Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-807/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Paşayev Suracəddin Xudayət oğluna qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Paşayev Suracəddin Xudayət oğluna qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh Paşayev Suracəddin Xudayət oğlundan “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMCnin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 98 manat 34 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 278 manat 74 qəpik məbləğində pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkilir. Suraxanı rayonu ərazisində son zamanlar bir sıra vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuz qoşulmaların qarşısının alınması məqsədilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında hüquqi yardım göstərilməsi barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 11 saylı MKİS-in 17 yanvar 2019cu il tarixli, 33 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Cəbayıl Xanməmmədov küçəsi 17 saylı evin 38 nömrəli mənzili (qanunsuz qoşulmanın həyata keçirildiyi mənzil) cavabdehə məxsusdur. İddia ərizəsinə əlavə edilmiş 23 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Cəbrayıl Xanməmmədov küçəsi 17 saylı evin, 38 nömrəli mənzilində yaşamış X2 ilə MMC arasında 25 iyun 2012-ci il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “KATV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01 fevral 2016-cı il tarixinədək etmiş və həmin ünvan 12 aprel 2016-cı il tarixdə 24 manat borc ilə şəbəkədən ayrılmışdır. MMC tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli arayışdan müəyyən edilir ki, qeyd edilən ünvanla bağlı 7131 N saylı akt tərtib edilənə qədər sonuncu dəfə 29 yanvar 2018-ci il tarixdə baxış keçirilmişdir. Bundan sonra 23 noyabr 2018-ci il tarixdə "xxxx" hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 7131N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə, tərtib edilmiş aktdan görünür ki, cavabdeh “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində iddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda, qeyd edilir ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixinədək 9 manat, 1 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanunsuz qoşulma faktı vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni, kabel şəbəkəsinə baxış keçirilməsə idi cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Mənzilə son baxış keçirildiyi 29 yanvar 2018-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 23 noyabr 2018-ci il tarixə qədər olan müddət 298 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 98 manat 34 qəpik təşkil edir. Bundan əlavə, "xxxx" MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilsə də məktub geri qayıtmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. O, iddianı müdafiə edərək bildirdi ki, kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar olunan mənzil Cavabdeh məxsusdur. Qanunsuz qoşulma barədə akta qol çəkən də cavabdehin oğlu X1r. Həmin mənzilə kabel xidmətinin göstərilməsinə dair 25.06.2012-ci il tarixli müqavilə də cavabdehin oğlu X2 ilə bağlanmışdır. Lakin 12.04.2016-cı il tarixdə bu müqavilə ləğv edilmişdir. Bu müqavilə üzrə sonuncu ödəniş 01.02.2016-cı il tarixdə edilmişdir. Müqavilə üzrə ödənişlər vaxtlı-vaxtında ödənilmədiyi üçün şirkət tərəfindən xidmət dayandırılmış, müqavilə pozulmuşdur. Bundan sonra 29.01.2018-ci il tarixdə cavabdehin yaşadığı binaya baxış keçirilmişdir. Həmin vaxt hər hansı pozuntu aşkar edilməmişdir. Lakin 23.11.2018-ci il tarixdə yenidən baxış keçirilən zaman qanunsuz qoşulma aşkar edilmişdir. Bu pozuntuyla bağlı akt tərtib edilmiş, həmin akt mənzil sakininə təqdim edilmiş və onun tərəfindən imzalanmışdır. Qanunsuz qoşulmanın aşkar edilməsindən sonra qanunsuz qoşulmuş xətt şəbəkədən ayrılmışdır. Nəzərə alınmalıdır ki, 29.01.2018-ci il tarixdən qanunsuz qoşulmanın aşkarlandığı 23.11.2018-ci il tarixədək 298 gün keçmişdir. Hazırda iddiaçı tərəfindən həmin günlərə görə hər gün üçün 33 qəpik olmaqla, cəmi 98 manat 34 qəpik pul tələb edilmişdir. Bu, kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində iddiaçıya dəymiş maddi ziyandır. "xxxx" MMC-yə ödənilmiş xidmət haqqına gəldikdə isə həmin şirkətlə iddiaçı "xxxx" MMC arasında hüquqi xidmətlərlə bağlı müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən həmin şirkət iddiaçıya hüquqi xidmət göstərir. Həmin şirkətin əməkdaşları binalara baxışlarda iştirak etmək, müvafiq sorğularla aidiyyəti orqanlara müraciət etmək, tərəflərə pretenziya məktubları göndərmək kimi xidmətlər göstərirlər. Mənzillərdə qanunsuz qoşulma faktı aşkar edildiyi və bununla bağlı akt tərtib edilərək məhkəməyə müraciət ediləcəyi halda iddiaçı "xxxx" MMC tərəfindən həmin şirkətə 150 manat məbləğində xidmət haqqı ödənilir. Bu səbəbdən müvafiq akt 2018-ci il tarixdə tərtib edilsə də şirkətə xidmət haqqı 2021-ci il tarixdə - məhkəməyə müraciət etməzdən əvvəl ödənilmişdir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyan ödənilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Paşayev Suracəddin Xudayət oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahayını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 23.06.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 7131 N saylı akt tərtib olunana qədər sonuncu dəfə 29.01.2018-ci il tarixində həmin binaya baxış keçirilmişdir. 23.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 25.06.2012-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub 01.02.2016-cı il tarixinədək isə son ödəməsini edib. 12.04.2016-cı il 24 manat borc ilə şəbəkədən ayrılıb. 23.11.2018-ci il tarixli, 7131 N saylı aktın iddiaçı tərəfindən əsli ilə düzgünlüyü təsdiq edilmiş surətindən görünür ki, 23.11.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov 17 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 38 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, bu akt "xxxx" MMC-nin nəzarətçisi, “Katv-1” xətt nəzarətçisi, teleradio üzrə mütəxəssis və mənzilin sakini tərəfindən imzalanmışdır. "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 04.01.2018-ci il tarixli “hüquqi xidmətlərin göstərilməsinə dair” müqavilədən görünür ki, bu müqaviləyə əsasən “Sifarişçi” Müqavilənin qüvvədə olduğu müddətdə özünə məxsus olan kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı yaranmış hüquq pozuntularının aşkar edilməsini, aradan qaldırılmasını və bununla bağlı müvafiq sənədləşmənin aparılmasını (bundan sonra “xidmətlər”) sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmətlərin haqqını ödəyir, “İcraçı” isə “Sifarişçi”yə xidmətləri göstərirş "xxxx" ASC tərəfindən verilmiş 18.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına “Hüquqi xidmət və nəzarət. X4” təyinatı ilə 150 manat məbləğində pul köçürülmüşdür. 11 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 17.01.2019-cu il tarixli arayışdan görünür ki, Paşayev Suracəddin Xudayət oğlu 1948-ci il təvəllüdlüdür. O, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi 17 №-li evin 38 saylı mənzilində yaşayır. CD-dən görünür ki, 23.11.2018-ci il tarixdə ünvan 2 ünvanına baxış keçirilmiş, üç video çəkilmişdir. Videolarda 38 saylı mənzildən “KATV-1” kabel televiziyası şəbəkəsinə qanunsuz qoşulduğu, bu barədə mənzildə yaşayan şəxsə məlumat verildiyi görünür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC müqavilə əsasında kabel televiziyası xidmətləri göstərir. İddiaçı iddia edir ki, Cavabdeh mənzilində müqavilə olmadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma olmuş, nəticədə iddiaçı MMC-yə 98.34 manat məbləğində zərər dəymişdir. Eyni zamanda, "xxxx" MMC ilə "xxxx" MMC arasında hüquqi xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır və bu müqaviləyə əsasən, cavabdeh tərəfindən törədilmiş qanunsuz qoşulma ilə bağlı hüquqi xidmətlərin göstərilməsi üçün "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 150 manat məbləğində xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı "xxxx" MMC həm qanunsuz qoşulma ilə bağlı dəymiş 94.34 manat məbləğində ziyanı, həm də 150 manat xidmət haqqını cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, iş materiallarında olan müvafiq aktdan və videogörüntülərdən görünür ki, 23.11.2018-ci il tarixdə cavabdehə məxsus ünvan 2 ünvanına baxış keçirilmiş və kabel xəttinə qanunsuz qoşulma aşkar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC bu qanunsuz qoşulma nəticəsində vurulmuş 98.34 manat məbləğində ziyanı tələb etməkdə haqlı olmuşdur. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 150 manat xidmət haqqına münasibətdə də məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 150 manat məbləğində pul cavabdehə məxsus mənzildə yol verilmiş qanunsuz qoşulma nəticəsində iddiaçıya dəymiş ziyanın tələb edilməsi ilə bağlı hüquqi xidmət göstərilməsinə görə ödənilmiş, bu pulun həqiqətən ödənildiyini təsdiq edən ödəniş tapşırığı iş materiallarına əlavə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ödədiyi 150 manat xidmət haqqını da cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30.40 manat dövlət rüsumu və xidmət haqqı ödəmişdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 98.34 manat məbləğində vurulmuş zərər, 150 manat məbləğində ödənilmiş xidmət haqqı olmaqla, cəmi 248.34 manat məbləğində pul və 30.40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 214, 216-220, 238-253, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 98.34 manat (doxsan səkkiz manat otuz dörd qəpik) məbləğində vurulmuş zərər, 150 (yüz əlli) manat məbləğində ödənilmiş xidmət haqqı olmaqla, cəmi 248.34 manat (iki yüz qırx səkkiz manat otuz dörd qəpik) məbləğində pul və 30.40 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən cavabdeh bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.
Sədrlik edən Səlimə Miriyeva