Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-704/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə 100000 manat maddi zərərin, 45000 manat illik 5 faiz olmaqla hesablanmış məbləğin və 10000 manat mənəvi zərərin, cəmi 155000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə 46000 manat maddi zərərin, 20700 manat illik 5 faiz olmaqla hesablanmış məbləğin və 10000 manat mənəvi zərərin, cəmi olaraq 76700 manat pulun, Cavabdeh2 onun xeyrinə 54000 manat maddi zərərin, 24300 manat illik 5 faiz olmaqla hesablanmış məbləğin, cəmi olaraq 78300 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək izahatında göstərdi ki, cavabdehlər Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2015-ci il tarixli 1(088)-19/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 8 il və 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Cavabdehlər təqsirli bilinmişdir ondan ötrü ki, 2013-cü ilin aprel ayında özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2003-cü ildən tanıdığı Cavabdeh2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncu ilə tanışlıq münasibətlərində olan X1 25 mart 2013-cü il tarixdə onun tərəfindən 600000 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi barədə Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət etməsindən sonra, Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun icraatında olan cinayət işləri üzrə mütəxəssis qismində cəlb edilməsi ilə əlaqədar həmin rayonun polis idarəsi və bölmələrində ibtidai istintaq və təhqiqat üzərində prosessual rəhbəliyi həyata keçirən prokuror və prokuror müavinin şəxsən tanımasından sui-istifadə edib 12 aprel 2013-cü il tarixdə “Gənclik” metrostansiyasının yaxınlığında Cavabdeh2la birlikdə onun Range Rover markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomaşınında sonuncu ilə X2 iştirakı ilə görüşərək özünü Nərimanov rayon prokurorunun müavininin qaynı kimi təqdim edib faktiki hər hansı imkana malik olmadığı halda əlaqələrindən istifadə etməklə 100000 manat müqabilində araşdırma materialı üzrə cinayət işinin başlanmamasını və Ramazan Səlimova vurulması iddia olunan ziyanın məbləğinin 300000 manat həcmində müəyyən edilməsini təmin edəcəyini vəd edib başqa şəxsə rüşvət verəcəyi adı ilə onu inandırmaqla həmin gün Cavabdeh2la birgə ondan 46000 manat, 23 aprel 2013-cü il tarixdə isə Cavabdeh2 təklikdə 54000 manat məbləğində pul vəsaitlərini alması ilə, ümumilikdə onun 100000 manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirib xeyrinə heç bir hərəkət etmədən dələduzluq etmişlər. Həmin cinayət işi üzrə başqa bir epizod üzrə o, özüdə cinayət məsuliyyətinə cəlb edilmişdir. İbtidai istintaq dövründə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, cavabdehlər barəsində isə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı dövründə hazırkı iş üzrə o və cavabdehlər razılığa gəlmişlər ki, o, notarial qaydada şikayətinin olmaması barədə ərizə yazıb məhkəməyə təqdim etsin ki, cavabdehlər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ala bilsinlər. Onlar azadlıqda qaldıqdan sonra ona pulu ödəyəcəklərinə vəd etmişlər. Lakin məhkəmənin hökmü ilə həm o, həm də cavabdehlər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. O, 2020-ci ilin aprel ayında azadlığa çıxdıqdan sonra öz pul vəsaitini cavabdehlərdən tələb etsə də, cavabdehlər bundan boyun qaçırmışlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, o İddiaçı coxdan tanımış və onunla dostluq münasibətində olmuşdur. O yalnız vasitəçilik etmiş və sonradan həmin 100000 manat pul vəsaiti onun dostları və tanışları tərəfindən yığılaraq İddiaçı geri qaytarılmışdır. Buna görə də o məhkəmə dövründə ərizə verərək heç bir şikayətinin və tələbinin olmaması barədə məhkəməyə ərizə vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının 100000 manat pulunun Cavabdeh2 verilməsində onunla bağlı heç bir səbəbli əlaqəsi yoxdur. Hökmdən də aydın olur ki, Cavabdeh2 İddiaçılə əvvəlcədən 46000 manat pulun verilməsi barədə razılaşmış və pulu İddiaçı Cavabdeh2 verilməsində o, iştirak etmiş və epizoda görə ona ittiham verilmişdir. Bundan başqa 54000 manat pulu İddiaçı Cavabdeh2 23 aprel 2013-cü il tarixdə onun iştirakı olmadan “Palma” kafesində verdiyini göstərilmiş və həmin epizod Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarı ilə onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş və həmin epizod ona verilmiş ittihamdan çıxarılmışdır. Veilən kassasiya şikayətinə əsasən hökmdə göstərilən ona aid hissəsində olan “23 aprel 2013-cü il tarixdə Cavabdeh2 təklikdə 54000 manat pul vəsaitlərini alması ilə, ümumilikdə İddiaçı 100000 manat məbləğində pul verməsinin” heç bir sübutu olmadığı üçün əsassız olması bir daha vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarında onun müdafiəçisinin verilmiş kassasiya şikayəti təmin olunmuşdur. Cinayət işinin gedişi prosesində iddiaçı Cavabdeh2 və ona qarşı mülki iddia irəli sürməmişdir. İddiaçı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab Mübariz Məmmədova yazdığı 23 fevral 2015-ci il tarixli ərizədə onunla barışıq əldə olunduğunu və ona qarşı heç bir tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İddia üzrə müştərək cavabdeh qismində göstərilən Cavabdeh2 barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədova yazdığı 23 fevral 2015-ci il tarixli ərizədə Cavabdeh2la barışıq əldə olunduğunu və ona qarşı heç bir tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İddiaçının Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədova yazdığı 01 mart 2015ci il tarixli 7E-8420 nömrəli notarial təsdiq olunmuş ərizədə “İcraatınızda olan cinayət işi üzrə təqsirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh1 mənə verəcəkləri 100000 manat barəsində mənim onlardan heç bir şikayətim və tələbim yoxdur” göstərmişdir. Məhkəmənin hökmü ilə həm iddiaçı həm də cavabdehlər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İddiaçı 2020-ci ilin aprel ayında azadlığa çıxmış, nə cinayət işi gedişində, nədə ki, cəzaçəkmə dövrü ərzində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun oğludur. Cavabdeh1 barəsində cinayət işi getdiyindən oğlunun dostu Rüfət ona zəng vuraraq bildirmişdir ki, “Gənclik” metrosunun yaxınlığında İddiaçı onları gözləyir. O 2015-ci ilin qış aylarında “Gənclik” metrosunun yaxınlığında İddiaçı ilə görüşərək 100000 manat pulu ona vermişdir. O həmin pulun 46000 manatını öz yaxınlarından və qohumlarından yığmış, qalan 54000 manatını isə Elmanın həyat yoldaşı Səadət xanım vermişdir. O pulu verərkən yanında qohumu X5 olmuşdur. İddiaçı pulu götürdükdən sonra şikayət və tələbinin olmaması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Cavabdeh1 ilə əmisi nəvəsidir. O Cavabdeh1 gilə tez-tez gəlib-getmiş və həmin məsələdən məlumatlı olmuşdur. O bir gün əvvəl X3 ilə razılaşmışdır ki, səhərisi günü İddiaçı ilə görüşüb pulu ona versinlər. Bununla bağlı o səhərisi gün şəxsi avtomobili ilə gəlmiş və X3 ilə görüşmüşdür. Sonra İddiaçı ilə görüşüb 100000 manat pulu ona vermişlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-19/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmündən müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2016-cı il tarixli 1(104)-04/2016 nömrəli qərarından müəyyən olunur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-19/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 1(102)-1816/2017 saylı qərarından müəyyən olunur ki, Gəncə Apelyasiya Məhkəməsinin 31 mart 2016-cı il tarixli qərarı məhkum Cavabdeh1n aid hissədə dəyişdirilmiş, Cavabdeh1 İddiaçı 54000 manat məbləğində pul vəsaitini ələ keçirib xeyrinə heç bir hərəkət etmədən dələduzluq etmə ilə bağlı müddəalar məhkumun təqsirliliyi sübuta yetirilmədiyindən ümumi ittihamdan xaric edilmiş, Cavabdeh1 əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.3-cü maddələrinə tövsif edilərək ona həmin maddələr ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış ərizənin surətindən müəyyən olunur ki, təqsirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh1 ona verəcəkləri 100000 manat barəsində onlardan heç bir şikayəti və tələbi yoxdur. Cəza təyini zamanı nəzərə alınması xahiş olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Məhkəmə şahid ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, şahidlərlə Cavabdeh1 arasında qohumluq əlaqələri mövcuddur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Cavabdeh2 54000 manat məbləğində pul vəsaiti və Cavabdeh2 və Cavabdeh1 birlikdə 46000 manat pul vəsaiti verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 1(102)-1816/2017 saylı qərarında öz əksini tapmışdır. Cavabdehlər həmin pul vəsaitinin məhkəmə prosesi zamanı iddiaçıya qaytarılmasını, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə ərizə verilməsini və cəza təyini zamanı bunun nəzərə alınmasını iddia etsələr də, bununla bağlı məhkəməyə sübut təqdim olunmamışdır. İddia edilən maddi ziyanla cavabdeh şəxslərin qanunazidd əməli və bu əməlin nəticəsi arasında səbəbli əlaqə mövcud olduğundan və iddiaçıya məxsus pul vəsaitinin dələduzluq yolu ilə əldə olunması nəticəsində iddiaçının maddi ziyana məruz qaldığı məhkəmədə şübhə doğurmur. Ona görə də məhkəmə cavabdehlərin vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşımalı olduğunu hesab edir. Avropa Məhkəməsinin “Həsənov Azərbaycana qarşı” və “İsgəndərov və başqaları Azərbaycana qarşı” işləri üzrə qəbul etdiyi müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2010cu il tarixli qərarlarında maddi ziyanın məbləği şikayətçilərin maddi ziyana məruz qalma ehtimalı və ədalət prinsipi əsasında müəyyən edilmişdir. Belə ki, “Həsənov Azərbaycana qarşı” iş üzrə qərarın 42-ci bəndində qeyd olunmuşdur: “Tələblərin itirilmiş icarə haqlarına aid olan hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, tələbin bu hissəsi ilə aşkar edilmiş pozuntu arasında səbəbiyyət əlaqəsi var və yəqin ki, şikayətçilər mənzillər üzərində nəzarəti itirmələri nəticəsində maddi ziyana məruz qalıblar. ”. İddiaçının mənəvi zərərin əvəzi kimi pul tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehlərin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi barədə sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, mənəvi zərər barədə tələb istisna olunur. İddia tələbinin cavabdehlərdən illik 5 faiz olmaqla 45000 manat əldə çıxmış faydanın tutulması hisəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək cavabdehlərdən 45000 manat əldə çıxmış faydanı tələb etsə də, tərəflər arasında hər hansı bir müqavilə mövcud olmamış, məhkəmənin hökmünə əsasən pul dələduzluq yolu ilə əldə edilmişdir. İddiaçı tərəf pulu illik 5 faiz hesablanmaqla əldən çıxmış fayda kimi tələb etsə də, onun pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, habelə əldə edəcəyi gəlirlər barədə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh2 54000 manat məbləğində pul vəsaiti və Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 46000 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X11” Azərbaycan Respublikası Qanununun 9.1.20.-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və Cavabdeh2 Ağdam rayonundan məcburi köçkün olduğundan ondan dövlət rüsumu tutulmamalıdır. İş üzrə ödənilməli olan 228 manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 54000 (əlli dörd min) manat məbləğində maddi zərər və Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 46000 (qırx altı min) manat maddi zərər tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilməli olan 228 (iki yüz iyirmi səkkiz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-704/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-704/2023
06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver