Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-83/2024 17.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi , İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30698 ABŞ dolları və 9000 manat pul vəsaitinin və ödənilmiş 274 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 2013-cü ildə şirkət təsis etmək üçün 23 000 manat maddi yatırım etmək müqabilində şəriklik təklif etmişdir. O 2013-cü ilin iyun ayında anası X2 adına olan ünvan 1 ünvandakı evini və Cavabdeh1 aid olan ünvan 2il 15-də yerləşən evi Bank Respublikaya girov qoyaraq 70 000 ABŞ dolları pul götürərək X3 adına yəhərli dartıcı DAF XF95 10KF588 və yarımqoşqu SHMİTZ 10ZG219 dövlət nişanlı avtomobili Cavabdeh1 adına etibarnamə ilə almışlar. Aralarında olan razılığa əsasən Cavabdeh1 təsis edəcəyi şirkətə gələcək gəlirlər aralarında bölünməli, eləcə də kredit bitdikdən sonra avtomobildən sonra gəlir aralarında bölünməli idi. Cavabdeh1 ona bildirmişdir ki, bu iş üzrə təcrübəsi olduğundan və bu sahədə çalışdığından bütün idarəçilik və qərar vermə məsələri ona aid olmalıdır. Gəlir daha tez artacağından o da razılaşmışdır. Şirkət işlədiyi ilk dövrlərdə hesabat istəyərkən ona kredit ödəcəyini, sonra da devolvasiya olduğundan ona bir az zaman verməsini xahiş etmişdir. 2018-ci ilin son aylarında artıq səbri tükəndiyindən gəlir və zərərin hesabatlarının hamısının ortaya qoyulmasını tələb etmişdir. 5 il ərzində şirkətin bayrağı altında gedən yük avtomobillərinə ödənişli Beynəlxalq yükdaşıma sənədlərinə (TİR Cornet, CMR, İcazə Sənədi) minlərlə manat pul verilmiş, lakin ortada heç bir hesabat yoxdur. 2019-cu ildə bütün yuxarıda qeyd etdiyi məsələlərin nəticəsində Cavabdeh1 artıq yalanları ilə bu işi ört-basdır edə bilməyəcəyini anladı. Cavabdehin verdiyi guya ki, səhv qərarlar və səhv idarəçilik nəticəsində qazanc olmadığını və ayrılmağı təklif etmişdir. Beləcə ayrılmaq qərarına gəlmişlər. Bunun müqabilində yuxarıda qeyd etdiyi nəqliyyat vasitəsi və təsis edilmiş "xxxx" şirkəti cavabdehdə qalmaq şərti ilə ona 23000 manat, bankdakı girov müqabilində alınan yuxarıda qeyd etdiyi avtomobilə görə 25 000 ABŞ dollarını verəcəyini şirkəti və özü üzərinə öhdəlik götürdü. Borcunun ABŞ dolları hissəsini 10 000 ABŞ dolları 2019-cu ilin iyun ayına kimi, qalan məbləği isə hər ay 1000 ABŞ dolları olmaqla 15 ay müddətinə qaytaracağını bildirdi. Lakin cavabdeh dəfələrlə etdiyi zənglərə və görüşlərə baxmayaraq 2019-cu ilin may ayına kimi heç bir ödəniş etmədiyi üçün adına olan Chevrolet Orlando markalı ** BL *** nömrəli avtomobili 16000 manat pulun əvəzi kimi dəyərləndirərək xx.xx.2019-cu il tarixdə ona satmışdır. Beləliklə də, aralarındakı 23 000 AZN-lik borcu 9000 AZN-ə endirmişlər. 2019cu ilin iyun ayına kimi yuxarıda qeyd etdiyi ABŞ dolları ilə olan borcdan cavabdeh ödəniş etmədiyindən özünə məxsus "xxxx" ilə “AVT Logistiks” şirkətinin daxili yük daşımasında iştirak etmək və əldə olunan gəlirdən həm qazanc, həm də ona olan borcunu ödəməyi təklif etmişdir. Cavabdeh onun bu təklifi ilə razılaşmış və bu işi cavabdehin oğlu olan Cavabdeh2 rəhbərliyi ilə başlamışlar. Bu iş təqribən 6 ay davam etmişdir. Daşınma başlayandan bir müddət sonra sürücülərə ödənilməli olan pullarda yubanma olmuş, Cavabdeh2 atasının verdiyi pulla işi tam apara bilmədiyini demişdir. Cavabdehlər ona bildirmişlər ki, bu işdə kapitala ehtiyac vardır. Ona görə də o, Cavabdeh2 hissə-hissə olmaqla 10 500 ABŞ dolları vermişdir. İşləri ilə bağlı ölkədən 15 günlük gedib geri dönərkən artıq bu daşınmanında dayandığını öyrənmişdir. Bunun hesabatını aparan dövrdə bu puldan 1952 ABŞ dolları ona qaytarılmışdır. Ümumilikdə, xx.xx.2020-ci il tarixində cavabdehlərin ona 33 548 ABŞ dolları və 9000 AZN borc öhdəliyi yaranmışdır. Sonradan Cavabdeh1 yenidən öhdəlik götürərək pulu xx.xx.2020-ci il tarixədək ödəyəcəyini bildirdi. Cavabdeh2 ona borclu olduğu 8548 ABŞ dollarından bu 2 il ərzində onun dəfələrlə danışıqlarından sonra yalnız 2850 ABŞ dolları ödəyib. Onun 5700 ABŞ dolları borcu vardır. Bir ildən artıqdır ki, bütün səylərinə baxmayaraq heç bir ödəniş ödəməyibdir. Cavabdehlər son dövrdə onun zənglərinə cavab vermir və görüşlərdən müxtəlif bəhanələrlə qaçırlar. Sonradan tam təsaduf nəticəsində Cavabdeh1 başqa şəxsə də dələduzluq yolu ilə külli miqdarda ziyan vurduğunu və həmin şəxs də onun haqqında DİN-nə, Respublika Baş Prokurorluğuna etdiyi şikayətlərdən sonra pulunun bir qismini geri aldığını öyrənmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş Öhdəlik məktubuna əsasən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, o, pulu cavabdehlərə xarici valyuta ilə hesablayaraq vermiş və onların arasında ilkin olaraq verdiyi 23000 manat puldan başqa, digər hesablaşmalar xarici valyuta ilə aparılmışdır. Odur ki, cavabdehlərin ona cəmi 30698 ABŞ dolları və 7000 manat borcu qalmışdır. Qeyd olunan pulun və ödənilmiş 274 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 2013-cü ildə şirkət təsis etmək üçün 23 000 manat maddi yatırım etmək müqabilində şəriklik təklif etmişdir. O 2013-cü ilin iyun ayında anası X2 adına olan ünvan 1 ünvandakı evini Bank Respublikaya girov qoyaraq pul götürmüş və X3 adına yəhərli dartıcı DAF XF95 10KF588 və yarımqoşqu SHMİTZ 10ZG219 dövlət nişanlı avtomobili Cavabdeh1 adına etibarnamə ilə almışlar. Aralarında olan razılığa əsasən Cavabdeh1 təsis edəcəyi şirkətə gələcək gəlirlər aralarında bölünməli, eləcə də kredit bitdikdən sonra avtomobildən sonra gəlir aralarında bölünməli idi. Cavabdeh1 ona bildirmişdir ki, bu iş üzrə onun təcrübəsi olduğundan və bu sahədə çalışdığından bütün idarəçilik və qərar vermə məsələri ona aid olmalıdır. Gəlir daha tez artacağından o da razılaşmışdır. Şirkət işlədiyi ilk dövrlərdə hesabat istəyərkən ona kredit ödəcəyini, sonra da devolvasiya olduğundan ona bir az zaman verməsini xahiş etmişdir. 2018-ci ilin son aylarında artıq səbri tükəndiyindən gəlir və zərərin hesabatlarının hamısının ortaya qoyulmasını tələb etmişdir. 5 il ərzində şirkətin bayrağı altında gedən yük avtomobillərinə ödənişli Beynəlxalq yükdaşıma sənədlərinə (TİR Cornet, CMR, İcazə Sənədi) minlərlə manat pul verilmiş, lakin ortada heç bir hesabat yoxdur. 2019-cu ildə bütün yuxarıda qeyd etdiyi məsələlərin nəticəsində Cavabdeh1 artıq yalanları ilə bu işi ört-basdır edə bilməyəcəyini anlamışdır. Lakin cavabdeh dəfələrlə etdiyi zənglərə və görüşlərə baxmayaraq 2019-cu ilin may ayına kimi heç bir ödəniş etmədiyi üçün adına olan Chevrolet Orlando markalı ** BL *** nömrəli avtomobili 16000 manat pulun əvəzi kimi dəyərləndirərək xx.xx.2019-cu il tarixdə ona satmışdır. Beləliklə də, aralarındakı 23 000 AZN-lik borcu 7000 AZN-ə endirmişlər. Bununla bağlı olaraq Cavabdeh1 xx.xx.2020-ci il tarixli sənəd tərtib edərək borcu olmasını etiraf etmişdir. Bundan əlavə 2019-cu ilin iyun ayına kimi yuxarıda qeyd etdiyi ABŞ dolları ilə olan borcdan cavabdeh ödəniş etmədiyindən özünə məxsus "xxxx" ilə “AVT Logistiks” şirkətinin daxili yük daşımasında iştirak etmək və əldə olunan gəlirdən həm qazanc, həm də ona olan borcunu ödəməyi təklif etmişdir. Cavabdeh onun bu təklifi ilə razılaşmış və bu işi cavabdehin oğlu olan Cavabdeh2 rəhbərliyi ilə başlamışlar. Bu iş təqribən 6 ay davam etmiş, lakin daşınma başlayandan bir müddət sonra sürücülərə ödənilməli olan pullarda yubanma olduğundan Cavabdeh2 atasının verdiyi pulla işi tam apara bilmədiyini və kapitala ehtiyac olduğunu qeyd etmişlər. Ona görə də o, Cavabdeh2 hissə-hissə olmaqla 10 500 ABŞ dolları vermişdir. İşləri ilə bağlı ölkədən 15 günlük gedib geri dönərkən artıq bu daşınmanında dayandığını öyrənmişdir. Bunun hesabatını aparan dövrdə bu puldan 1952 ABŞ dolları və 2850 ABŞ dolları ona qaytarılmışdır. Hazırda cavabdehlərin ona cəmi 30698 ABŞ dolları və 7000 manat borcu qalmışdır. Həmin borcun olmasını cavabdeh tərəfindən imzalanan sənəd təsdiq edir, belə ki, həmin sənəd Cavabdeh1 tərəfindən imzalanmışdır, tarixin isə kim tərəfindən yazılmasını bilmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 2011-ci ildən özünə məxsus şirkət açmış və həmin şirkətin həm təsisçisi və həm də direktoru özü olmuşdur. Onun iddiaçı ilə heç bir ortaqlığı və hansısa bir işlə bağlı şərikliyi olmamışdır. İddiaçının atası ilə yaxın dostluq münasibəti olmuş və onu oradan tanımışdır. İddiaçının toyu olan ərəfədə atasının avtomobil almadığını bildirmiş və həyat yoldaşının aparıb gətirməsi üçün ondan avtomobilin birini istəmişdir. O da avtomobili onun istifadəsinə vermişdir, həmin avtomobilin dəyərini iddiaçı ona hissə-hissə ödədikdən sonra avtomobili iddiaçının adına rəsmiləşdirmişdir. Hazırda iddiaçının mübahisələndirdiyi DAF XF95 10KF588 və yarımqoşqu SHMİTZ 10ZG219 dövlət nişanlı avtomobili alanda iddiaçı heç bir maddi vəsait ödəməmişdir. 2019-cu ildə iddiaçının “Veysəloğlu” şirkəti ilə əlaqəsi olduğundan o razılıq vermişdir ki, həmin şirkətin yükdaşımalarını öz şirkəti tərəfindən həyata keçirsin. Ödənişlər isə daxili yükdaşıma olduğundan manatla aparılmalı idi. Bu zaman haqqhesabın aparılmasını iddiaçıya tapşırmışdır və əldə olunmuş qazancdan iddiaçıya pay verilirdi. Həmin 10500 ABŞ dollarını isə o özü vermişdir. Şirkətə məxsus möhür də İddiaçı olmuşdur. “Veysəloğlu” şirkəti vaxtında pulu ödəmədiyindən o məcbur qalaraq ağ kağıza imza etmişdir. Hazırda kağızda tərtib olunan mətni iddiaçı özü tərtib etmiş və möhür də iddiaçının özündə olduğundan möhür vurmuşdur. İddiaçı tərəfindən ona heç bir maddi vəsait verilməmiş və avtomobilə görə banka olan borcu da o, özü ödəmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
6. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onunla yalnız forvard işi görmüşdür. Belə ki, iddiaçı ilə telefon və ya votsap vasitəsilə əlaqə saxlayaraq müntəzəm işləmişlər. Belə ki, yüklər daşınmış, pul əvəzləşdirilmişdir. Bundan başqa onun iddiaçı ilə başqa ortaqlığı olmamışdır və iddiaçı bu şirkətin qurilmasına heç bir pul vəsaiti verməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. 7.Cavabdehlərin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunan əlyazma Cavabdeh1 tərəfindən tərtib olunmamışdır. Ekspertiza tərəfindən imzanın Cavabdeh1 məxsus olması müəyyən olunsa da, orada qoyulan tarix cavabdeh tərəfindən yazılmamışdır. İddiaçı isə bu suala müxtəlif cavablar vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları.
8. Belə ki, iş materiallarına əlavə edilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələri barədə məlumatların kompyuter çıxarışından müəyyən olunur ki, "Daf Yük" markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adında qeydiyyatdan keçmişdir.
9. “M.İ.SOUTHTRANS" MMC-nin adından İddiaçı təqdim edilmiş xx.xx.2020-ci il tarixli Öhdəlik məktubundan müəyyən olunur ki, Cavabdeh1 öz adından və şirkəti olan “M.İ.SOUTHTRANS" MMC adından İddiaçı 33548 ABŞ dolları və 9000 manat borc öhdəliyi yaranmışdır. O öz adıından və “M.İ.SOUTHTRANS" MMC adından bu öhdəlik məktubunu İddiaçı təqdim edir və göstərilən borcu xx.xx.2020-ci il tarixə kimi ödəyəcəyinə söz verib öhdəliyinə götürmüşdür.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2023-cü il tarixli 4/1484 saylı ekspertiza rəyindən görünür ki, İddiaçı və Cavabdeh1 adlarından olan xx.xx.2020-ci il tarixli sənəddə vərəqin aşağı sağ küncündə "xxxx" MMCnin möhür əksi üzərindəki imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, İddiaçı və Cavabdeh1 adlarından olan xx.xx.2020-ci il tarixli sənədin yuxarı sağ küncündəki “10 noyabr” sözləri Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
11. X1 Şəhadətnaməsindən müəyyən olunur ki, "DAF 95XF430 yük" markalı **-JO- *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin sahibliyindədir.
İşin faktiki halları.
12. İddiaçı iddia edir ki, cavabdehlərin ona cəmi 30698 ABŞ dolları və 7000 manat borcu mövcuddur. Həmin borc məbləğinin olması Cavabdeh1 tərəfindən tərtib olunmuş öhdəlik məktubu ilə təsdiq olunur. 13.Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirir ki, həmin öhdəlik məktubu onun tərəfindən tərtib olunmamış, o yalnız işçilərin əmək haqqlarının verilməsi ilə bağlı ağ vərəqə imza atmış, möhür iddiaçıda olduğundan onun tərəfindən tərtib olunaraq möhürlənmişdir. 14.Digər Cavabdeh2 isə bildirmişdir ki, iddiaçı onunla yalnız forvard işi görmüşdür. Belə ki, iddiaçı ilə telefon və ya votsap vasitəsilə əlaqə saxlayaraq müntəzəm işləmişlər. Belə ki, iddiaçı yüklərin tapılmasında, daşınmasında, pul əvəzləşdirilməsində yaxından iştirak etmişdir. 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2023-cü il tarixli 4/1484 saylı ekspertiza rəyindən görünür ki, İddiaçı və Cavabdeh1 adlarından olan xx.xx.2020-ci il tarixli sənəddə vərəqin aşağı sağ küncündə "xxxx" MMCnin möhür əksi üzərindəki imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, İddiaçı və Cavabdeh1 adlarından olan xx.xx.2020-ci il tarixli sənədin yuxarı sağ küncündəki “10 noyabr” sözləri Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
Məhkəmənin mövqeyi.
20. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh1 tərəfindən imzalanan xx.xx.2020ci il tarixli öhdəlik məktubunu məhkəməyə təqdim edərək cavabdehlərin ona cəmi 30698 ABŞ dolları və 7000 manat borcu olmasını iddia etmişdir. Cavabdeh1 tərəfindən verilmiş öhdəlik məktubuna əsasən şirkətin təsis edilməsinə görə 23000 manat və bankda girov müqabilində alınan avtomobilə görə 25000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı borclu olması barədə öhdəlik götürmüşdür. Sonradan Cavabdeh1 özünə məxsus Şhevrolet Orlando markalı, ** BL *** markalı avtomobili qiymətləndirərək 16000 manata İddiaçı satmış və 23000 manat borc azalaraq 7000 manat təşkil etmişdir. Bundan əlavə Cavabdeh1 onun oğlu Cavabdeh2 tərəfindən 10500 ABŞ dolları aldığını və həmin vəsaitdən 1952 ABŞ dolları qaytardığını öhdəlik məktubunda etiraf etmişdir. İddiaçı isə Cavabdeh2 verdiyi 10500 ABŞ dollarından ona 1952 ABŞ dolları və 2850 ABŞ dolları qaytarıldığını bildirmişdir. Tərəflər arasında olan votsap yazışmasında isə 5700$- 500$=5200$ dollar qalıq qalması barəsində yazışma mövcuddur. 21.Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirir ki, həmin öhdəlik məktubu onun tərəfindən tərtib olunmamış, o yalnız işçilərin əmək haqqlarının verilməsi ilə bağlı ağ vərəqə imza atmış, möhür İddiaçı olduğundan onun tərəfindən tərtib olunaraq möhürlənmişdir.
22. Digər Cavabdeh2 isə bildirmişdir ki, iddiaçı onunla yalnız forvard işi görmüşdür. Belə ki, iddiaçı ilə telefon və ya votsap vasitəsilə əlaqə saxlayaraq birlikdə müntəzəm işləmişlər. Belə ki, iddiaçı yüklərin tapılmasında, daşınmasında, pul əvəzləşdirilməsində yaxından iştirak etmişdir.
23. Məhkəmə hesab edir ki, hazırkı halda borc müqaviləsinin yazılı formasına riayət olunmasa da, borcun etirafı barədə yazılı sənəd mövcuddur.
24. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı cavabdehin adından imzalanmış sənəd təqdim edərək cavabdehin ona borclu olmasını iddia edir və məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyinə əsasən mübahisəli sənəddə təqdim olunmuş imza Cavabdeh1 məxsusdur. Cavabdeh tərəf məhkəmə iclasında həmçinin həmin sənədə vurulmuş möhürün də ona məxsus olan "xxxx" MMC-yə məxsus olduğunu etiraf etmiş və mübahisələndirməmişdir.
Məhkəmə xərcləri.
25. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 274 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
26. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 274 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. 27.Ekspertiza tədqiqatının dəyəri – 110 manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 25000 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 7000 manat pul vəsaiti və Cavabdeh2 5200 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) məbləğində pul vəsaiti və 274 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh1 25000 (iyirmi beş min) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 7000 (yeddi min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 5200 (beş min iki yüz) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 274 (iki yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 110 (bir yüz on) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova