Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-800/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, İddiaçı "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Qulı̇ yeva Natəvan Hı̇ dayət qızına qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi 1.İddiaçı "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Qulı̇ yeva Natəvan Hı̇ dayət qızına qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflərin izahatları 2.İş üzrə məhkəmə hazırlıq iclası 19 fevral 2024-cü il tarixə, saat 11:15-ə təyin edilmişdir. 3.Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə SMS bildiriş məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Cavabdehə xəbərnaməli poçt vasitəsi ilə məktub göndərilməsinə baxmayaraq poçtu alıb-almaması barədə xəbərnamə geri qayıtmamışdır. 4.İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə sistemi vasitəsi ilə ərizə göndərərək, iddia ərizəsinin və ödənilmiş dövlət rüsumu ilə xidmət haqqının geri qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Məhkəmənin mövqeyi
5. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Qulı̇ yeva Natəvan Hı̇ dayət qızına qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılmalıdır.
6. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
7. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmadan geri qaytarıldığı üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya tam olaraq qaytarılmalıdır. 0,40 (qırx qəpik) manat məbləğində pul isə bank xidməti haqqı olduğu üçün dövlət rüsumu hesab edilmir və geri qaytarılmır.
8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Qulı̇ yeva Natəvan Hı̇ dayət qızına qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçı X1 ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu ona tam qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.