Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-823/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru X2, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin və müqavilə üzrə mövcud olan borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin və müqavilə üzrə mövcud olan borcun ödənilməsinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus BMW 528 minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 8915 (səkkiz min doqquz yüz on beş) manat, xx.xx.2024-cü il tarixli 664/24 nömrəli “avtonəqliyyat vasitələrinin icarə müqaviləsinin” 4.8-ci bəndin tələblərini pozaraq 16 dəfə ani surət və yavaşlama verərək qəza şəraiti yaratdığına görə 800 (səkkiz yüz) manat, həmin müqavilənin 2.2.4, 4.3, və 4.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozduğuna görə müqavilə ilə nəzərdə tutulan 3000 (üç min) manat məbləği, ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun, ümumilikdə isə 12843 (on iki min səkkiz yüz qırx üç) manat məbləği Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin direktoru X4 iddiaçının nümayəndəsinin imza səlahiyyəti olmadığından iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən X1 verilmiş etibarnamədən müəyyən olunur ki, həmin şəxsə iddia ərizəsini imzalamaq və digər səlahiyyətlər verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 69. Nümayəndə vasitəsi ilə işin aparılması 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.[107] 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Maddə 74. Nümayəndənin səlahiyyəti 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. [115] Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC tərəfindən nümayəndəyə verilmiş etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti göstərilsə də, nümayəndənin əsas iş yerinin həmin hüquqi şəxs olması barədə sübut təqdim olunmadığından hazırkı iddia ərizəsinə baxılması qeyri-mümkündür və bu səbəbdən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı tələb baxılmamış saxlanılmalı və iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 263, 264, 269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin və müqavilə üzrə mövcud olan borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-823/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-823/2025
08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver