Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-805/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi
1. İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, MATRAS - STANDART - 90X200X18 - URE, MARVİN - GENC - DOLAB - ML, MARVİN - GENC - BAZALİ - CARPAYİ - ML, MARVİN - GENC - CALİSMA MASASİ - ML, MARVİN - GENC - TUMBA - ML üçün 932(doqquz yüz otuz iki) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HAVLU - TEKSTİL - SV - PİA 50*90 HAVLU, VARYANT1, HAVLU - TEKSTİL - SV - PİA 80*160 HAVLU, VARYANT2, HAVLU - TEKSTİL - SV - PUFFİN 80*160 HAVLU, VARYANT2, BORNOZ -TEKSTİL - SV - PUFFİN BORNOZ (M), VARYANT2 , HAVLU - TEKSTİL - SV - PİA 50*90 HAVLU, VARYANT2, 2 ədəd SÜFRƏ - TEKSTİL - SG - SALFETKALİ SÜFRE SETİ 160 X 220 SM, BORNOZ - TEKSTİL - SV - PİA BORNOZ (L), VARYANT2, HAVLU - TEKSTİL - SV - PİA 80* 160 HAVLU, VARYANT1 , BORNOZ - TEKSTİL - SV - PİA BORNOZ (L), VARYANT1 , HAVLU - TEKSTİL - SV - PUFFİN 50*90 HAVLU, VARYANT2 üçün, 523 (beş yüz iyirmi üç) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LORA - QONAQ - VİTRİN - 1 QAPİLİ - BL, LORA - QONAQ - VİTRİN - 1 QAPİLİ - BL, LORA - QONAQ - KAMOD - BL, LORA - QONAQ - KAMOD - AYNA - BL üçün , 454.42 (dörd yüz əlli dörd manat, qırx iki qəpik) manat ödənilməmiş hissə, 45.58 (qırx beş manat, əlli səkkiz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********64080 SAMSUNG GALAXY A22 markalı telefon, AKAMİ CLEAR CASE SAMSUNG A22 , PİKO FULL GLASS SAMSUNG A22 üçün 391.86 (üç yüz doxsan bir manat, səksən altı qəpik) manat ödənilməmiş hissə, 39.14 (otuz doqquz manat, on dörd qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən PİKE TAKİMİ + NEVRESİM SETİ - TEKSTİL - SV - EVA RASHEL TK PT+NEVRESİM SET, VARYANT1, LOFT - GENC -CALİSMA MASASİ - ML, LOFT - GENC - CARPAYİ - ML, LOFT - GENC - TUMBA - ML, YASTİK - TEKSTİL - SV - FRESH AİR YASTİK 349.42 (üç yüz qırx doqquz manat, qırx iki qəpik) manat ödənilməmiş hissə, 34.58 (otuz dörd manat, əlli səkkiz qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LOFT - GENC - DOLAB - ML üçün 165.24 (yüz altmış beş manat, iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 16.76 (on altı manat, yetmiş altı qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, PİKE TAKİMİ + NEVRESİM SETİ - TEKSTİL - SV - EVA RASHEL TK PT+NEVRESİM SET, VARYANT1, YORĞAN - TEKSTİL - SV - FRESH AİR YORĞAN TK üçün 29.3 (iyirmi doqquz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 2.7 (iki manat, yetmiş qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, YASTİQ - TEKSTİL - EN - SOFİYER PİNK, YORĞAN - TEKSTİL - EN - YORĞAN TƏK NƏFƏRLİK PİNK, PİKE TAKİMİ + NEVRESİM SETİ - TEKSTİL - SV - EVA RASHEL TK PT+NEVRESİM SET, VARYANT1 üçün 184.9 (yüz səksən dörd manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 18.1 (on səkkiz manat, on qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən EPİLYATOR PHİLİPS üçün 294.8 (iki yüz doxsan dörd manat, səkkiz qəpik) manat olmaqla ondan, 29.2 (iyirmi doqquz manat, iyirmi qəpik) manat cərimə, ümumilikdə 3656 manat borc, 56.56 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM’' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi bərədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşin faktiki halları
2. Tərəflər arasında xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərində nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Alınan mallar xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərində cavabdehə təhvil verilmişdir.
3. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə görə müqavilələr üzrə cavabdehin 3324.94 manat əsas borcu, 331.06 manat cərimə borcu, ümumilikdə 3656 manat borcu müəyyən edilmişdir.
İddia ərizəsi və ona etirazın dəlilləri
a)iddia ərizəsinin dəlilləri
4. İddiaçı MMC xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borc 349.42 manat, cərimə borcu 34.58 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borc 242.5 manat, cərimə borcu 29.3 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borc 165.24 manat, cərimə borcu 16.76 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 932 manat, cərimə borcu 93 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 184.9 manat, cərimə borcu 18.1 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 523 manat, cərimə borcu 52 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 391.86 manat, cərimə borcu 39.14 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 454.42 manat, cərimə borcu 45.58 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borc 294.8 manat, cərimə borcu 29.2 manat olmaqla, ümumilikdə 3656 manat borc və 56.56 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-cu il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MATRAS - STANDART - 90X200X18 - URE, MARVİN - GENC - DOLAB - ML, MARVİN - GENC - BAZALİ - CARPAYİ - ML, MARVİN - GENC - CALİSMA MASASİ - ML, MARVİN - GENC - TUMBA - ML, HAVLU-TEKSTİL - SV - PİA 50*90 HAVLU, VARYANT1, HAVLU - TEKSTİL - SV - PİA 80*160 HAVLU, VARYANT2, HAVLU TEKSTİL- SV - PUFFİN 80*160 HAVLU,VARYANT2, BORNOZ - TEKSTİL - SV – PUFFİN BORNOZ (M), VARYANT2 ,HAVLU - TEKSTİL - SV - PİA 50*90 HAVLU, VARYANT2, 2 ədəd SÜFRƏ - TEKSTİL - SG - SALFETKALİ SÜFRE SETİ 160 X 220 SM, BORNOZ - TEKSTİL - SV - PİA BORNOZ (L), VARYANT2, HAVLU - TEKSTİL - SV - PİA 80* 160 HAVLU, VARYANT1 , BORNOZ - TEKSTİL - SV - PİA BORNOZ (L), VARYANT1 , HAVLU - TEKSTİL - SV - PUFFİN 50*90 HAVLU, VARYANT2, LORA - QONAQ - VİTRİN - 1 QAPİLİ - BL, LORA-QONAQ - VİTRİN - 1 QAPİLİ - BL, LORA - QONAQ - KAMOD - BL, LORA - QONAQ - KAMOD - AYNA - BL, İmei kodu **********64080 SAMSUNG GALAXY A22 markalı telefon, AKAMİ CLEAR CASE SAMSUNG A22 , PİKO FULL GLASS SAMSUNG A22, PİKE TAKİMİ + NEVRESİM SETİ - TEKSTİL - SV - EVA RASHEL TK PT+NEVRESİM SET, VARYANT1, LOFT - GENC - CALİSMA MASASİ - ML, LOFT - GENC - CARPAYİ - ML, LOFT - GENC - TUMBA - ML, YASTİK - TEKSTİL - SV - FRESH AİR YASTİK, LOFT - GENC - DOLAB - ML , PİKE TAKİMİ + NEVRESİM SETİ - TEKSTİL - SV - EVA RASHEL TK PT+NEVRESİM SET, VARYANT1, YORĞAN - TEKSTİL - SV - FRESH AİR YORĞAN TK , YASTİQ - TEKSTİL - EN - SOFİYER PİNK, YORĞAN - TEKSTİL - EN - YORĞAN TƏK NƏFƏRLİK PİNK, PİKE TAKİMİ + NEVRESİM SETİ - TEKSTİL - SV - EVA RASHEL TK PT+NEVRESİM SET, VARYANT1, EPİLYATOR PHİLİPS almış və nəticədə 3656 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1708.8 manat (24 ay x 71.2 manat + 0 manat ilkin ödəniş) olan MATRAS - STANDART - 90X200X18 - URE, MARVİN - GENC - DOLAB - ML, MARVİN - GENC - BAZALİ - CARPAYİ - ML, MARVİN - GENC - CALİSMA MASASİ - ML, MARVİN - GENC - TUMBA - ML üçün ümumilikdə, 1025 manat olmaqla ondan, 932 manat ödənilməmiş hissə, 93 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 833.4 manat (18 ay x 46.3 manat + 0 manat ilkin ödəniş) olan HAVLU - TEKSTİL - SV - PİA 50*90 HAVLU, VARYANT1, HAVLU - TEKSTİL - SV - PİA 80*160 HAVLU, VARYANT2, HAVLU - TEKSTİL - SV - PUFFİN 80*160 HAVLU, VARYANT2, BORNOZ - TEKSTİL - SV - PUFFİN BORNOZ (M), VARYANT2 , HAVLU - TEKSTİL - SV - PİA 50*90 HAVLU, VARYANT2, 2 ədəd SÜFRƏ - TEKSTİL - SG - SALFETKALİ SÜFRE SETİ 160 X 220 SM, BORNOZ - TEKSTİL - SV - PİA BORNOZ (L), VARYANT2, HAVLU - TEKSTİL - SV - PİA 80* 160 HAVLU, VARYANT1 , BORNOZ - TEKSTİL - SV - PİA BORNOZ (L), VARYANT1 , HAVLU - TEKSTİL - SV - PUFFİN 50*90 HAVLU, VARYANT2 üçün ümumilikdə, 575 manat olmaqla ondan 523 manat ödənilməmiş hissə, 52 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1986.08 manat (24 ay x 82.42 manat + 8 manat ilkin ödəniş) olan LORA - QONAQ - VİTRİN - 1 QAPİLİ - BL, LORA - QONAQ - VİTRİN - 1 QAPİLİ - BL, LORA - QONAQ - KAMOD - BL, LORA - QONAQ - KAMOD - AYNA - BL üçün ümumilikdə, 500 manat olmaqla ondan 454.42 manat ödənilməmiş hissə, 45.58 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 748.44 manat (18 ay x 4158 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********64080 SAMSUNG GALAXY A22 markalı telefon, AKAMİ CLEAR CASE SAMSUNG A22 , PİKO FULL GLASS SAMSUNG A22 üçün ümumilikdə 431 manat olmaqla ondan 391.86 manat ödənilməmiş hissə, 39.14 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1048.8 manat (24 ay x 43.7 manat + 0 manat ilkin ödəniş) olan PİKE TAKİMİ + NEVRESİM SETİ - TEKSTİL - SV - EVA RASHEL TK PT+NEVRESİM SET, VARYANT1, LOFT - GENC - CALİSMA MASASİ - ML, LOFT - GENC - CARPAYİ - ML, LOFT - GENC - TUMBA - ML, YASTİK - TEKSTİL - SV - FRESH AİR YASTİK üçün ümumilikdə 384 manat olmaqla ondan, 349.42 manat ödənilməmiş hissə,34.58 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 741.6 manat (18 ay x 41.2 manat + 0 manat ilkin ödəniş) olan LOFT-GENC - DOLAB - ML üçün ümumilikdə 182 manat olmaqla ondan, 165.24 manat ödənilməmiş hissə, 16.76 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 271.8 manat (18 ay x 15.1 manat + 0 manat ilkin ödəniş) olan PİKE TAKİMİ + NEVRESİM SETİ - TEKSTİL - SV - EVA RASHEL TK PT+NEVRESİM SET, VARYANT1, YORĞAN - TEKSTİL - SV - FRESH AİR YORĞAN TK üçün ümumilikdə 32 manat olmaqla ondan, 29.3 manat ödənilməmiş hissə, 2.7 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 327.6 manat (18 ay x 18.2 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********76099 SAMSUNG GALAXY A32 markalı telefon, 64 GB SAMSUNG EVO PLUS MİCRO üçün ümumilikdə 203 manat olmaqla ondan, 184.9 manat ödənilməmiş hissə, 18.1 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 529 manat (24 ay x 22 manat + lmanat ilkin ödəniş) olan EPİLYATOR PHİLİPS almış və nəticədə 324 manat borc yaranmışdır.üçün ümumilikdə 294.8 manat olmaqla ondan, 29.2 manat ödənilməmiş hissə, 31.64 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3324.94 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2021-cu il, xx.xx.2021-cu il, xx.xx.2021-cu il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri
6. “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh tərəfindən məhkəmə bildirişinin alındığı tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər
7. xx.xx.2020-ci il tarixli müqavilə və ona edilən əlavəyə əsasən mallar üçün cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay ödəniş cədvəli üzrə hər ay 43.7 manat, cəmi 1048.8 manat ödəməyi öhdəsinə götürmüşdür.
8. xx.xx.2020-ci il tarixli müqavilə və ona edilən əlavəyə əsasən mallar üçün cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay ödəniş cədvəli üzrə hər ay 15.1 manat, cəmi 271.8 manat ödəməyi öhdəsinə götürmüşdür.
9. xx.xx.2020-ci il tarixli müqavilə və ona edilən əlavəyə əsasən mallar üçün cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay ödəniş cədvəli üzrə hər ay 41.2 manat, cəmi 741.6 manat ödəməyi öhdəsinə götürmüşdür.
10. xx.xx.2021-ci il tarixli müqavilə və ona edilən əlavəyə əsasən mallar üçün cavabdeh 0 manat ilkin ödəniş etməklə, 24 ay ödəniş cədvəli üzrə hər ay 71.2 manat, cəmi 1708.8 manat ödəməyi öhdəsinə götürmüşdür.
11. xx.xx.2021-ci il tarixli müqavilə və ona edilən əlavəyə əsasən mallar üçün cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay ödəniş cədvəli üzrə hər ay 18.2 manat, cəmi 327.6 manat ödəməyi öhdəsinə götürmüşdür.
12. xx.xx.2021-ci il tarixli müqavilə və ona edilən əlavəyə əsasən mallar üçün cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay ödəniş cədvəli üzrə hər ay 46.3 manat, cəmi 833.4 manat ödəməyi öhdəsinə götürmüşdür.
13. xx.xx.2021-ci il tarixli müqavilə və ona edilən əlavəyə əsasən mallar üçün cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay ödəniş cədvəli üzrə hər ay 41.58 manat, cəmi 748.44 manat ödəməyi öhdəsinə götürmüşdür.
14. xx.xx.2021-ci il tarixli müqavilə və ona edilən əlavəyə əsasən mallar üçün cavabdeh 8 manat ilkin ödəniş etməklə, 24 ay ödəniş cədvəli üzrə hər ay 82.42 manat, cəmi 1986.08 manat ödəməyi öhdəsinə götürmüşdür.
15. xx.xx.2022-ci il tarixli müqavilə və ona edilən əlavəyə əsasən mallar üçün cavabdeh 1 manat ilkin ödəniş etməklə, 24 ay ödəniş cədvəli üzrə hər ay 22manat, cəmi 529 manat ödəməyi öhdəsinə götürmüşdür.
16. xx.xx.2022-ci il tarixli, 02621360 saylı müqavilə və ona edilən əlavəyə əsasən İmei kod **********75735 SAMSUNG GALAXY S21FE markalı telefon, SAMSUNG CHARGER üçün Cavabdeh 80 manat ilkin ödəniş etməklə, 12 ay ödəniş cədvəli üzrə hər ay 145 manat, cəmi 1819.99 manat ödəməyi öhdəsinə götürmüşdür.
17. xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli bildirişlərə əsasən, müqavilələrin bütün şərtləri tam yerinə yetirilənədək əşyalar İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
18. xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktlarına əsasən, Cavabdeh malları tam qüsursuz halda təhvil almışdır.
19. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə Cavabdeh cəmi 3656 manat borcu vardır.
20. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna (xx.xx.2023-cü il tarixli poçt qəbzi) əsasən, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
22. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
23. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi borcun ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir.
24. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə əlavə edilmiş ödəniş cədvəlləri ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır.
25. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir.
26. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
27. Belə ki, MM- nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu ( cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikfə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
29. “Zvierzinski Polşaya qarşı” 19 iyun 2001-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azaqlıqlarının müdafiəsi haqqında Konvensiyanın ( Avropa Konvensiyası) 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir.
30. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1 manat cərimə pulu hesablanmaqla ödənilməlidir.
31. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır, yəni iddianın təmin olunan hissəsinə münasibətdə iddiaçıya ödənilməlidir.Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
32. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 53.24 manatı cavabdehə aid edilməlidir.
33. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 349.24 manat əsas borc, 1 manat cərimə məbləği, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 29.3 manat əsas borc, 1 manat cərimə məbləği, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 165.24 manat əsas borc, 1 manat cərimə məbləği, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 932 manat əsas borc, 3 manat cərimə məbləği, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 184.9 manat əsas borc, 1 manat cərimə məbləği, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 523 manat əsas borc , 2 manat cərimə məbləği, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 391.86 manat əsas borc, 1 manat cərimə məbləği, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 454.42 manat əsas borc, 2 manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 294.8 manat əsas borc, 1 manat cərimə məbləği, cəmi 3324.64 (üç min üç yüz iyirmi dörd manat altmış dörd qəpik) manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 53.24 (əlli üç manat iyirmi dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fəridə Rzayeva