Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6351/2025 17.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Tolаnovа Qəndаb Еtibаr qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 297129-1-51070 saylı “Yenidən Maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə” əsasən, xx.xx.2025-ci Banka borclu olduğu 7077.87 manat məbləğində əsas borc, 391.40 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7469.27 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 94.69 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra Cavabdeh) xx.xx.2022ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2023-cü il tarixli, 297129-1-51070 №-li Yenidən Maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 23% faiz hesablanması şərti ilə 36 ay müddətinə 12500 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X2 şərtlərinin 7.25.3-cü bəndinə əsasən, cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən, Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra Müştərinin müvafiq Ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün Müştəriyə Ödəniş kartı təqdim edir və Müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. ... Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixindən icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2025-ci il tarixə 7077.87 manat məbləğində əsas borc, 391.40 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7469.27 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə xx.xx.2026-cı il tarixli ərizə ünvanlayaraq, iddianı müdafiə etdiklərini qeyd etmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, faktiki vəziyyəti ilə əlaqədar olaraq borcu ödəyə bilmir. Qərarı məhkəmənin mülahizəsinə buraxır. İş materialları. İddiaçı ASC-nin ********* saylı xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh kart hesabına 11389 manat məbləğində kredit vəsaiti köçürülmüşdür. İddiaçı ASC tərəfindən tərtib olunan Cavabdeh xx.xx.2023-cü il tarixli hesabdan çıxarışından müəyyən olunur ki,, Cavabdeh xx.xx.2023-cü il tarixində kart hesabı açılaraq 8211.97 manat pul köçürülmüş və o, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək həmin kart hesabı üzrə müxtəlif ödənişlər etmişdir. İddiaçı ASC-nin İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma formasına 1 nömrəli əlavə olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh illik 23 faiz dərəcəsi ilə hər ay 484.14 manat və sonuncu ay 485.28 manat olmaqla, 36 ay müddətində cəmi 17430.18 manat ödəniş etməlidir. xx.xx.2023-cü il tarixli istehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması əsasında müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 23% dərəcəsi ilə xx.xx.2026-cı il tarixdən gec olmayaraq qaytarmaq şərti ilə 12500 manat istehlak məqsədləri üçün kredit verilmiş, əsas kredit məbləği ilə yanaşı cavabdeh, həmçinin 4930.18 manat faiz ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən o, şəxsiyyət vəsiqəsi üzrə, iş yeri üzrə, ümumvətəndaş pasportu üzrə və miqrasiya qeydiyyatı üzrə müəyyən olunan məlumatların alınmasına, Azərbaycan Kredit Bürosu MMC-də olan (Kredit reyestrini aparan digər təşkilatlarda) olan bütün məlumatların Bank VTB ASC tərəfindən əldə edilməsinə və ya həmin təşkilatlara ötürülməsinə və bütün məlumatların toplanılmasına və işlənilməsinə, kredit məhsulunun növü xanasında qeyd olunmuş məhsulu seçməklə bu məhsul üzrə kreditləşmə Qaydaları ilə tanış olduğuna və bu məhsulun bütün şərtlərinə, ona aid məlumatların transsərhəd ötürülməsinə razılıq vermişdir. İddiaçı ASC-də 297129-1-51070 nömrəli Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair xx.xx.2023-cü il tarixli Müştəri Ərizə-Razılaşmasından görünür ki, Cavabdeh 12500 manat məbləğində kredit 36 ay müddətinə illik 23% ödəmək şərtilə verilmişdir. Cavabdeh bankın rəsmi internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri” ilə tanış olmuş və onları qəbul etmişdir. Bank VTB (Azərbaycan)” ASC-nin, Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli, 2875P saylı pretenziya məktubundan müəyyən olunur ki, bank borcluya xx.xx.2023-cü il tarixli, 297129-51070 saylı krediti müqaviləsi üzrə 3 iş günü ərzində borc ödənilmədiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 297129-1-51070 saylı, xx.xx.2023-cü il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixinə Cavabdeh İddiaçı ASC-yə 7077.87 manat əsas, 391.40 manat faiz borcu olmaqla, cəmi 7469.27 manat məbləğində borcu vardır. Cavabdeh qeyd olunan müqavilə üzrə öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etmir. İddiaçı ASC tərəfindən tərtib olunan Cavabdeh xx.xx.2025-ci il tarixli hesabdan çıxarışından müəyyən olunur ki, Cavabdeh bank hesabına xx.xx.2023-cü il tarixində 12500 manat kredit vəsaiti köçürülmüş və o, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtlərin”dən görünür ki, 11.1-ci bəndinə əsasən, bu müqavilə və ya qüvvədə olan Qanunvericiliklə nəzərdə tutulmuş hallarda Bank Kredit alana Kredit verməkdən imtina etmək və ya Kreditin vaxtından əvvəl qaytarılmasını hesablamış faizlərin mümkün cərimənin ödənilməsini və Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Beləliklə, məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və ona 36 ay müddətinə, illik 23 % dərəcəsi ilə 12500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh 297129-1-51070 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsi (Yenidən Maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri ərizəsi) ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçıASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçıbank cavabdehlə aralarında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 297129-1-51070 saylı “Yenidən Maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə” əsasən, xx.xx.2025-ci Banka borclu olduğu 7077.87 manat məbləğində əsas borc, 391.40 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7469.27 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 94.69 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 297129-1-51070 saylı “Yenidən Maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə” əsasən, xx.xx.2025-ci Banka borclu olduğu 7077.87 manat məbləğində əsas borc, 391.40 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7469.27 manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 94.69 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-6351/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-6351/2025
17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver