Məhkəmə qərarları › İş №e-2(010)-739/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-739/2024

19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-739/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, iddiaçı Nəsı̇ bov Şakı̇ r Cəmı̇ l oğlunun, cavabdeh Pəncı̇ yev Seymur Camal oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, iddiaçı Nəsı̇ bov Şakı̇ r Cəmı̇ l oğlunun cavabdeh Pəncı̇ yev Seymur Camal oğluna qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Nəsı̇ bov Şakı̇ r Cəmı̇ l oğlu cavabdeh Pəncı̇ yev Seymur Camal oğluna qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 16000 manat məbləğində pul vəsaitinin və iddianın qiyməti olaraq məhkəməyə ödədiyi 138 manat dövlət rüsumunun cavabdehdən birdəfəlik qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Maddə 45. İşlərin başqa məhkəməyə verilməsi və ərazi aidiyyəti məsələlərindən şikayət vermə qaydası 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir.

4. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, cavabdeh Pəncı̇ yev Seymur Camal oğlu iddia ərizəsi icraata götürülən zaman Suraxanı rayonunda qeydiyyatda olsa da, məhkəmə prosesləri zamanı cavabdeh 2-3 il olar ki, Xəzər rayonunda qeydiyyatda olduğunu bildirdiyindən yenidən elektron sistemə baxış keçirilmiş və cavabdehin qeydiyyat ünvanının dəyişdiyi və “bilinmir” kimi göstərildiyi məlum olmuşdur. Bu məqsədlə məhkəmə cavabdehdən arayış gətirməsini tələb etmiş və cavabdeh Pəncı̇ yev Seymur Camal oğlu tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan cavabdehin qeydiyyat ünvanının Xəzər rayonu olduğu müəyyən edilmişdir. Məlumatı dəqiqləşdirmək məqsədilə cavabdehin digər məlumatları da yoxlanılmış və onun xx.xx.2022-ci il tarixdən qeydiyyatda olduğu Xəzər rayonu üzrə vergi uçotunda olduğu aşkar olunmuşdur. Bundan əlavə, yenidən “Elektron məhkəmə” informasiya sistemi ilə yoxlanış aparılmış və cavabdeh Pəncı̇ yev Seymur Camal oğlunun qeydiyyat ünvanındakı səhvin düzəldildiyi və arayışda qeyd olunan Xəzər rayonunda xx.xx.2019-cu il tarixdən (vəsiqənin verilmə tarixi) qeydiyyatda olduğu müəyyən edilmişdir.

5. Göründüyü kimi hazırki iş cavabdehin qeydiyyat ünvanında olan səhvlərlə əlaqədar aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən hazırki iddiaya cavabdehin qeydiyyatda olduğu Xəzər Rayon Məhkəməsində baxılmalıdır.

Məhkəmənin gəldiyi nəticə

6. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Nəsı̇ bov Şakı̇ r Cəmı̇ l oğlunun cavabdeh Pəncı̇ yev Seymur Camal oğluna qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair e-2(010)-739/2024 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir.

7. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44 və 45-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı:

İddiaçı Nəsı̇ bov Şakı̇ r Cəmı̇ l oğlunun cavabdeh Pəncı̇ yev Seymur Camal oğluna qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair e-2(010)-739/2024 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar