Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-938/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, LG Led TV, Panasonic ev telefonu, DAİKİN kondisioner üçün 2069.97 manat ödənilməmiş hissə, 206.03 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, TCL LED TV üçün 1530 manat ödənilməmiş hissə, 153 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********93613 Samsung Galaxy A13 markalı telefon üçün 336.48 manat ödənilməmiş hissə, 33.52 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, Ütü masası Magna Maxima üçün 40 manat ödənilməmiş hissə, 4 manat cərimə, ümumilikdə 4373 manat borc və 63.73 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh “ABC TELECOM’’ MMC ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, LG Led TV, Panasonic ev telefonu, DAİKİN, TCL LED TV, İmei kod **********93613 Samsung Galaxy A13 markalı telefon, Ütü masası Magna Maxima almış və nəticədə 4373 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2362.47 manat olan LG Led TV, Panasonic ev telefonu, DAİKİN kondisioner üçün ümumilikdə 2276 manat olmaqla ondan 2069.97 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 206.03 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1625 manat olan TCL LED TV üçün ümumilikdə 1683 manat olmaqla ondan, 1530 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 153 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 554.04 manat İmei kodu **********93613 Samsung Galaxy A13 markalı telefon üçün ümumilikdə 370 manat olmaqla ondan, 336.48 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.52 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 63 manat ütü masası magna maxima üçün ümumilikdə 44 manat olmaqla ondan, 40 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 628.06 manat təşkil edir. Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
İş materialları
5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 2362.47 manat məbləğində LG Led TV, Panasonic ev telefonu, DAİKİN kondisioner əldə etmiş və həmin məbləği ilkin ödəniş 292.5 manat, aylıq 689.99 manat olmaqla, 3 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, məhsul tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.
6. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 1625 manat məbləğində TCL Led Tv əldə etmiş və həmin məbləği ilkin ödəniş 5 manat, aylıq 90 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda məhsul tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.
7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 554.04 manat məbləğində İmei kod **********93613 Samsung Galaxy A13 markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 30.78 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda məhsul tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.
8. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 63 manat məbləğində ütü masası Magna Maxima əldə etmiş və həmin məbləği ilkin ödəniş 3 manat, aylıq 20 manat olmaqla, 3 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda məhsul tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.
9. xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 2069.97 manat ödənilməmiş hissə, 206.03 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 1530 manat ödənilməmiş hissə, 153 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 336.48 manat ödənilməmiş hissə, 33.52 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 40 manat ödənilməmiş hissə, 4 manat cərimə, ümumilikdə 4373 manat borcu vardır.
10. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə mövcud borc məbləğinin 3 iş günü ərzində ödənilməsi, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
11. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə həmin müqavilələrdə nəzərdə tutulan məhsullar təqdim edilmiş və cavabdeh həmin məhsulların dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 586. Əşyanın keyfiyyətinin yoxlanması Maddə 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
14. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı nisyə alqı-satqı müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli müqavilələr əsasında həmin müqavilələrdə nəzərdə tutulan məhsulları cavabdehə təqdim etmiş və cavabdeh həmin məhsulları təhviltəslim aktına imza çəkməklə qüsursuz və tam şəkildə əldə etmişdir. Cavabdeh nisyə alqısatqı müqavilələri əsasında əldə etdiyi həmin məhsullara görə borclu olduğu məbləği ödəniş qrafiklərinə uyğun ödəməyi öhdəsinə götürsə də, lakin öhdəliyini icra etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə əks sübutlar təqdim edilməmişdir.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 63.73 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Qulı̇ yev İsmayıl Rası̇ m oğlundan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2069.97 manat ödənilməmiş hissə və 206.03 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1530 manat ödənilməmiş hissə və 153 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 336.48 manat ödənilməmiş hissə və 33.52 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 40 manat ödənilməmiş hissə və 4 manat cərimə olmaqla ümumilikdə 4373 manat və iş üzrə ödənilmiş 63.73 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Qulı̇ yev İsmayıl Rası̇ m oğlundan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2069.97 manat ödənilməmiş hissə və 206.03 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1530 manat ödənilməmiş hissə və 153 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 336.48 manat ödənilməmiş hissə və 33.52 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 40 manat ödənilməmiş hissə və 4 manat cərimə olmaqla ümumilikdə 4373 manat və iş üzrə ödənilmiş 63.73 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.