Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-7/2022 25.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) X1na qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1ndan 1212,75 manat məbləğində borc pulun və 20 manat dövlət rüsumunun tutulub kreditor "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli, e-2(010)- 6303/2018 nömrəli məhkəmə əmri çıxarılaraq ərizə təmin edilmişdir. X1 ümumi iddia icraatına keçidlə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli, e-2(010)-6303/2018 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və ümumi qaydalara uyğun olaraq iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 28.09.2018-ci il tarixli, e-2(010)-6303/2018 nömrəli məhkəmə əmrinin ləğv edilməsinə və iddia icraatına keçirilməsinə dair 05.11.2020ci il tarixli, e-2(010)-6303/2018 nömrəli qərardad qəbul edərək məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, cavabdeh X2 04 dekabr 2016-cı il tarixli abunə müqaviləsinə əlavəyə əsasən 1212,75 manat pulun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, 2016-cı ilin dekabrın 4-də cavabdeh müqavilə bağlayaraq nömrə götürüb. Ona əlavə olaraq da İphone 6S götürmüşdür. Qeyd olunan nömrəni 2017-ci ilin avqust ayına kimi işlədib, daha sonra nömrə ödənişlər olmadığına görə bağlanmışdır. Onlar tərəfindən mübahisələndirilən məbləğ cavabdeh ilə aralarında bağlanmış əlavə müqaviləyə aiddir. Məhkəmə əmri çıxarıldıqdan sonra cavabdeh ödənişlər etmişdir. Hazırda cavabdehin 1212,75 manat məbləğində borcu var. Cavabdeh imza qrafasındakı xətti mübahisələndirərək imzanın ona məxsus olmamasını bildirsə də, məhkəmə tərəfindən keçirilmiş ekspertiza zamanı abunə müqaviləsindəki imzanın ona məxsus olması öz təsdiqini tapmışdır. Buna görə də qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X6 iddia tələbini qəbul etməyərək bildirdi ki, həmin hadisə 2015-ci ildə olmuşdur. Onun xəbəri olmadan adına telefon götürülmüş və ödənişlər edilmişdir. Daha sonra ödəniş kəsildiyi üçün onun maaşından tutulmalar başlamışdır. "xxxx" MMC-nin Neftçilər filialına getmiş, lakin həmin filial bağlı olduğu üçün sonradan icraya getmiş, icra tədbirlərini dayandırmağa çalışmışdır. O, həmin ***-***-**-** nömrəni təxminən 10 il olar ki, almışdır. Lakin abunə müqaviləsindəki imza ona aid deyil. Buna görə də ekspertizanın rəyi ilə razı olmadığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: 04.12.2016-cı il tarixli abunə müqaviləsindən görünür ki, ********** GSM nömrə ilə rabitə xidmətlərindən istifadə ilə əlaqədar İddiaçı ilə abunəçi X6 arasında müqavilə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, İddiaçı MMC abunəçiyə faktura kəsildiyi tarixdən 45 təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Müqavilənin 4.3-cü bəndinə əsasən gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər İddiaçı MMC tərəfindən davam etdirilir. 25.08.2017-ci il tarixli cari hesab arayışından görünür ki, ********** nömrə ilə rabitə xidmətindən istifadə etməsi ilə əlaqədar abunəçi X6 tərəfindən cəmi ödəniləcək məbləğ 864 manat məbləğində müəyyən edilmişdir. 16.11.2020-ci il tarixli cari hesab arayışından görünür ki, ********** nömrə ilə rabitə xidmətindən istifadə etməsi ilə əlaqədar abunəçi X6 tərəfindən cəmi ödəniləcək məbləğ 857,75 manat məbləğində müəyyən edilmişdir. 04.12.2016-cı il tarixli abunə müqaviləsinə əlavəyə əsasən cavabdeh X6 fakturalı xətt sistemində istifadəsinə verilmiş ********** nömrədə “iPhone 6S” kampaniyası çərçivəsində Mobil telefon cihazının güzəştli şərtlərlə satışına və “Hədsiz İnternet” ƏDV daxil tarif paketlərinə qoşularaq 18 ay ərzində 119 manat ödəmək şərti ilə İMEİ kodu **********22141 olan “iPhone” markalı 6S (64 GB) modelli mobil telefon cihazı əldə edilmişdir. 16.08.2018-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 may 2021-ci il tarixli, 4/254 №-li ekspert rəyində qeyd olunmuşdur ki, "xxxx" MMC ilə X3 adlarından olan 4 dekabr 2016-cı il tarixli abunə müqaviləsinin sonunda “Abunəçi” qrafasındakı imza – X7 tərəfindən yox, başqaşəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2021-ci il tarixli, 4/1677 №-li ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 120-122-ci vərəqələrində olan "xxxx" MMC ilə X3 adlarından olan 04 dekabr 2016-cı il tarixli abunə müqaviləsinə əlavənin 3-cü vərəqinin sonunda “Abunəçi” qrafasında “Əлиу..в Муhnəдıc.” yazıları və həmin yazılardan aşağıda “(imza)” qrafasındakı imza – X6 tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, cavabdeh X6 04.12.2016-cı il tarixli Abunə Müqaviləsinə əlavəni bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və həmin müqavilə üzrə yaranmış öhdəliklərini müvafiq qaydada icra etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2021-ci il tarixli ekspert rəyindən də göründüyü kimi 04 dekabr 2016-cı il tarixli abunə müqaviləsinə “Abunəçi” qrafasında yazılar və imza X6 tərəfindən icra olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 04 dekabr 2016-cı il tarixli abunə müqaviləsinə əlavəyə əsasən 1212,75 manat məbləğində pulun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 04 dekabr 2016-cı il tarixli abunə müqaviləsinə əlavəyə əsasən 1212,75 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC cavabdeh X4 qarşı məhkəmə əmri çıxarılması barədə məhkəməyə müraciət etdiklərindən 20 manat dövlət rüsumu ödəmişdir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul cavabdeh X2 İddiaçı MMC-nin xeyrinə tutulmalı və cavabdeh X2 dövlət nəfinə 10 manat dövlət rüsumu tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 140 manat məbləğində pul İddiaçı MMC-dən, 125 manat məbləğində pul isə cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 04 dekabr 2016-cı il tarixli abunə müqaviləsinə əlavəyə əsasən 1212,75 (bir min iki yüz on iki manat yetmiş beş qəpik) manat pul tutularaq İddiaçı hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul cavabdeh X2 İddiaçı xeyrinə tutulsun. Cavabdeh X2 dövlət nəfinə 10 (on) manat dövlət rüsumu tutulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 140 (bir yüz qırx) manat məbləğində pul İddiaçındən, 125 (bir yüz iyirmi beş) manat məbləğində pul isə cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir Hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-7/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-7/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver