Məhkəmə qərarları › İş №e-2(010)-708/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-708/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-708/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 4.672,25 (dörd min altı yüz yetmiş iki manat iyirmi beş qəpik) manat əsas borc, 60 (altmış) manat mediasiya xərci və 10 (on) manat poçt-kargüzarlıq xərci olmaqla, ümumilikdə 4.742,25 (dörd min yeddi yüz qırx iki manat iyirmi beş qəpik) manat məbləğində pulun İddiaçınə ödənilməsi. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 25 aprel 2018-ci il tarixində İddiaçı MMC-də malların qəbuledicisi vəzifəsinə qəbul olmuşdur. 14 sentyabr 2023-cü il tarixində cavabdeh atası X1 təcili tibbi vəziyyəti ilə əlaqədar ona 5400 (beş min dörd yüz) manat məbləğində borcun verilməsi üçün ərizə ilə iddiaçıya müraciət etmişdir. Bununla bağlı 14 sentyabr 2023-cü il tarixdə cavabdehlə iddiaçı arasında BM026-23 saylı borc müqaviləsi (bundan sonra "Müqavilə”) bağlanmış və iddiaçı tərəfindən cavabdehə 5400 (beş min dörd yüz) manat məbləğində borc verilmişdir. Həmin Müqavilə cavabdehlə bağlanmış əmək müqaviləsinin tərkib hissəsi kimi müəyyənləşdirilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, cavabdehə verilmiş borc məbləğinin geri qaytarılmasının hər ay əmək haqqının 50%-dən çox olmamaq şərti ilə onun aylıq əmək haqqından tutulmalar formasında həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Həmçinin Müqavilədə alınmış borcun 12 ay ərzində hissə-hissə ödəniləcəyi və 14 sentyabr 2024-cü il tarixinədək tam həcmdə geri qaytarılmalı olduğu qeyd edilmişdir. Buna uyğun olaraq, cavabdehin 2023- cü ilin oktyabr ayı üzrə əmək haqqına 210,97 (iki yüz on manat, doxsan yeddi qəpik) manat, noyabr ayı üzrə əmək haqqına 516,78 (beş yüz on altı manat, yetmiş səkkiz qəpik) manat olmaqla, ümumilikdə 727,75 (yeddi yüz iyirmi yeddi manat, yetmiş beş qəpik) manat məbləğində tutulma tətbiq edilmişdir. Digər aylar üzrə isə tutulmanı cavabdeh bu Müqavilə bağlandıqdan 2 (iki) ay sonra öz xahişi ilə işdən ayrıldığından həyata keçirmək mümkün olmamışdır. Belə ki, 20 noyabr 2023-cü il tarixində T3344-23 №-li əmrə əsasən, cavabdehlə iddiaçı arasında 25 aprel 2018-ci il tarixində bağlanmış AS2739/2 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, bu səbəbdən, borc məbləğinin Müqaviləyə uyğun olaraq qaytarılması məqsədilə cavabdehin əmək haqqından tutulmaların aparılmasını davam etdirmək mümkün olmamışdır. Hazırda cavabdehin Müqavilə üzrə iddiaçıya ümumilikdə 4.672,25 (dörd min altı yüz yetmiş iki manat iyirmi beş qəpik) manat məbləğində ödənilməmiş borcu mövcuddur. İddiaçı 05 iyun 2024-cü ildə cavabdehə pretenziya məktubu və mediasiya təklifi ünvanlayaraq, qalıq 4.672,25 (dörd min altı yüz yetmiş iki manat iyirmi beş qəpik) manat məbləğində borcun 10 (on) gün ərzində iddiaçının bank hesabına ödənilməsini ondan tələb etmiş, əks təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məhkəməyə müraciət ediləcəyi barədə məlumat vermişdir. Lakin cavabdeh tərəfindən borcun qaytarılması üçün hər hansı ödəniş həyata keçirilmədiyindən 05 iyun 2024-cü il tarixli mediasiya təklifi əsasında 24 sentyabr 2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə Mediasiya Şurasına müraciət edilmişdir. Müvafiq olaraq. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində tərəflərin iştirakı ilə mediasiya sessiyası keçirilsə də, Cavabdeh borcun ödənilməsi üzrə barışıq sazişi imzalamaqdan imtina etmişdir. Bu səbəbdən, borcun məhkəmə qaydasında tələb olunması zərurəti yaranmışdır. Mediasiya prosesi nəticəsində barışıq əldə edilmədiyindən, 25 oktyabr 2024-cü il tarixində tərəflərə Mediasiya Şurası tərəfindən “İlkin mediasiya sessiyasından (İMS) sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə” MŞB/8/2024-02155 saylı Arayış təqdim edilmişdir. Həmin Arayışa əsasən, 60 (altmış) manat mediasiya xərci və 10 (on) manat poçt-kargüzarlıq xərci İddiaçı MMC (İddiaçı) tərəfindən ödənilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmədən işə iştirakları olmadan baxılması, iddia tələbinin təmin edilməsini və işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İşə qiyabi icraat qaydasında baxılması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 708/2025 nömrəli qərardadı ilə işə qiyabi craatı qaydasında baxılması qərara alınmışdır. İş materialları AS2739/2 saylı xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti ev. 153 hüquqi ünvanda qeydiyyata alınmış, VÖEN: ********** olan Azərbaycan Supermarket MMC-nin (bundan sonra “İşəgötürən”) Kadrlar və inzibati işlər üzrə direktoru X4 lovnanın şəxsində təmsil olunan, digər tərəfdən Cavabdeh (AZE******** nömrəli şəxsiyyət vəsiqəsi, 29.05 2014-cü il tarixində ASAN 1 tərəfindən verilib, Fin kodu: xxxxxxx, SSN: **********114), (bundan sonra “İşçi") arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq (bundan sonra “Əmək Məcəlləsi”) xx.xx.2019-cu il tarixində bağlanmışdır İddiaçı MMC (Borc verən) və Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2023cü il tarixli, BM026-23 nömrəli borc müqaviləsindən görünür ki, Təcili tibbi vəziyyətlərdə avans ödənişi haqqında bu müqavilə İddiaçı MMC (Borc verən) və Cavabdeh “Borc alan” arasında xx.xx.2018-ci il tarixdə bağlanmış AS2739 nömrəli əmək müqaviləsinin tərkib hissəsidir. Bu müqaviləyə əsasən borc verən 5400 manat məbləğində pul vəsaitini borc vəsaitini borc alana verməyi borc alan isə müqavilənin şərtlərinə uyğun olaraq 12 ay ərzində borc verənə geri qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli, Təcili tibbi vəziyyətlərdə avans ödənişi ilə bağlı müracət formasından görünür ki, avans məbləği 5400 manat müəyyən edilmiş və ödənişlərin 12 ay müddətinə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh maddi yardımla bağlı ödənmiş məbləğ əmək haqqından 2023-cü ilin oktyabr ayında 210.97 manat, 2023-cü ilin noyabr ayında isə 516.78 manat tutulmuşdur. xx.xx.2023-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı MMC-nin kassasından borcalan Cavabdeh 5400 manat məbləğində pul vəsaiti verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən 5400 manat məbləğində pul vəsaiti 12 ay müddətinə borcalan Cavabdeh verilmiş, sonuncu, götürdüyü borcu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə əmək haqqından 727,75 manat ödəmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış borc müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə pul vəsaitini borcluya vermişdir. Borclu isə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq borc müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh borc müqaviləsi üzrə əsas borca görə 4.672,25 (dörd min altı yüz yetmiş iki manat iyirmi beş qəpik) manat, mediasiya prosesində ödənilmiş 60 (altmış) manat və poçt-kargüzarlıq xərcinə görə 10 (on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh borc müqaviləsi üzrə əsas borca görə 4.672,25 (dörd min altı yüz yetmiş iki manat iyirmi beş qəpik) manat, mediasiya prosesində ödənilmiş 60 (altmış) manat, poçt-kargüzarlığa görə ödənilmiş 10 (on) manat, dövlət rüsumuna görə ödənilmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Rübabə Qafarova İş № 2(010)-431/2025 İşə qiyabi icraat qaydasında baxılmasına dair QƏRARDAD Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi _____2025-ci il Bakı şəhəri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə cavabdeh məhkəmə baxış iclasına gəlməmişdir. Belə ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş üzrə iddiaçının nümayəndəsi X2 mülki işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-cü maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında baxılsın. Hakim: Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar