Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-839/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh2 və Cavabdeh1 vurulmuş zərərə görə 9000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri 90KU816 saylı "X2" markalı, buraxılış ili 2009-cu il olan, qeydiyyat şəhadətnaməsinə görə seriya nömrəsi BA333205, tarixi xx.xx.2023, ban nömrəsi TMBBD4513AZ110143, mühərrik nömrəsi BT5162302 olan nəqliyyat vasitəsinin mülkiyyətçisi, Cavabdeh1 digər cavabdeh etibar edilən Cavabdeh2 etibar etmişdir. Eyni zamanda etibar olunun Cavabdeh2 mübahisələndirilən "X2" markalı avtomobili İddiaçı 7000 (yeddi min) manat pul alaraq etibarnamə ilə 8 iyun 2024-cü il tarixdə satmışdır. Həmin etibarnamənin qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixdə bitməli idi. Lakin, "X2" markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 8 iyun 2024-cü il tarixli etibarnamənin, ərizə yazaraq qüvvəsinə xitam vermişdir. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7000 (yeddi min) manat pul əvəzi mülkiyyət sənədini iddiaçıya verərək satmış olduqları, Skoda Fabia markalı avtomobilin mülkiyyət hüququnun iddiaçının tam olaraq mülkiyyətinə keçməsindən imtina etmişlər. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, cavabdehlərdən avtomobilin dəyəri olan 7000 manat pul vəsaitinin tutulması ilə kifayətlənir. Sabunçu Rayon Məhkəməsində həmin avtomobilin Cavabdeh1 qaytarılması qət edilmişdir. Avtomobili Cavabdeh1 qaytarmışdır. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, "X2" markalı, 2009-cu il buraxılışlı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, mülkiyyətçi Qasımova X1 Orxan Rauf oğluna, o da "X2" markalı, 2009-cu il buraxılışlı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı xx.xx.2024-cü il tarixdə 6 ay 3 gün müddətə xx.xx.2024-cü il saat 23:59-a dək Cavabdeh2 etibarnamə vermişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-1820/2025 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, "X2" markalı, 2009-cu il buraxılışlı, 90KU816 dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh2 və İddiaçı alınaraq iddiaçı Cavabdeh1 qaytarılması, Cavabdeh2 1200 (bir min iki yüz) manat pul vəsaiti, vəkilə ödənilmiş 320 (Uç yüz iyirmi) manat və 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq, iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1820/2025 saylı mülki iş üzrə məhkəmə iclas protokollarının video qeydləri CD disk şəklində iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.7 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1820/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə mülkiyyətində olan "X2" markalı, 2009-cu il buraxılışiı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobili, Cavabdeh2 baş etibarnamə əsasında məxsus olan "Mercedes Benz A200 Minik" markalı, 2005-ci il buraxılışiı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobillə dəyişmiş və üzərində Cavabdeh2 1200 manat məbləğində pul vermişdir. Həmin qətnamə ilə həmçinin müəyyən olunur ki, avtomobillərlə bağlı verilmiş etibarnamələr ləğv edildiyindən Cavabdeh1 istifadəsində olan "Mercedes Benz A200 Minik" markalı maşından istifadə edə bilmir, həmçinin mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan "X2" markalı, 2009-cu il buraxılışlı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin başqa bir şəxsin istifadəsində olmaqla qaytarmaqdan imtina etdiyindən avtomobilin Cavabdeh2 və İddiaçı alınaraq Cavabdeh1 qaytarılması qət edilmişdir. Məhkəmə iş materiallarına əsasən (iddiaçının izahatı, Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-1820/2025 saylı mülki iş üzrə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 verdiyi izahatı) müəyyən edir ki, Cavabdeh2 digər Cavabdeh1 xüsusi mülkiyyətində olan "X2" markalı avtomobili İddiaçı faktiki istifadə və sahibliyinə 7000 manat müqabilində vermişdir. Məhkəmə iddiaçının izahatına əsasən müəyyən edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1820/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi icra edilmişdir, yəni "X2" markalı avtomobil iddiaçı tərəfindən Cavabdeh1 qaytarılmışdır. İddiaçı iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 9000 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsini tələb etsə də, məhkəmə iclasında verdiyi izahatında avtomobilin ona verilməsi müqabilində ödədiyi 7000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi ilə kifayətləndiyini bildirmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin qanununi əsasını yoxlamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Göründüyü kimi, cavabdeh Orxan Hüseyli "X2" markalı avtomobili İddiaçı faktiki istifadə və sahibliyə verməsi müqabilində ondan 7000 manat məbləğində pul vəsaiti alaraq əsassız varlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 onun əsassız varlanmasına səbəb olmuş 7000 manat məbləğində pul vəsaitini İddiaçı geri qaytarmalıdır. Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 əsassız varlanmağa görə 7000 (yeddi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş vəsaitdən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90 (doxsan) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 əsassız varlanmağa görə 7000 (yeddi min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumuna görə ödənilmiş vəsaitdən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90 (doxsan) manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-839/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-839/2025
19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver