Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-78/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh MTK-a qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Alqı-satqı” müqaviləsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının tələblərini nəzərə almadan hesablanmış və onun tərəfindən artıq olaraq ödənilmiş 6.6 kv.m. üçün 10758 manat məbləğin, kredit müqaviləsi üzrə 10758 manat vəsait üçün hesablanmış faiz məbləğinin, həmçinin bu günkü tarix üçün dəymiş zərərin əvəzinin ödənilməsi üçün Bank uçot dərəcəsi (8 faiz, 1 il 7 ay üçün hesablanmışdır) nəzərə alınmaqla hesablanmış 1310.64 manat məbləğində vəsaitin, ümumilikdə 16000 manat məbləğində vəsaitin, həmçinin onun tərəfindən ödənilmiş 140 manat məhkəmə dövlət rüsumunun, ümumilikdə 16140 manat məbləğində vəsaitin Cavabdeh QSC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia ərizəsinin həcminin artırılması dair ərizə ünvanlayaraq, “Alqı-satqı” müqaviləsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının tələblərini nəzərə almadan hesablanmış və onun tərəfindən artıq olaraq ödənilmiş 6.6 kv.m. üçün 10758 manat məbləğin, kredit müqaviləsi üzrə 10758 manat vəsait üçün hesablanmış 4904.91 manat faiz məbləğinin, həmçinin bu günkü tarix üçün dəymiş zərərin əvəzinin ödənilməsi üçün Bank uçot dərəcəsi (8.11 (ortalama faiz dərəcəsi) faiz, 2 il 6 ay üçün hesablanmışdır) nəzərə alınmaqla hesablanmış 3176 manat məbləğində vəsaitin, ümumilikdə 18838.41 manat məbləğində vəsaitin və tərəfindən ödənilmiş 147 manat məhkəmə dövlət rüsumunun Cavabdeh QSC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh QSC Qara Qarayev filialı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, **********52159 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı” (Cavabdeh QSC) ünvan 1 ünvanında inşa olunan 11-ci bina, 1ci blok, 13-cü mərtəbə, 60 nömrəli, 3 otaqlı mənzili tikib və “Alıcı”nın (İddiaçı) mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmçinin həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 171965 manat məbləğində vəsait təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə dəyərinin ilkin ödənişi 33,13 faiz, yəni 56965 manat məbləğində vəsait təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə dəyərinin qalan 115000 manat məbləğində hissəsi “Alıcı” ilə "xxxx" ASC arasında bağlanacaq kredit müqaviləsinə əsasən “Alıcı”ya veriləcək kreditin hesabına tam şəkildə ödənilməsi ilə həyata keçiriləcək. Müqavilənin 2.2-ci bəndində qeyd olunmuş, ilkin ödəniş üçün nəzərdə tutulmuş ümumi müqavilə dəyərinin 33,13 faizi, yəni 56965 manat məbləğində vəsait iddiaçı tərəfindən Cavabdeh QSC-yə ödənilmiş və həmçinin müqavilənin 2.3-cü bəndində qeyd olunduğu kimi "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə 115000 min manat vəsait Cavabdeh QSC-nin hesabına ödənilmişdir. Qeyd edilir ki, "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə bank 10 il müddətinə, illik 8 faiz olmaqla 115000 manat məbləğində kredit vəsaiti onun adına rəsmiləşdirilmişdir. Həmçinin qeyd edilir ki, xx.xx.2022-ci il tarixli, **********52159 nömrəli alqı-satqı müqaviləsinə mənzilin plan ölçüsü (2 nömrəli əlavədə) əlavə edilmişdir. Həmin plan ölçü sənədinə nəzər yetirdikdə alqı-satqı müqaviləsi üzrə ona satılmış mənzilin hesablanmış sahəsi 105.5 kv.m. təşkil edir. Əlavə olaraq qeyd edilir ki, adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli, **********18-05301-093029 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestindən çıxarışdan görünür ki, ünvan 2 ünvanının sahəsi 98.90 kv.m. təşkil etmişdir. Qeyd edilənlərdən göründüyü kimi müqavilə üzrə nəzərdə tutulmuş 105.5 kv.m. olan mənzilin ümumi sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda göstərilən 98.90 kv.m. olan mənzilin ümumu sahəsindən 6.6 kv.m. azdır. “Alqı-satqı” müqaviləsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının tələblərini nəzərə almadan hesablanmış və onun tərəfindən artıq olaraq ödənilmiş 6.6 kv.m. üçün 10758 manat məbləğin, kredit müqaviləsi üzrə 10758 manat vəsait üçün hesablanmış faiz məbləğinin, həmçinin bugünkü tarix üçün dəymiş zərərin əvəzinin ödənilməsi üçün Bank uçot dərəcəsi (8 faiz, 1 il 7 ay üçün hesablanmışdır) nəzərə alınmaqla hesablanmış 1310.64 manat məbləğində vəsaitin, ümumilikdə 16000 manat məbləğində vəsaitin xx.xx.2024-cü il tarixinədək hesabına ödənilməsi, qeyd olunan tarixədək ödəniş icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinin tələbi ilə mülki iddia qaydasında onun tərəfindən Məhkəməyə müraciət olunacağı ilə bağlı pretenziya məktubu onun tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh QSC-nin fəaliyyət ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixində “İsazadə” tərəfindən qəbul edilmişdir. Lakin, pretenziya məktubunun göndərilməsinə və Cavabdeh QSCnin Qarayev filialının xx.xx.2024-cü il tarixindən etibarən xəbərdar olmasına baxmayaraq heç bir hərəkət nümayiş etdirilməmiş və ödəniş icra olunmamışdır. Həmçinin əlavə olaraq qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış adına rəsmiləşdirilərkən müqavilə üzrə alqı-satqısını həyata keçirdiyi evə baxış keçirilməmiş və ölçü işləri aparılmamışdır. Ehtimal edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən mənzilin sahəsinin yerində ölçməsi nəticəsində DƏDRX-nın çıxarışda hesablanmış mənzilin sahəsindən də, yəni, 98.90 kv.m.-dən az sahə olacaqdır. Cavabdehin etirazı. Cavabdeh MTK-nın nümayəndəsi X3 26 fevral 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddiasının tamamilə əsassız olması səbəbindən, rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, alqı-satqı müqaviləsi bağlanmışdı. Daha sonra banka müraciət etdi. 115000 ipoteka krediti ayrıldı. Həmin məbləğ MTK-nın xeyrinə köçürüldü. Məbləğ tam köçdükdən sonra çıxarışın alınması üçün etibarnamə verdi. Çıxarış alınandan sonra mənzilin sahəsinin 105,5 kv m deyil, 98,9 kv m kimi qeyd edildiyini gördü. Aydınlaşdıranda müəyyən olundu ki, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar var. Həmin qaydalar bütün şəxlər üçün məcburi xarakter daşıyır. Qaydalarda qeyd olunur ki, şaxtalar, divararası sahələr mənzilin sahəsi hesablanan zaman nəzərə alınmır. O, 105,5 kv m sahə barədə müqavilə bağlayıb, pul köçürmüşdür. Hazırda həmin mənzili satmaq istəsə, onu 98,9 kv.m kimi satacaq. Beləliklə, MTK 98,9 kv.m sahəsi olan mənzili ona 105,5 kv.m kimi sataraq əsassız varlanmışdır. Cavabdeh tərəf oxşar məsələlərlə bağlı qərarlar yükləmişdir. Hazırki mübahisənin yaranması üçün əsas olan sərtin, yəni müqavilənin 1.3-cü maddəsinin standart şərt olub-olmamasını araşdırmalı, standart şərt olduğu təqdirdə həmin şərtin qanunvericilikdə nəzərdə tutulmuş meyarlara (standart şərtin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilmədiyini, çevrildiyi halda əqdlər üçün nəzərdə tutulan etibarlılıq şərtlərinə cavab verib-vermədiyini, cavab verdiyi halda həmin şərtin etimad ve vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərli olub-olmadığını) cavab veribvermədiyini müəyyən etməklə müvafiq məhkəmə aktı qebul etməlidir. Ali Məhkəmə bu xüsusatlarla mülki işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərmişdir. Bunu nəzərə alaraq həmin şərtin standart şərt olub-olmadığını, müqavilənin tərkib hissəsinə çevrilibçevrilmədiyinin müəyyən edilməsini xahiş edir. Ekspertiza rəyində də göstərilir ki, tikinti qaydaları nəzərə alınmadığına görə fərq yaranmışdır. Faktiki sahəni ölçüblər. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi X3 iddianın rədd edilməsini xahiş edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Vətəndaşla müqavilənin bütün bəndləri müzakirə olunmuşdur. Layihə müqaviləyə əlavə olunmuşdur. Çıxarış alınan zaman fərqin yaranacağı ona xəbər edilmişdir. İddiaçı da müqaviləni imzalamış, bu şərtlərlə müqaviləni bağlamışdı. Mənzilin sahəsi ilə bağlı şübhələri var idisə, zamanında sahəni ölçə bilərdi. İddiaçının izahatlarında ziddiyət var. Mənzilin sahəsi iddiaçıya məlum olmuşdur. MTK-nın vətəndaşı aldatmaq kimi bir niyyəti yoxdur. Şirkətin öz daxili qaydaları var. Layihə də əlavə olunmuşdur. Vətəndaş şərtləri qəbul edib mənzili almışdı. Qeyd edir ki, mənzil Q.Qarayevdə yerləşir. 2022ci ildə müqavilə bağlanıb. Hazırda 2025-ci ildir. Hissəvi etibarsızlığı da əsassızdır. İş materialları. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********52159 nömrəli Alqı-Satqı Müqaviləsinin 1.1-ci bəndindən görünür ki, "Satıcı" (Cavabdeh MTK) ünvan 4 ünvanında inşa olunan 11-ci bina, 1-ci blok 13-cü mərtəbə, 60 №-li, 3 otaqlı mənzili tikib və Alıcının (İddiaçı) mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndi: "Alıcı"bu müqaviləyə əsasən 1.1-ci bənddə göstərilən ünvanda 11-ci bina, 1-ci blok 13-cü mərtəbə, 60 №-li, 3 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin "Satıcı”ya ödənilməsini və həmçinin “Satıcı"nın yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndi: Müqavilənin ümumi dəyəri 171965 manat məbləğində vəsait təşkil edir. Müqavilənin 8.11-ci bəndi: "Alıcı" xəbərdardır ki, mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda eyvan, divaraltı sahə, şaxtaların sahəsi, beton sütünlann alt sahələri qeyd edilməyə bilər. xx.xx.2022 il tarixli **********52159 saylı "Alqı-Satqı" Müqaviləsinə Əlavə № 01 olan Təmir İşlərinə Dair Protokoldan görünür ki, bir tərəfdən "Satıcı" adlanacaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, digər tərəfdən "Alıcı" adlanacaq İddiaçı mənzildə aşağıda göstərilən təmir işlərinin görülməsi barədə razılığa gəldilər: Giriş qapısının quraşdırılması; Pəncərələrin quraşdırılması; Qaz, su və kanalizasiya dayaqlarının quraşdırılması; Elektrik, televiziya və telefon xəttlərinin çəkilməsi; Otaqlara istilik radiatorlarının quraşdırılması; Eyvanın, dəhlizin və mətbəxin mebelaltı döşəmə sahəsinə metlax vurulması; Otaqların döşəməsinin vurulması; Divarlara oboy vurulması; Tavanın təmiri və rənglənməsi; Daxili qapıların quraşdırılması; Sanitar qovşağın təmiri və avadanlıqların quraşdırılması. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" QSC-ə ünvanlanmış ərizədən görünür ki, o, Xəzər İnşaat XXİ Əsr QSC ünvan 4 ünvanında inşa etdiyi 11-ci bina 1-ci blok, 13-cü mərtəbə, 60 №-li, 3 otaqlı olan mənzilin pulunu hissə-hissə və ya tam şəkildə ödəmək şərti ilə ona satılmasına icazə verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli **********52159 saylı "Alqı-Satqı" Müqaviləsinə Əlavə № 02-dən görünür ki, "xxxx" QSC tərəfindən layihə-sxemi tərtib edilmiş mənzilin hesablaşma sahəsi 105.5 m.kv olaraq qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 17 iyun 2022-ci il tarixli 364 saylı kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, Borc verən bu Müqaviləyə əsasən Borc alana 120 ay müddətində (xx.xx.2032-ci il tarixədək) 115000 manat məbləğində, kreditdən istifadəyə görə illik 8% faiz ödəmək şərtilə kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Müqvailənin 1.2-ci bəndi: Kreditin təyinatı Saziş çərçivəsində Bakı şəh. şəhəri, Özbəkistan küç.9 inşa olunan, bina 11, 1 blok, 13-cü mərtəbədə yerləşən, ümumi sahəsi 105.5 kv.m olan 3 otaqlı 60 nömrəli mənzilin alınmasıdır. İş materiallarında olan ƏXZ/2 №159972 xx.xx.2022-ci il tarixli "xxxx" QSC X5 Qəbzindən görünür ki, İddiaçı tərəfindən 11-ci bina, 1-ci blok, 60 saylı mənzilin ilkin ödənişi kimi 56965 manat məbləğində pul kassaya mədaxil edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit məbləği 115000 manatdır, borclu İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2032-ci il tarixinədək ödəniş cədvəlinə uyğun olaraq 1395,27 manat ödəniş etməlidir. İllik faiz 8% təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" QSC-ə ümumilikdə 16000 manat borc barədə məlumat verilmiş, borcun xx.xx.2024-cü il tarixinədək ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestr” məlumatlarından görünür ki, AZ 1060, ünvan 6 ünvanında yerləşən, hüquqi sahibi İddiaçı olan mənzilin ümumi sahəsi 98.90 kv.m-dir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən (ekspert X4) verilmiş xx.xx.2024-cü il tarixli, 10/5318 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 60 saylı mənzilin ümumi sahəsinin 105,5 kv.metr təşkil etdiyi və bu sahənin iş materiallarında olan mənzil layihəsində göstərilmiş sahə ilə uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 60 saylı mənzilin sahəsinin 98,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 60 saylı mənzilin "xxxx" MTK tərəfindən mənzilin hesablanmış faktiki sahəsi (105.5 kv.m. müqavilə və əlavə 2) ilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş çıxarış hesablanmış mənzilin sahəsində (98,9 kv.m) yaranmış fərqin səbəbi, müqaviləyə əlavə edilmiş plan sxemdə sözügedən mənzilin sahəsi hesablanarkən xarici divarların yarısının və arakəsmə divarların yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə, sütunların altına düşən sahə nəzərə alınaraq hesablanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144- 1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.... Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 417. Müqavilənin standart şərtləri anlayışı 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Maddə 418. Müqavilənin standart şərtlərinin müqavilənin tərkib hissəsinə çevrilməsi 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. 418.2. Əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə tərəflərin izahatlarını dinləyib, yuxarıda qeyd olunanlara müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********52159 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Mənzil Tikinti Kooperativi ünvan 1 ünvanında inşa olunan 11-ci bina, 1-ci blok, 13-cü mərtəbə, 60 nömrəli, 3 otaqlı mənzili tikib və “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” bu müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 11-ci bina, 1-ci blok, 13-cü mərtəbə, 60 nömrəli, 3 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin "xxxx" Mənzil Tikinti Kooperativinin Qara Qarayev filialı yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri 171965 manat məbləğində vəsait təşkil edir. Müqavilənin 8.11-ci bəndində qeyd edilmişdir ki, "Alıcı" mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda eyvan, divaraltı sahə, şaxtaların sahəsi, beton sütünların alt sahələrinin qeyd edilməyə biləcəyinəndən xəbərdardır. Həmin müqaviləyə 2 saylı əlavə ilə "xxxx" QSC tərəfindən layihəsxemi tərtib edilmiş mənzilin hesablaşma sahəsi 105.5 m.kv olaraq müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin tam və ya ayrıayrı şərtlərinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, bu müqavilə imzalanarkən müqavilənin mühüm şərtləri hesab edilən onun predmeti, qiyməti və digər şərtlər tərəflər arasında müfəssəl olaraq razılaşdırmışdır. Məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışında mənzilin 105,5 kv.m deyil, 98,9 kv.m kimi qeyd edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/5318 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mənzilin ümumi sahəsinin 105,5 kv.metr təşkil etdiyi və bu sahənin iş materiallarında olan mənzil layihəsində göstərilmiş sahə ilə uyğun olduğu müəyyən edilmişdir. “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, bu mənzilin sahəsinin 98,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin "xxxx" MTK tərəfindən hesablanmış faktiki sahəsi (105.5 kv.m. müqavilə və əlavə 2) ilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş çıxarışda hesablanmış mənzilin sahəsində (98,9 kv.m) yaranmış fərqin səbəbi müqaviləyə əlavə edilmiş plan sxemdə sözügedən mənzilin sahəsi hesablanarkən xarici divarların yarısının və arakəsmə divarların yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə, sütunların altına düşən sahə nəzərə alınaraq hesablanması olmuşdur. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün səbəb mövcud deyildir və məhkəmə tərəfindən tikinti normalarının pozulması ilə bağlı hal müəyyən edilməmişdir. Bundan başqa, tərəflər arasında razılıq əsasında müqavilə imzalanmış, həmin müqavilədə hesablanmış faktiki sahə ilə mənzilin çıxarışı arasında gələcəkdə yarana biləcək fərq izah edilmiş, çıxarışda eyvan, divaraltı sahə, şaxtaların sahəsi, beton sütünların alt sahələrinin qeyd edilməyə biləcəyindən xəbərdar olunması ilə bağlı şərt öz əksini tapmışdır. Həmçinin, müqavilədə mənzilin ayrı-ayrı kvadrat metrinin deyil, müqavilənin ümumi dəyərinin 171965 manat məbləğində olduğu qeyd edilmişdir. Bundan əlavə, podrat müqaviləsinin bağlanması mənzilin tikilməsi ilə bağlıdır, belə ki, podratçı qiymət yaratma prosesində mənzilin tikilməsi ilə bağlı çəkiləcək xərcləri də materiallar və işçilik qüvvəsini nəzərə alır. Bu səbəbdən, hesab edilir ki, müqavilənin qiyməti əlavə 2-də göstərilmiş kvadrat metrə uyğun hesablanmışdır. Göründüyü kimi, tərəflərin sərbəst iradə ifadəsi əsasında bağladıqları müqavilə ilə mübahisəli mənzilin sahəsinə dair razılığa gəlinmiş, iş materialları ilə “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının tələblərinin pozulması və bunun nəticəsində cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Tələbin iddiaçıya dəymiş maddi zərərin qaytarılması hissəsində məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə təmin edilmədiyindən, yəni ölçü hesablaşmaları düz aparıldığından, iddiaçı tərəfindən artıq olaraq ödənilmiş 6.6 kv.m. üçün 10758 manat məbləğin, kredit müqaviləsi üzrə 10758 manat vəsait üçün hesablanmış faiz məbləğinin, həmçinin müvafiq tarix üçün dəymiş zərərin əvəzinin ödənilməsi üçün bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 1310.64 manat məbləğində vəsaitin, ümumilikdə 16000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir . Belə olan halda, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə də, İddiaçı Cavabdeh MTK-ya qarşı “alqı-satqı” müqaviləsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının tələblərini nəzərə almadan hesablanmış və onun tərəfindən artıq olaraq ödənilmiş 6.6 kv.m. üçün 10758 manat məbləğin, kredit müqaviləsi üzrə 10758 manat vəsait üçün hesablanmış 4904.91 manat faiz məbləğinin, həmçinin bu günkü tarix üçün dəymiş zərərin əvəzinin ödənilməsi üçün Bank uçot dərəcəsi (8.11 (ortalama faiz dərəcəsi) faiz, 2 il 6 ay üçün hesablanmışdır) nəzərə alınmaqla hesablanmış 3176 manat məbləğində vəsaitin, ümumilikdə 18838.41 manat məbləğində vəsaitin və tərəfindən ödənilmiş 147 manat məhkəmə dövlət rüsumunun Cavabdeh QSC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərci iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** (VÖEN: **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3.) hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 233.1, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “alqı-satqı” müqaviləsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının tələblərini nəzərə almadan hesablanmış və onun tərəfindən artıq olaraq ödənilmiş 6.6 kv.m. üçün 10758 manat məbləğin, kredit müqaviləsi üzrə 10758 manat vəsait üçün hesablanmış 4904.91 manat faiz məbləğinin, həmçinin bu günkü tarix üçün dəymiş zərərin əvəzinin ödənilməsi üçün Bank uçot dərəcəsi (8.11 (ortalama faiz dərəcəsi) faiz, 2 il 6 ay üçün hesablanmışdır) nəzərə alınmaqla hesablanmış 3176 manat məbləğində vəsaitin, ümumilikdə 18838.41 manat məbləğində vəsaitin və tərəfindən ödənilmiş 147 manat məhkəmə dövlət rüsumunun Cavabdeh QSC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 50 manat İddiaçı alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ41NABZ013601**********3944 (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X1, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-78/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-78/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver