Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-88/2025 08.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 və nümayəndə (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən və yaşayış evindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanında yerləşən evin Cavabdeh satılmasına dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanında yerləşən ev üzərində İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanında yerləşən evlə bağlı İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanında yerləşən ev (evin yerləşdiyi torpaq sahəsi) üzərində Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində **********32-11301 reyestr nömrəsi ilə qeydə alınmış mülkiyyət hüququnun və həmin hüquqa dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanında yerləşən ev üzərində, İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 879 ünvanında yerləşən ümumi sahəsi 27,4 kv/m olan bağ evinin və ümumi sahəsi 0,047 ha olan torpaq sahəsi İddiaçı məxsus olmuşdur. Nümayəndə2 İddiaçı 20.000 manat faizlə verdiyi borc pul əvəzində Suraxanı rayonu, Hovsan qəsəbəsi, 879 ünvanında yerləşən ümümi sahəsi 27,4 kv/m olan bağ evinin və ümumi sahəsi 0,047 ha olan torpaq sahəsi olan evi girov niyyətilə, lakin alqı-satqı olmadan Cavabdeh adına rəsmiləşdirmişdir. İddiaçı faizlə aldığı 20.000 manat pulun ödənişlərinin böyük hissəsini icra etmiş, lakin, Nümayəndə2 əsassız olaraq ödənişlərin məbləğində fərq yaratmışdır. Ona görə də İddiaçı həmin evə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı və mülkiyyət hüququnun tanınması haqqında Cavabdeh qarşı Suraxanı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edir. O, Cavabdeh tanımır, onunla heç bir alqı-satqı münasibəti olmayıb. Cavabdeh adından Nümayəndə2 çıxış edib, onunla da alqı-satqı olmadan faiz pul əvəzində, pulun tam ödənilməsi zamanınadək evi Nümayəndə2 sözlərinə inanıb Cavabdeh adına keçirib. Bu əqd uydurma əqddir, yəni tərəflərin başqa əqdi, faiz pul əvəzində girov saxlamaq əqdini pərdələmək məqsədilə, əslində alqı-satqı niyyəti olmadan bağlanmış əqddir.
Qarşılıqlı iddia tələbi.
4. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı X3, X1 və X12 qarşı “yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qarşı mülkiyyətində olan ünvan 5 bağ evinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınmasına dair” ilk iddiası əsassız olduğundan təmin edilməməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı, X9, X4, X12 qarşı ünvan 5 bağ evindən və torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 ərizə təqdim edərək, qarşılıqlı iddia ərizəsinin həcmini azaldaraq, İddiaçı ünvan 5 bağ evindən və torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı iddia tələbinin əsaslandığı hallar.
6. İddiaçı ona qarşı mülkiyyətində olan ünvan 5 bağ evinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınmasına dair” məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı guya 20.000 manat faizlə verdiyi borc pul əvəzində ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 27,4 kv/m və 0,047 ha torpaq sahəsi olan bağ evini girov niyyəti ilə, lakin alqı- satqı niyyəti olmadan onun adına rəsmiləşdirmişdir. O Cavabdeh tanımır, onunla heç bir alqı-satqı münasibəti olmayıb. Cavabdeh adından Nümayəndə2 çıxış edib, onunla da alqı-satqı niyyəti olmadan faiz pul əvəzində pulun tam ödənilməsi zamanınadək evi Nümayəndə2 sözlərinə inanıb Cavabdeh adına keçirib. Daha sonra iddiaçı iddia ərizəsini əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 340.1, 340.2, 329.1 və 337-ci maddələrinə istinad etməklə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. İddiaçı hesab edir ki, iddia tələbinin predmeti olan hazırki əqd etibarsız əqdir. İddiaçı ona qarşı qaldırdığı iddia tələbi qanunsuz və əsassızdır. Mülkiyyətində olan yaşayış evində cavabdehlər pasport qeydiyyatları olmadan belə faktiki yaşayıb istifadə etməklə onun mülkiyyətçi kimi sahiblik, istifadə və sərəncam hüquqlarını əhəmiyyətli dərəcədə pozduqları üçün ilkin iddiaya cavabdehlərin yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları barədə qarşılıqlı iddia ərizəsi vermişdir. O, xx.xx.2022-ci il tarixdə notarial qaydada verdiyi etibarnamə əsasında X10 onun adından İddiaçı ilə 17 noyabr 2022-ci il tarixdə ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 27,4 kv/m və 0,047 ha torpaq sahəsi olan bağ evini Bakı səhəri 15 saylı Notariat ofisində alqı-satqı etmişdir. Tərəflər arasında razılaşma və qanuni olaraq notarial qaydada rəsmiləşdirilmiş alqı- satqı müqaviləsindən sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən ona ********** nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarış verilmişdir. Hesab edir ki, iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur. AN-11096389 nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin 4-cü bəndində qeyd edilir ki, satıcı daşınmaz əmlakı 32.000 (otuz iki min) manat qiymətinə satdı, Alıcı isə həmin qiymətə aldı. Tərəflərin izahatları.
7. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəy ilə razı deyildir. Belə ki, hesab edir ki, rəy əsaslı deyildir. İddiaçı qətiyyətlə qəbzdə olan imzanın ona məxsus olmadığını bildirir. İddiaçının sözlərinə görə qəbzdə 32000 manat alındığı qeyd edilsə də, həmin məbləğ 20000 manat olmuş və alqı-satqı niyyəti olmadan alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının, mülkiyyətində olan evi satmaq kimi niyyəti olmamış, sadəcə onun anasının səhhətində ciddi problem yarandığından onun müalicəsi üçün böyük bir məbləğ-20 000 manata ehtiyac yaranır. Belə olan halda, O, Nümayəndə2lə tanış olmuş və Nümayəndə2, iddiaçıya həmin məbləğdə pulu verəcəyini və sözügedən məbləği faizli borc şəklində aylıq olaraq ödəniş etməklə ona ödəməli olduğunu bildirmişdir. Tərəflər arasında pulun verilməsi ilə bağlı girov müqaviləsi yox, alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı aylıq müəyyən edilmiş ödənişi icra etmiş, təxminən bir il iki aydan sonra onlar arasında mübahisə yaranmışdır. Belə ki, iddiaçı Nümayəndə2 20000 manat məbləğində pul götürmüş və 18 500 manat məbləğdə pul ödədiyi halda qarşı tərəf bildirmişdir ki, indiyədək ödəmiş olduğu məbləğ sadəcə faizdir və əsas borc 20000 manat məbləğ isə hələ də qalmaqdadır və bununla da münaqişə yaranmış və ödənişi dayandırmışdır. Bununla bağlı 2024-cü ildə iddiaçının həyat yoldaşı Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Bütün bu hallardan görünür ki, əqd etibarsızdır və başqa bir əqdi pərdələmək üçün bağlanmışdır. Məhkəməyə təqdim etdikləri bank hesablarından də bəlli olur ki, İddiaçı aylıq pul ödənişləri etmiş və həmin kartlar nömrələri cavabdeh tərəfindən ona verilmişdir. Həmçinin, evin cavabdeh tərəfindən tələb olunmaması faktı da əqdin alqı-satqı niyyəti olmadan bağlanmasının ən böyük sübutudur. Eyni zamanda, 2015-ci il tarixli Çıxarışa əsasən fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuş, torpaq sahəsi isə dövlətin mülkiyyətində olmuşdur. Lakin tərəflər arasında bağanmış müqavilə ilə həm torpaq sahəsi, həm də ev satılmışdır. Bunun əsasında da həmin əqd etibarsız hesab edilərək, çıxarışlar ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin fərdi yaşayış evinə baxdıqdan sonra evi bəyənərək alğısatqı etmişlər. Həmin evə dair alğı-satqı müqaviləsi onun anası Cavabdeh adına bağlanmışdır. Lakin evə dair alğı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçı və onun qohumları yas mərasimlərinin olmasını və buna görə də onlara vaxt verilməsini xahiş etmişdir. O bununla bağlı olaraq iddiaçıya və onların ailə üzvlərinə vaxt vermiş, lakin sonradan evin boşaldılmasını tələb etdiklərində iddiaçının həyat yoldaşı Polis İdarəsinə şikayət etmişdir. Sonradan iddiaçı Moskva şəhərinə gedərək satdığı evi taleyi ilə maraqlanmamışdır. Evin alğı-satqısı zamanı notariusun depozit hesabına Cavabdeh tərəfindən 32000 manat pul ödənilmiş və iddiaçı həmin pul vəsaitini almadığını qeyd etsə də, verilmiş ekspertiza rəyinə əsasən həmin pul vəsaiti onun tərəfindən alınmışdır. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 9.Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 eyni məzmunlu izahat verərək bildirmişdir ki, evin alğı-satqısı zamanı notariusun depozit hesabına Cavabdeh tərəfindən 32000 manat pul ödənilmiş və iddiaçı həmin pul vəsaitini almadığını qeyd etsə də, verilmiş ekspertiza rəyinə əsasən həmin pul vəsaiti onun tərəfindən alınmış və çekdə olan imza iddiaçıya məxsusdur. İddiaçı tərəflər arasında pul vəsaitinin alınması məqsədilə alğı-satqı müqaviləsinin bağlanmasını bildirsə də, bununla bağlı olaraq hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı bank hesablarından çıxarış təqdim edərək cavabdehə pul vəsaiti ödənilməsini qeyd etsə də, həmin bank hesablarının kimə məxsusluğu barədə hər hansı sübut təqdim etməmişdir. İddiaçının sözlərinə görə evin alğı-satqısı bağlandıqdan iki-üç ay sonra evin qiyməti qalxmışdır. Mülkiyyətçi dəfələrlə iddiaçının və onun ailə üzvlərinin evdən çıxmalarını tələb etsə də, bir müddət ondan möhlət istədikdən sonra polisə şikayət ərizəsi ilə müraciət etmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
İş materialları.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı RX seriyalı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evi 879 ünvanda yerləşən bağ evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məhkəmənin xx.xx.2024cü il tarixli, 2(010)-1619/2024 saylı sorğuya cavab olaraq Bakı şəhəri 15 saylı notariat ofisində 17 noyabr 2022-ci il tarixdə İddiaçı ilə Nümayəndə2 (Cavabdeh əvəzinə) arasında bağlanmış Daşınmaz əmlakın alqı-satqısına dair notariat işinin təsdiq edilmiş surəti göndərilmişdir:
12. 11.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı və alıcı Cavabdehdır. “Satıcı” İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanında yerləşən, ümumi sahəsi 27.4 kv/m olan bağ evinin və ümumi sahəsi 0.047 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə “Alıcının” Cavabdeh mülkiyyətinə verir.
13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evi 879 ünvanda yerləşən ümumi sahəsi 27.40 kv.m olan bağ evi və 0.0470 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.
14. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanda qeydiyyatdadır.
15. Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X7 ilə xx.xx.2013-cü il tarixdə 165 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova, ərə Məmmədov soyadı verilmişdir.
16. X9 tərəfindən verilmiş ərizənin surətindən müəyyən olunur ki, əri İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanı ərazisində yerləşən mülkiyyətdə olan 0.0470 ha., torpaq sahəsinin və üzərində tikilmiş ümumi sahəsi 27.40 kv.metr olan bağ evinin satılmasına heç bir etirazı yoxdur.
17. xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, satıcı İddiaçı və alıcı Cavabdeh oğlu, İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı Rayonu, Hövsan Qəsəbəsi, 879 ünvanında yerləşən bağ evinin (1/1 hissə,27.4 kv/m) Bakı şəhəri, Suraxanı Rayonu, Hövsan Qəsəbəsi, 879 ünvanında yerləşən bağ evinin (1/1 hissə,0.047 ha), Bakı şəhəri, Suraxanı Rayonu, Hövsan Qəsəbəsi, 879 ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə,27.4 kv/m) Bakı şəhəri, Suraxanı Rayonu, Hövsan Qəsəbəsi, 879 ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə,0.047 ha) 32000 (otuz iki min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı" öz üzərinə götürür.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 11 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 12i qeydiyyatda olan Nümayəndə2 notariat qaydasında təsdiq ediləcək Daşınmaz əmlakın ALQİ SATQİ müqaviləsi üzrə ödənilməli olan 32000 AZN(otuz iki min manat)məbləğində pulun müvafiq müqavilə ilə təsdiq edildikdən sonra yaranmış 282AZN (iki yüz səksən iki manat) vergi öhdəliklərinin dövlət xəzinədarlığına ödənilməsi məqsədilə hesaba köçürüldükdən sonra əmlakın satış dəyərindən qalan 31718AZN(otuz bir min yeddi yüz on səkkiz manat) məbləğində Masallı ray. Qarabağ küç, ev 26, mən 14 qeydiyyatda olan İddiaçı ödənilməsi üçün bankda olan AZ35GUNA******************** saylı depozit hesabına qəbul olunmasını xahiş etmişdir.
19. xx.xx.2022-ci il tarixli Mədaxil orderinin surətindən müəyyən olunur ki, Nümayəndə2 32000 manat pulu 15 not.X8 depozit hesabına təhvil vermişdir. 20.xx.xx.2022-ci il tarixli Ödəniş tapşırığının surətindən müəyyən olunur ki, X13 282 manat məbləğində pulu Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə ödəmişdir.
21. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanda yerləşən 27.40 kv.metr bağ evi və 0.047 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir.
22. Azərbaycan Respublikası Daxili X16 rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən vətəndaş X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə yazmış olduğu ərizə araşdırılmış, müraciətlə əlaqədar mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Şikayətlə əlaqədar toplanmış sənədlərdə cinayət və inzibati xəta tərkibi olmadığı üçün PŞ-də işə alınmış və saxlanılması üçün dəftərxanaya təhvil verilmişdir.
23. Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1029 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 241-ci vərəqində olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 17 noyabr 2022-ci il tarixli 157605 nömrəli “çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imza- İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir.
24. "xxxx" ASC tərəfindən tərtib olunmuş CB 157605 saylı, xx.xx.2022-ci il tarixli çekdən görünür ki, İddiaçı çekdə göstərilən 31718 manat məbləği almışdır.
İşin faktiki halları.
25. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, ******* saylı RX seriyalı Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evi 879 ünvanda yerləşən bağ evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların X11 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evi 879 ünvanda yerləşən ümumi sahəsi 27.40 kv.m olan bağ evi və 0.0470 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.
26. xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satğı müqaviləsinə əsasən “Satıcı” İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanında yerləşən, ümumi sahəsi 27.4 kv/m olan bağ evinin və ümumi sahəsi 0.047 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə “Alıcı” Cavabdeh mülkiyyətinə vermişdir.
27. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların X11 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanda yerləşən 27.40 kv.metr bağ evi və 0.047 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir.
28. "xxxx" ASC tərəfindən tərtib olunmuş CB 157605 saylı, xx.xx.2022-ci il tarixli çekə əsasən İddiaçı çekdə göstərilən 31718 manat məbləği almışdır.
29. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1029 saylı ekspertiza rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 241-ci vərəqində olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 17 noyabr 2022-ci il tarixli 157605 nömrəli “çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imza- İddiaçı tərəfindən icra olunmuşdur.
Tətbiq edilən hüquq.
30. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ.Hər kəsin mülkiyyət hüququ vardır. İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
31. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
35. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, ******* saylı RX seriyalı Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evi 879 ünvanda yerləşən bağ evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların X11 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evi 879 ünvanda yerləşən ümumi sahəsi 27.40 kv.m olan bağ evi və 0.0470 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın alqı-satğı müqaviləsi bağlanmış və “Satıcı” İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanında yerləşən, ümumi sahəsi 27.4 kv/m olan bağ evinin və ümumi sahəsi 0.047 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə “Alıcı” Cavabdeh mülkiyyətinə vermişdir.
36. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların X11 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanda yerləşən 27.40 kv.metr bağ evi və 0.047 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir.
37. "xxxx" ASC tərəfindən tərtib olunmuş CB 157605 saylı, xx.xx.2022-ci il tarixli çekə əsasən İddiaçı çekdə göstərilən 31718 manat məbləği almışdır.
38. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1029 saylı ekspertiza rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 241-ci vərəqində olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 17 noyabr 2022-ci il tarixli 157605 nömrəli “çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imza- İddiaçı tərəfindən icra olunmuşdur.
39. Göründüyü kimi, həmin torpaq sahəsində fərdi yaşayış evi mövcuddur və daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə və fərdi yaşayış evinə dair qeydiyyat İddiaçı adına aparılmışdır. Daha sonra həmin torpaq sahəsinə və bağ evinə dair alğı-satqı müqaviləsi bağlanaraq daşınmaz əmlak Cavabdeh adına qeydiyyatdan keçmişdir.
40. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
41. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbinin predmetini alğı-satqı müqaviləsinin etibarsız hesab olunması təşkil edir ki, həmin iddia tələbi üzrə sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf alğı-satqı müqaviləsinin görünüş üçün bağlandığını, başqa əqdi pərdələmək niyyətində olduğunu, bununla bağlı olaraq əmlakın dəyərini almadığını iddia etsə də, bu halları sübut edə bilməmiş, əksinə olaraq iş üzrə sübutlardan müəyyən olunmuşdur ki, iddiaçı tərəf alğı-satqı müqaviləsindən sonra pulu bankdan təhvil götürmüş və məxaric orderindəki imza ekspertiza rəyinə əsasən satıcıya məxsusdur.
42. Müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması vacibdir və həmin müqavilə tərəflərin iradə ifadəsinə əsasən Mülki Məcəllənin tələblərinə uyğun bağlanmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
43. Məhkəmə hesab edir ki, iddiaçının özünə məxsus əmlakı alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilməsi halı iddiaçının iradə ifadəsinə bağlı olmuş, müqavilənin bağlanmasından bir ildən artıq müddət keçdikdən sonra onun etibarsız hesab olunması ilə bağlı məhkəməyə müraciət etmiş və hazırkı halda müqavilənin etibarsız hesab olunması üçün əsaslar müəyyən olunmamışdır.
44. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasıın tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.
45. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
46. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı özünün mülkiyyətində olan mənzili başqasının qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı öz iradə ifadəsini bildirməklə əmlakı özgəninkiləşdirmiş, onun dəyəri cavabdeh tərəfindən ödənilmiş və daşınmaz əmlak hazırkı qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətinə verilmişdir.
Məhkəmə xərcləri.
47. İş materiallarından göründüyü kimi iddiaçılar hazırkı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən hər biri 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
48. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir.
49. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır.
50. Qarşılıqlı iddia təmin olunaraq, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanında yerləşən bağ evindən və torpaq sahəsindən çıxarılmalıdır.
51. Ekspertiza tədqiqatının dəyəri – 120 (bir yüz iyirmi) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin.
52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair ilkin iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia təmin olunsun. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 879 ünvanında yerləşən bağ evindən və 0.0470 ha torpaq sahəsindən çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri – 120 (bir yüz iyirmi) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova