuya verdiyi cavab məktubu ilə xx.xx.2025-ci il tarixli V330/2025 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti göndərilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsələri Cavabdeh2 və X4r. Bu səbəbdən xx.xx.2023-cü il tarixli, SHNPU-13337 saylı kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə X2 qanun üzrə vərəsələri Cavabdeh2 və X7 tərəfindən ödənilməlidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, tələb edilən məbləğ ilə razıdır, onlara vaxt verilsə, ödəməyə etiraz etmir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh X7 iddia tələbini qəbul edərək bildirdi ki, tələb edilən məbləğ ilə razıdır, əsas və faiz borcu mübahisələndirmir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) və X5 (Borcalan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış SHNPU-13337 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, borcalan şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 45000 manat məbləğində kredit götürmüş, həmin müqavilə əsasında əsas borc və ona hesablanmış faizləri “Bank”a ödəməyi öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli, SHNPU-13337 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2023 – xx.xx.2027-ci il tarixləri arasında hər ay 1252,38 manat (sonuncu ay 1252,14 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli, SHNPU-13337 nömrəli nömrəli məxaric orderindən müəyyən olunur ki, borcalan X3 iddiaçı bankın kassasından 45000 manat məbləğində pul vəsaiti verilmiş və bu barədə orderə imza edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan X2 vərəsələrinin xx.xx.2023-cü il tarixli, SHNPU-13337 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 31170,36 manat əsas və 597,54 manat faiz olmaqla, cəmi 31767,9 manat məbləğində borcu vardır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubundan müəyyən olunur ki, X2 adına V-330/2025 saylı vərəsəlik işi açılmış, X6, Cavabdeh1 və Cavabdeh2 mirası qəbul etmiş, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qeydiyyatlı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 56C, M14, m1 ünvanında yerləşən 104 kv.metr sahəli mənzil X2 xüsusi mülkiyyətindədir. "xxxx" ASC tərəfindən notarius sorğusuna verilmiş cavab məktubundan müəyyən olunur ki, sığorta olunan X3 MLİ P210817/2019 saylı müqavilə üzrə ödənilməsi nəzərdə tutulan məbləğ 493,08 manatdır. xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ürək çatızmazlığı səbəbi ilə xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan respublikası Ədliyyə Nazirliyi elektron portaldan çıxarışdan görünür ki, X2 adına xx.xx.2025-ci il tarixə vərəsəlik işi açılmamışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, borcalanın qanun üzrə vərəsələri olan cavabdehlərə xx.xx.2023-cü il tarixli kartmane xidmət müqaviləsi üzrə borcun məbləği barədə məlumat verilmiş, həmin borcun tam şəkildə ödənilməsi tələb edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq olunmuşdur. Xəbərdarlıq məktubunun göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 185 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi Məhkəmə cavabdehlərin izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilən sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan (miras qoyan) X5 və kreditor (iddiaçı) arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana nağd kredit üzrə 48 ay müddətinə, illik 15% ödənilmək şərti ilə 45000 manat məbləğində kredit verilmişdir. İddiaçı öhdəlik hüquq münasibətlərinə uyğun olaraq öz üzərinə müəyyən olunmuş və müqavilə üzrə kredit məbləğini verməkdən ibarət öhdəliyini vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirmiş (kredit məbləğinin borcalanın bank hesabına köçürülməsini təsdiq edən ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir), lakin borcalan kredit müqavilələri üzrə öz üzərinə götürdüyü və kredit məbləğinin vaxtında və lazımı qaydada iddiaçıya qaytarılması ilə şərtlənən öhdəliyini obyektiv səbəblərdən (xx.xx.2025-ci il tarixdə vəfat etməsi ilə əlaqədar) icra edə bilməmişdir. Borclunun ölümü ilə əlaqədar 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisində vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş, vərəsələr mirası qəbul etmiş, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Hazırkı iş üzrə cavabdehlər miras qoyandan miras qalmış əmlaka dair vərəsəlik hüququndan imtina etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə qeyd edir ki, miras əmlakın tərkibinə miras qoyanın əmlakı ilə yanaşı, onun əmlak xarakterli hüquq və vəzifələri də daxildir. Bu baxımdan, miras qoyanın bank qarşısında olan kredit borcu da mirasın tərkib hissəsi hesab edilir. Cavabdehlərin vərəsəlik şəhadətnaməsi əldə etməməsinə münasibətdə məhkəmə nəzərə çatdırır ki, vərəsəlik şəhadətnaməsi miras hüququnu təsdiq edən sənəddir və hüquqyaradıcı xarakter daşımır. Yəni, vərəsəlik şəhadətnaməsinin əldə edilməməsi miras hüququnun yaranmaması mənasına gəlmir. Bundan əlavə iş materiallarından cavabdehlərin mirasdan qanunla müəyyən edilmiş qaydada imtina etməsi halı da müəyyən olunmur. Qanunvericiliyə görə mirasın qəbul edilməsi yalnız notariat ofisinə ərizə verməklə deyil, həmçinin miras əmlakına faktiki sahib olmaqla da mümkündür. İş materiallarının tədqiqi zamanı müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 56C, M14, m1 ünvanında yerləşən 104 kv.metr sahəli mənzil mərhum X2 xüsusi mülkiyyətindədir, bundan əlavə "xxxx" ASC tərəfindən notarius sorğusuna verilmiş cavab məktubundan müəyyən olunur ki, sığorta olunan X3 MLİ P210817/2019 saylı müqavilə üzrə ödənilməsi nəzərdə tutulan məbləğ 493,08 manatdır. Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X2 qanun üzrə vərəsəsi olan cavabdehlərdən xx.xx.2023-cü il tarixli, SHNPU-13337 nömrəli kredit müqaviləsi üzrə 31170,36 manat əsas və 597,54 manat faiz olmaqla, cəmi 31767,9 manat məbləğində borc iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 185 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 185 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. X2 qanun üzrə vərəsələri Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, SHNPU- 13337 saylı kredit müqaviləsi üzrə 31170,36 (otuz bir min bir yüz yetmiş manat otuz altı qəpik) manat əsas və 597,54 (beş yüz doxsan yeddi manat əlli dörd qəpik) manat faiz olmaqla, cəmi 31767,9 (otuz bir min yeddi yüz altmış yeddi manat doxsan qəpik) manat məbləğində borc və ödənilmiş 185 (bir yüz səksən beş manat) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəridə Rzayeva