Məhkəmə qərarları › İş №e-2(011)-1038/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1038/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1038/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi və iddianın dəlilləri İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli AİD-2023/4623 saylı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 254 saylı 19 mart 2010-cu il tarixli lisenziya və Nizamnamə əsasında fəaliyyət göstərən Bank "xxxx" Acıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 16 dekabr 2020-ci il tarixli, RPZ-00013-11/20A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 36 ay müddətinə illik 18 faiz olmaqla 297.865 manat məbləgində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı qismində Bank "xxxx" ASC ilə imzalanmış xx.xx.2020-ci il tarixli, RPZG-A0065-05/20A saylı sonrakı ipoteka müqaviləsinə əsasən X1 məxsus 0.0325 ha torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bank "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Öhdəliyin icrası iddiaçı tərəfindən vaxtında və lazımınca icra olunmuş müəyyən səbəblər üzündən işlərdə problemlər yarandıgından öhdəliyin icrasında yubanmalar baş vermiş, ticarət və kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyətində zərərlər baş verdiyindən ödənişlərdə fasilələr və problemlər baş vermişdir. Bu səbəblərdən cavabdeh Bank "xxxx" ASC tərəfindən iddiaçının adına xx.xx.2023-cü il tarixdə, MXD-2023/3822 saylı Bildiriş göndərməklə xx.xx.2023 il tarixinə ümumi borcun 204.085.07 manat təşkil edildiyi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, AİD-2023/4623 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişə əsasən isə xx.xx.2023-cü il tarixinə əsas borc 144021, ümumi faiz borcu 4065 manat, dəbbə borcu 7201.05 manat olmaqla, cəmi borc 155.287.05 manat təşkil edildiyi qeyd edilir. Təqdim olunan bildirişlərdən göründüyü kimi bu müddət ərzində iddiaçı tərəfindən Banka 48.798.02 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı tərəfindən Banka ödənilmiş vəsaitlər hesablanan zaman müəyyən olunur ki, cavabdehin kredit müqaviləsi üzrə hesabladığı və iddiaçıdan alınmış pul vəsaitləri şişirdilmiş, düzgün hesablanmamış və artıq məbləğlər qəbul edilmişdir. Buna görə də cavabdehin sonuncu məbləğ üzrə göndərdiyi xx.xx.2023-cü il tarixli, (ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında) Bildiriş etibarsızdır və bu Bildiriş əsasında İcra Qeydi verilə bilməz, cünki məsələ mübahisəlidir iş üzrə qanuni əsaslı məhkəmə qətnaməsi qəbul olunmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmn edilməsini xahiş etdi. Cavabdehin iddiaya dair münasibəti: Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmdən iddianın rədd edilməsini xahiş etdi. İşin halları: İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli RPZ-00013-11/20A nömrəli kredit müqaviləsinə əsasən borcverən 297865 manat məbləğinddə krediti illik 18 faizlər 36 ay müddətinə borcalanın mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən xx.xx.2019-cu il tarixli DEN-A0023-15/19A saylı kreditin bağlanması məqsədi ilə istifadə etməyi və onun 6 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2023-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu tərəfindən kredit müqaviləsi üzrə öhdəlikləri vaxtlı-vaxtında icra edilməmişdir. "xxxx" ASC tərəfindən borcalan İddiaçı xx.xx.2023-cü il tarixində bildiriş ünvanlanmışdır. Bildirişdə xx.xx.2020-ci il tarixli RPZ-00013-11/20A nömrəli kredit müqaviləsi üzrə onun xx.xx.2023-cü il tarixində gecikdirilmiş kredit borcu 155768,02 təşkil etdiyi, bundan 96300,45 manat kreditin gecikdirilmiş əsas borcu, 804,11 manat gecikdirilmiş faiz borcu, 58663,46 manat isə cərimə borcu təşkil etdiyi qeyd edilmişdir. Borcalandan əsas borc, hesablanmış faiz və cərimə məbləğni təcili 2 ün müddətində ödəməyi tələb edilmişdir. Əks təqdirdə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv olunacaq və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə əlaqədar olaraq ipoteka predmetinə notairusun icra qeydi əsasında tutumanın yönəldilməsi barədə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" ASC tərəfindən borcalan İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2023-cü il tarixində AİD-2023/4623 nömrəli bildiriş ünvanlanmışdır. Bildirişdə xx.xx.2020-ci il tarixli RPZ-00013-11/20A nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borc 144021 manat, ümumi faiz borcu 4065 manat, dəbbə üzrə borcu 7201,05 manat olmaqla, cəmi 155287,05 manat təşkil etdiyi qeyd edilmişdir. Qeyd olunan borc məbləğinin 5 iş günü müddətində tam olaraq ödənilməsi tələb edilmişdir. Borcun ödənilmədiyi halda Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı, İpoteka haqqında qanunun 38-ci maddələrinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. Azərbayca Respublikası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1005 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə olan əsas borcu 142220,99 manat, faiz borcu isə 26983,61 manat, xx.xx.2023-cü il tarixinə isə əsas borcu 142220,99 manat, faiz borcu isə 29614,69 manat təşkil edir. Qeyd edilmişdir ki, hazırkı iş üzrə İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə sualda soruşulan tarixlərdən sonra da yəni xx.xx.2023-cü il tarixində 9000 manat məbləğində ödəniş aparılmışdır. Bundan başqa qeyd edilmişdir ki, iş materiallanının 34-cü səhifəsində öz əksini tapmış maliyyə arayışı məlumatlarında İddiaçı faiz borcu 4065 manat məbləğində göstərilmişdir. Cavabdeh bankın təqdim etdiyi maliyyə arayışında göstərilən faiz borcu məbləği ilə hazırkı tədqiqat zmaanı gəlinmiş faiz borcu nəticəsi arasındakı fərq, cavabdeh bankın hansısa tarixdə faiz borcunu dayandırması ola bilər. Bu hala məhkəmə tərəfindən qiymət verilməlidir. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 10. İpoteka müqaviləsi 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Madde 36.İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. Maddə 37. İpoteka predmetinə tutmanın yönəldilməsi zamanı məhkəmə müdafiə tədbirləri 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpotekaya tutmanın yönəldilməsi barədə şikayətə ərizənin daxil olduğu gündən məhkəmə tərəfindən 1 ay müddətində baxılır. 37.2. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır. 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kreditor tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi prosesin başlanılması üçün qanunvericilklə müəyyən edilmiş əsaslar mövcud olmuş, bildiriş qanunvericiliyin müddəaların uyğun şəkildə tərtib edilmiş, borclu və ipoteka saxlayana təqdim edilmişdir. Borclu olan İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə əsas, faiz və cərimə borcunun şişirdirildiyini iddia etsə də, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası nəticəsində bu hal təkzib edilmişdir. Digər tərəfdən məhkəmə iddiaya tərəflər arasında bağlanılmış müqavilə üzrə hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, işin faktiki halları və əsas borcun məbləğinə görə iddiaçı tərəfindən tələb edilən cərimə məbləği də əsas borc məbləğinə mütənasibdir. Belə olan halda, məhkəmə hesab edir ki, "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC-nin xx.xx.2023cü il tarixli AİD-2023/4623 saylı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişin etibarsız hesab olunması üçün hər hansı əsas yoxdur. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edildiyinə görə məhkəmə xərci hesab edilən ekspertiza tədqiqatının dəyəri Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır, buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli AİD-2023/4623 saylı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişin etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə ekspertizasının dəyəri olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar