Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-906/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 2913.18 manat dəymiş ziyanın, 53.60 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 400 manat vəkil xərcinin tutularaq, İddiaçı (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 12/22652 saylı “Q azpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə "Azəriqaz" İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində № G-4 İTRON DİAFRAQMA № 1802AZ**********05 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarım bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016 il tarixli ******* saylı akt əsasında 294.60 manat; xx.xx.2017 il tarixli ******* saylı akt əsasında 555.80 manat; xx.xx.2017 il tarixli ******* saylı akt əsasında 172.80 manat; xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 615 manat; xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 227.20 manat; xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 129.60 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən edilmiş ödənişlərdən sonra itirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq cəmi 2460.20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadə nəticəsində əvvəlki illərdən ödənilməmiş borcu 452.98 manat təşkil edir. Cavabdeh tərəfindən dəymiş ziyanla və təbii qazdan istifadə nəticəsində yaranmış borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, iddiaçı tərəfindən tərtib etdiyi abonentin saldosu ilə təsdiq olunur ki, abonentin təbii qaz üzrə sərfiyyatı sıfırdır. Bu da cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etdiyini göstərir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 22652 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, həmin müqavilə əsasında İddiaçı İB tərəfindən Cavabdeh məxsus mənzilin qazla təmin edilməsi razılaşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent X4, Zığ, Həmidov küç ev 50 ünvanında olmuş və baxış zamanı abonentin təbii qazdan qeyri-qanuni istifadəyə etdiyi aşkar olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent X4, Zığ, Həmidov küç ev 50 ünvanında olmuş və baxış zamanı abonentin təbii qazdan qeyri-qanuni istifadəyə etdiyi aşkar olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli ******* saylı aktdan görünür ki, abonent X4, Zığ, Həmidov küç ev 50 ünvanında olmuş və baxış zamanı aşkar olunmuşdur ki, xx.xx.2016-cı il tarixli 29/1602-01288-1 №-li MSK-ya əsasən G-4 №-li **********0186399 qaz sayğacının plastmas çıxış borusu kənar təsir nəticəsində deşilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent X4, Zığ, Həmidov küç ev 50 ünvanında olmuş və baxış zamanı abonent özbaşına qaz sayğacını çıxarmış və rezin boru vsasitəsilə birbaşa birləşdirib təbii qazdan qeyri-qanuni istifadəyə etdiyi aşkar olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent X4, Zığ, Həmidov küç ev 50 ünvanında olmuş və baxış zamanı abonentin təbii qazdan qeyri-qanuni istifadəyə etdiyi aşkar olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent X4, Zığ, Həmidov küç ev 50 ünvanında olmuş və baxış zamanı abonentin təbii qazdan qeyri-qanuni istifadəyə etdiyi aşkar olunmuşdur. Abonentin saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə X5 12.2010-cu ildən 10.2018-ci il tarixə kimi dörv ərzində “qalıq və aktlar” üzrə ümumilikdə 1242,60 manat məbləğində təşkil edir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.8. Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
5. Qazın dəyərinin ödəmə şərtləri. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) Nümayəndə izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən məhkəmə, iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Məhkəmə qeyd edir ki, iddianın qanuni əsası kimi iddiaçının rəhbər tutduğu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsi vurrulmuş zərərin tutulmasından bəhs edir ki, həmin normaların dispopzisiya şərtlərinin daxilində də iddianın hüquqi dəyərləndirməsini aparmaq mümkün deyildir. Belə ki, məhkəmədə müəyyən olunduğu kimi, tərəflər arasında zərər vurulmasından irəli gələn münasibətlər mövcud olmamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, X5 ünvan 3 ünvanı üzrə iddiaçının əməkdaşları tərəfindən müxtəlif vaxtlarda təbii qazdan istifadə ilə əlaqədar olaraq baxış keçirilmiş və abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunması barədə xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2016-cı il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunmuşdur. X5 ünvan 3 ünvanı üzrə baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunması barədə iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2016-cı il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlarda abonentin “imza”sı qrafasında “imtina” sözü qeyd edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı; xx.xx.2016-cı il tarixli ******* saylı; xx.xx.2017-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlarda qeyd olunan abonent X3 xx.xx.2011-ci ildə “ürəyin dayandırılması” səbəbindən ölmüşdür. X7 xx.xx.2011-ci il tarixdə öldüyü halda, iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda, akta imza etməkdən “imtina” olundu qeyd edilməsi qanunsuz olduğu halda, iddiaçının tərtib edilmiş həmin aktlar əsasında 2913.18 manat məbləğində pulun ödənilməsini tələb edir. Yuxarıda qeyd edilmiş maddi hüquq normalarından göründüyü kimi istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması nəticəsində sonuncu iddiaçının əmlakı hesabına əsassız varlanmışsa iddiaçı həmin əmlakı (məbləği) tələb etməkdə haqlıdır. Lakin bunun üçün ilk növbədə, cavabdehin həqiqətən iddiaçının əmlakın hesabına əsassız varlandığı sübut olunmalıdır. Bu halı sübut etmək isə hər bir halda iddiaçının üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İş materiallarından görünür ki, cavabdehin iddiaçının əmlakı hesabına əsassız varlandığını sübut etmək üçün iddiaçı tərəfindən məhkəməyə iddia edilən cavabdehin əsassız varlanmasını təsdiq edən baş vermiş pozuntunun (qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma) aşkar edilməsi barədə akt, abonentin saldosu, fotoşəkil kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu sübutlar əsasında cavabdehin iddiaçının əmlakı hesabına əsassız varlandığını sübut etməyə yetərli deyildir. İlk növbədə ona görə ki, məhkəmə məhkəməyə təqdim edilən aktlarla qaz sayğacının plastmas çıxış borusu kənar təsir nəticəsində deşilmişməsi, abonent tərəfindən özbaşına qaz sayğacının çıxarılması və rezin boru vasitəsilə birbaşa birləşdirilib təbii qazdan qeyri-qanuni istifadə edilməsi qeyd edilmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərkən X1 iştirak etdiyi və aktı imza etməkdən imtina etdiyi göstərilməsinə baxmayaraq, sonuncu 07 oktyabr 2011-ci il tarixdə öldüyündən onun həmi akt tərtib edilərkən iştirak etməsi qeyri-mümkündür. Bu da məhkəməyə həmin aktlara qeyri-mötəbər sübut kimi qiymət verilməsinə əsas verir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə xəttən kənar istifadə faktını təsdiq edən 1 ədəd fotoşəkil əlavə edilmişdir. Həmin foroşəklə nəzər yetirdikdə cavabdeh tərəfindən kənar qoşulma faktının müəyyən edilməsi mümkün deyildir. İddiaçı sübut qismində məhkəməyə yuxarıda sadalanan aktları və bir ədəd fotoşəkil əlavə etməsinə baxmayaraq, cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma əsasında əsassız varlanma faktını məhkəmədə sübut edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-də vurğulanır ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Lakin iş materiallarından müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Eyni zamanda iddia tələbinin “hüquqi yardım üçün nəzərdə tutulmuş 400 manat pul vəsaitinin tutulması” hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi məbləğdə məhz hüquqi yardım almaq üçün ödəniş etməsi baradə iş materiallarında heç bir mötəbər sübut yoxdur. Odur ki, iddia həmin hissədə təmin oluna bilməz.
Məhkəmənin gəldiyi nəticə İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
Məhkəmə xərcləri Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, rəsmi şəkildə verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova