Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-904/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi
1. İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “X5 Azərbaycan” QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 139.65 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)- 5980/2023 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
3. İddiaçı “X5 Azərbaycan” QSC-nin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə CMS- “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
4. İddiaçının nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılması, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması. 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;
Məhkəmənin mövqeyi və gəldiyi nəticə
7. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı “X5 Azərbaycan” QSC tərəfindən verilmiş iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli və iddia ərizəsi iş materialları ilə birgə geri qaytarılmalıdır.
9. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı “X5 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-170.3, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı “X5 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən “X5 Azərbaycan” QSC-yə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Fəridə Rzayeva