Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6317/2025 05.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbaba qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-732/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunan alimentin indeksasiyasının dəyişdirilməsi, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,62 mislində alimentin və 60 (altmış) manat mediasiya xərclərinin tutulub iddiaçıya verilməsi. İddia tələbinin dəlliləri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Tural Məmmədov) e-2(010)- 2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-732/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Rübabə Qafarova) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2281/2022 saylı xx.xx.2022-c il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində indeksasiya edilməsi, xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Cavabdeh tələbkar Məmmədova (Rəhimova) Aynur Namiq qızının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli olmaqla, cəmi 0.80 misli həddində sabit pul məbləğində aliment tutulsun qərara alınmışdır. Hazırda cavabdehdən məhkəmə qətnaməsi və qəradadı ilə ilə tutulan alimentin məbləği uşaqlarının saxlanmasına kifayət etmir. Cavabdehlə aralarında alimentin artırılması barədə razılıq əldə edilməmiş, müvafiq saziş bağlanmamış və notariat qaydada təsdiq edilməmişdir. Dəfələrlə cavabdehə göstərilən məbləğin az olmasını, uşaqların saxlanmasına kifayət etmədiyini bildirsə də ona əlavə heç bir köməklik göstərmək istəmir. Uşaqların müalicəsi, təlim-tərbiyyəsi, təhsili, sağlam böyüməsi və inkişafı ilə iddiaçı təkbaşına məşğul olur. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin olunmasını xahiş etmişdir. Uşaqların saxlanılması üçün iddiaçıya ödənilən alimentin miqdarı kifayət etmir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində aliment, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-732/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmişdir. Həmin qərardada əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2281/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli olmaqla, iki uşağa görə cəmi 0,80 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bu da hər uşağın saxlanılması üçün 160 manat edir. Həmin məbləğ uşağın saxlanılması üçün çox az miqdardır. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmədən iki uşağının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,62 mislində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Cavabdeh iddia tələbinə etirazından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-732/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi artıq indeksasiya olunmuşdur. Lakin iddiaçı məhkəmənin qərardadı ilə razılaşmayaraq yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, hazırki tələb təkrar olduğundan təmin edilməməlidir. Maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə iştirakı olmadan baxılmasını bildirmişdir. İş materialları Quba rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2008-ci ildə doğulmuş və valideynləri Cavabdeh və X5r. Quba rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2018-ci ildə doğulmuş və valideynləri Cavabdeh və X5r. Bakı şəhər Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 arasında olan nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)- 2281/2022 saylı (hakim T.Məmmədovun sədrliyi ilə) qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X9 ilə Cavabdeh arasında xx.xx.2006-ci il tarixdə Quba rayon VVADQ Şöbəsində bağlanmış nikahının pozulması, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 anaları - iddiaçı X3 yanında saxlanılaları, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(010)- 83\2022 saylı müvəqqəti aliment tutulması barədə qərardadı ilə qət edilmiş aliment mələği hesablanıb tutularkən vaxt və miqdar baxımından nəzərə alınması, Cavabdeh 63.20 manat məbləğində rüsum tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmşidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)-732/2025 saylı qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2281/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair icra sənədi üzrə tələbkar Məmmədova (Rəhimova) Aynur Namiq qızı tərəfindən verilmiş ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2281/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində indeksasiya edilməsi, xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Cavabdeh tələbkar Məmmədova (Rəhimova) Aynur Namiq qızının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli olmaqla, cəmi 0.80 misli həddində sabit pul məbləğində aliment tutulması və ərizəsinin qalan hissədə təmin ediməməsi qərara alınmışdır. Şahin Allahyarov adına Quba rayon İxtisaslaşdırılmış olimpiya Ehtiyatları Uşaq- Gənclər idman Şahmat Məktəbinin 114 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh Quba rayon Şahin Allahyarov adına İxtisaslaşdırılmış olimpiya Ehtiyatları Uşaq- Gənclər idman Şahmat Məktəbində Təsərrüfat Müdiri vəzifəsində işləyir və onun aylıq vəzifə maaşı 470 manatdır. Bakı 11 saylı Mediasiya Təşkilatının "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışından görünür ki, Məmmədova (Rəhimova) Aynur Namiq qızı "alimentin artırılması" mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İşin faktiki halları İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Tərəflər arasında nikah xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Tərəflərin birgə nikahdan anadan olmuş uşaqları İddiaçı yanında qalır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sözügedən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 732/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunan aliment məbləği indeksasiya edilmiş, tərəflərin övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində aliment tutulması qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
16. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.
8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü Aysel və xx.xx.2018ci il təvəllüdlü Yusif adlı övladları anadan olmuşdur. Tərəflər arasında nikah xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Tərəflərin birgə nikahdan anadan olmuş uşaqları İddiaçı yanında qalır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sözügedən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 732/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunan aliment məbləği indeksasiya edilmiş, tərəflərin övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində aliment tutulması qərara alınmışdır. Məhkəmə müəyyən edir ki, iddiaçı övladları Aysel və Yusifin saxlanılması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılması ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, lakin nəticə əldə edə bilməmişdir. Hazırda iddiaçı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması cavabdehdən tutulan aliment məbləğinin artırılmasını və hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,62 mislində təyin edilməsini istəyir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Cavabdeh iddia tələbinə etirazından görünür ki, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-732/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilən aliment məbləği artıq indeksasiya olunduğundan hesab edir ki, hazırki tələb təkrar tələbdir, ona görə də təmin edilməməlidir. İşin hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur.
Belə ki, məhkəmə qeyd edir ki, hazırki gündə tərəflərin övladı Aysel və Yusifin saxlanılması üçün tutulan alimentin məbləği hər uşağa münasibətdə 160 manatdır. Bu məbləğ isə cari dövrdə həmin uşaqların saxlanılması üçün minimum yaşayış xərclərinin təmin edilməsinə kifayət edən məbləğ deyil. Tək elə uşaqlar üçün ölkə üzrə yaşayış minimumunun 260 manat müəyyən edilməsini nəzərə almaq onların ay ərzində 160 manat hesabına saxlanılmasına yetərli olmaması qənaətinə gəlməyə əsas verir. Bütün bu qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay 248 manat (ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində) sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə vurğulayır ki, məhkəmənin uşaqların üstün mənafeyini nəzərə alaraq müəyyən etdiyi alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Məhkəmə qeyd edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilməli və xx.xx.2025-ci il tarixdən hesablanmaqla, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli e- 2(010)-6317/2025 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh ödənilməmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilsin və xx.xx.2025-ci il tarixdən hesablanmaqla, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli e- 2(010)-6317/2025 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilməmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova