Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-834/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat əsas məbləğin və ödənilmiş 108 (bir yüz səkkiz) manat dövlət rüsumunun cəmi 8908 (səkkiz min doqquz yüz səkkiz) manat pulun tutularaq İddiaçı verilməsi. İddia tələbinin dəlilləri Bir neçə ay əvvəl tanış olduğu Cavabdeh ilə münasibətləri əvvəlcə dostluq və etimad əsasında inkişaf edib. Aytacın iddiaçının qızının müəlliməsi olması və yaxın ərazidə yaşaması səbəbindən ona qarşı etibarı yaranmışdır. Bir neçə dəfə Aytacla söhbət əsnasında lombard işi ilə məşğul olduğunu bildirmişdir. O, iddiaçının işini bildikdən sonra, zamanla ona müxtəlif zərgərlik əşyalarını qoyaraq qarşılığında pul almış, vəd etdiyi müddətdə həmin pulları qaytarmışdır. Bu səbəbdən, aralarında etibarlı bir münasibət yaranmışdı. Lakin, 08 iyun 2023-cü il tarixdən etibarən Cavabdeh ilə münasibətlərində dəyişikliklər baş verməyə başladı. 08 iyun 2023-cü il tarixində Aytac ondan 2300 manat borc istədi və həmin pulun qısa müddətdə qaytarılacağı vədini verdi. O, əlavə olaraq, alverlə məşğul olduğunu bildirərək əldə etdiyi gəlirdən ona qazanc da verəcəyini vəd etdi. Onun bu vədini əsas götürərək, iddiaçı ona bu məbləği vermişdir. Bundan sonra Aytac müxtəlif vaxtlarda onunla əlaqə saxlayaraq, əlavə olaraq, bir neçə dəfə ondan pul istəmiş və alver etmək üçün göstərilən tarixlərdə müxtəlif məbləğlərdə pul vermişdir: 10 iyun 2023cü il - 3000 manat, 25 iyun 2023-cü il - 3000 manat, 12 iyul 2023-cü il - 2500 manat , 01 avqust 2023-cü il - 1500 manat, 16 avqust 2023-cü il - 1900 manat , 19 avqust 2023-cü il - 2000 manat, 22 avqust 2023-cü il - 1000 manat, 23 avqust 2023-cü il - 4000 manat, 27 avqust 2023-cü il - 2600 manat. Bu tarixlərdə verdiyi ümumi məbləğ 23800 manat təşkil edir. Aytac isə bir neçə dəfə müxtəlif qızıl-zinət əşyaları göstərərək alver etdiyini və qazanc əldə etdiyini bildirdi. Lakin, 3 ay keçdikdən sonra, Aytac iddiaçının verdiyi pulun heç bir hissəsini qaytarmamış və müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Ona qarşı olan etibarını itirərək, borcunun qaytarılması məsələsini ona bildirmiş və bir neçə dəfə əlaqə saxlamağa çalışmışdır. Hər dəfə müxtəlif bəhanələr irəli sürərək, pullarını qaytarmamaqla yanaşı, ona qarşı digər bədbəxtliklər yaratmışdır. Prokurorluq və polis tərəfindən icra olunan iş: Bu səbəbdən, artıq Cavabdeh tərəfindən aldanmış və əhəmiyyətli məbləğdə maliyyə zərərinə uğramış olmuşdum. İddiaçı 16 sentyabr 2023-cü il tarixində Xətai Rayon Prokurorluğuna müraciət edərək vəziyyəti bildirmişdir. Prokurorluq tərəfindən 03 oktyabr 2023-cü il tarixində cinayət işi başlanmış və müvafiq olaraq araşdırma aparılmışdır. Lakin, 02 yanvar 2024-cü il tarixində Xətai Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə başlanmış cinayət işi ilə bağlı, işə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Bütün bu proseslərdən sonra, o, məhkəməyə müraciət edərək, hüquqlarının müdafiəsi və ziyanın ödənilməsi üçün müvafiq məhkəmə qərarının verilməsini xahiş edir. Ona qarşı törədilən bu qanunsuz əməllərə görə, Cavabdeh olan borcunu tam olaraq qaytarmamış və həmçinin onu müxtəlif aldadıcı vəd və bəhanələrlə çaşdırmışdır. Tələb etdiyi məbləğlər: Cavabdeh ona ümumilikdə 23800 manat borc vermişdir, lakin 15000 manat geri ödənilmişdir. Bu səbəbdən Aytacın borcu olan qalan məbləğ 8800 manat təşkil edir. Bundan əlavə, dövlət rüsumu olaraq 108 manat məbləğində ödəniş etmişdir ki, bu məbləğin də Aytac tərəfindən ona qaytarılmasını tələb edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş, həmçinin onu da bildirmişdir ki, istintaq zamanı cavabdehin borcun ödənilməsi ilə bağlı çekləri nəzərə alınıb. Borcun bir qismini ödəmiş, qalan hissəsini isə sonra ödəyəcəyini bildirsə də hələ də ödəməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarındada iştirak edən Cavabdeh izahatlarında göstərmişdir ki, iddianı qəbul etmir. Ödəniş qəbzləri var. 15000 manat qaytarmış, lakin 8800 manat borcu yoxdu. Polis bütün ödənişlər nəzərə almayıb. Atasının səhhətində problemlər olduğu üçün iddiaçıdan faizlə pul borc almışdı. Sonradan atası rəhmətə getmiş, özü də ərindən ayrılmışdır. Ona görə də məhkəmə iclaslarında iştirak edə bilmirdi. İddiaçının 2 bloknotu var idi. Bütün qeydlərini ora yazırdı. İş materialları xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraata xitam verilmiş, həmçinin qərarda Cavabdeh ifadə verərək göstərmişdir ki, “himayəsində iki azyaşlı övladı vardır. X2 xx.xx.2011-ci il təvəllüdlü, qızı X3 xx.xx.2016-cı il təvəllüdlüdür. İddiaçı təxminən 9 ay müddətdir ki, tanıyır. Həmin xanımı yaxın ünvanlarda yaşamağı səbəbindən tanımışdır. Həmçinin Hicran xanımın qızı şagirdi olmuşdur. Hicranın lombard işlətməsi və həmin lombardda faiz müqabilində borc verməsi məlumdur. Şəxsi ehtiyaclarının olması səbəbindən İddiaçı ilk dəfə 2023-cü ilin aprel sonlarında müraciət edərək 300 manat borc istəmiş, müraciətini Köhnə Günəşli qəsəbəsində yerləşən Hicranın işlədiyi lombarda yaxınlaşaraq etmiş, razılaşmaya əsasən 300 manat müqabilində 100 manat faiz hesablanmaqla Hicran xanımdan borc almış, borcunu 1 həftə ərzində Hicrana geri qaytarmış, bundan sonra may ayında 500 manat götürüb bir həftə sonra 600 manat olaraq geri qaytarmış, daha sonra atasının səhhətində nasazlıq olduğundan may ayında Hicrandan 1500 manat götürüb hissə-hissə olmaqla geri qaytarmış, bu minvalla başqa vaxtlardada İddiaçı faizi hesablanmaqla borc götürmüş və həmin borcu məbləği və tarixi razılaşdırmaqla Hicrana əlbəəl və ya Hicranın “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyi, Yasin Bayramov kimi yadında qalan şəxsə mənsub “Kapital” Banka məxsus bank kartına, Fatimə Bayramovaya məxsus “Leobank” bank kartına, xx.xx.2023-cü il tarixdə saat 08:47də X1 məxsus “Unibank” bank kartına 900 manat pul ödəmiş, beləliklə müxtəlif vaxtlarda Hicrandan 2023-cü ilin avqust ayının sonlarmadək olan müddət ərzində Hicrandan faizə pul götürmüş və pullarını geri qaytarmışdır. Hicran ilə aralarında bu minvalla lombard üsulu ilə deyil qeyri-rəsmi üsulla deyil sələm yolu ilə götürdüyü məbləği sələmi ilə birlikdə tam şəkildə qaytardığını 2023-cü ilin aprel ayından 2023-cü ilin sentyabr ayının əvvəllərinədək olan “Whatsapp” ani mesajlaşma proqramı vasitəsində olan şəkil, səs və yazışmalar telefonunda baş verən texniki nasazlıq səbəbindən istintaq orqanına təqdim edə bilməmişdir. Hicrandan hissə-hissə olmaqla ümumilikdə 14.500 manat pul məbləğini şəxsi ehtiyaclarını ödəmək üçün borc məqsədi ilə almış, Hicrandan iş görmək adı ilə pul almamış, 14.500 manat ümumilikdə borcu oluduğunu həmin şəxs ümumilikdə 23.800 məbləğini faiz hesablamaqla ifadəsində qeyd etdiyini bildirmişdir. İşin faktiki halları İddiaçı Cavabdeh borc pul verdiyini, lakin cavabdehin aldığı borcdan 8800 manatı məbləğini geri qaytarmadığını iddia etmişdir. Cavabdeh iddianı qəbul etməmiş, iddiaçıdan borc pul aldığını qəbul etmiş, lakin iddiaçıya bütün məbləği qaytardığını bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı iddia tələbində Cavabdeh 23800 manat məbləğində borc verdiyini, həmin borcdan cavabdehin 15000 manat məbləğini qaytardığını bildirir, hazırda qalan 8800 manat məbləğində borcunu geri tələb edir. Cavabdeh iddia tələbini qəbul etməmişdir. İş materiallarında olan “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda Cavabdeh istintaq zamanı şahid qismində verdiyi ifadəsində və hazırki icraat çərçivəsində verdiyi izahatında İddiaçı hissə-hissə olmaqla ümumilikdə 14500 manat pul məbləğini şəxsi ehtiyaclarını ödəmək üçün borc məqsədi ilə aldığını etiraf etmiş, iddiaçıya 15000 manat məbləğində pul vəsaiti geri qaytardığını, iddiaçının tələb etdiyi 23800 məbləğin faiz hesablamaqla bu qədər olmasını bildirmişdir. Məhkəmə xatırladır ki, İddiaçı Cavabdeh verdiyi borcdan 15000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarıldığını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin ondan məhz 23800 manat məbləğində pul aldığını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçı öz sübut etmə vəzifəsini yerinə yetirmiş sayılmır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 8800 manat pul məbləğini tələb etməkdə haqlı olmamışdır.
Məhkəmənin gəldiyi nəticə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova