Məhkəmə qərarları › İş №e-2(010)-932/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-932/2023

13.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-932/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması iddiası ilə məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2285/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia məhkəməyə təqdim olunduğu tarixdən başlayaraq iddiaçı Orucova (Mehdiyeva) Gülzadə Şəmsi qızının xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment miqdarının 250 manata artırılması, mediasiya üçün ödənilmiş 50 manat dövlət rüsumu və 10 manat kargüzarlıq xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırki iddia ərizəsi məhkəməyə təqdim olunmazdan daha əvvəl İddiaçı Cavabdeh qarşı eyni tələblə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və hazırda həmin ərizə ilə bağlı e-2(010)-859/2023 nömrəli mülki iş məhkəmənin icraatındadır. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar