Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-743/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1903,25 (bir min doqquz yüz üç manat iyirmi beş qəpik) manat və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixdən əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli 393 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixində Oba - mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği cəmi 2012,42 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, yoxlamadan keçən dövrdə müvafiq güzəşt tətbiq edildikdən sonra qalıq borc 1903,25 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh yazılı şəkildə ərizə təqdim edərək, iddia tələbini etiraf etdiyini və iddiaçıya vurulmuş maddi ziyana görə 1903.25 manat məbləğində borcu olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, iddia tələbini etiraf edir. İş materialları.
5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən və Cəmiyyət üzrə xx.xx.2017-ci l tarixli, 338-K saylı Əmrdən çıxarışdan görünür ki, tərəflər arasında ilk 3 ay sınaq müddəti olmaqla müddətsiz əmək müqaviləsi bağlanmış və əmək münasibətləri yaranmış və Cavabdeh aylıq əmək haqqısı 153 manat olmaqla satıcı - kassır vəzifəsində işə qəbul olunmuşdur.
6. xx.xx.2020-ci il tarixli,X1 haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC qarşısında ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, ona etibar edilmiş görüləcək işi layiqincə yerinə yetirməyi X1lə öz üzərinə götürmüşdür.
7. Cəmiyyət üzrə xx.xx.2020-ci il tarixli 046 saylı əmrdən verilmiş çıxarışdan və Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinə xx.xx.2020-ci il tarixindən Administrator vəzifəsinə keçirilmiş və ştat cədvəlinə uyğun olaraq əmək haqqı 345 manat olaraq müəyyən edilmişdir.
8. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən və Cəmiyyət üzrə xx.xx.2022-ci il tarixli, 393 saylı Əmrdən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilmişdir.
9. xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktdan görünür ki, yekun ziyan məbləği 2012.41 manat olmuşdur.
10. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlanması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 2012.42 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 1903.25 manat borc qalmışdır.
11. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğinin 3 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları.
12. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında işçi və işəgötürən olmaqla əmək münasibətləri olmuş, bundan əlavə tərəflər arasında X1 haqında müqavilə də imzalanmışdır. İddiaçı tələbində ona əsaslanır ki, cavabdehin işlədiyi dövr ərzində aparılmış inventarizasiya nəticəsində iddiaçıya maddi ziyan vurulması müəyyən edilmişdir. Ziyan məbləğinə müəyyən güzəşt tətbiq edilmiş və son olaraq 1903.25 manat məbləğində (müvafiq güzəşt tətbiq edilməklə) maddi ziyan vurulduğu iddiaçı tərəfindən müəyyən edilmişdir. Cavabdeh tərəf iddia tələbini qəbul etdiyini bildirir və iddianın etirafı barədə ərizəni məhkəməyə təqdim edir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin X1i İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200. X1 daşınması barədə yazılı müqavilələrin bağlanması
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər.
2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X1 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.
3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən X1 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.
4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.
5. X1 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.2 Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3 Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi
16. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
17. Məhkəmə işin hallarına qiymət verərək, yuxarıda istinad edilmiş maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdehin iddia tələbini qəbul etməsi qanuna zidd deyildir və iddia tələbi bu səbəblə əlavə araşdırma aparılmadan təmin edilə bilər. Belə ki, cavabdeh iddia tələbini qəbul edərək onun tərəfindən iddiaçıya qeyd olunan miqdarda maddi ziyan vurulduğunu bildirir. Cavabdeh bu prosessual hərəkəti məhkəməyə yazılı ərizə verməklə edir. Bu hal iddianın etirafı kimi qəbul edilə bilər. Prosessual qanunvericiliyin normalarına əsasən, cavabdeh tərəf iddianı qəbul etdiyinə görə, məhkəmə iş üzrə əlavə araşdırma aparılmasına lüzum görmür.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. İddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1903.25 manat pul vəsaiti və iş üzrə ödənilmiş 50 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. Cavabdeh 1903.25 manat pul vəsaiti və iş üzrə ödənilmiş 50 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.